Məhkəmə qərarları › İş №2-1(116)-833/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-833/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-833/2020 03.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X12rşı "Ağsu rayonu Gəgəli kəndində yerləşən 2,44 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Ağsu rayonu Ş.Məmmədov adına təsərrüfatın yerli X11nın sədri tərəfindən təsdiq edilmiş "Ağsu rayonu Gəgəli kənd ərazi bölgəsində yaşayan, pasport qeydiyyatı olan Azərbaycan Respublikası vətəndaşlarının siyahısı"nda 663-cü sırada X13, X3, İddiaçı, X14 adları göstərilmişdir. Ağsu rayonu Ş.Məmmədov adına kolxoz X11nın xx.xx.1998-ci il tarixli 28 nömrəli qərarına əsasən, torpaq islahatının aparılması ilə əlaqədar Ağsu rayonunun Ş.Məmmədov adına kolxozunda tərtib olunmuş baş sxemdə dövlət mülkiyyətində saxlanılacaq, bələdiyyə mülkiyyətinə veriləcək və özəlləşdiriləcək torpaq sahələrinin mövcud qanunvericiliyə uyğunluğunun dəqiqləşdirilməsi ilə əlaqədar dəyişikliklərin edilməsi və s. qərara alınmışdır. Ağsu Rayon X11nın xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən, Ağsu rayonu Ş.Məmmədov adına kolxoz X11nın xx.xx.1998-ci il tarixli 28 nömrəli qərarının təsdiq edilməsi, torpaq paylarının bölgüsü iki hissəli aparılmaqla hər bir mülkiyyətçiyə kənd ətrafından və ikinci otrub sahəsindən proporsional qaydada torpaq verilməsi və s. qərara alınmışdır. Ağsu Rayon X11nın xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına istinadən X5, X1, X6, X7 adına 1,33 ha torpaq sahəsi ilə bağlı JN-6xx xxx 40900018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Bundan sonra Ağsu Rayon Gəgəli Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 09 nömrəli qərarına əsasən, rayonun Gəgəli kəndində torpaq islahatı aparılan zaman X13 özü də daxil olmaqla 4 nəfər ailə üzvünə "Qışlaq" adlanan ərazidə texniki səhv olaraq orta torpaq normasına uyğun olaraq verilməyən 2,44 ha torpaq sahəsinin ərazidən keçən qaz xəttindən şərq tərəfdə Gəgəli Bələdiyyəsinin mülkiyyətində saxlanmış əkin torpaqlarının hesabına ödənilməsi qərara alınmışdır. Ağsu Rayon Gəgəli Bələdiyyəsinin sədri tərəfindən həmin torpaq sahəsinin sxemi təsdiq edilmişdir. Azərbaycan Respublikası DTXK-nin Ağsu rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışda həmin 2,44 ha torpaq sahəsinin Aran- Şirvan kadastr qiymət rayonuna aid olmaqla əkin torpaq sahəsi olması, normativ qiymətinin 2621,20 manat olması göstərilmişdir. Azərbaycan Respublikası DTXK-nin Ağsu rayon şöbəsi xx.xx.2014-cü il tarixli 172 nömrəli rəy verərək bildirmişdir ki, torpaq islahatı aparılan zaman X13 özü də daxil olmaqla 4 nəfər ailə üzvünə 1,33 ha torpaq sahəsi verilmiş, 2,44 ha torpaq sahəsi isə texniki səhv olaraq verilməmişdir. Odur ki, həmin ailəyə "Qışlaq" adlanan ərazidə texniki səhv olaraq orta torpaq pay normasına uyğun olaraq verilməyən 2,44 ha torpaq sahəsinin ayrılması və "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası DTXK-nin Ağsu rayon şöbəsi tərəfindən X13 adına 24400 kv.m torpaq sahəsi ilə bağlı xx.xx.2015-ci ildə A-529942 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" verilmiş və həmin sənəddə onun verilməsinə əsas kimi Ağsu Rayon Gəgəli Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 09 nömrəli qərarına istinad edilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********67 nömrəli məktubla bildirmişdir ki, Bələdiyyənin mülkiyyətində olan əkin sahələri Bələdiyyənin qərarı ilə vətəndaşların yalnız icarəsinə verilə bilər. Odur ki, torpaqla bağlı sənədlər torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlanmadığı üçün 2,44 ha torpaq sahəsi üzərində torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq "Ağsu rayonu Gəgəli kəndində yerləşən 2,44 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra o, məhkəməyə yazdığı xx.xx.2020-ci il tarixli ərizədə tələbini dəqiqləşdirərək bildirmişdir ki, 2,44 ha torpaq sahəsi aşağıdakı şəxslərin mülkiyyətinə verilmişdir:

1. X19 - xx.xx.2005-ci ildə vəfat etmişdir,

2. X8 - xx.xx.2018-ci ildə vəfat etmişdir,

3. İddiaçı,

4. X20. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, bələdiyyə onlara torpaq sahəsini torpaq islahatı zamanı yol verilən səhvin düzəldilməsi məqsədilə vermişdir. Ona görə də cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Ağsu rayonu Ş.Məmmədov adına təsərrüfatın yerli X11nın sədri tərəfindən təsdiq edilmiş "Ağsu rayonu Gəgəli kənd ərazi bölgəsində yaşayan, pasport qeydiyyatı olan Azərbaycan Respublikası vətəndaşlarının siyahısı"ndan görünür ki, siyahının 663-cü sırasında X13, X3, İddiaçı, X14 adları göstərilmişdir. - İşdə olan, Ağsu rayonu Ş.Məmmədov adına kolxoz X11nın xx.xx.1998ci il tarixli 28 nömrəli qərarından görünür ki, torpaq islahatının aparılması ilə əlaqədar Ağsu rayonunun Ş.Məmmədov adına kolxozunda tərtib olunmuş baş sxemdə dövlət mülkiyyətində saxlanılacaq, bələdiyyə mülkiyyətinə veriləcək və özəlləşdiriləcək torpaq sahələrinin mövcud qanunvericiliyə uyğunluğunun dəqiqləşdirilməsi ilə əlaqədar dəyişikliklərin edilməsi və s. qərara alınmışdır. - İşdə olan, Ağsu Rayon X11nın xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarından görünür ki, Ağsu rayonu Ş.Məmmədov adına kolxoz X11nın xx.xx.1998-ci il tarixli 28 nömrəli qərarının təsdiq edilməsi, torpaq paylarının bölgüsü iki hissəli aparılmaqla hər bir mülkiyyətçiyə kənd ətrafından və ikinci otrub sahəsindən proporsional qaydada torpaq verilməsi və s. qərara alınmışdır. - İşdə olan, JN-6xx xxx 40900018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, həmin sənəd Ağsu Rayon X11nın xx.xx.1998ci il tarixli 08 nömrəli qərarına əsasən, X5, X1, X6, X7 adına 1,33 ha torpaq sahəsi ilə bağlı verilmişdir. - İşdə olan, Ağsu Rayon Gəgəli Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 09 nömrəli qərarından görünür ki, rayonun Gəgəli kəndində torpaq islahatı aparılan zaman X13 özü də daxil olmaqla 4 nəfər ailə üzvünə "Qışlaq" adlanan ərazidə texniki səhv olaraq orta torpaq normasına uyğun olaraq verilməyən 2,44 ha torpaq sahəsinin ərazidən keçən qaz xəttindən şərq tərəfdə Gəgəli Bələdiyyəsinin mülkiyyətində saxlanmış əkin torpaqlarının hesabına ödənilməsi qərara alınmışdır. - İşdə olan, həmin torpaq sahəsinin sxemindən görünür ki, bu sənəd Ağsu Rayon Gəgəli Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. - İşdə olan, Azərbaycan Respublikası DTXK-nin Ağsu rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, həmin 2,44 ha torpaq sahəsi Aran-Şirvan kadastr qiymət rayonuna aid olmaqla əkin torpaq sahəsidir, normativ qiyməti 2621,20 manat təşkil edir. - İşdə olan, Azərbaycan Respublikası DTXK-nin Ağsu rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 172 nömrəli rəyindən görünür ki, torpaq islahatı aparılan zaman X13 özü də daxil olmaqla 4 nəfər ailə üzvünə 1,33 ha torpaq sahəsi verilmiş, 2,44 ha torpaq sahəsi isə texniki səhv olaraq verilməmişdir. Odur ki, həmin ailəyə "Qışlaq" adlanan ərazidə texniki səhv olaraq orta torpaq pay normasına uyğun olaraq verilməyən 2,44 ha torpaq sahəsinin ayrılması və "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsi məqsədə müvafiqdir. - İşdə olan, xx.xx.2015-ci ildə A-529942 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Ağsu Rayon Gəgəli Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 09 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası DTXK-nin Ağsu rayon şöbəsi tərəfindən X13 adına 24400 kv.m torpaq sahəsi ilə bağlı verilmişdir.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində deyilir ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X11, Naxçıvan Muxtar Respublikası X11, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinin üçüncü hissəsində deyilir ki, islahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Həmin Qanunun 21-ci maddəsinin dördüncü hissəsində deyilir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Bundan başqa, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində deyilir ki, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.3-cü maddəsinə görə, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinin birinci cümləsinə görə, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Həmin maddənin 3-cü bəndinə görə, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Sadalanan normaların birgə təhlilindən görünür ki, bələdiyyələrin torpaq islahatını həyata keçirmək, yaxud islahat zamanı yol verilmiş nöqsanları aradan qaldırmaq səlahiyyəti yoxdur. Digər tərəfdən, qanunvericilikdə bələdiyyə torpağının dəyəri ödənilmədən xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar və kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar istisna olmaqla, qalan bələdiyyə torpaqlarının nəinki pulsuz mülkiyyətə verilməsi, hətta satılması imkanı belə nəzərdə tutulmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin normanın mənasına görə, bələdiyyə orqanları tərəfindən özünə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün o halda əsas hesab edilir ki, həmin aktlar qanunla müəyyən olunmuş qaydada qəbul edilmiş olsun. İşdən isə görünür ki, Ağsu Rayon Gəgəli Bələdiyyəsinin iddiaçıya və ailəsinə torpaq sahəsi ayrılması barədə qərarı qanunla müəyyən olunmuş qaydada qəbul edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, bələdiyyənin həmin qərarı torpaq sahəsi üzərində iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququnun yaranmasına və hüququnun qeydiyyata alınmasına əsas vermir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh 2,44 ha torpaq sahəsinə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X12rşı "Ağsu rayonu Gəgəli kəndində yerləşən 2,44 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar