Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-727/2024 13.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Mexanika və maşın dizayn” kafedrasında 3313.02- “maşınlar, avadanlıqlar və proseslər” ixtisası üzrə təhsilinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək “Mexanika və maşın dizayn” kafedrasında 3313.02-“maşınlar, avadanlıqlar və proseslər” ixtisası üzrə təhsilinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-13387/2023 saylı qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı 2006-cı il tarixdə Cavabdeh “Maşın hissələri və YQNM” kafedrasına aspiranturanın əyani şöbəsinə daxil olmuşdur. 2008-ci il tarixdə ailə vəziyyəti ilə əlaqədar ərizə verərək bərpa hüququ saxlanmaqla təhsilinin müvəqqəti dayandırılmasını xahiş etmişdir. Cavabdeh Rektorunun xx.xx.2008-ci il tarixli əmri ilə “ailə vəziyyəti ilə əlaqədar olaraq “Maşın hissələri və YQNM” kafedrasının aspirant İddiaçı bərpa olma hüququ saxlamaqla aspiranturadan xaric edilmişdir. İddiaçı təkrar olaraq Cavabdehə ixtisas təhsili üzrə davam etdirməyə icazə verilməsi barədə müraciət etmiş, lakin cavabdeh tərəfinfən imtina məktubu gəlmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı 08 dekabr 2006-cı il tarixli 91- T(s) nömrəli əmrlə Cavabdeh (bundan sonra - AzTU) 05.02.02 “Maşınşünaslıq, maşın hissələri və ötürmə sistemləri" (əyani) ixtisası üzrə aspiranturaya qəbul olmuşdur. “Maşın detalları və yükqafdıran nəqliyyat maşınları” kafedrasının xx.xx.2007-ci il tarixli iclasının 4 saylı və ‘Texnoloji maşınlar” fakültəsinin Elmi Şurasının xx.xx.2007-ci il tarixli iclasının 6 saylı protokol çıxarışlarına əsasən İddiaçı dissertasiya işinin mövzusu “İnteqal vallarının yerləşmə xətalarının muftaların etibarlığına təsirinin qiymətləndirilməsi” kimi (elmi rəhbərlər t.e.d, prof. A.H.Abdullayev və İ.Ə.Xəlilov) təsdiq edilmişdir. “Maşın hissələri və yükqaldıran nəqliyyat maşınları" kafedrasının aspirantı İddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq öz xahişi ilə bərpa olunmaq hüququ saxlanılmaqla aspiranturadan xaric edilməsi barədə etdiyi müraciətə əsasən AzTU-nun xx.xx.2008-ci il tarixli 47-T(s) nömrəli əmri ilə universitetdən xaric edilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu i! tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydalarında doktorantların bərpa olunması ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır Bu baxımdan doktorantların bərpa edilməsi ilə bağlı qanunvericilikdə müddəa nəzərdə tutulmaması, həmçinin xaric olma əmrindən uzun müddət keçməsi və dissertasiya mövzusunun aktual olub-olmaması nöqteyi-nəzərindən İddiaçı doktoranturaya bərpa edilməsindən imtina edilmişdir. Eyni zamanda belə müraciətlərin çox olduğunu nəzərə alaraq, məsələnin aydınlaşdırılması məqsədi ilə AzTU tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mövqeyini əks etdirən xx.xx.2023- cü il tarixli 3-29-ATM\2-162\2023 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nda da xaric edilmiş doktorantın bərpa edilməsinin nəzərdə tutulmadığı bildirilmiş və həmin şəxslərin yenidən doktoranturaya sənəd qəbulunda iştirak etmələri tövsiyə edilmişdir (məktubun surəti əlavə olunur). Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi və iş materiallarına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu, - Cavabdeh xx.xx.2008-ci il tarixli 47-T(s) nömrəli əmri - Cavabdeh xx.xx.2006-ci il tarixli 91-T (s) nömrəli əmri - Müxtəlif səbəblərdən xaric olan doktorantlar (dissertantlar) cədvəli Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsi və əlavə olunan sənədlərdən görünür ki,iddiaçı 2006-cı ildə Cavabdeh “Maşın hissələri və YQNM” kafedrasına aspiranturanın əyani şöbəsinə daxil olmuşdur. Ailə vəziyyəti ilə əlaqədar öz ərizəsi əsasında Cavabdeh Rektorunun xx.xx.2008-ci il tarixli əmri ilə “ailə vəziyyəti ilə əlaqədar olaraq” “Maşın hissələri və YQNM” kafedrasının aspirant İddiaçı bərpa olma hüququ saxlamaqla aspiranturadan xaric edilmişdir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı “Mexanika və maşın dizayn” kafedrasında 3313.02 - “maşınlar, avadanlıqlar və proseslər” ixtisası üzrə təhsilinin bərpa edilməsi,doktoronturada təhsilinin davam etdirməsindən ibarətdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu : 1.0.13. doktorantura - ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi kadr hazırlığı forması; Maddə 17. Təhsilin pillələri və səviyyələri 17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur: .... 17.1.5.3. doktorantura (adyunktura) 17.2. Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Hər bir təhsil pilləsi və səviyyəsi (məktəbəqədər təhsil pilləsi və ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi istisna olmaqla yekun attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatır. Maddə 22. Ali təhsil ... 22.11. Doktoranturaların yaradılması, doktoranturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 22.12. Doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramına, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna uyğun olaraq, habelə ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatla əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” : 3.5. Doktoranturaya qəbul Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müddətlərdə hər il keçirilir. 3.6. Sənədlərin qəbulu üçün doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin və elmi təşkilatın rəhbərinin (və ya elmi işlər üzrə müavininin) sədrliyi ilə qəbul komissiyası yaradılır. Qəbul komissiyası fakültə, kafedra, şöbə, bölmə, laboratoriya rəhbərlərindən, aparıcı əməkdaşlardan və bir qayda olaraq, doktorantların nəzərdə tutulan rəhbərlərindən təşkil olunmalıdır. 3.7. Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası tərəfindən müəyyən edilir. 3.8. Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul komissiyasına təqdim edir. İmtina olunduğu halda digər elmi rəhbər təklif edilir. 3.9. Qəbul komissiyası nəzərdə tutulan rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir və bu barədə bir həftədən gec olmayaraq iddiaçıya bildiriş göndərir. Bildiriş doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsi və elmi təşkilat rəhbərləri tərəfindən imzalanır və bu bildiriş iş yerindən məzuniyyət almaq hüququ verir. 3.10. Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Göründüyü kimi iddiaçının təhsil aldığı dövrdə doktorantura təhsil pilləsi mövcud olmamış,iddiaçı həmin dövrdə mövcud olan aspirantura pilləsinə qəbul olunmu və təhsilini davam etdirilməsindən ərizəsi əsasında xaric edilmişdir. Yuxarıda göstərilən Qaydalarda doktoranturaya bərpa ilə bağlı norma nəzərdə tutulmamış,qəbul qaydaları əvvəlki qaydalardan fərqli olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Mexanika və maşın dizayn” kafedrasında 3313.02-“maşınlar, avadanlıqlar və proseslər” ixtisası üzrə təhsilinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №2-1(116)-727/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-727/2024
13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver