Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-602/2025 25.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “cavabdehin xx.xx.2021-ci il tarixdə ona 5 il müddətinə təyin etdiyi 3-cü dərəcəli əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi (“ümumi” səbəb-dən – “xüsusi” səbəbə - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2021-ci il tarixdə ona 5 il müddətinə təyin etdiyi 3-cü dərəcəli əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi (“ümumi” səbəb-dən – “xüsusi” səbəbə - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbi üzrə cavabdeh qismində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ni göstərmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-2358/2024 nömrəli qərardadı ilə cavabdehin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı, 1993-cü ilin müharibə vaxtı ağır yaralanmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiaysının xx.xx.2019-cu il tarixli qərarı ilə onun 1993-cü ilin müharibə vaxtı hərbi travma alması təsdiq edilib. Sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq əlilliyin müəyyən edilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş rəsmləşdirilmiş və ona xx.xx.2021-ci il tarixdə umumi xəstəlik səbəbindən 5 il 3-cü dərəcəli əlillik təyin edilmişdir. Onun barəsində növbəti dəfə əlillik təyinatının səbəb əlaqəsinin dəyəişdirilməsi üçün tibbi müəssəsinin göndərişi rəsmləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Həmçinin onun müraciətindən sonra əyani müayinəsi aparılmışdır. Lakin cavabdeh tərəfindən verilmiş əlillik vəziyyətinin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il xx.xx.2021-ci il tarixli qərarın qüvvədə saxlanmağının səbəbi kimi göstərilmişdir ki, “Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin xx.xx.2022-ci il tarixli 1325/22 nömrəli Xəstəliik tarixindən Çıxarışda diaqnoz: “Baş-beynin üzvi xəstəliyi, davranış pozulmaları ilə yaddaş və intelektin enməsi, Özünü kəsmələrlə” kimi qeyd edilmişdir. Hərbi qərarda baş beynin travması barədə məlumat qeyd edilməmiş, baş travmasını təsdiq edən instrumental kranial müayinələr aparılmamışdır. Psixi vəziyyətinin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. O, qərarda dəyişiklik etmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasına müraciət etmiş və bu müraciətinə də xx.xx.2023 tarixli məktubla imtina verilmişdir. Bundan sonrada o, Mərkəzi Hərbi Həkim Komissiayısının bu qərarından şikayət vermişdir. Şəki İnzibati Məhkəməsi 05 fevral 2024-cü il tarxli məktubunda qeyd etmişdir ki, iddia ərizəsi mümkünlük şərtlərinə cavab vermir. “Hazır ki, psixi vəziyyətin (diaqnoz: davranış pozuntuları özünə xəsarət yetirmələrlə, baş beynin üzvi xəstəliyi, şəxsiyyət pozğunluğu, yaddaş zəifliyi, 1993-cü ilin müharibə vaxtı barotravma) hərbi səbəb əlaqəsinin təsdiqlənməsi” tələbinə münasibətdə ona izah edilmişdir ki, sağlamlıq vəziyyətində dəyişikliklər baş verdiyi halda yenidən Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2029-cu il tarixli 743 nömrəli qərarının məzmununa müvafiq diaqnozun əlavə edilməsinə lüzum yoxdur. X2 Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməyinin səbəbi ümumi səbəb ilə təyin edilmiş 3-cü qrup əlilliyinin dəyişilərək hərbi səbəb əlaqəsi ilə təsdiqlənməsidir. Göstərilənlər nəzərə alınaraq iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi "Spesifik şəxsiyyət pozuntuları, Şəxsiyyətin emosional davamsız pozuntusu” diaqnozu ilə daxil olmuş, “Göndərişin natamam doldurulması səbəbi ilə Mərkəzə geri göndərilmişdir. Cavabdeh orqan oxşar işlər məhkəmə aktlarında əks olunan hüquqi mövqeləri və maddi hüquq normalarının müvafiq bəndlərini sadalamaqla məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbindən 5 il müddətinə 3-cü dərəcəli əlilliyin təyin edilməsi barədə qərarı, AR Müdafiə Nazirliyi MHHK-nın xx.xx.2019-cu il tarixli, 743 saylı qərarı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 331 №-li məktubuna əlavə edilmiş 3331 saylı ekspert rəyi. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o, əlillik təyinatı aparılan zaman səbəbli-əlaqənin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” qeyd olunmalı olduğu halda, “ümumi xəstəlik” qeyd edildiyini bildirir. İddiaçı hesab edir ki, cavabdeh orqan onun sağlamlıq vəziyyətini qiymətləndirərkən xəstəliyin səbəbli-əlaqəsini düzgün müəyyən etməmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı barəsində tibbi göndəriş tərtib edən səhiyyə müəssisəsi onun sağlamlıq vəziyyətinə münasibətdə F60.3 XBT kodunda qeyd edilmiş diaqnoza istinad etmişdir. İddiaçıya qoyulmuş diaqnoz “Şəxsiyyətin emosional davamsız pozuntusu” olmuşdur. Həmin göndərişdə iddiaçının babası, əmisi, uşaqları, yoldaşının ruhi xəstəlikdən əziyyət çəkməsi və xəstəliyin irsi (genetik) ruhi əsəb xəstəlikləri səbəbindən ağırlaşması barədə məlumatlar qeyd olunmuşdur. Cavabdeh orqan iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9-cu bəndində (uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9) nəzərdə tutulmuş xəstəliyə uyğunluğunu müəyyən edərək ona ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixdən 5 il müddətinə üçüncü dərəcə əlillik təyin etmişdir. AR Müdafiə Nazirliyi MHHK-nın xx.xx.2019-cu il tarixli, 743 saylı qərarında iddiaçıya “Odlu silah qəlpə yaralanmalarından sonra başın alın nahiyəsinin sol yarısında üç ədəd köhnə çapıq toxumalar” diaqnozu qoyulmuş, “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” qeydləri icra edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozun AR Müdafiə Nazirliyi MHHK-nın xx.xx.2019-cu il tarixli, 743 saylı qərarında müəyyən edilmiş diaqnozla səbəbli-əlaqəsinin müəyyən edilməsi məqsədilə canlı şəxsin məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-yə həvalə edilmişdir. Təqdim edilmiş ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı “Emosional davamstz şəxsiyyət pozuntusu, anamnezindo başından qəlpə yarası (Psixi və davranış pozuntutannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F60.3) müəyyən edilir. Yoxlanılan şəxsdə hal-hazırda müəyyən edilən Emosional davamsız şəxsiyyət pozuntusunun meydana gəlməsi onun “Odlu silah qəlpə yaralanmalarından sonra başın alın nahiyəsinin sol yarısında üç ədəd köhnə çapıq toxumalar” arasında səbəbli əlaqəsi yoxdur. Göründüyü kimi iddiaçıya qoyulmuş diaqnozla AR Müdafiə Nazirliyi MHHK-nın xx.xx.2019-cu il tarixli, 743 saylı qərarında müəyyən edilmiş diaqnoz arasında səbəbli əlaqə mövcud olmadığından və tərtib edilmiş tibbi sənədlərdə xəstəliyin irsi (genetik) faktorlardan qaynaqlanması öz əksini tapdığından cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “cavabdehin xx.xx.2021-ci il tarixdə ona 5 il müddətinə təyin etdiyi 3-cü dərəcəli əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi (“ümumi” səbəb-dən – “xüsusi” səbəbə - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-602/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-602/2025
25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver