Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-698/2020 18.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı "xx.xx.2015-ci ildən 2017-ci ilin iyun ayınadək olan müddət üçün ödənilməli olan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1974-cü ildə anadan olmuş və hazırda Zaqatala şəhərində yaşayır. O, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək X2 təhsil almışdır. İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Mətbuat yayımı Zaqatala Agentliyində sürücü, xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilədək və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək X7 operator, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək "Ariz" firmasında fəhlə, xx.xx.2007-ci ildən xx.xx.2012-ci ilədək Xalq teatrında kassir vəzifələrində işləmiş, xx.xx.2012-ci ildən Zaqatala şəhəri 6 nömrəli klubda təşkilatçı vəzifəsində işləyir. İddiaçı xx.xx.2015-ci ildə İİ qrup əlillik dərəcəsi verilmiş və cavabdeh tərəfindən ona həmin tarixdən əlilliyə görə sosial müavinət təyin edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona əlilliyə görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2015-ci il tarixli məktubla bundan imtina etmiş və bildirmişdir ki, onun tələb olunan sığorta stajı olmadığı üçün əlilliyə görə əmək pensiyası təyin oluna bilməz. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(84)- 965/2017 nömrəli qərarına əsasən, İddiaçı iddiası təmin edilmiş və onun xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək X2 təhsil aldığı müddət sosial sığorta stajına daxil edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2017-ci ildə 144,68 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmiş və sosial müavinətin ödənilməsi dayandırılmışdır. Bundan sonra iddiaçı cavabdehə ərizə ilə müraciət edərək pensiyasının yenidən hesablanmasını və əlilliyin təyin olunduğu tarixdən əlilliyə görə əmək pensiyası təyin olunduğu günədək olan müddət üçün müavinətlə pensiyanın arasında olan fərqin ona ödənilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2018ci il tarixli 41/3339 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixədək toplanmış 10 il 1 ay sığorta stajına əsasən, ona əlilliyə görə 144,68 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq "2014-cü ilin iyun ayından 2017-ci ilin iyun ayınadək olan müddət üçün ona ödənilməli olan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, sonra isə iddianın dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.2015-ci ildən 2017-ci ilin iyun ayınadək olan müddət üçün ödənilməli olan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, İİ qrup əlillik dərəcəsi xx.xx.2015-ci ildə verildiyinə görə, ona ödənilməli olan pensiya həmin tarixdən 2017-ci ilin iyun ayınadək olan müddət üçün yenidən hesablanmalı və ödənilməlidir. Cavabdeh xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubunda bildirmişdir ki, İddiaçı xx.xx.2015-ci ildə əlillik dərəcəsi verilmişdir. İddiaçıya həmin tarixdən xx.xx.2017-ci ilədək əlilliyə görə sosial müavinət ödənilmişdir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, təyin olunan sosial müavinətin ödənilməsi xx.xx.2017-ci ildən dayandırılaraq, xx.xx.2017-ci ildən ona əlilliyə görə 144,68 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Bundan başqa, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu və "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununda bir pensiyadan başqa pensiyaya keçdikdə əlilliyin təyin edildiyi tarixdən ona pensiya hesablanması nəzərdə tutulmadığından İddiaçı əlilliyə görə əmək pensiyası müraciət etdiyi tarixdən yox, növbəti ayın 1-dən təyin olunmuşdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Mətbuat yayımı Zaqatala Agentliyində sürücü, xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilədək və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək X7 operator, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək "Ariz" firmasında fəhlə, xx.xx.2007-ci ildən xx.xx.2012-ci ilədək Xalq teatrında kassir vəzifələrində işləmiş, xx.xx.2012-ci ildən Zaqatala şəhəri 6 nömrəli klubda təşkilatçı vəzifəsində işləyir. - İşdə olan, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(84)-965/2017 nömrəli qərarından görünür ki, iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək X2 təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. - İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2015-ci ildə əlillik dərəcəsi verilmişdir. İddiaçıya həmin tarixdən xx.xx.2017-ci ilədək əlilliyə görə sosial müavinət ödənilmişdir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, təyin olunan sosial müavinətin ödənilməsi xx.xx.2017-ci ildən dayandırılaraq, xx.xx.2017-ci ildən ona əlilliyə görə 144,68 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Bundan başqa, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu və "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununda bir pensiyadan başqa pensiyaya keçdikdə əlilliyin təyin edilyi tarixdən ona pensiya hesablanması nəzərdə tutulmadığından İddiaçı əlilliyə görə əmək pensiyası, müraciət etdiyi tarixdən yox, növbəti ayın 1-dən təyin olunmuşdur. - İşdə olan, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Zaqatala rayon filialının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixinə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 9 il 4 ay sığorta stajı tələb olunurdu. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İşdən göründüyü kimi, tərəflər arasında olan mübahisə iddiaçıya əlilliyə görə əmək pensiyasının hansı tarixdən başlayaraq ödənilməsi ilə əlaqədardır. İddiaçı pensiyanın əlilliyin müəyyən olunduğu tarixdən, cavabdeh isə şəxsin müraciət etdiyi tarixdən sonrakı ayın 1-dən təyin edilməli olduğunu bildirir. İddiaçının pensiya hüququnun olub-olmaması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. İddiaçının əlilliyi xx.xx.2015-ci ildə müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinin həmin vaxt qüvvədə olmuş redaksiyasında deyilirdi ki, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Göründüyü kimi, həmin normada əlilliyə görə əmək pensiyasının təyin olunmasının başlanğıcı kimi əlilliyin müəyyən olunduğu gün nəzərdə tutulmuşdur. Həmin maddədə xx.xx.2017-ci ildə dəyişiklik edilsə də, iddiaçıya münasibətdə maddənin məhz əvvəlki, yəni mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş mətni tətbiq edilməlidir. Belə olan halda, iddiaçı əlilliyin müəyyən olunduğu xx.xx.2015-ci ildən pensiya təyin olunduğu tarixədək olan müddət üçün əlilliyə görə əmək pensiyasının ona ödənilməsini tələb etməkdə haqlıdır. Lakin bu zaman həmin müddətdə ona ödənilmiş sosial müavinətin məbləği ödənilməli olan pensiyanın məbləğindən çıxılmalıdır. Ona görə də iddia təmin edilməli, iddiaçıya hüququnun yarandığı xx.xx.2015-ci ildən 2017-ci ilin iyun ayınadək olan müddət üçün ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2015-ci ildən 2017-ci ilin iyun ayınadək olan müddət üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-698/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-698/2020
18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver