Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-56/2020 01.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi x1, cavabdehin nümayəndəsi x2 iştirakı ilə İddiaçı Kamil oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı x7rşı "444820 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün təyinat qrafasında texniki səhv olaraq yazılmış "kənd təsərrüfatı məhsulları istehsalı" sözünün "həyətyanı" sözü ilə dəyişdirilməsi və 0,99 ha həyətyanı torpaq sahəsinin mərhum atası x6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Oğuz Rayon Aqrar İslahat Komissiyasının 16.12.1997-ci il tarixli 53 nömrəli qərarına əsasən, Oğuz rayon Qumlaq kəndində yerləşən 9900 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi x6 mülkiyyətinə verilmiş və onun adına bu barədə A-444820 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilərək dövlət torpaq kadastrı kitabında 02.07.2013-cü ildə 3733 nömrə ilə uçota alınmışdır. Həmin sənəddə torpaq sahəsinin suvarılan əkin olması göstərilmişdir. x8 09.11.2014-cü ildə vəfat etmişdir. İddiaçı Kamil oğlu cavabdehə ərizə ilə müraciət edərək, həmin "Torpaq sahəsinin planı və ölçüsü"nün təyinat qrafasında texniki səhv olaraq yazılmış "kənd təsərrüfatı məhsulları istehsalı" sözünün "həyətyanı" sözü ilə dəyişdirilməsi və 0,99 ha həyətyanı torpaq sahəsinin mərhum atası x6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh 14.05.2019-cu il tarixli **********03 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilənlərə əsasən, daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Tələb olunan sənədlərin əslləri və yaxud surətləri hüquq sahibinin vərəsəsi olmağı barədə məktubun təqdim edildiyi zaman ona verilə bilər. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, 9900 kv.m torpaq sahəsinin təyinatı həyətyanı olduğu halda, səhvən "kənd təsərrüfatı məhsulları istehsalı" kimi göstərilmişdir. Cavabdeh iddiaya qarşı 08.07.2019-cu il tarixli yazılı etirazında bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin təyinatının dəyişdirilməsi İdarənin səlahiyyəti daxilində deyil. Bu səlahiyyət qanunvericiliyin tələblərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsusdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-067F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Oğuz Rayon AİK-in 16.12.1997-ci il tarixli 53 nömrəli qərarına əsasən, x6, x3 adına 0,42 ha həyətyanı torpaq sahəsi verilmişdir. - İşdə olan, A-444820 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən x6 adına Oğuz Rayon Aqrar İslahat Komissiyasının 16.12.1997-ci il tarixli 53 nömrəli qərarı ilə 9900 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. - İşdə olan, Şəki Regional "Asan Xidmət" Notariat Ofisinin 04.08.2019-cu il tarixli 1585 nömrəli məktubundan görünür ki, Oğuz Rayon İcra Hakimiyyəti başçısının Qumlaq kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş 05.07.2019-cu il tarixli 10-25/282 nömrəli arayışa əsasən, İddiaçı Kamil oğlu 09.11.2014-cü ildə vəfat etmiş x6 və 29.06.2004-cü il tarixdə vəfat etmiş x3 vərəsəsidir. - İşdə olan, cavabdehin 08.07.2019-cu il tarixli yazılı etirazından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin təyinatının dəyişdirilməsi onların səlahiyyəti daxilində deyil. Torpaq sahəsinin təyinatının dəyişdirilməsi səlahiyyəti qanunvericiliyin tələblərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aiddir. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29.03.2020-ci il tarixli **********29 nömrəli mütəxəssis rəyindən görünür ki, x6 adına verilmiş A-444820 nömrəli (Dövlət Kadastr kitabında 02.07.2013-cü ildə 3733 nömrəli uçota alınıb) "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 9900 kv.m torpaq sahəsi elektron bazada kənd təsərrüfatı təyinatlıdır. Həmin sənəddə göstərilən torpaq sahəsi Oğuz Rayon AİK-in 16.12.1997-ci il tarixli 53 nömrəli qərarı ilə kənd təsərrüfatı təyinatı ilə x6 mülkiyyətinə verilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında deyilir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. İddiaçı torpaq islahatı zamanı atasının mülkiyyətinə verilmiş 9900 kv.m torpaq sahəsinin təyinatının həyətyanı olduğunu bildirsə də, məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 17.09.2019-cu il tarixli arayışı və 06.12.2019-cu il tarixli mütəxəssis rəyi ilə müəyyən edildi ki, həmin torpaq sahəsikənd təsərrüfatı məhsullarının istehsalı təyinatlıdır və , "Torpaq sahəsinin planı və ölçüsü"nün tərtib olunmasında heç bir səhvə yol verilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 04.08.1999-cu il tarixli 176 nömrəli Fərmanının 2.1-ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Göründüyü kimi, torpaqların bir kateqoriyadan digərinə keçirilməsi səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məxsusdur. İddiaçının özünün belə bir səlahiyyəti yoxdur. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçının tələbini təmin etməməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Kamil oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı x7rşı "444820 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün təyinat qrafasında texniki səhv olaraq yazılmış "kənd təsərrüfatı məhsulları istehsalı" sözünün "həyətyanı" sözü ilə dəyişdirilməsi və 0,99 ha həyətyanı torpaq sahəsinin mərhum atası x6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-56/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-56/2020
01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver