Məhkəmə qərarları › İş №2-1(116)-345/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-345/2020

13.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-345/2020 13.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X7 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Vəkillər X5 Cavabdeh qarşı “vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini X17 şəhər Vəkil Bürosunun vəkili Cavabdeh intizam məsuliyyətinə cəlb olunması məsələsinə baxılmasına dair Azərbaycan Respublikası Vəkillər X6 müraciəti daxil olmuşdur. Azərbaycan Respublikası Vəkillər X5 11 oktyabr 2019-cu il tarixli qərarı ilə onun barəsində intizam icraatı başlanılaraq, müraciətdə göstərilən xüsusatların araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Vəkillərin İntizam Komissiyasının 18 oktyabr 2019cu il tarixli rəyi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 92.11.1, 92.11.2-ci maddələrinin, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin tələblərinin və “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin 1.2, 1.3, 1.5, 2.4, 2.7, 2.8-ci maddələrinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini X17 şəhər Vəkil Bürosunun vəkili Cavabdeh barəsində olan müraciəti belə əsaslandırılmışdır ki, “X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən yol verilmiş qanun pozuntusu və nöqsanlara dair Mingəçevir şəhər prokurorluğundan daxil olmuş 30 iyul 2019-cu il tarixli təqdimata Respublika Baş Prokurorluğunda baxılmışdır. Mingəçevir ŞPŞ-nin İB-nin icraatında olan Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə istintaq olunan ********* №-li cinayət işi üzrə həmin maddə ilə təqsirləndirilən şəxs Bəxtiyar Məmmədovun müdafiəçisi Cavabdeh 29 iyul 2019-cu il tarixdə Mingəçevir şəhər prokurorluğuna müraciət edərək iş üzrə əlavə istintaq hərəkətlərinin aparılması və bir sıra xüsusatların araşdırılması barədə vəsatət vermişdir. Həmin vəsatət əsasında cinayət işinin materialları tələb edilərək öyrənilmiş və müəyyən olunmuşdur ki, 15 aprel 2019-cu il tarixdə şəhər X14 bölməsinin müstəntiqi Kərim İsmayılbəyli tərəfindən X8 barəsində Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaq aparılmışdır. Yuxanda qeyd olunan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirildiyi üçün X11 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və qeyd olunan tarixdə barəsində Mingəçevir şəhər məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Müdafiəçinin verdiyi vəsatət Mingəçevir şəhər prokurorluğu tərəfindən qismən təmin edilmiş, əksər hissədə isə vəsatətin təmin olunmasından imtina edilmişdir. Lakin müdafiəçi Cavabdeh cinayət işi ilə bağlı şəhər prokurorluğuna ünvanladığı vəsatətində bir çox xüsusatların yoxlanılmalı və araşdırılmalı olması xahişi ilə yanaşı «böyük ehtimalla Samirə Həsənova (zərərçəkmiş şəxslərin anası) ilə əxlaqsız hərəkətlər edən çoxsaylı şəxslərdən bəziləri onun qızları ilə də cinsi əlaqədə olmuşlar» və «Şəbinə və Firuzə Mirzəyevanın anası Samirə Həsənovanın keçirtdiyi həyat tərzinə uyğun olaraq həyat tərzi keçirib, anaları kimi müxtəlif şəxslərlə və davamlı olaraq bu işlə məşğul olurlar” kimi əsassız ifadələrdən istifadə etmişdir. Göründüyü kimi, müdafiəçi Cavabdeh hər hansı bir mötəbər sübut və dəlillərə əsaslanmadan, faktı təsdiq edən dəlil təqdim etmədən, yalnız mülahizələrə əsaslanaraq, bununla da hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, təhqiramiz sözlərə yol verməklə, həddi-buluğa çatmayan 2 azyaşlının şərəf və ləyaqətini alçaldan ifadələr işlətmiş, bununla da vəkillik etikasına zidd olan davranışlara yol vermişdir.” İntizam icraatı üzrə vəkil Cavabdeh yazılı izahat verməsi təklif olunsa da, o yazılı izahat təqdim etməmiş, Vəkillərin İntizam Komissiyasının xx.xx.2019-cu il tarixli iclasında iştirak edərək şifahi izahatında göstərmişdir ki, həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs X8 hüquqlarının müdafiəsini həyata keçirir. Cinayət işi üzrə təqsirləndirilən şəxs Bəxtiyar Məmmədov irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməmiş və ittihamda qeyd edilən cinayətlərin onun tərəfindən deyil, digər şəxslər tərəfindən törədildiyini bildirmişdir. Cinayət işi üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyində göstərilmişdir ki, iş üzrə X4rı Şəbinə və Firuzə Mirzəyevalarda mütəmadi qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri müəyyən edilmişdir. Bu səbəbdən iş üzrə istintaq orqanına vəsatətlə müraciət etmiş və vəsatətdə “böyük ehtimalla onunla əxlaqsız hərəkətlər edən çox saylı şəxslərdən bəziləri onun qızları ilə də cinsi əlaqədə olmuşlar." və «Şəbinə və Firuzə Mirzəyevalar anaları Samirə Həsənovanın keçirtdiyi həyat tərzinə uyğun olaraq uzun müddətdir ki, müxtəlif şəxslərlə və davamlı olaraq bu işlə məşğul olmuşlar.” kimi ifadələrdən istifadə etmişdir. Qeyd edilən fikirlər ona məxsusdur. Həmin fikirləri ona görə vəsatətdə göstərmişdir ki, iş üzrə azyaşlı zərəçəkmiş şəxslərlə qeyri-təbii yolla cinsi əlaqədə olan şəxslərin tam dairəsi müəyyən ediləcəyi təqdirdə, onun hüquqlarını müdafiə etdiyi şəxsin təqsirsizliyi sübut olunacaqdır. Hazırda həmin cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır və o, məhkəməyə də eyni məzmunlu vəsatətlərlə müraciət etmişdir. Araşdırma materiallarına əlavə edilmiş Yevlax şəhər Vəkil Bürosu ilə bağlanmış 93№- li, xx.xx.2019-cu il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, Mingəçevir şəhər Polis X1 cinayət təqib üzrə hüquqlarının müdafiəsi vəkil Cavabdeh həvalə edilmiş və ona müvafiq vəkil orderi verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş müraciətdən görünür ki, davamlı olaraq bu işlə məşğul olmuşlar.” kimi ifadələrdən istifadə olunmuşdur. Vəsatətlərin ümumi məzmunundan birinci cümlədə “onunla” dedikdə iş üzrə zərərçəkmiş şəxlərin anası Samirə Həsənovanın nəzərdə tutulması, ikinci cümlədə isə “bu işlə məşğul olurlar” ifadəsində “qeyri-təbii yolla cinsi əlaqədə olurlar” ifadəsinin nəzərdə tutulması aydın olur. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə araşdırma materiallarını məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, vəkil Cavabdeh hüquqlarını müdafiə etdiyi X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq orqanına və məhkəməyə təqdim etdiyi vəsatət və etirazlarında “Böyük ehtimalla onunla əxlaqsız hərəkətlər edən çox saylı şəxslərdən bəziləri onun qızları ilə də cinsi əlaqədə olmuşlar.” və «Şəbinə və Firuzə Mirzəyevalar anaları Samirə Həsənovanın keçirtdiyi həyat tərzinə uyğun olaraq uzun müddətdir ki, müxtəlif şəxslərlə və davamlı olaraq bu işlə məşğul olmuşlar.” kimi ifadələrdən istifadə etməklə, cinayət işi üzrə zərərçəkmiş şəxslər olan azyaşlılar Şəbinə və Firuzə Mirzəyeva, o cümlədən onların anası barəsində həqiqiliyi mötəbər sübut və dəlillərlə təsdiq olunmayan fikirlər yazmış, azyaşlı zərərçəkmiş şəxslərin anasını əxlaqsız hərəkətlər edən şəxs kimi qələmə vermiş, faktı təsdiq edən dəlillər olmadan azyaşlı zərəçəkmiş şəxsləri digər naməlum şəxslərlə, mütəmadi olaraq cinsi əlaqədə olmaqda ittiham etmiş, yalnız özünün şəxsi ehtimalları əsasında onları (azyaşlı qızları və analarını) əxlaqsız hərəkətlər etməkdə, əxlaqsız həyat şəraiti keçirməkdə, müxtəlif şəxslərlə, davamlı cinsi əlaqədə olmaqda ittiham etmiş, azyaşlıların cinsi toxunulmazlığını ləkələyən əsassız fikirlər irəli sürmüşdür. Bununla da, vəkil İlham X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqdim etdiyi yazılı vəsatətlərində zərərçəkmiş şəxslərin və onların analarının şərəf və ləyaqətini alçaltmağa yönələn ifadələr işlətmiş, cinayət mühakimə icraatı zamanı vəkil etikasının tələblərini pozmaqla, vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası Vəkillər X9 21 oktyabr 2019-cu il tarixli iclasında vəkil Cavabdeh barəsində olan müxtəlif intizam icraatları üzrə Vəkillərin İntizam komissiyasının rəylərinə baxılaraq, müvafiq qərarlar qəbul edilmişdir. Belə ki, Rəyasət Heyətinin 21 oktyabr 2019-cu il tarixli iclasında: -Azərbaycan Respublikası Vəkillər X9 21 oktyabr 2019-cu il tarixli iclasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşviq Məmmədovun müraciəti əsasında başlanılmış intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınaraq, peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1.5, 4.1, 4.2, 4.5-cı bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozduğuna görə, həmin Qanunun 22-ci maddəsinin Vİ hissəsinin 1 -ci bəndinə əsasən Yevlax şəhər Vəkil Bürosunun vəkili Cavabdeh irad tutulmuş; -X3 müraciəti əsasında başlanılmış intizam icrratı üzrə Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınaraq, peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1- ci maddəsinin İİ hissəsinin, 5-ci maddəsinin İİ, İİİ hissələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1.5, 2.4, 2.5, 2.13, 3.1 -ci maddələrinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozduğuna görə, həmin Qanunun 22-ci maddəsinin Vİ hissəsinin 2-ci bəndinə əsasən Yevlax şəhər Vəkil Bürosunun vəkili Cavabdeh töhmət verilmiş; “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18- ci maddəsinin tələblərini və “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin 1.2, 1.3, 1.5, 2.4, 2.7, 2.8-ci maddələrinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozduğuna görə, Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək, vəkilin fəaliyyətinin dayandırılması qərara alınmışdır. Mingəçevir şəhər X14 Bölməsinin icraatında olan ********* №-li cinayət işi üzrə X11 barəsində Azərbaycan Respublikası CM-nin 150.3.3- cü maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılmışdır. Yevlax şəhər Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən Mingəçevir şəhər X16 ünvanlanmış yazılı vəsatətin məzmunundan görünür ki, müdafiəçi X8 Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əlavə istintaq hərəkətlərinin aparılmasını xahiş etmişdir. Həmçinin, müdafiəçi Cavabdeh oxşar məzmunlu vəsatətlə Mingəçevir şəhər X14 Bölməsinin müstəntiqi Kərim İsmayıİbəyliyə müraciət etmişdir. Yevlax şəhər Vəkil Bürosu ilə bağlanmış 318№-li, xx.xx.2019-cu il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsində X8 cinayət təqibi üzrə hüquqlarının müdafiəsi vəkil Cavabdeh həvalə edilmiş və ona müvafiq vəkil orderi verilmişdir. Yevlax şəhər Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Rəşad Əliyevə ünvanlanmış yazılı vəsatətlərin, həmçinin məhkəmə tərkibinə və dövlət ittihamçısına etirazın məzmunundan görünür ki, vəkil Cavabdeh ibtidai istintaq zamanı təqdim etdiyi vəsatətlərində qeyd etdiyi məsələlərin təmin edilməsini eyni ilə məhkəmədən xahiş etmişdir. Yevlax şəhər Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən Mingəçevir şəhər prokurorluğuna, polis şöbəsinə və Şəki Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış vəsatətlərin məzmununda aşağıdakı fikirlər öz əksinin tapmışdır: “Bəxtiyar Məmmədovun bildirdiyinə görə Samirə Həsənova uzun müddətdir ki, əxlaqsız həyat tərzi keçirir, müxtəlif ünvanlarda kirayələrdə qalmaqla məhz əxlaqsız həyat tərzi keçirdiyi üçün tez-tez ünvanlarını dəyişir və qızlarını da əxlaqsız həyat tərzinə uyğun tərbiyə etməklə yaşadıqları evə müxtəlif şəxsləri gətirməklə onlarla cinsi əlaqədə olmuşdur. Böyük ehtimalla onunla əxlaqsız hərəkətlər edən çox saylı şəxslərdən bəziləri onun qızları ilə də cinsi əlaqədə olmuşlar. Xüsusilə “Bərdəli Təbriz” kimi tanıdığı şəxsin bu əməllər törətməsi daha çox ehtimal olunur. Odur ki, Samirə Həsənovanın istifadəsində olan mobil telefon nömrələrinin (051 635-68-77, 051 ***-**-** və s.) hadisəyədək və hadisədən sonra danışıq siyahısı, mesajlar və Vatsap əlaqələri çıxarılmaqla onunla ünsiyyət və münasibətdə olan şəxslərin dairəsi müəyyən edilməli və onun qızlarına qarşı cinsəl münasibətdə olan şəxslər aşkarlanaraq bu barədə qanuni qərarların qəbul edilməsi təmin olunmalıdır.”. Daha sonra, vəsatətlərdə vəkil Cavabdeh tərəfindən göstərilmişdir ki, “X4rı Şəbinə və Firuzə Mirzəyevaların barəsində təyin olunmuş ekspertizaların rəylərindən məlum olur ki, onlarda mütəmasi qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri vardır. Bu o deməkdir ki, Şəbinə və Firuzə Mirzəyevalar anaları Samirə Həsənovanın keçirtdiyi həyat tərzinə uyğun olaraq uzun müddətdir ki, müxtəlif şəxslərlə və davamlı olaraq bu işlə məşğul olmuşlar. Ana və övladlarının daimi olaraq bir yerdə yaşamalarını nəzərə alaraq Samirə Həsənovanın qızları ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaları barədə məlumatsız deyildir. Məhz buna görə də Samirə Həsənova və onun qızlarının yenidən ifadəsi alınmalı, onların yaxın və təsadüfi olduqları şəxslərin dairəsi müəyyən edilərək onlarla istintaq-əməliyyat işləri aparılmalı, cinayət xarakterli hərəkətlər müəyyən edilərək nəticəsinə obyektiv hüquqi qiymət verilməlidir.”. Cavabdeh iddiaya rəsmi münasibət bildirməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubovun Vəkillər Kollegiyasının sədri Anar Bağırova ünvanlanmış xx.xx.2019-cu il tarixli 05/4629-xid nömrəli məktubundan görünür ki, Yevlax rayon «Vəkillər Bürosunun» vəkili Cavabdeh ********* №-li cinayət işi üzrə peşə vəzifələrini həyata keçirib, təqsirləndirilən şəxs Bəxtiyar Məmmədovun hüquqlarını müdafiə edərkən vəkillik etikasına zidd olan, heç bir faktla təsdiqlənməyən, böhtan xarakterli ifadələr və davranışa yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Vəkillərin İntizam Komissiyasının xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, vəkil Cavabdeh hüquqlarını müdafiə etdiyi X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq orqanına və məhkəməyə təqdim etdiyi vəsatət və etirazlarında “Böyük ehtimalla onunla əxlaqsız hərəkətlər edən çox saylı şəxslərdən bəziləri onun qızları ilə də cinsi əlaqədə olmuşlar.” və «Şəbinə və Firuzə Mirzəyevalar anaları Samirə Həsənovanın keçirtdiyi həyat tərzinə uyğun olaraq uzun müddətdir ki, müxtəlif şəxslərlə və davamlı olaraq bu işlə məşğul olmuşlar.” kimi ifadələrdən istifadə etməklə, cinayət işi üzrə zərərçəkmiş şəxslər olan azyaşlılar Şəbinə və Firuzə Mirzəyeva, o cümlədən onların anası barəsində həqiqiliyi mötəbər sübut və dəlillərlə təsdiq olunmayan fikirlər yazmış, azyaşlı zərərçəkmiş şəxslərin anasını əxlaqsız hərəkətlər edən şəxs kimi qələmə vermiş, faktı təsdiq edən dəlillər olmadan azyaşlı zərəçəkmiş şəxsləri digər naməlum şəxslərlə, mütəmadi olaraq cinsi əlaqədə olmaqda ittiham etmiş, yalnız özünün şəxsi ehtimalları əsasında onları (azyaşlı qızları və analarını) əxlaqsız hərəkətlər etməkdə, əxlaqsız həyat şəraiti keçirməkdə, müxtəlif şəxslərlə, davamlı cinsi əlaqədə olmaqda ittiham etmiş, azyaşlıların cinsi toxunulmazlığını ləkələyən əsassız fikirlər irəli sürmüşdür. Bununla da, vəkil İlham X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqdim etdiyi yazılı vəsatətlərində zərərçəkmiş şəxslərin və onların analarının şərəf və layaqətini alçaltmağa yönələn ifadələr işlətmiş, cinayət mühakimə icraatı zamanı vəkil etikasının tələblərini pozmaqla, vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2016-cı il tarixli (İş № 2(102)-3816/16) qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə tələbinə dair mübahisə subyektiv tərkibinə, predmetinə, eləcə də hüquq münasibətlərinin xarakterinə görə inzibati mübahisə olduğu üçün, belə mübahisələrə dair işlər üzrə məhkəmə icraatı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilməlidir. İddia əsaslıdır. 1-ci maddəsinin İİ hissəsinə əsasən vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Həmin maddənin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi vəkilliyin əsaslarını təşkil edir. 16-cı maddəsinin İ hissəsinə əsasən, “peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunun tələblərini icra etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır.” 18-ci maddəsinə əsasən, “vəkil peşə fəaliyyətini həyata keçirərkən, bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir.” "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2-ci maddəsinə əsasən, hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur. Əsasnamənin 1.3-cü maddəsində göstərilmişdir ki, Hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. Əsasnamənin 1.5-ci maddəsində göstərilmişdir ki, Vəkillərin davranışı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu, vəkilin fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktlar, Vəkillər Kollegiyasının Nizamnaməsi və bu Əsasnamə ilə tənzimlənir. Əsasnamənin 2.4-cü maddəsində göstərilmişdir ki, Loyallıq - Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir Əsasnamənin 2.7-ci maddəsində göstərilmişdir ki, Hüquq, azadlıq və qanuni maraqlara, şərəf, ləyaqət və işgüzar nüfuza hörmət - Vəkillərin fəaliyyəti hər bir şəxsin hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına və müdafiəsinə xidmət etməlidir. Vəkil insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Əsasnamənin 2.8-ci maddəsində göstərilmişdir ki, Mədəni davranış - Vəkil peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır. Əsasnamənin 6.4. maddəsində göstərilmişdir ki, Bu Əsasnamədə qeyd olunan davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinə əsasən, Vəkillər Kollegiyasının üzvləri vəkillik fəaliyyətini tənzimləyən qanunların və bu nizamnamənin tələblərinə vəkillərin davranış qaydalarına əməl etməlidirlər. Cavabdeh peşə borcunu həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Qanunun, "Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin və Vəkillər Kollegiyasının Nizamnaməsinin yuxarıda göstəilən tələblərini pozduğundan Vəkillər Kollegiyası üzvülüyündən xaric olunmalıdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 22-ci maddəsinə əsasən: Vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. Vəkillər barəsində intizam icraatı Vəkillər Kollegiyasının Rəyasət Heyətində başlanır. İntizam komissiyası intizam icraatının başlandığı gündən bir ay müddətində, bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Rəyasət Heyətinə təqdim edir. Vİİİ. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. 23-cü maddənin İİ hissəsinə əsasən, bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. Nəticəvi hissə: Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11, 22 və 23-cü maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar