Məhkəmə qərarları › İş №2-1(116)-484/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-484/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-484/2021 23.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və DƏDRX-in 17 saylı X1rşı "xx.xx.2017-ci il tarixli 0,05 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın, "Torpaq sahəsinin planı və ölçüsü"nün, Cavabdeh1 verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilərək ləğv olunması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və DƏDRX-in 17 saylı X1rşı "xx.xx.2017-ci il tarixli 0,05 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın, "Torpaq sahəsinin planı və ölçüsü"nün, Cavabdeh1 verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilərək ləğv olunması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Sadalanan normalardan göründüyü kimi, cavabdehlərlə iddiaçı arasında olan mübahisə mülki hüquq münasibətlərindən əmələ gəlmişdir və xüsusi hüquq normaları əsasında həll edilməlidir, bu səbəbdən də həmin mübahisə inzibati mübahisə sayılmır. Belə olan halda, iddiaçının iddia tələbinə baxılması inzibati məhkəmənin səlahiyyətinə aid deyil. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində deyilir ki, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd olunanlara əsasən, iddiaçı yaranmış mübahisəni həll etmək üçün iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edə bilər. Göstərilən hallar məhkəmənin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının diqqətinə çatdırılmış və ondan bununla bağlı fikirlərini 5 gün müddətində məhkəməyə bildirməsi xahiş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli ərizədə hazırkı iddia ilə bağlı qanunvericiliyin tələblərinə uyğun prosessual hərəkətlərin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, sadalanan hallara görə hazırkı iddia mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və DƏDRX-in 17 saylı X1rşı "xx.xx.2017-ci il tarixli 0,05 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın, "Torpaq sahəsinin planı və ölçüsü"nün, Cavabdeh1 verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilərək ləğv olunması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar