Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-66/2020 21.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, iddiaçıların vəkili X10, üçüncü şəxs X1 iştirakı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X26rşı "JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın və onun əsasında xx.xx.2007-ci ildə **********61 reyestr nömrəsi ilə qeydiyyata alınmış "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsiiləüst-üstə düşən 0,71 ha hissədə ləğv edilməsi, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında onun və ailə üzvlərinin birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 1,1162 ha torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədəiddiasına, İddiaçı2 eyni cavabdehə qarşı "JN-0048 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın və onun əsasında xx.xx.2007-ci ildə **********61 reyestr nömrəsi ilə qeydiyyata alınmış "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən 3,16 ha hissədə ləğv edilməsi, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında onun və ailə üzvlərinin birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 4,06 ha torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədəiddiasına, İddiaçı3 eyni cavabdehə qarşı "JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın və onun əsasında xx.xx.2007-ci ildə **********61 reyestr nömrəsi ilə qeydiyyata alınmış "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsiilə üst-üstə düşən 3,36 ha hissədə ləğv edilməsi, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında onun və ailə üzvlərinin birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 4,3972 ha torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Oğuz rayon Baş Daşağıl kənd X25nın xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarına əsasən, torpaq fondunun 1091,5 ha torpaq alacaq hər bir subyektə adambaşına düşən norma daxilində özəlləşərək xüsusi mülkiyyətinə verilməsi və s. qərara alınmışdır. Oğuz Rayon X25nın xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, Oğuz rayon Baş Daşağıl kənd X25nın xx.xx.1998-ci il tarixli 17 nömrəli yığıncaq qərarlarının təsdiq edilməsi və s. qərara alınmışdır. Oğuz Rayon X25nın həmin xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı1 adına 1,12 ha torpaq sahəsi ilə bağlı JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Oğuz Rayon X25nın həmin xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı2 və ailə üzvlərinin adına 4,06 ha torpaq sahəsi ilə bağlı JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Oğuz Rayon X25nın həmin xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı3 və ailə üzvlərinin adına 4,40 ha torpaq sahəsi ilə bağlı JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Oğuz Rayon X25nın həmin xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, X5, X3, X1, X12, X4, X2, X19, X22, X20 adına 1,11 ha torpaq sahəsi ilə bağlı JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Həmin JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın mülkiyyətçilərə imza etdirilərək təqdim olunması barədəqeydiyyat jurnalında da torpağın sahəsi 1,11 ha göstərilmişdir. Oğuz rayon Baş Daşağıl kənd yerli X25nın xx.xx.2002-ci il tarixli 27 nömrəli qərarına əsasən, bölgü xəritəsində X5 ailəsinə (Akt № 48) "Məyəl yeri" adlı sahədən 10 pay əvəzinə bir pay göstərildiyi nəzərə alınaraq, bu ailəyə düşən torpaq paylarının norma daxilində həmin sahədən verilməsi, yuxarıda göstərilənlərlə əlaqədar "Məyəl yeri" adlı sahədən bölgü xəritəsində torpaq payı göstərilən digər ailələrin torpaq sahələrinin yerinin dəyişiləcəyi nəzərə alınaraq bu ailələrin torpaq sahələri ilə təmin olunmasının rayon torpaq şöbəsindən xahiş edilməsi, qərarla əlaqədar rəy bildirilməsinin rayon torpaq şöbəsindən xahiş edilməsi və qərarın təsdiqinin Oğuz Rayon X25ndan xahiş edilməsi qərara alınmışdır. Bundan sonra X5, X3, X1, X12, X4, X2, X19, X22, X20 adına eyni nömrəli (JN- 0048), eyni tarixli, eyni qeydiyyat nömrəli və eyni qeydiyyat tarixli başqa bir "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmiş, həmin sənəddə yenə Oğuz Rayon X25nın xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına istinad edilmiş, lakin verilən torpağın sahəsi 11 ha göstərilmişdir. Yuxarıda sadalanan bütün "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larında Oğuz Rayon X25nın xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarının tarixi səhvən xx.xx.1998-ci il kimi göstərilmişdir. JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 11 ha torpaq sahəsinə X3, X1, X12, X4, X2, X19, X22, X20 mülkiyyət hüququ xx.xx.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin 11 ha torpaq sahəsinə "xxxxxxxxxxxx" ASC-nin ipoteka hüququ xx.xx.2008ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 1,1162 ha torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 4,40 ha torpaq sahəsinin 4,3972 ha hissəsinə İddiaçı3 və ailə üzvlərinin mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı1 cavabdehə ərizə ilə müraciət edərək, 1,1162 ha torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən, iddiaçının mülkiyyətində olan 1,12 ha torpaq sahəsinin 0,71 ha hissəsi xx.xx.2007-ci il tarixli **********61 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı 11 ha torpaq sahəsinin üzərinə düşür. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, cavabdeh orqan Oğuz Rayon AİK-in ona və ailə üzvlərinin mülkiyyətinə verdiyi torpaq sahəsinin 1,1162 ha hissəsini başqa vətəndaşın adına işləmişdir. Bu səbəbdən də hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alaraq, həmin torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədini tərtib edə bilmir. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2019-cu il tarixli **********85 nömrəli etiraz məktubunda imtina məktubunun dəlillərinə əsaslanmışdır. İddiaçı2 cavabdehə ərizə ilə müraciət edərək, 4,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və torpaq sahəsinə plan və ölçü sənədinin verilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2019cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən, iddiaçının mülkiyyətində olan 4,06 ha torpaq sahəsinin 3,16 ha hissəsi xx.xx.2007-ci il tarixli **********61 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı 11 ha torpaq sahəsinin üzərinə düşür. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, cavabdeh orqan Oğuz Rayon AİK-in ona və ailə üzvlərinin mülkiyyətinə verdiyi torpaq sahəsinin 3,16 ha hissəsini başqa vətəndaşın adına işləmişdir. Bu səbəbdən də hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alaraq, həmin torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədini tərtib edə bilmir. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2019-cu il tarixli **********27 nömrəli etiraz məktubunda imtina məktubunun dəlillərinə əsaslanmışdır. İddiaçı3 cavabdehə ərizə ilə müraciət edərək, 4,3972 ha torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçü" sənədinin verilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən, iddiaçının mülkiyyətində olan 4,3972 ha torpaq sahəsinin 3,36 ha hissəsi xx.xx.2007-ci il tarixli **********61 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı 11 ha torpaq sahəsinin üzərinə düşür. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, cavabdeh orqan Oğuz Rayon AİK-in ona və ailə üzvlərinin mülkiyyətinə verdiyi torpaq sahəsinin 3,36 ha hissəsini başqa vətəndaşın adına işləmişdir. Bu səbəbdən də hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alaraq, həmin torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədini tərtib edə bilmir. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2019-cu il tarixli **********97 nömrəli etiraz məktubunda imtina məktubunun dəlillərinə əsaslanmışdır. Şəki İnzibati-İqtisadiMəhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə X9, X6, X16, X11, X7, X27, X29, X28 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən, həmin işlər üzrə icraat bir icraatda birləşdirilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə "xxxxxxxxxxxx" ASC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Oğuz rayon Baş Daşağıl kənd X25nın xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarından görünür ki, torpaq fondunun 1091,5 ha torpaq alacaq hər bir subyektə adambaşına düşən norma daxilində özəlləşərək xüsusi mülkiyyətinə verilməsi və s. qərara alınmışdır. - İşdə olan, Oğuz Rayon X25nın xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarından görünür ki, Oğuz rayon Baş Daşağıl kənd X25nın xx.xx.1998-ci il tarixli 17 nömrəli yığıncaq qərarlarının təsdiq edilməsi və s. qərara alınmışdır. - İşdə olan, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, həmin sənəd Oğuz Rayon X25nın xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı1 adına 1,12 ha torpaq sahəsi ilə bağlı verilmişdir. - İşdə olan, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, həmin sənəd Oğuz Rayon X25nın xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı2 və ailə üzvlərinin adına 4,06 ha torpaq sahəsi ilə bağlı verilmişdir. - İşdə olan, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, həmin sənəd Oğuz Rayon X25nın xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı3 və ailə üzvlərinin adına 4,40 ha torpaq sahəsi ilə bağlı verilmişdir. - İşdə olan, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, həmin sənəd Oğuz Rayon X25nın xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, X5, X3, X1, X12, X4, X2, X19, X22, X20 adına 1,11 ha torpaq sahəsi ilə bağlı verilmişdir. - İşdə olan, qeydiyyat jurnalından çıxarışdan görünür ki, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" mülkiyyətçilərə imza etdirilərək təqdim olunarkən jurnalda torpağın sahəsi 1,11 ha göstərilmişdir. - İşdə olan, Oğuz rayon Baş Daşağıl kənd yerli X25nın xx.xx.2002-ci il tarixli 27 nömrəli qərarından görünür ki, bölgü xəritəsində X5 ailəsinə (Akt № 48) "Məyəl yeri" adlı sahədən 10 