Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-383/2020 07.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı Cavabdehnə qarşı "Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin mülkiyyətində saxlanılan 0,70 ha torpaq sahəsinin və adının Ağdaş Rayon AİK-nın qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Qaradağlı kəndi üzrə torpaq payı alacaq subyektlərin siyahısına daxil edilməsi ilə bağlı inzibati aktın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı "Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin mülkiyyətində saxlanılan 0,70 ha torpaq sahəsinin və adının Ağdaş Rayon AİK-nın qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Qaradağlı kəndi üzrə torpaq payı alacaq subyektlərin siyahısına daxil edilməsi ilə bağlı inzibati aktın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbi ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, 1953-cü ildən 2005-ci ilin aprel ayına kimi Ağdaş rayonu Qaradağlı kəndində yaşamış, həmin tarixdən etibarən yaşadığı ərazi şəhər qeydiyyatına salınmışdır. Hazırda ünvan 1 ünvanında yaşayır. Ağdaş rayonu Qaradağlı kəndində torpaq islahatı aparılan zaman ona torpaq payı verilməli olduğu halda, verilməmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin dördüncü hissəsində deyilir ki, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun "İslahatı aparan orqanlar" adlanan 4-cü maddəsində deyilir ki, islahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət X4, Naxçıvan Muxtar Respublikası X4, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. "Torpaq islahatı haqqında" Azərbaycan RespublikasıQanununun 20-ci maddəsində deyilir ki, torpaq islahatını AzərbaycanRespublikası Dövlət X4, Naxçıvan Muxtar RespublikasıX4, rayon və yerli aqrar islahatkomissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz vəkolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə Dövlət X4 yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Dövlət X4 haqqında Əsasnamə" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə bir neçə sənəd, o cümlədən "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə", "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə", "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "Dövlət X1 yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası Dövlət X3 haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanının sadalanan Əsasnamələrin təsdiq edilməsinə aid hissəsi ləğv edilmişdir. Sadalanan normativ-hüquqi aktlardan görünür ki, sovxoz və kolxozların islahatının, o cümlədən torpaq islahatının aparılması Azərbaycan Respublikası Dövlət X2, Naxçıvan Muxtar Respublikası X2, rayon və yerli aqrar islahat komissiyalarının səlahiyyətinə aid edilmişdir. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə xx.xx.1995-ci ildə Dövlət X4 yaradılmış, xx.xx.1997-ci ildə islahatın aparılması qaydalarını müəyyən edən Əsasnamələr və digər sənədlər təsdiq edilmiş, torpaq islahatı başa çatdıqdan sonra xx.xx.2005-ci ildə Azərbaycan Respublikası Dövlət X4, xx.xx.2016-cı ildə isə qeyd olunan Əsasnamələr ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda Cavabdehnə qarşı irəli sürdüyü tələblər aqrar islahat komissiyalarının səlahiyyətində olmuş, həmin komissiyalar isə artıq ləğv olunmuşdur. İddiaçının adının torpaq payı alacaq subyektlərin siyahısına daxil edilməsi imkanı artıq mövcud deyil. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı "Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin mülkiyyətində saxlanılan 0,70 ha torpaq sahəsinin və adının Ağdaş Rayon AİK-nın qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Qaradağlı kəndi üzrə torpaq payı alacaq subyektlərin siyahısına daxil edilməsi ilə bağlı inzibati aktın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4 vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-383/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-383/2020
07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver