Məhkəmə qərarları › İş №2-1(116)-396/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-396/2021

05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-396/2021 05.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı X1rşı "13 saylı X2 xx.xx.2020-ci il tarixli **********153200 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “13 saylı X2 xx.xx.2020-ci il tarixli **********153200 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdən icraata götürülmüş sayılmışdır. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı X3 xx xxxxxx 2020-ci il tarixli sərəncam ünvanlayaraq, iddiaya qarşı rəsmi münasibət (etiraz) bildirilməsini, xx.xx.2020-ci il tarixli **********153200 nömrəli qərarın qəbul olunmasına əsas olmuş araşdırma materialını və mübahisəli qərarın iddiaçıya çatdırılmasına dair (poçt, təqdimetmə və s.) məlumatı məhkəməyə təqdim etməyi tələb etmişdir. Məhkəmə həmçinin iddiaçıya xx.xx.2021-ci il tarixdə məktub ünvanlayaraq iş üzrə mübahisənin hazırkı vəziyyəti, mübahisə ilə bağlı cavabdeh tərəflə hər hansı bir razılığa gəlinib-gəlinməməsi barədə məlumat verilməsini xahiş etmişdir. Belə ki, məhkəmənin icraatında olan 2-1(116)-222/2021 nömrəli inzibati iş üzrə eyni tərəflər arasında analoji mübahisə ilə bağlı tərəflər öz aralarında razılığa gələ bilmiş və həmin iş üzrə iddiadan imtina edilməsinə dair müvafiq ərizə məhkəməyə daxil olmuşdur. Bundan sonra iddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixli ərizə ünvanlayaraq cavabdeh tərəflə əldə etdikləri razılığa əsasən qərar vergi orqanı tərəfindən ləğv edildiyindən, mübahisə predmeti aradan qalxdığından və işlə bağlı tələbinin olmaması səbəbindən 13 saylı X2 xx.xx.2020-ci il tarixli **********153200 saylı qərarının ləğv edilməsi barədə iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini icraata xitam verilməsi əsası kimi nəzərdə tutmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiadan imtina edilməsi zamanı prosessual qanunvericilik iddiaçıya münasibətdə heç bir məhdudiyyət nəzərdə tutmadığı üçün (İPMnin 55.2-ci maddəsində şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilməsi barədə məhdudiyyət mövcuddur.) və iddiadan imtina edilməsi hazırkı halda cavabdehin iradəsindən asılı olmadığına görə, yəni iddiaçı şifahi məhkəmə baxışına qədər imtina etdiyi üçün imtina qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə ərizəni iş materialları ilə birlikdə qanunvericiliyin tələbləri baxımından araşdırıb hesab edir ki, iddiaçı iddiadan imtina etdiyi üçün hazırkı işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 55.5 və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı X1rşı "13 saylı X2 xx.xx.2020-ci il tarixli **********153200 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə iddiaçı iddiadan imtina etdiyi üçün iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar