Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-355/2025 25.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığı- N saylı hərbi hissəyə qarşı “əmrlərin ona aid hissədə ləğv edilməsi, birinci məharət dərəcəsinin bərpa olunması, birdəfəlik pul mükafatının tam şəkildə ödənilməsi” tələbi barədə iddia ərizəsinə Şəki İnzibati Məhkəməsinin binasında, açıq,şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığı N saylı hərbi hissədə çöl çıxışlarının təşkilinə və çöl çıxışları zamanı döyüş hazırlığı məşğələlərinin keçirilməsində baş vermiş nöqsanlara görə N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 22N saylı əmrinin onun barəsində olan hissəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığı tərəfindən məharət dərəcəsinin bir pillə aşağı endirilməsinə görə verilmiş xx.xx.2021-ci il tarixli 031 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsinə, birinci məharət dərəcəsinin bərpa olunması, birdəfəlik pul mükafatının tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-N89/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(11N)-1790/2024 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(11N)-1790/2024 nömrəli qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(11N)-1790/2024 nömrəli qərardadı ilə qərardad tam ləğv edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. İddia ərizəsinə əsasən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin müavini vəzifəsində işlədiyi dövrdə “Birliyin gənc əsgərləri ilə ixtisas hazırlığı mərhələsinin təşkili və keçirilməsi haqqında” 1-ci ordu korpus komandirinin xx.xx.2021-ci il tarixli 22N nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4 həftə müddətində həftədə 5 dərs günü, gündə 5 dərs saatı olmaqla N saylı hərbi hissədə birliyin gənc əsgərləri ilə ixtisas hazırlığı mərhələsinin təşkili və keçirilməsində toplanış rəisi təyin olmuşdur.O, xx.xx.2021-ci il tarixdə N saylı hərbi hissədə keçirilmiş çöl çıxışlarının təşkili və məşğələnin keçirilməsində buraxılmış nöqsanlara görə N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 22N saylı əmri ilə “Çöl çıxışlarının təşkilinə və çöl çıxışları zamanı döyüş hazırlığı məşğələlərinin keçirilməsində baş vermiş nöqsanlara görə ona N saylı hərbi hissə komandanlığı tərəfindən şiddətli töhmət verilmişdir. Həmin inzibati tənbeh tədbirinə görə Azərbaycan Respublikası Müdafiiə Nazirliyinin Quru Qoşunları Komandanın xx.xx.2021-ci il tarixli 031 nömrəli əmri ilə məharət dərəcəsi bir pillə aşağı endirilmiş, hərbi qulluqçulara verilən birdəfəlik pul təminatından məhrum edilmişdir. İddiaçı bununla bağlı məhkəməyə müraicət etmişdir. Cavabdeh təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, işdə olan sənədlərdən müəyyən edilir ki İddiaçı “N saylı hərbi hissədə çöl çıxışlarının təşkilinə və çöl çıxışları zamanı döyüş hazırlığı məşğələlərinin keçirilməsində baş vermiş nöqsanlara görə N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 22N saylı əmrinin onun barəsində olan hissəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığı tərəfindən məharət dərəcəsinin bir pillə aşağı endirilməsinə görə verilmiş xx.xx.2021-ci il tarixli 031 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsinə, birinci məharət dərəcəsinin bərpa olunması, birdəfəlik pul mükafatının tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu;
2. N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.2021-ci il tarixli əmri;
3. Cavabdehin etirazı;
4. AZ SHXÇDX-nin İsmayıllı Rayon şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Q-008818 nömrəli şəxsi işin surəti;
5. MN N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 2N nömrəli Əmri.
6. MN N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 2N nömrəli Əmri;
7. MN N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 981 nömrəli Əmri;
8. MN-in N nömrəli hərbi hissə komandirinin “Hərbi qulluqçuıarın malik olduqları məharət dərəcəsinin aşağı endirilməsi haqqında” xx.xx.2021-ci il tarixli 031 saylı əmri;
9. MN-in N nömrəli hərbi hissə komandirinin “Çöl çıxışlarının təşkili və keçirilməsində aşkar edilmiş nöqsanlar və tapşırıq vəzifəli şəxslərin cəzalandırılması haqqında” xx.xx.2021-ci il tarixli 2N saylı əmri;
10. AR Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin 338 nömrəli həkim rəyi;
Əsaslandırma hissəsi:
Məhkəmə iddianın mümkünlük şərtinə münasibətdə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(11N)-1790/2024 nömrəli qərardadına əsasən iddia mümkün hesab edilərək mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(11N)-1790/2024 nömrəli Qərardadına göstərilmişdir ki, iddiaçının mübahisələndirdiyi əmrlər qəbul edildiyi tarixdən sonrakı dövrdə onun səhhətində ciddi narahatlıqlar baş vermiş və bununla bağlı həkim rəyi mövcuddur. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı tərəfindən müddət üzrlü səbəbdən ötürülmüşdür. Odur ki, onun iddiası mümkün sayılaraq icraata qəbul edilməlidir. Məhkəmə İPM-nin 87.9-cu maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia mümkün iddiadır və mahiyyəti üzrə baxılmalıdır. İddia ərizəsindən göründür ki,iddiaçının hüquqi marağı aşağıdakı hissələrdən ibarətdir. 1.iddiaçıya “şiddətli töhmət elan edilməsinə dair” N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 2N saylı əmrinin onun barəsində olan hissəsinin ləğv edilməsi; 2.iddiaçının malik olduğu İ məharət dərəcəsinin bir pillə aşağı endirilməsinə görə cavabdehin xx.xx.2021-ci il tarixli 031 nömrəli əmrinin ona aid hissədə ləğv edilərək birinci məharət dərəcəsinin bərpa olunması; 3.birdəfəlik pul mükafatının iddiaçıya tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi. İddianın ilk iki tələbi “mübahisələndirmə haqqında” iddia növünə aiddir.Məhkəmə ifadə tərzindən asılı olmayaraq “birdəfəlik pul mükafatının iddiaçıya tam şəkildə ödənilməsi” hissəsində iddia tələbini məharət dərəcəsinin bir pillə aşağı endirilməsinə görə iddiaçıya dəymiş maddi ziyanın ödənilməsi kimi qiymətləndirir. Belə ki,məharət dərəcəsi “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən aylıq vəzifə maaşına konkret məbləğlərdə əlavələr müəyyən edilməsi əsasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, MN N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 2N nömrəli Əmrinə əsasən hərbi hissə komandirinin müavini İddiaçı 09 avqust 2021-ci il tarixindən 20 təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılmışdır. MN N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 2N nömrəli Əmrinə əsasən hərbi hissə komandirinin müavini İddiaçı 29 avqust 2021-ci il tarixindən növbəti məzuniyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamışdır. İddiaçı məzuniyyətdə olduğu müddətdə verilmiş MN N nömrəli hərbi hissə komandirinin “Birliyin gənc əsgərləri ilə ixtisas hazırlığı mərhələsinin təşkili və keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli N nömrəli Əmrinə əsasən “Müddətli həqiqi hərbi xidmətə yeni çağırılmış şəxsi heyətin döyüş hazırlığı proqramı”nın tələblərinə əsasən 2021-ci ilin iyul ayında hərbi xidmətə yeni çağırılmış şəxsi heyətlə ixtisas hazırlığı mərhələsinin keyfiyyətli keçirilməsi məqsədilə 2021-ci ilin iyul ayında hərbi xidmətə yeni çağırılmış şəxsi heyətlə ixtisas hazırlığının aşağıda qeyd olunan ixtisaslar üzrə 30 avqust 2021-ci il tarixdən 2N sentyabr 2021-ci il tarixədək 4 (dörd) həftə müddətində, həftədə 5 (beş) dərs günü, gündə 5 (beş) dərs saatı olmaqla N nömrəli hərbi hissədə təşkil edilməsi və toplanışın rəhbərliyi toplanış rəisi, N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik-leytenant İddiaçı tapşırılmışdır. MN-in N nömrəli hərbi hissə komandiri tərəfindən Hərbi hissənin 2021-ci ilin döyüş hazırlığı planına əsasən 2-ci tank taborunun şəxsi heyəti ilə 30 avqust 2021-ci il tarixindən 03 sentyabr 2021-ci il tarixədək çöl çıxışına hazırlığın keyfiyyətli və səmərəli təşkil olunması, həmçinin çöl çıxışının mütəşəkkil qaydada keçirilməsi məqsədi ilə “2-ci tank taborunun şəxsi heyəti ilə çöl çıxışının təşkili və keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli 981 nömrəli Əmr verilmişdir. MN-in N nömrəli hərbi hissə komandirinin “Çöl çıxışlarının təşkili və keçirilməsində aşkar edilmiş nöqsanlar və tapşırıq vəzifəli şəxslərin cəzalandırılması haqqında” xx.xx.2021-ci il tarixli 2N saylı əmrinə əsasən N saylı hərbi hissə komandirinin müavini polkovnik-leytenant İddiaçı “şiddətli töhmət” elan edilmişdir. Əmrdə aşağıdakılar göstərilmişdir : 01 sentyabr 2021-ci il tarixində N nömrəli hərbi hissənin 2-ci tank taborunun N-cı tank bölüyü və N nömrəli hərbi hissənin 2-ci tank taboru ilə çöl çıxışlarının təşkili və məşğələlərin keçirilməsi yoxlanılmışdır.Aparılmış yoxlama zamanı müəyyən edilmişdir: – N nömrəli hərbi hissənin 2-ci tank taborunda planlaşdırılmış atış məşğələsi vaxtında başlamayıb, saat 11:00-da məşğələ yerinə yalnız 4 (dörd) nəfər tank komandirləri gəlmişdir, məşğələlərin başlanmasından 2 saatdan artıq vaxt keçməsinə baxmayaraq, tabor və bölük komandirləri məşğələ yerinə gəlməmişdir. Taborun komandir heyətinin yerində olmaması səbəbindən çöl çıxışının keçirilməsi planını və bölüyün məşğələlər cədvəlini yoxlamaq mümkün olmamışdır. Bölmələr ərazidə düzgün yerləşdirilməmiş, mühafizə təşkil edilməmişdir; – N nömrəli hərbi hissənin 2-ci tank taboru ilə çöl çıxışına N-cı tank bölüyü ilə atış çalışmalarının yerinə yetirilməsi planlaşdırılmayıb. Hədəflərin vurulmasının qeydiyyatı aparılmadan qiymətləndirmə cədvəlində yekun qiymətlər yazılır. 4-cü tank bölüyü ilə planlaşdırılan 2-ci yoxlama atış çalışmasının (tankdan) keçirilməsinin planı səhv tərtib edilib. Bölmələr çöl çıxışı üçün təyin olunmuş ərazidə düzgün yerləşdirilməyib. Yuxarıda qeyd edilən nöqsanlar, hər iki hərbi hissədə çöl çıxışlarının keçirilməsinə hərtərəfli hazırlığın görülməməsinin, çıxışdan öncə sıra baxışının keçirilməməsinin, bölmə komandirlərinin öz vəzifə borclarının icrasına laqeyd yanaşmalarının və tabelikdə olanlara qarşı zəif tələbkarlığının nəticəsidir. MN-in N nömrəli hərbi hissə komandirinin “Hərbi qulluqçuıarın malik olduqları məharət dərəcəsinin aşağı endirilməsi haqqında” xx.xx.2021-ci il tarixli 031 saylı əmrinə əsasən N saylı hərbi hissə komandirinin müavini polkovnik-leytenant İddiaçı 1-ci məharət dərəcəsi bir pillə aşağı 2-ci məharət dərəcəsi endirilmişdir. Yuxarıda qeyd olunan iş materiallarının məzmunundan göründüyü kimi iddiaçı barəsində eyni tarixli iki vəzifənin icrası barədə əmrlər tərtib edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin tələblərinə əsasən bu Nizamnamə Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının ümumi vəzifələrini, onların arasındakı qarşılıqlı münasibətləri, alayda (briqadada) və onun bölmələrində daxili qayda-qanunları və həmçinin əsas vəzifəli şəxslərin xidmət vəzifələrini müəyyənləşdirir. Nizamnamədə göstərilməyən vəzifəli şəxslərin xidmət vəzifələri müvafiq əsasnamələr və təlimatlarla müəyyənləşdirilir. Həmin Nizamnamənin NN-cı maddəsinə əsasən hərbi hissə komandirinin müavini döyüş hazırlığı məşğələlərinin təşkilinə və keyfiyyətlə aparılmasına, maddi tədris bazasının yaradılmasına, daim təkmilləşdirilməsinə və həmişə saz saxlanmasına, kütləvi idman işlərinə, həmçinin alayda (briqadada) daxili qayda-qanunun və hərbi intizamın yüksək səviyyədə saxlanmasına cavabdehdir. O, alayın (briqadanın) döyüş və ictimaisiyasi hazırlıq, səfərbərlik planlarının işlənib hazırlanmasında iştirak etməli, hərbi hissənin bölmələrində döyüş hazırlığının təşkilini və vəziyyətini yoxlamaq, aşkar edilən çatışmazlıqları aradan qaldırmaq, bölmə komandirlərinə məşğələlərin təşkilində və aparılmasında kömək etməli, məşğələlər, təlimlər, atışlar zamanı təhlükəsizlik tədbirlərinə riayət edilməsini yoxlamalıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 309cu maddəsinə əsasən qoşunların təlim mərkəzlərinə (düşərgələrinə) çıxarılması qaydası döyüş hazırlığı planına uyğun və ya böyük komandirlərin (rəislərin) göstərişinə əsasən müəyyən olunur. Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisinin 94 nömrəli 25 oktyabr 201N-cı il tarixli əmri ilə təsdiq edilmiş “Motoatıcı taborun çöl (təlim mərkəzinə) çıxışının təşkili və keçirilməsi metodikası”nın tələblərinə əsasən çöl çıxışına hazırlıq əvvəlcədən, onun keçirilməsinə 1 (bir) həftədən az olmayaraq başlanılır. Azərbaycan Respublikası Silahlı X1 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Həmin Nizamnamənin 43-cü maddəsinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər.Göründüyü kimi çöl çıxışına hazırlıq əvvəlcədən, onun keçirilməsinə 1 (bir) həftədən az olmayaraq başlanılmalı olduğu təsbit edilmişdir. MN-in N nömrəli hərbi hissə komandiri tərəfindən Hərbi hissənin 2021-ci ilin döyüş hazırlığı planına əsasən 2-ci tank taborunun şəxsi heyəti ilə 30 avqust 2021-ci il tarixindən 03 sentyabr 2021-ci il tarixədək çöl çıxışına hazırlığın keyfiyyətli və səmərəli təşkil olunması, həmçinin çöl çıxışının mütəşəkkil qaydada keçirilməsi məqsədi ilə “2-ci tank taborunun şəxsi heyəti ilə çöl çıxışının təşkili və keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli 981 nömrəli Əmr verilmişdir.Həmin tarixdə isə iddiaçı növbəti məzuniyyətdə olmuşdur. Bundan əlavə isə MN N nömrəli hərbi hissə komandirinin “Birliyin gənc əsgərləri ilə ixtisas hazırlığı mərhələsinin təşkili və keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli N nömrəli Əmrinə əsasən “Müddətli həqiqi hərbi xidmətə yeni çağırılmış şəxsi heyətin döyüş hazırlığı proqramı”nın tələblərinə əsasən yeni çağırılmış şəxsi heyətlə ixtisas hazırlığı təşkil edilməsi və toplanışın rəhbərliyi iddiaçıya tapşırılmışdır. Aydındır ki, yeni çağırılmış şəxsi heyətlə ixtisas hazırlığı təşkil edilməsi ilə Çöl çıxışlarının təşkili və keçirilməsi zaman etibarı ilə üst-üstdə düşməklə bərabər məkan etibarı ilə fərqli əraziləri əhatə etmişdir. Məhkəmə aşğıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası müdafiə nazirinin 201N-cı il 21 may tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) Qaydaları haqqında Əsasnamə”: Bənd 37. Müvafiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi aşağıdakı hallarda endirilir və ya onlar məharət dərəcəsindən (sınaqların nəticələri nəzərə alınmadan və ya sınaqlar keçirilmədən) məhrum edilirlər: ... 37.2.7. Azərbaycan Respublikasının müdafiə naziri və onun müavinləri tərəfindən hərbi qulluqçuya “vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” elan edildikdə. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu” Maddə 30. İntizam məsuliyyəti, inzibati və cinayət məsuliyyəti
1. Hərbi qulluqçular hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər.
2. İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına aşağıdakı məbləğlərdə əlavələr müəyyən edilsin: 2-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 15 faiz miqdarında; 1-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 25 faiz miqdarında; İPM-in N8.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in N8.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 2N saylı və xx.xx.2021-ci il tarixli 031 saylı Əmrləri İddiaçı aid hissədə ləğv edilməli,məharət dərəcəsinin aşağı salınmasının nəticəsində iddiaçıya ödənilməmiş vəsait ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in N9, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N8, N9, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N sentyabr 2021-ci il tarixli 2N nömrəli və 20 noyabr 2021-ci il tarixli 31 nömrəli Əmrləri İddiaçı aid hissədə ləğv edilir.Məharət dərəcəsinin bir pillə aşağı salınması nəticəsində iddiaçıya ödənilməmiş olan pul vəsaitinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə