Məhkəmə qərarları › İş №2-1(116)-403/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-403/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-403/2021 15.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X4rşı "X2 və X1 məxsus müvafiq olaraq JN-049F və JN-048F "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin "Torpaq sahəsinin planı və ölçüsü" hissələrinin xx.xx.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri hissəsində ləğv edilməsi və xx.xx.1987-ci il tarixli texniki pasporta və xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Qax rayonu Çinarlı kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinin vahid daşınmaz əmlakın dövlət reyestrində Şahmuradova Zöhrə Hacı qızının adına qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X4rşı "X2 və X1 məxsus müvafiq olaraq JN-049F və JN-048F "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin "Torpaq sahəsinin planı və ölçüsü" hissələrinin xx.xx.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri hissəsində ləğv edilməsi və xx.xx.1987-ci il tarixli texniki pasporta və xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Qax rayonu Çinarlı kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinin vahid daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarında aşağıdakı tövsiyələr verilmişdir: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşdən göründüyü kimi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X6 xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək mərhum anası Şahmuradova Zöhrə Hacı qızına məxsus Çinarlı kəndində yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə texniki pasportun və çıxarışın verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X7 həmin ərizəyə cavab olaraq iddiaçıya göndərdiyi xx.xx.2020-ci il tarixli **********98 nömrəli məktubda bildirmişdir ki, xx.xx.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri X2 məxsus kod 40312028, JN-049F nömrəli və X1 məxsus kod 40312028, JN-048F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərdə göstərildiyindən, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinin tələblərinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığına, həmçinin xx.xx.1987-ci il tarixli texniki pasport və kod 40312028, JN-050F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahələrinin ölçülərinin fərqli olması uyğunsuzluq yaratdığına görə ərizənin icrasından imtina olunur. İddiaçı həmin cavab məktubunu aldıqdan sonra cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X4rşı "X2 və X1 məxsus müvafiq olaraq JN- 049F və JN-048F "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin "Torpaq sahəsinin planı və ölçüsü" hissələrinin xx.xx.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri hissəsində ləğv edilməsi və xx.xx.1987-ci il tarixli texniki pasporta və xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Qax rayonu Çinarlı kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinin vahid daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli məktubu ilə İddiaçı bildirilmişdir ki, iddiaçı məhkəmədən əvvəl cavabdehə etdiyi müraciətdə JN-048F və JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin hissəvi ləğv olunmasını xahiş etməmişdir, belə olan halda isə, iddianın həmin sənədlərin ləğv edilməsinə dair hissəsi mümkün sayıla bilməz. Məhkəmənin məktubunda iddiaçıya əlavə olaraq bildirilmişdir ki, o, evin və 0,25 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, bu qeydiyyatın kimin adına aparılmasını göstərməmişdir. İddiaçı məhkəmənin məktubuna cavab olaraq məhkəməyə göndərdiyi "İddia ərizəsinin dəqiqləşməsi barədə ərizə"də iddia tələbinin qeydiyyatın kimin adına aparılması hissəsini dəqiqləşdirərək, qeydiyyatın Şahmuradova Zöhrə Hacı qızının adına aparılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmənin məktubunda göstərilən digər məsələ ilə bağlı isə iddiaçı bildirmişdir ki, JN-048F və JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin mövcudluğu ona cavabdehin imtina məktubu ilə məlum olmuşdur. O, yenidən sözügedən şəhadətnamələrin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etməmişdir, çünki imtina üçün səbəblərdən biri şəhadətnamələrin mövcudluğudur. Göründüyü kimi, iddiaçının hazırkı tələbi iki hissədən ibarətdir: 1) X2 və X1 məxsus müvafiq olaraq JN-049F və JN-048F "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin "Torpaq sahəsinin planı və ölçüsü" hissələrinin xx.xx.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri hissəsində ləğv edilməsi; 2) xx.xx.1987-ci il tarixli texniki pasporta və xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Qax rayonu Çinarlı kəndində yerləşən fərdi yaşayış evinin və 0,25 ha torpaq sahəsinin vahid daşınmaz əmlakın dövlət reyestrində Şahmuradova Zöhrə Hacı qızının adına qeydiyyata alınaraq çıxarış verilməsi. Tələbin hər ikisi öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna görə onların mümkünlük şərtlərindən biri iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl eyni tələblə cavabdehə müraciət etməsidir. Lakin müəyyən edildi ki, iddiaçı tələbin ikinci hissəsi, yəni fərdi yaşayış evinin və torpaq sahəsinin Şahmuradova Zöhrə Hacı qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması ilə bağlı əvvəlcədən cavabdehə müraciət etsə də, JN- 049F və JN-048F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin hissəvi ləğv edilməsi ilə bağlı müraciət etməmişdir. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququ təmin edilərək ona yuxarıda göstərilən xx.xx.2021-ci il tarixli məktub göndərilmiş və onun fikri öyrənilmişdir. İddiaçı özü də ərizəsində bildirmişdir ki, qeyd olunan tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etməmişdir. Belə olan halda, məhkəmə bu qərara gəlir ki, iddianın JN-049F və JN-048F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin hissəvi ləğv edilməsi hissəsi, iddiaçı cavabdehə əvvəlcədən müraciət etmədiyinə görə mümkün sayıla bilməz. Analoji hüquqi mövqe 2-1(102)-924/2020, 2-1(102)-1613/2020 və digər işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında da ifadə edilmişdir. İddianın digər hissəsi, yəni xx.xx.1987-ci il tarixli texniki pasportda və xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsində göstərilən fərdi yaşayış evinin və torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində Şahmuradova Zöhrə Hacı qızının adına qeydiyyata alınaraq çıxarış verilməsi tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən bu qeydiyyatın aparılmasından imtina olunmasının səbəbi məhz həmin texniki pasportda göstərilən "B" və "V" tikililərin JN-048F və JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərdə göstərilməsi olmuşdur. Deməli, JN-048F və JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin mövcudluğu evə və torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olur və həmin məsələ həllini tapmayınca Şahmuradova Zöhrə Hacı qızının adına qeydiyyatın aparılması tələbinə baxılmamalıdır. Bu səbəbdən iddianın həmin hissəsi də mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə

qərara aldı :

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X4rşı "X2 və X1 məxsus müvafiq olaraq JN-049F və JN-048F "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin "Torpaq sahəsinin planı və ölçüsü" hissələrinin xx.xx.1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri hissəsində ləğv edilməsi və xx.xx.1987-ci il tarixli texniki pasporta və xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Qax rayonu Çinarlı kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinin vahid daşınmaz əmlakın dövlət reyestrində Şahmuradova Zöhrə Hacı qızının adına qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar