Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-570/2021 20.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "X7 və onun övladı X3 Mingəçevir şəhəri Züleyxa Həsənova küçəsində yerləşən 2 nömrəli evin 28 nömrəli mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Mingəçevir şəhəri Z.Həsənova küçəsi ev 2-də yerləşən 28 nömrəli mənzilə X4 mülkiyyət hüququ xx.xx.2014-cü ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. X8 xx.xx.2018-ci ildə vəfat etmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X4 vərəsəsi İddiaçı sözügedən əmlakdan 1/1 hissədə pay alması müəyyən edilmişdir. Həmin mənzilə İddiaçı mülkiyyət hüququ xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı oğlu X9 və üçüncü şəxs Baxışova (nikahda olduğu zaman soyadı Axundova olmuşdur) Əfsanə İlqar qızı xx.xx.2017-ci ildə nikah bağlayaraq ailə qurmuş, xx.xx.2018-ci ildə onların X10 adlı bir uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. X1 hazırda anasının himayəsindədir. Üçüncü şəxs X13 əvvəllər yaşayış yeri üzrə qeydiyyatda Ağdaş rayonu Şəkili kəndində olmuş, xx.xx.2018-ci ildə isə iddiaçıya məxsus olan Mingəçevir şəhəri Z.Həsənova küçəsi ev 2-də yerləşən 28 nömrəli mənzilə qeydiyyata götürülərək ona yeni şəxsiyyət vəsiqəsi verilmişdir. X10 da xx.xx.2019-cu ildə həmin mənzilə qeydiyyata götürülmüşdür. Lakin üçüncü şəxs X13 və onun övladı X10 hazırda həmin mənzildə yaşamırlar. Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli 2(051)-1881/2019 nömrəli qətnaməsinə əsasən, Axundova (hazırda Baxışova) Əfsanə İlqar qızının X5 və İddiaçı qarşı Mingəçevir şəhəri Z.Həsənova küçəsi 2 nömrəli evin 28 nömrəli mənzilinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi barədə iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, Axundova (hazırda Baxışova) Əfsanə İlqar qızının apellyasiya şikayəti təmin edilməmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-1881/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı sözügedən mənzildən üçüncü şəxs X7 və onun azyaşlı övladı X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün Cavabdehnə müraciət etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, sözügedən mənzil hazırda onun mülkiyyətindədir və üçüncü şəxs X7 və onun övladı X3 həmin mənzildə qeydiyyatda qalmaları üçün əsas yoxdur. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. İddia ərizəsində üçüncü şəxs X7 faktiki yaşayış yeri kimi Ağdaş rayon Şəkili kəndi göstərildiyinə görə onun adına yazılmış xx.xx.2021-ci il tarixli məktub həmin ünvana göndərilmiş, lakin həmin zərf poçt müəssisəsinin "Bu ünvanda yaşamır" qeydi ilə məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.3-cü maddəsində deyilir ki, məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsində isə deyilir ki, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin həmin maddəsində üçüncü şəxsin deyil, cavabdehin olduğu yerin məlum olmamasından bəhs edilsə də, məhkəmə bu qənaətə gəlmişdir ki, qanunvericilikdə başqa qayda nəzərdə tutulmadığına görə həmin norma tətbiq edilməli, üçüncü şəxs X13 qeydiyyatda olduğu ünvanda yaşamadığına, faktiki olduğu yer isə məlum olmadığına görə məhkəmə bildirişi onun məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanına göndərilməlidir. Bu səbəbdən də şifahi məhkəmə baxışının xx.xx.2021-ci il tarixə saat 15-ə təyin olunması barədə xx.xx.2021-ci il tarixli məhkəmə bildirişi poçt vasitəsilə Mingəçevir Bələdiyyəsinə göndərilmiş və xx.xx.2021-ci ildə həmin ünvana çatdırılmışdır. Məhkəmə qeyd edir ki, məhkəmənin işə baxmağa başlaya bilməsi üçün məhkəmə bildirişinin Bələdiyyə tərəfindən üçüncü şəxs X11 çatdırılmış olmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsi məhkəmə bildirişinin bilavasitə proses iştirakçısına deyil, onun məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanına çatdırılmasını işə baxmağa başlamaq üçün kifayət hesab edir. Bununla yanaşı, iddia ərizəsində üçüncü şəxs X7 əlaqə telefonları kimi göstərilmiş ***-***-**-** və ***-***-**-** nömrələrinə xx.xx.2021-ci ildə məhkəmə aparatının işçisi tərəfindən zəng edilsə də, zənglərə cavab verən olmamışdır. Ona görə də məhkəmə hazırkı şifahi məhkəmə baxışının üçüncü şəxs X7 iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə X4 mülkiyyət hüququ xx.xx.2014-cü ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X4 vərəsəsi İddiaçı Mingəçevir şəhəri Züleyxa Həsənova küçəsində yerləşən 2 nömrəli evin 28 nömrəli mənzilindən 1/1 hissədə pay alması müəyyən edilmişdir. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə İddiaçı mülkiyyət hüququ xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ""Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli Qərarında aşağıdakı hüquqi mövqe ifadə edilmişdir:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Müəyyən edildi ki, Axundova (hazırda Baxışova) Əfsanə İlqar qızı X5 və İddiaçı qarşı Mingəçevir şəhəri Z.Həsənova küçəsi 2 nömrəli evin 28 nömrəli mənzilinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi barədə iddia ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-1881/2019 nömrəli qətnaməsinə əsasən, həmin iddia təmin edilməmişdir. Göstərilən qətnamə ilə müəyyən edilmişdir ki, qeyd olunan mənzilə Axundova (hazırda Baxışova) Əfsanə İlqar qızının hər hansı hüququ yoxdur. Göründüyü kimi, üçüncü şəxs X7 İddiaçı məxsus olan mənzildən istifadə hüququnun olmaması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Bu isə, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə uyğun olaraq, X7 həmin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas verir. İddianın X1na aid hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində də deyilir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. X10 on dörd yaşına çatmadığına, hazırda anası X13 ilə birlikdə yaşadığına, sonuncu isə iddiaçıya məxsus olan mənzildə yaşamadığına və həmin mənzildən istifadə hüququ olmadığına, bu səbəbdən həmin mənzildən qeydiyyatdan çıxarılmalı olduğuna görə, X10 da həmin mənzildən qeydiyyatdan çıxarılmalıdır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh iddiaçının müraciətini təmin etməməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməli, X7 və X3 iddiaçıya məxsus olan mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus olan Mingəçevir şəhəri Züleyxa Həsənova küçəsində yerləşən 2 nömrəli evin 28 nömrəli mənzilindən üçüncü şəxs X7 və onun övladı X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Vidadi Qasımov.