Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-416/2025 17.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçının İddiaçı1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, Qəbələ Rayonunun Çuxur Qəbələ Bələdiyyəsi üçüncü şəxs qismində cəlb olunmaqla, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN-157B saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, Qəbələ rayonu X18ində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçı və ailə üzvlərinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN- 157B saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, Qəbələ rayonu X18ində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçı və ailə üzvlərinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-416/2025 nömrəli qərardadı ilə Qəbələ rayonu Çuxur Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia ərizəsinə əsasən, “Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN-157B nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə Qəbələ rayonu X18ində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir. JN-157B saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə mülkiyyətə verilmiş hal hazırda istifadələrində olan 0.20 ha torpaq sahəsinə dair çıxarış və plan ölçü sənədinin verilməsi ilə bağlı “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişlər. “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsı'”nin 9 saylı Qəbələ Ərazi İdarəsi 25 sentyabr 2023-ci il tarixli 3-21-3- 42/2-4516/2023 saylı məktubla mənim müraciətə əsassız olaraq imtina vermişdir. İmtinanı onunla əsaslandırılılmışdır ki, 0.20 ha torpaq sahəsinə dair JN-157B saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi’’nin 9 saylı Qəbələ Ərazi İdarəsinin elektron baza xəritəsində (məlumatlarında) öz əksini tapmamışdır. İddiaçılar qeyd edir ki, JN-157B saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən 0.20 ha torpaq sahəsi uzun illərdir ki, onların istifadəsində olmuş və hal hazırdada onların mülkiyyətində və faktiki istifadəsindədir. Həmin torpaq sahəsində uzun illərdir ki, bağ salmış, qulluq göstərimişlər. Bütün kənd, el oba bilir ki, bu həyət onlarındı.Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri X14 9 saylı Qəbələ Ərazi İdarəsinin vəzifəli şəxsləri əsassız imtina verir. İddiaçılar qeyd edir ki, elektron baza məlumatlarında həmin torpaq sahəsinə dair yaranmış uyqunsuzlukları düzəltmək isə ləğv edilmiş DT və XK-si səlahiyyətlərinə aiddir. DT və XK-sinin hüquqi varisi də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və onun tabe qurumlarıdır. Qeyd olunan şəhadətnamənin elektron baza məlumatlarındakı uyqunsuzlukları düzəltmək səlahiyyətləri isə həmin quruma aiddir. Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin 9 saylı Qəbələ Ərazi İdarəsinin bu cavabı iddiaçıların qaunla qorunan hüquqlarını pozur. Yuxarıda qeyd olunan qanunvericilik müddəlarının mənasına görə mülkiyyət hüquqi təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olmayaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.”. Cavabdeh orqan iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, “iddiaçının üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasım istədiyi 0.20 ha torpaq sahəsində Ərazi İdarəsinin əməkdaşları tərəllndən ərazidə texniki invcntarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki. JN-İ57B saylı "Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə’ elektron baza məlumatlarında öz əksini tapmamış və baza xəritəsində həmin ərazi bələdiyyə mülkiyyəti kimi qeyd olunmuşdur. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. "Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri" X9 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliy inə cavabdehdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin lll.l-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11 1.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşıı işlərinin tərtibi ilə torpaq ay ırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1-ci m. Jdəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdııdlaşdırihnasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır” Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. 31.07.2023-cü il tarixli Aktların surəti.
3. JN-157B kod 40617018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarına əsasən 0.20 ha torpaq sahəsi X7 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
4. JN-116B kod 40617018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarına əsasən 0.11 ha torpaq sahəsi X8 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
5. JN-171A kod 40617018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarına əsasən 0.20 ha torpaq sahəsi X3 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
6. Qəbələ rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin surəti.
7. Cavabdehin təqdim etdiyi Qəbələ rayonu X18i üzrə torpaq sahəsi ayrılan subyektlərin siyahısından 157-ci nömrə olan adları qeyd edilən hissədən çıxarışdan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adları qeyd edilmişdir.
8. Qəbələ RİH başçısının X15 Ərazi Dairəsi üzrə nümayəndəliyinin məktubundan görünür ki, X18 sakinləri Qaça/ev Mürzəffər Cəfər oğlu, İddiaçı2, İddiaçı3 Mürzəfər oğlu və İddiaçı4 adına məxsus Qəbələ Rayonu Aqrar islahat Komissiyasının 26 may 1998-ci il tarixli 10 saylı qərarı əsasında JN-157B saylı ailə üzvlərinin mülkiyyətində elan Qəbələ rayonu X18ində 0.20 ha faktiki istifadəsində həyətyanı torpaq sahəsi var.
9. Qəbələ rayon X6 xx.xx.2024-cü il tarixli 16 nömrəli arayışından görünür ki, həqiqətən X18 sakini İddiaçı1,X4,İddiaçı3 Mürzəffər oğlu vəİddiaçı4 Mürzəffər oğlunun Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli JN-157 B saylı 0.20 ha faktiki istifadəsində həyətyanı torpaq sahəsi vardır.
10. Qəbələ rayon X18 inzibati ərazi dairələri üzrə nümayəndəliyin ev təsərrüfatların uçotu kitabın surəti (2015 - 2020-ci illər üçün).
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-3677/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, işin araşdırılması məqsədi ilə DƏDKR X16 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi 17 aprel 2024-ci il tarixdə Qəbələ rayonu X18ində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı1 və ailə üzvlərinin adına tərtib edilmiş JN-157B KOD 40617018 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0,20 hektar torpaq sahəsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 9 saylı Qəbələ Ərazi İdarəsində məlumat olmadığına görə xüsusiyyətlərini təyin etmək mümkün deyil. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,26 hektar torpaq sahəsi, Qəbələ rayonu X18i ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG ) əsasən X18 İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqların aid, uqodiyası həyətyanı olan X6 mülkiyyətindədir. X2 X5 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsinin torpaqları, uqodiyası həyətyanı X6 mülkiyyətinə aid olan ərazi kimi göstərilmişdir. JN-157B KOD 40617018 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0,26 hektar torpaq sahəsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsində məlumat olmadığına görə faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-1261/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İşin araşdırılması məqsədi ilə DƏDKR X14 9 saylı Qəbələ Ərazi İdarəsinin məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının faktiki istifadəsində olan 0,26 hektar torpaq sahəsinə münasibətdə 0,20 hektar torpaq sahəsinin sərhədlərinin koordinatları və yerləşmə mövqeyi yerquruluşu planında göstərilmişdir.İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin birbaşa qonşuluğunda yerləşən torpaq sahələrinə dair torpaq islahatı zaman tərtib edilmiş JN- 116B saylı Şəhadətnamənin arxiv nüsxəsinin surəti təqdim edilir. JN-157B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qonşu torpaq sahəsi olaraq göstərilmiş JN-171A saylı Şəhadətnamənin arxiv nüsxəsinin surəti təqdim edilir.
Tətbiq edilən hüquq «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Aqrar islahatın məqsədi və vəzifələri İslahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. İslahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir. Maddə Maddə 3. Aqrar islahatın əsas prinsipləri Aqrar islahatın əsas prinsipləri aşağıdakılardır: dövlətin iqtisadi siyasəti ilə aqrar islahatın uzlaşması; islahatın aparılmasında sosial ədalətin və könüllülüyün təmin edilməsi; əmtəə istehsalçılarına təsərrüfat fəaliyyətinin təşkilində və öz məhsullarına sərəncam verməkdə tam sərbəstliyin təmin edilməsi; respublikanın kənd təsərrüfatı xüsusiyyətlərinin nəzərə alınması; ətraf mühiti mühafizə tələblərinə əməl edilməsi; kəndin sosial inkişafı və əhalinin sosial müdafiəsi. Maddə 5. Torpaq islahatı İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri közlənilir. Azərbaycan Respublikası Prezidentinin “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında 8 iyul 2014-cü il tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3. “Torpaqların alğı-satqısı Qaydaları”na Əlavə - “Torpaqların alğı-satqısına dair Akt” çıxarılsın. 26. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016cı il tarixli, 818 nömrəli Fərmanı 1. “Azərbaycan Respublikasında X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: ... 2.3. X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X2 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. X2 X5 ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, Qəbələ rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarı ilə JN-157B KOD 40617018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0.208 ha torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmiş, həmin sahə onların faktiki istifadəsindədir. Elektron xəritədə X6 mülkiyyətinə aid olan ərazi kimi göstərilmiş 0.20 ha torpağın iddiaçıların faktiki istifadələrində olmaları, habelə torpaq sahəsinin aqrar islahat zamanı mülkiyyətə verilməsi X6 xx.xx.2024-cü il tarixli 16 nömrəli arayışı və müvafiq subyektlər siyahısı ilə də təsdiq olunur. Torpaq sahəsinə dair hər hansı digər şəxslərin iddiasının mövcudluğu müəyyən edilmir. Cavabdehin dəlilini əsassız hesab edən məhkəmə qeyd edir ki, mövcud elektron baza məlumatlarında JN-İ57B saylı "Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin əks olunmaması iddiaçıların təqsirli davranışına bağlı olmadığı ilə yanaşı, sözügedən bazaya onların müdaxilə imkanları da mövcud deyil. Bu baxımdan iddiaçılardan asılı olmayan hallara əsaslanmaqla verilmiş cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Qeyd olunmalıdır ki, Qəbələ rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarı ilə mübahisəli torpaq sahəsinin iddiaçılara ayırılması barədə JN- 157B KOD 40617018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə “İnzibati icraat haqqında” qanunun tələbinə əsasən hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. İş materiallardan hüquqmüəyyənedici sənəd olan həmin qərarın hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni qərar öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Hazırkı halda cavabdeh inzibati orqan iddiaçıların qüvvədə olan“Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməni hüquqmüəyyənedici sənəd kimi nəzərə almadan və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində konkret sadalanan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının heç birinə uyğun gəlməyən imtinası qanuni və əsaslı hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Qəbələ rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN-157B saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə iddiaçıların mülkiyyətinə verilmiş Qəbələ rayonu X18ində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın, habelə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə həvalə edilməlidir. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı: İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə Qəbələ rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN-157B saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə iddiaçıların mülkiyyətinə verilmiş, Qəbələ rayonu X18ində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın habelə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.