pay əvəzinə bir pay göstərildiyi nəzərə alınaraq, bu ailəyə düşən torpaq paylarının norma daxilində həmin sahədən verilməsi, yuxarıda göstərilənlərlə əlaqədar "Məyəl yeri" adlı sahədən bölgü xəritəsində torpaq payı göstərilən digər ailələrin torpaq sahələrinin yerinin dəyişiləcəyi nəzərə alınaraq bu ailələrin torpaq sahələri ilə təmin olunmasının rayon torpaq şöbəsindən xahiş edilməsi, qərarla əlaqədar rəy bildirilməsinin rayon torpaq şöbəsindən xahiş edilməsi və qərarın təsdiqinin Oğuz Rayon X25ndan xahiş edilməsi qərara alınmışdır. - İşdə olan, eyni nömrəli (JN-0048), eyni tarixli, eyni qeydiyyat nömrəli və eyni qeydiyyat tarixli başqa bir "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, həmin sənəd X5, X3, X1, X12, X4, X2, X19, X22, X20 adına verilmiş, sənəddə yenə Oğuz Rayon X25nın xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına istinad edilmiş, lakin verilən torpağın sahəsi 11 ha göstərilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, arxivdə Oğuz Rayon X25nın xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı mövcuddur, xx.xx.1998-ci il tarixli 65 nömrəli qərar isə texniki səhvdir. - İşdə olan, MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 11 ha torpaq sahəsinə X3, X1, X12, X4, X2, X19, X22, X20 mülkiyyət hüququ xx.xx.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin 11 ha torpaq sahəsinə "xxxxxxxxxxxx" ASC-nin ipoteka hüququ xx.xx.2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 1,1162 ha torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 4,40 ha torpaq sahəsinin 4,3972 ha hissəsinə İddiaçı3 və ailə üzvlərinin mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə deyilir ki, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 20-ci maddəsinə görə, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X25, Naxçıvan Muxtar Respublikası X25, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinin xx.xx.2006-cı ilədək qüvvədə olmuş redaksiyasında deyilir ki, islahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə"nin 1-ci bəndində deyilir ki, sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci və 19cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin 3-cü bəndində deyilir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutunun bu Əsasnamənin 2-ci bəndinə uyğun olaraq 3 ay müddətində tərtib etdiyi kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırılmaqla 10 gün müddətində rayon torpaq şöbəsi təsdiq edir. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən, təsdiq olunmuş kompleks yerquruluşu layihəsi əsasında püşkatma yolu ilə torpaq paylarının mülkiyyətçiləri müəyyən olunur və onlara düşən torpaq payları qanunvericiliklə müəyyən edilmiş qaydada yer üzərində (naturada) mərzlərlə ayrılır, eləcə də həmin torpaq sahəsi üzrə torpaq sahəsinin planı və ölçüsü tərtib olunaraq torpaq mülkiyyətçilərinə verilir. Həmin Əsasnamənin 5-ci bəndinə görə, müəyyən olunmuş qaydada torpağa mülkiyyət hüququna dair dövlət aktı torpaq mülkiyyətçilərinə 10 gün müddətində verilir. Azərbaycan Respublikası Prezidentinin eyni Fərmanı ilə təsdiq edilmiş "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə"nin 4-cü bəndində deyilir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə və torpağın müvəqqəti mülkiyyətə verilməsinə dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Torpağa mülkiyyət və istifadə hüququnu təsdiq edən sənədlərin nömrələri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin "İnzibati ərazi bölgüsü təsnifatı"nda qəbul edilmiş kodunu və əlavə olaraq hər bir mülkiyyətçinin püşk nömrəsini özündə əks etdirir. Həmin Əsasnamənin 6-cı bəndinə görə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı, torpağın mülkiyyətə, daimi və müvəqqəti istifadəyə verilməsi haqqında səlahiyyətli dövlət orqanı və ya bələdiyyə tərəfindən qəbul edilmiş qərar və ona əlavə edilmiş 1:500, 1:2000, 1:5000 1:10000 və ya 1:25000 miqyasında ayrılan sahənin planı əsasında onun cizgisini müvafiq olaraq bu Əsasnamənin 1, 2, 3, 4 nömrəli əlavələrində verilən formalarda əks etdirir. Bu sənədlər qeydiyyatdan keçirilərək torpaq mülkiyyətçisinə və istifadəçisinə verilmək üçün müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinə təqdim olunur. Həmin Əsasnamənin 8-ci bəndinə görə, verilmiş dövlət aktına və şəhadətnaməyə özbaşına hər hansı bir düzəliş edilməsi qadağandır. Dövlət aktına və şəhadətnaməyə hər hansı bir düzəliş edilməsi zəruriyyəti yaranarsa, səlahiyyətli orqanların qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı həmin sənədləri yenidən müəyyən olunmuş qaydada hazırlayır. Həmin Əsasnamənin 11-ci bəndinə görə, torpağa mülkiyyət və istifadə hüququna dair dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında (5 nömrəli əlavə) əks etdirilir. Qeydiyyat kitabında qeydəalmanı rayon (şəhər) torpaq şöbələri həyata keçirirlər. Sadalanan normaların birgə təhlilindən görünür ki, torpaq islahatı hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair sənədlər hazırlanır və dövlət orqanlarında qeydiyyatdan keçirilir. Verilmiş dövlət aktına özbaşına hər hansı düzəliş edilməsi qadağandır. Dövlət aktına düzəliş edilməsi zərurəti yaranarsa, səlahiyyətli orqanların qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı həmin sənədləri yenidən müəyyən olunmuş qaydada hazırlamalıdır. İşdən görünür ki, X5, X3, X1, X12, X4, X2, X19, X22, X20 adına ilk dəfə verilmiş JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda onların mülkiyyətinə verilən torpağın sahəsi 1,11 ha göstərilmiş və həmin sənədin "Mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi)" səhifəsində məhz 1,11 ha torpaq sahəsinin sxemi çəkilmişdir. Bu sxem kompleks yerquruluşu layihələrinə uyğun olmuşdur. Lakin Oğuz rayon Baş Daşağıl kənd yerli X25 xx.xx.2002-ci ildə qəbul etdiyi 27 nömrəli qərarında həmin ailəyə 10 pay əvəzinə səhvən 1 pay verildiyinə görə bu ailəyə düşən torpaq paylarının norma daxilində həmin sahədən verilməsini qərara aldıqdan sonra göstərilən JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" nömrəsi, tarixi, qeydiyyat nömrəsi, qeydiyyat tarixi dəyişdirilmədən yeni məzmunda tərtib edilmiş və artıq həmin sənəddə ailəyə verilən torpağın sahəsi 11 ha göstərilmişdir. Həmin yeni sənədin "Mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi)" səhifəsində 11 ha torpaq sahəsinin sxemi tərtib edilmişdir. Belə olduqda, sxemdə çatışmayan sahə qonşu torpaq mülkiyyətçilərinin, o cümlədən iddiaçıların torpaq sahələrinin hesabına artırılmışdır. Halbuki, bu düzəlişin aparılması üçün əvvəlcə kompleks yerquruluşu layihələrində müvafiq düzəlişlər aparılmalı, qonşu mülkiyyətçilərə öz paylarına uyğun yeni torpaq sahələri nəzərdə tutulmalı idi. Hazırkı işdə isə bunlar baş verməmişdir. JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda düzəliş edən dövlət orqanı nə kompleks yerquruluşu layihələrində müvafiq düzəlişlər aparmamış, nə də qonşu mülkiyyətçilərin torpaq paylarının hara köçürülməsini müəyyən etməmişdir. Bundan başqa, Oğuz rayon Baş Daşağıl kənd yerli X25nın xx.xx.2002-ci il tarixli 27 nömrəli qərarında həmin qərarın Oğuz Rayon X25 tərəfindən təsdiq edilməli olması göstərilsə də, bu da baş verməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək alınmış xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edildi ki, İddiaçı1 Ağaşırin oğlunun adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 1,12 ha torpaq sahəsi, İddiaçı3 və qeyrilərinin adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 4,40 ha torpaq sahəsi və İddiaçı2 və qeyrilərinin adına olan JN- 0083 kod ******* nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 4,06 ha torpaq sahəsi X5 və qeyrilərinin adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1,11 ha göstərilən nüsxəsi ilə üst-üstə düşmur, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 11 ha göstərilən nüsxəsi ilə isə üst-üstə düşür. Bundan başqa, daşınmaz əmlakın dövlət reyestrində X3 və qeyrilərinin adına olan xx.xx.2007-ci il tarixli **********61 reyestr nömrəli, ********* nömrəli qeydiyyat X5 və qeyrilərinin adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 11 ha göstərilmiş nüsxəsinə uyğun aparılmışdır. Elektron kadastr məlumat bazasında X5 və qeyrilərinin adına olan JN-0048 kod ******* nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1,11 ha göstərilən nüsxəsi əks olunmuşdur. Eyni zamanda, İddiaçı1 adına olan JN-00xx xxx 40500018 nömrəli, İddiaçı3 və qeyrilərinin adına olan JN-00xx xxx 40500018 nömrəli, İddiaçı2 və qeyrilərinin adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"ları elektron kadastr məlumat bazasında əks olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıların tələbi qanuni olduğu üçün cavabdeh onları təmin etməməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs X1 və qeyrilərinin adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 11 ha göstərilmiş nüsxəsinin və onun əsasında xx.xx.2007-ci ildə **********61 reyestr nömrəsi ilə qeydiyyata alınmış "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın İddiaçı1 adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 1,12 ha torpaq sahəsi, İddiaçı2 və qeyrilərinin adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 4,06 ha torpaq sahəsi, İddiaçı3 və qeyrilərinin adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 4,40 ha torpaq sahəsi ilə üst-üstə düşən hissələrdə ləğv edilməsi, İddiaçı1 adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması, İddiaçı2 və qeyrilərinin adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması, həmin torpaq sahəsinə onların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsi, İddiaçı3 və qeyrilərinin adına olan JN- 00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X30 üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-66/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-66/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver