Məhkəmə qərarları › İş №2-1(116)-883/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-883/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-883/2025 05.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********184964 nömrəli qərarının qismən ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********184964 nömrəli Qərarı qismən, yəni 205 231,89 manat əlavə mənfəət vergisi və VM-nin 58.1-ci maddəsinə əsasən 102 615,95 manat maliyyə sanksiyası, ƏDV üzrə VM-nin 58.1-ci maddəsinə əsasən 1 709,23 manat maliyyə sanksiyası, 91 794,01 manat əlavə məcburi dövlət sosial sığorta haqları və VM-nin 58.1-ci maddəsinə əsasən 45 897,01 manat maliyyə sanksiyası, 51 404,65 manat əlavə ödəmə mənbəyində vergi və VM-nin 58.1-ci maddəsinə əsasən 25 702,33 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - cavabdehin xx.xx.2023-cü il tarixli **********171538 saylı qərarı ilə İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə 20 may 2024-cü il tarixli **********172104 saylı "xxxx" Aktı tərtib edilmişdir. Yoxlama ilə MMC tərəfindən MV üzrə 205231,89 manat, ƏDV üzrə 3418,45 manat, ÖMV üzrə 55 583,84 manat və MDSS üzrə 91 866,81 manat azaldılması, ƏDV üzrə 17802,01 və MDSS üzrə 1,14 manat artıq hesablanması müəyyən edilmişdir. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq 5 iyul 2024-cü il tarixdə **********184964 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Beləliklə, yoxlamanın nəticəsi üzrə qəbul edilmiş qərarla MMC-yə

1. MV üzrə 2020-2022-ci illər üzrə cəmi 205231,89 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 102615,95 manat maliyyə sanksiyası,

2. ƏDV üzrə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1709,23 manat maliyyə sanksiyası,

3. ÖMV üzrə 2021-2023-cü illər üzrə cəmi 55583,84 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 27791,92 manat maliyyə sanksiyası,

4. MDSS üzrə cəmi 91865,67 manat əlavə icbari ödənişlər və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 45932,84 manat maliyyə sanksiyası, ümumilikdə 338297,84 manat əlavə vergi və icbari ödənişlər hesablanmış və 178050,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir ki, bu da cəmi 516348,34 manat məbləğ təşkil edir. Cavabdeh yerli vergi orqanın 5 iyul 2024-cü il tarixli qərarı aşağıdakı səbəblərə görə əsassız və qanunsuz hesab edilir: Səyyar vergi yoxlaması qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan dayandırılmışdır. Belə ki, yoxlama aktından görünür ki, 19 iyun 2023-cü il tarixdən 31 gün müddətinə, 19 iyul 2023-cü il tarixdən 31 gün müddətinə, 18 avqust 2023-cü il tarixdən 32 gün müddətinə, 22 yanvar 2024-cü il tarixdən 5 gün müddətinə, 26 yanvar 2024-cü il tarixdən 11 gün müddətinə, ümumilikdə 110 gün müddətinə vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertizanın keçirilməsi əsası ilə, 15 noyabr 2023-cü il tarixdən 31 gün müddətinə səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətinin itirməsi əsası ilə, ümumilikdə 141 gün müddətinə dayandırılmışdır. Beləliklə, hazırkı yoxlama ilə vergi orqanı 110 gün müddətinə yoxlamanı mütəxəssisin dəvət edilməsi əsası ilə və 31 gün müddətinə isə cəmiyyətin rəhbərinin əmək qabiliyyətinin itirməsi əsası ilə dayandırmışdır. Yoxlama aktının 1.9.5-ci bəndində qeyd olunub ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən yerinə yetirilən işləri təsdiq edən forma 2-lər araşdırılan zamanı kənarlaşmaların olması, yəni forma 2-lər üzrə sərf edilən əmək tutumunun bəyannamə ilə göstərilən əmək tutumuna uyğun olmaması ilə bağlı əsaslar şübhələr yaranmışdır. Qeyd edilənlərə uyğun olaraq yoxlama ilə əhatə edilən dövrdə Forma 2-lər üzrə mal-material sərfiyyatının həcmini və əmək tutumunu müəyyən etmək məqsədi ilə VM-nin 45-ci maddəsinə əsasən yoxlamaya 11 saylı Ərazi Vergilər Baş İdarəsinin12 iyun 2023-cü il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərar əsasında "xxxx" MMC Qiymətləndirmə Şirkətindən mütəxəssis dəvət edilmişdir. Mütəxəssisə tələb edilən sənədlər təqdim edilmiş və onun tərəfindən Forma 2-lərə əsasən sərf edilmiş mal-material sərfiyyatının həcminin və əmək tutumunun müəyyən edilməsi barədə 5 fevral 2024-cü il tarixli MB 17-0126 nömrəli Rəy tərtib edilərək yoxlamaya təqdim edilmişdir. Həmin rəy vergi ödəyicisinə 8 fevral 2024-cü il tarixdə məktubla göndərilmişdir. Yoxlama zamanı qeyd edilən mütəxəssis rəyindən ÖMV və MDSS üzrə təqdim edilən bəyannamə məlumatlarının düzgünlüyünün yoxlanılmasında istifadə edilmişdir. Aktın məzmunundan görünür ki, cavabdeh vergi orqanı 12 iyun 2023-cü il tarixdə mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul etsə də, mütəxəssis rəyi yalnız 5 fevral 2024-cü il tarixdə, yəni təxminən 8 aya yaxın müddəti keçdikdən sonra tərtib edilmişdir. Belə çıxır ki, mütəxəssis guya 8 ay ərzində araşdırma aparmışdır ki, bu hal da açıq-aşkar cavabdeh vergi orqanın öz hüquqlarından sui-istifadə etməklə yoxlama müddətinin lüzumsuz olaraq dayandırılmasına dəladət edir. Mütəxəssis rəyin məzmunundan görünür ki, mütəxəssis yalnız yerinə yetirilən işlərdə sərf edilən mal-material sərfiyyatının həcmi və əmək tutumu ilə bağlı rəqəmlər qeyd etmiş, həmin rəqəmlərin haradan və necə aldığına dair hər hansı araşdırma aparmamış və ümumiyyətlə araşdırmanı əks etdirən prosesləri rəydə göstərməmişdir. Belə məzmunda rəyin verilməsi üçün 8 aya yaxın müddətin tələb edilməsi isə ağlabatan və inandırıcı deyildir. Cavabdeh vergi orqanı 12 iyun 2023-cü il tarixdən mütəxəssisin dəvət edilməsi əsası ilə düz 5 fevral 2024-cü il tarixə kimi, təxminən 8 ay müddətinə qanundan sui-istifadə edərək yoxlamanın dayandırılmasına süni əsaslar yaratmaqla yoxlamanı əsassız və qanunsuz olaraq dayandırmışdır. Cavabdeh vergi orqanı 15 noyabr 2023-cü il tarixdən 31 gün müddətinə VM-nin 38.7.2-ci maddəsinə istinad edərək yoxlama müddətini dayandırmışdır. Bu halda VM-nin 38.7.2-cu maddəsinin hazırki işə tədbiqi onu ehtiva edir ki, yoxlama materillarında vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətinin itirməsi müəyyən olunmalıdır. Lakin yoxlama zamanı iddiaçının rəhbərinin əmək qabiliyyətinin itirilməsinə və daha sonra bərpa edilməsinə dair heç bir tibbi sənəd mövcud deyil. Bu isə cavabdeh vergi orqanı tərəfindən yoxlamanın qanuni əsas olmadan dayandırılmasına və bununla da dayandırmaya aid olan vergi qanunvericiliyinin normaların kobud şəkildə pozulmasına dəlalət edir. Yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY231919382 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2023, sona çatma tarixi xx.xx.2023 tarixidir. Halbuki, yoxlama xx.xx.2023-cü il tarixində başlasa da, yoxlama müddəti 6 dəfə dayandırılmış (təxirə salınmışdır), üç dəfə artırılmış, 1 dəfə əlavə vergi yoxlaması keçirilmiş və yalnız yoxlamanın başlanmasından 1 (bir) il keçdikdən sonra xx.xx.2024-cü il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2023 göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2024-cü il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY231919382 saylı çıxarışdan görünür ki, yoxlamaların dayandırılması barədə qərarlar yoxlamaların məlumat reyetrində qeydiyyata alınsa da, yoxlama müddətinin artırılması barədə qərarlar ümumiyyətlə düzgün tarixlərdə qeydiyyata alınmamışdır. Belə ki, çıxarışın yoxlamanın müddətinin artırılması hissəsində yoxlamanın ilk dəfə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (45 gün müddətinə), ikinci dəfə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarıxədək (10 gün müddətinə) və üçüncü dəfə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (27 gün müddətinə) uzadılması göstərilmişdir. Halbuki yoxlamanın müddəti ilk dəfə xx.xx.2023-cü il tarixli qərarla 30 iş günü müddətinə uzadılmış və müddət uzatma qərarı qəbul edildiyi andan 5 gün sonra xx.xx.2023-cü il tarixdə, ikinci dəfə xx.xx.2023-cü il tarixli qərarla 7 iş günü müddətinə uzadılmış və müddət uzatma qərarı qəbul edildiyi andan 3 gün sonra xx.xx.2023-cü il tarixdə, üçüncü dəfə isə xx.xx.2023-cü il tarixli qərarla 15 iş günü müddətinə uzadılmış və müddət uzatma qərarı qəbul edildiyi andan 2 gün sonra xx.xx.2023-cü il tarixdə yoxlamaların reyestr məlumatlarında qeydiyyata alınmışdır. Göründüyü kimi, vergi yoxlaması müddətinin uzadılması ilə bağlı qərarın dövlət reyestrində düzgün qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. Cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının nəticəsi üzrə 5 iyul 2024-cü il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etsə də, bu günədək yoxlamanın nəticəsi, aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementrləri barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmiş və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Yoxlama zamanı vergi orqanı tərəfindən sənədlərin tələb edilməsi və götürülməsi vergi qanunvericiliyinin tələblərinin kobud pozulması ilə həyata keçirilmişdir. Qanunvericilik vergi orqanı tərəfindən sənədlər tələb edildiyi halda həmin sənədlərin verilməsi üçün konkret olaraq 15 iş günü müddət müəyyən etmiş və yalnız bu müddət ərzində sənədlər təqdim edilmədikdə məhz həmin müddət başa çatdıqdan sonra sənədlərin təqdim edilməməsi ilə bağlı müvafiq akt tərtib edilir, akt müvafiq qaydada imzalandıqdan sonra onun surəti vergi ödəyicisinə təqdim edilir. Belə ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində qeyd edir ki, “Səyyar vergi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Tələbnaməyə əsasən vergilərin hesablanması zəruri olan sənədlər tələb olundu. Vergi ödəyicisi tərəfindən tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilmədiyi üçün VM-nin 42.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə Sənədlərin yoxlamaya təqdim edilməməsi barədə akt tərtib edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar çıxarılmış və həmin qərar əsasında Forma 2 sənədlərin bir hissəsi vergi ödəyicisindən götürülmüş, bu barədə xx.xx.2023-cü il tarixdə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol tərtib edilmişdir. Lakin Forma 2-lərin bir hissəsi, Forma 3-lər, müqavilələr, kassa mədaxil və məxaric səndələri, mal qalığı sənədləri, bank çıxarışları və digər sənədlər yoxlamaya təqdim edilmədiyi üçün “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında” Akt tərtib edilmişdir.” Yoxlama aktının 1.9.5-ci bəndində mütəxəssisə aid olan hissədə göstərilmişdir ki, “Mütəxəssisə tələb edilən sənədlər təqdim edilmiş və onun tərəfindən Forma 2-lərə əsasən sərf edilmiş mal-material sərfiyyatının həcminin və əmək tutumunun müəyyən edilməsi barədə 5 fevral 2024-cü il tarixli MB 17-0126 nömrəli Rəy tərtib edilərək yoxlamaya təqdim edilmişdir. Həmin rəy vergi ödəyicisinə 8 fevral 2024-cü il tarixdə məktubla göndərilmişdir.” Göründüyü kimi, cavabdeh vergi orqanı öz tərtib etdiyi yoxlama aktında iddiaçı tərəfindən ilk öncə sənədlərin ümumiyyətlə təqdim edilmədiyini qeyd edir, daha sonra guya iddiaçıdan qərar əsasında sənədlərin bir qisminin (Forma 2-lərin) götürdüyünü göstərir və digər sənədlərin təqdim etmədiyini bildirir, bununla bağlı tərtib edilən müvafiq aktlara istinad edir. Lakin daha sonra yoxlama aktının mütəxəssisə aid olan bəndində mütəxəssisə bütün sənədlər təqdim edildiyini qeyd edir və mütəxəssis həmin sənədlər əsasında rəy tərtib etdiyini göstərir. Başqa sözlə desək, cavabdeh vergi orqanı özü iddiaçı tərəfindən sənədlərin yoxlama zamanı təqdim edildiyini yoxlama aktında etiraf edir. Yoxlama zamanı yoxlayıcıların istəyi ilə bütün sənədlər iddiaçı müəssisə tərəfindən skan formada elektron poçt vasitəsi ilə yoxlamaya təqdim edilmişdir. İddiaçı hesab edir ki, məsuliyyətə cəlb edilməsi haqqında qərar VM-nin 49-cu maddəsinin tələblərinin kobud pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərar ümumiyyətlə əsaslandırılmamış, yalnız yoxlamanın nəticəsi üzrə tərtib edilmiş 20 may 2024-cü il tarixli aktın məzmununu köçürməsi, əlavə vergilərin hesablanması və tətbiq edilmiş maliyyə sanksiyasının qeyd edilməsi ilə kifayətlənmişdir. Səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən mütəxəssisin dəvət edilməsi vergi qanunvericiliyinin kobud pozulması ilə həyata keçirilmiş və rəyin əsassız olmasına dair dəlillər. Göründüyü kimi, vergi nəzarət tədbirləri zamanı vergi orqanına öz fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğu halda müvafiq qərar ilə mütəxəssis dəvət edilə bilər və həmin mütəxəssis yalnız müqavilə əsasında dəvət edilməlidir. Yoxlama zamanı "xxxx" MMC-nin mütəxəssisi Faiq İbrahimov müvafiq rəy vermişdir. Rəyin özündə ümumi məlumat hissəsində əsas kimi müqavilə göstərilsə də, vergi orqanı ilə mütəxəssis təşkilat arasında bağlanmış müqavilə mütəxəssis rəyinə əlavə edilməmişdir. Bununla yanaşı, rəy vermiş mütəxəssis rəyi vermə sahəsinə aid olan heç bir sertifikata və ya hüquqa malik olması rəydə göstərilməmişdir. Belə ki, rəyin axrıncı səhifələrinə əlavə edilmiş sertifikatlardan görünür ki, mütəxəssis kimi cəlb edilən Faiq İbrahimov məhz daşınmaz və daşınar əmlaklar üzrə ixtisaslaşmış və yalnız bu sahədə xüsusi biliyə malik olmuşdur. Yoxlama zamanı cəlb edilmiş mütəxəssis tikinti-quraşdırma işlərində əmək tutumunun və sərf edilmiş malmaterial həcminin müəyyən edilməsi sahəsində heç bir xüsusi biliyə malik olmamış və onun bu sahədə heç bir sertifikatı və yaxud diplomu mövcud olmamışdır. Belə olan təqdirdə, mütəxəssis qarşısında yerinə yetirilmiş işlərdə sərf edilmiş mal-material həcminin və əmək tutumunun müəyyən edilməsi sualı qoyulsa da, mütəxəssis bu sahədə xüsusi biliyə malik olmadığı üçün suala cavab verməkdən imtina etməli idi. Beləliklə, mütəxəssis öz xüsusi biliyinə aid olmayan sahəsi üzrə rəy vermişdir ki, bununla da kobud qanun pozuntusuna yol verimişdir. İddiaçı, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktında aparılmış hesablamaların aşağıdakı səbəblərə görə qanunsuz və əsassız hesab etdiyini bildirir: Mənfəət vergisi üzrə İddiaçı yoxlama ilə əhatə olunan 2020-2022-ci illər üzrə vergi orqanına mənfəət vergisi bəyannamələrini təqdim edərək aşağıdakı kimi bəyan etmişdir: 2020-ci il üzrə 2021-cu il üzrə 2022-ci il üzrə gəlirlər 1 181 128,31 1 777 607,54 3 658 351,16 xərclər 1 031 430,11 1 770 118,74 3 608 635,63 keçmiş illərin zərəri 27 353,77 pandemiyagüzəşti 112 273,65 vergiyə cəlb edilən mənfəət 10070,78 7488,80 49715,53 mənfəət vergisi 2 014,16 1 497,76 9 943,11 Belə ki, vergi orqanı səyyar vergi yoxlaması aktının 13-ci səhifəsində VM-inin 67-ci və 130-cu maddələrin müddəalarını sadalayır və qeyd edir ki, guya iddiaçı tikintiquraşdırma və topdan satış fəaliyyəti ilə məşğul olmasına baxmayaraq vergi tutma məqsədilə gəlirin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxil və məxaric sənədləşdirilməsini AR Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərinin uçotunun aparılması Qaydası”na uyğun şəkildə təşkil etməmiş, bundan əlavə AR Maliyyə Nazirliyi Kollegiyasının 4 aprel 2016-cı il tarixli Q-09 nömrəli “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Qərarın, AR Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 saylı “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarın tələblərinin pozulduğu müəyyən edilmişdir. Həmin aktın 14-cü səhifəsində VM-nin 104, 105, 131, 132, 134, 135 və 136-cı maddələrinə istinad edir və iddiaçının 2020-2022-ci illər üzrə gəlirlərini müəyyən edir Aktın 15-ci səhifəsində isə qeyd edir ki, Lakin vergi ödəyicisi tərəfindən illər üzrə material hesabatları, texniki hesabatlar mühasibat uçotu haqqında qanunun tələblərinə uyğun olaraq yoxlamaya təqdim edilmədiyindən yoxlama zamanı vergi ödəyicisinin gəlirin əldə edilməsi ilə bağlı olan xərclərini birbaşa müəyyən etmək mümkün olmamışdır. Beləliklə, yoxlama zamanı Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən iddiaçının illər üzrə gəlirlərə görə şərti rentabellik tətbiq etməklə yoxlama zamanı 2020-2022-ci illər üzrə mənfəət vergisi yenidən hesablandı.” İddiaçı hesab edir ki, vergi orqanı iş üzrə faktiki halları tam araşdırmadan və mövcud məsələyə vergi qanunvericiliyi baxımından düzgün qiymət vermədən əlavə vergilərin hesablanmasını həyata keçirmişdir. Yoxlama zamanı gəlir və xərclərə aid oln bütün sənədlər cavabdeh vergi orqanına təqdim edilmişdir. Yoxlama ilə əhatə edilən 2020-2022-ci illər əzrində bütün əməliyyatlar elektron vergi qaimə-faktura əsasında aparılmış, yəni vergi orqanların məlumat uçot-bazasında xərcləri və gəlirləri təsdiq edən elektron qaimə-fakturalar mövcud olmuş, həmçinin bütün Formal 2lər və iddiaçının əməliyyat apardığı müəssisələr ilə olan sənədlər (müqavilələr, ödənişlər, e-qaimələr, aktlar və sairə) vergi orqanı tərəfindən yoxlama zamanı əldə edilmişdir. Yoxlama zamanı iddiaçının sənədlərin çoxluğunu nəzərə alaraq cavabdeh vergi orqanın həmin sənədlərin yoxlanılması və obyektiv yoxlama aparmaq niyyəti ümumiyyətlə olmamış, heç bir hüquqi əsas olmadan əlavə vergilərin hesablanmasına əsas olan şərti rentabellik normasını özü üçün əlverişli seçim kimi qəbul etmişdir. Cavabdeh vergi orqanın obyektiv yoxlama aparmaq niyyətinin olmaması yoxlama aktının 1.9.2-ci bəndindən belə görünür. Həmin bəndə göstərilmişdir ki, vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçının tikinti-quraşdırma işlərində əldə etdiyi bütün malların sərf edildiyini müəyyən etmək məqsədi ilə iddiaçının mal-materialın qalığının olub-olmaması müəyyənləşdirmək üçün əmlakının inventarizasiyasını ümumiyyətlə keçirməmişdir. Vergi orqanı isə yoxlama zamanı bütün sənədlərin təqdim edilməsinə baxmayaraq, yalnız illər üzrə material hesabatları, texniki hesabatlar mühasibat uçotu haqqında qanunun tələblərinə uyğun olaraq yoxlamaya təqdim olunmadığını formal əsas kimi gətirmiş, (halbuki “Mühasibat uçotu haqqında” Qanunda mühasibat uçotunda material hesabatları, texniki hesabatlar kimi sənədlərin tərtib edilməsi və aparılması ümumiyyətlə nəzərdə tutulmamış) və Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcılığa əməl etmədən birbaşa 67.14-cü maddəsini tətbiq etmişdir. Qanunvericilik vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəbdən mümkün olmadğı halda ilkin olaraq VM-nin 67.1-ci maddəsində qeyd olunan əlaqəli məlumatlar əsasında, bu mümkün olmadınqa analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatları əsasında, bu da mümkün olmadığı halda isə VM-nin 67.14-cü maddəsinə əsasən şərti rentabellik normasını tətbiq etməklə vergilərin hesablanmasını təsbit etmişdir. Başqa sözlə desək, qanunvericilik sözügedən maddədə yalnız qeyd olunan ardıcılığa əməl etdikdən sonra VM-nin 67.14-cü maddəsinə əsasən şərti rentabellik norması əsasında vergilərin hesablanmasını mümkün etmişdir. Cavabdeh vergi orqanı isə VM-nin 67-ci maddəsində göstərilən ardıcılığa əməl etmədən, yəni əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin uçot və hesabat məlumatlarından istifadə etmədən birbaşa VM-nin 67.14-cü maddəsini tətbiq etməklə vergilərin hesablanmasını həyata keçirmişdir ki, bununla da kobud qanun pozuntusuna yol vermişdir. Bundan əlavə, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və xx.xx.2022-ci il tarixdən qüvvəyə minən dəyişikliklərdən biri də, məhz bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələrin bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilməsi olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni xx.xx.2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə VM-nin 67 maddəsinin normalarının sıra ardıcılığı ilə tətbiq edilməli olmasını təsdiq etmişdir. Göstərilən qanuna yeni dəyişiklik 1 yanvar 2022-ci il tarixindən qüvvəyə mindiyindən və hazırda yoxlama ilə yoxlanılan dövr 2020-2022-ci illəri əhatə etdiyi üçün 2022-ci ildən əvvəlki dövrlərə, yəni 2020-2021-ci illərə ümumiyyətlə tətbiq edilə bilməz. Bundan başqa, vergi orqanı qanuni və əsaslı yoxlama aparsa idi iddiaçının yoxlama zamanı təqdim etdiyi sənədlər əsasında yoxlanılan dövr üzrə iddiaçının vergi tutulan mənfəətini dəqiq müəyyən edə bilərdi. Lakin vergi orqanı düz 1 il müddətində yoxlamanın aparmasına baxmayaraq, iddiaçıya illər üzrə daxil olan vəsaitləri gəlir kimi götürərək həmin gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri ümumiyyətlə qəbul etməmiş və qeyd olunan əsasla iddiaçının gəlirinə şərti rentabellik normasını tətbiq etməklə əlavə vergilərin hesablanmasını həyata keçirmişdir. Səyyar vergi yoxlaması aktında ƏDV aid qeyd edilmişdir ki, yoxlama zamanı iddiaçı tərəfindən VM-nin 166-cı maddəsinin tələblərinin düzgünlüyünün yoxlanılması zamanı kənarlaşmalar aşkar edildi. Belə ki, ümumilikdə ƏDV-nin 3 418,46 manat məbləğində azaldıldığı, 17 802,01 manat məbləğində isə artıq hesablandığı, nəticədə büdcəyə ƏDVnin 14 383,47 manat əlavə hesablandığı aşkar olunmuşdur. Beləliklə, ümumilikdə 3 418,46 manat məbləğində ƏDV-nin azaldıldığına görə VMnin 58.1-ci maddəsinə əsasən 1 709,23 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi, yoxlama zamanı ƏDV üzrə əlavə vergilərin hesablanması aparılmamış və yalnız ümumilikdə 1 709,23 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin qeyd edirik ki, vergi orqanı tərəfindən ƏDV üzrə 3 418,46 manat azaldılmasının və 17 802,01 manat artıq hesablanmasının müəyyən edilməsinə, yəni artıq hesablanmış məbləğ azaldılmış məbləğdən daha çox olduğuna baxmayaraq, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergilərə görə maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələblərinin pozulmasıdır. Ona görə ki, həmin normaya görə hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal kimi müəyyən edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə 63 993,00 manat, 2021-ci il üzrə 87 291,00 manat, 2022-ci il üzrə 47 237,55 manat və 2023-cü ilin yoxlalınan dövr üzrə 29 700,00 manat olmaqla, ümumilikdə 228 221,55 manat əmək tutumu hesablanmışdır. "xxxx" MMC-nin mütəxəssisi tərəfindən verilmiş 5 fevral 2024-cü il tarixli MB 17-0126 saylı rəyə əsasən görülmüş işlərin tərkibində əmək tutumu 2020-ci il üzrə 49 038,21 manat, 2021-ci il üzrə 128 388,60 manat, 2022-ci il üzrə 306 837,44 manat, 2023cü ilin yoxlanılan dövrü üzrə isə 96 178,55 manat olmaqla, ümumilikdə 580 442,80 manat müəyyən olunmuşdur. Nəticədə mütəxəssis rəyinə əsasən 2021-cü il üzrə 41 097,60 manat, 2022-ci il üzrə 259 599,89 manat, 2023-cü ilin yoxlanılan dövrü üzrə 66 478,55 manat olmaqla, ümumilikdə 367 176,04 manat əlavə əmək tutumu müəyyən edilmişdir. Beləliklə də, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən müəyyən edilmiş əlavə əmək tutumundan 25% olmaqla 91 794,01 manat MDSS və VM-nin 150.1.7ci maddəsinə əsasən 14% olmaqla 51 404,65 manat ÖMV hesablanmış, VM-nin 58.1-ci maddəsinə əsasən müvafiq olaraq 45 897,01 manat və 25 702,33 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla bağlı bildirilmişdir ki, cavabdeh vergi orqanın bu hesablaması da qanunsuz və əsassızdır. Ona görə ki, mütəxəssis rəyi formal mülahizələrə əsasən tərtib edilmiş və həmin rəyə əsasən iddiaçıya qanunsuz sosial sığorta haqları və vergilər hesablanmışdır. Yoxlama müddəti ərzində iddiaçının mütəxəsisin apardığı işlər barəsində heç bir məlumatı olmamış və mütəxəssis tərəfindən onlara heç bir sual ünvanlanmamış, iddiaçıdan heç bir sənəd mütəxəssis tərəfindən tələb edilməmiş, yalnız cavabdeh vergi orqanının təqdim etdiyi tam olmayan sənədlər əsasında rəy hazırlanmışdır. Ümumiyyətlə mütəxəssis rəyində ümumi nəzəri standart cümlələrdən istifadə edilmiş, qiymətləndirmənin qaydaları və necə aparılmalı olduğu göstərilmişdir. İddiaçının əlavə əmək tutumunu hansı qaydada hesablanması və onun mexanizmi göstərilmədən birbaşa həmin məbləğlər qeyd edilmişdir. Heç bir tədqiqat üsuluna və mexanizminə, reallığa əsaslanmayan, nəzəri ifadələrdən istifadə olunmaqla tərtib olunan mütəxəssis rəyi əsasında iddiaçıya MDSS və ÖMV hesablanmışdır. Rəydə respublika statistikası üzrə tikinti quraşdırma sahəsində çalışan işçilər üçün nəzərdə tutulmuş orta əmək haqqından çox yüksək məbləğlər müəyyən edilmişdir. Həmçinin, xüsusi olaraq, qeyd edilməlidir ki, vergi orqanının nə Vergi məcəlləsində, nə də ki “Sosial sığorta haqqında” qanunda mütəxəssis rəyi əsasında vergi və sosial sığorta haqqını hesablamaq hüququ göstərilməmişdir. Ümumiyyətlə həm ölkə qanunvericiliyinə, həm də beynəlxalq təcrübəyə əsasən hər hansı iş üzrə əhəmiyyətə malik olan faktiki halların xüsusi bilik əsasında müəyyən edilməsi ekspert tərəfindən aparılır. Ekspert istənilən məsələ barəsində xüsusi metodlar vasitəsilə rəy verə bilər. Mütəxəssis isə bu məsələlər barəsində mülahizəsini bildirir və onun rəyi köməkçi xarakter daşıyır. Mütəxəssis məsələ barəsində tədqiqat aparmır, o sadəcə olaraq öz təcrübəsinə və obyektin xarici müşahidəsinə əsasən fikirlərini bildirir. Qeyd olunanların düzgünlüyünü mütəxəssisin rəyinə baxdıqda da görmək mümkündür. Çünki rəydə heç bir tədqiqat üsulu, hesablamanın aparılması mexanizmi qeyd olunmamış, yalnız nəzəri ifadələr yazılmaqla birbaşa rəqəmlər göstərilmişdir. Vergi ödəyicisi üçün əlavə vergi yükü yaradan, onun üçün məsuliyyət yaradan sənədin bu formada tərtibatı təəssüf doğurur. Bu hal da yoxlamanın hansı formada aparıldığını göstərir. Vergi Məcəlləsinin 45-ci maddəsində səyyar vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün üçün mütəxəssis dəvət edilməsi nəzərdə tutulmuşdur. Həmin kömək də Vergi məcəlləsinin 43.10 maddəsində göstərildiyi kimi sənədlərin götürülməsi ilə məhdudlaşır. Yoxlama zamanı digər məsələlərin həllində mütəxəssisin iştirakı Vergi məcəlləsində göstərilməmişdir. Qüvvədə olan qanunvericiliyə görə sosial ayırmaların hər bir işçinin şəxsi vərəqinə işlənməsi nəzərdə tutulmuşdur. Lakin nə mütəxəssis rəyində, nə də səyyar vergi yoxlaması aktlnda əlavə hesablanmış vəsaitin nəinki, hansı işçiyə, hətta hansı kateqoriya işçilərə aid olduğu da göstərilməmişdir. Yoxlama aktında “Sosial sığorta” haqqında Azərbaycan Respublikası qanununun 14-cü maddəsinə əsasən hesablama aparıldığı göstərilmişdir. Göstərilən qanunun 14.5.2 maddəsində mülki hüquqi xarakterli müqavilələrlə işləyənlərdən ödəmə mənbəyindən hesablama aparılması nəzərdə tutulmuşdur. İddiaçıda mülki müqavilə ilə işləyən işçilər mövcud deyil. Bütün işçilər əmək müqaviləsi ilə fəaliyyət göstərirlər. Bundan başqa, yoxlama zamanı cavabdeh vergi orqanı və cəlb edilmiş mütəxəssis nəzərə almamışlar ki, iddiaçının yoxlanılan 2020-2023-cü illər üzrə gördüyü işlərin bir çox hissəsini podratçılar və subpodratçılar tərəfindən yerinə yetirilmiş, bu səbəbdən də kifayət qədər işçi sayına lüzum qalmamışdır. Eyni zamanda vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin subut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. (Azərbaycan Respublikası MPM-nin 53.3-ci maddəsi). Qeyd olunan normaların məzmunundan göründüyü kimi, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməli deyildir, həmin vəzifə vergi qanunvericiliyinin tələblərinə əsasən bir qayda olaraq vergi orqanının, hazırki halda isə cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən yalnız sübuta yetirilməyən formal mülahizələrə əsaslanaraq səyyar vergi yoxlaması aktı tərtib etmiş və vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir ki, bu da öz növbəsində iddiaçının qanunla qorunan hüquq və mənafelərinə toxunması halının yaranmasına səbəb olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən cavabdeh, iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını sübuta yetirə bilmədiyindən, habelə səyyar vergi yoxlaması aktı və vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərar qismən qanunsuz və əsassız olduğundan iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı tələbinin hüquqi əsası olaraq Vergi Məcəlləsinin 38.7.2, 38.7.3, 42.1, 42.2, 45.1–45.3, 49.2, 49.5, 55.1.5, 67.1–67.4 və 67.14-cü maddələrinə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 64.2-ci maddəsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.2, 3.2 və 13.1–13.3-cü maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11, 3.4.16, 3.4.18, 3.4.19 və 4.7-ci bəndlərinə əsaslanmış, bununla yanaşı, oxşar inzibati mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1878/2019, 2-1(102)-1620/2020, 2-1(102)-943/2024, 2- 1(102)-1079/2020 və 2-1(102)-2258/2023 saylı qərarlarının məzmununa istinad etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********171538 nömrəli qərarına əsasən İddiaçı MMC-də 2020-ci ilin aprel ayından 2023-cü ilin mart ayına qədər olan dövrü əhatə etməklə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdə başlamış, xx.xx.2024-cü il tarixdə başa çatdırılaraq xx.xx.2024-cü il tarixli **********172104 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisi səyyar vergi yoxlaması aktını imzalamaqdan imtina etdiyindən səyyar vergi yoxlaması aktının surəti **********129500 nömrəli məktubla vergi ödəyicisinə göndərilmiş, xx.xx.2024-cü il tarixli **********254800 nömrəli məktubla isə Vergi Məcəlləsinin 39.5-ci, 39.6-cı və 39.7-ci maddələrində nəzərdə tutulmuş hüquqları izah edilməklə səyyar vergi yoxlaması nəticələrinə baxılmasında iştirak etməsi üçün xx.xx.2024-cü il tarixində saat 11:00-da vergi orqanına dəvət edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:00-da vergi ödəyicisinin iştirakı olmadan səyyar vergi yoxlaması materiallarına baxılaraq “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********184964 nömrəli qərar qəbul edilmişdir. Sözügedən qərarla vergi ödəyicisinə mənfəət vergisinin 205231.89 manat azaldılmasına görə həmin məbləğdə əlavə mənfəət vergisi, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50%-i həcmində 102615.94 manat maliyyə sanksiyası, ödəmə mənbəyində verginin 55583.55 manat azaldılmasına görə həmin məbləğdə əlavə ÖMV və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən bu məbləğin 50%-i miqdarında 27791.92 manat maliyyə sanksiyası, Məcburi dövlət sosial sığorta haqlarının 91865,67 manat az hesablanmasına görə həmin məbləğdə əlavə MDSS və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50%-i miqdarında 45897.00 manat maliyyə sanksiyası və ƏDV-nin 2020-ci ilin iyun ayında 103.28 manat, 2021-ci ilin may ayında 2160 manat, 2022-ci ilin mart ayında 863.57 manat, oktyabr ayında 291.59 manat olmaqla cəmi 3418.45 manat azaldılmasına görə həmin məbləğin 50%i miqdarında 1709.22 manat maliyyə sanksiyası olmaqla cəmi 516311.94 manat vergi və maliyyə sanksiyası hesablanmışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş işləri təsdiq edən “forma- 2”-lər araşdırılan zaman kənarlaşmaların olması, yəni “forma-2”-lərə əsasən sərf edilən əmək tutumunun bəyannaməyə əsasən göstərilən əmək tutumuna uyğun olmaması ilə bağlı əsaslı şübhələr yaranmışdır. Qeyd edilənlərə uyğun olaraq yoxlama ilə əhatə olunan dövrdə “forma-2”lər üzrə mal-material sərfiyyatının həcmini və əmək tutumunu müəyyən etmək məqsədi ilə Vergi Məcəlləsinin 45-ci maddəsini əsas tutaraq xx.xx.2023-cü il tarixli **********173022 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında" Qərarı əsasında "xxxx" MMC Qiymətləndirmə Şirkətindən (VÖEN: **********) mütəxəssis dəvət olunmuşdur. Mütəxəsisə tələb olunan sənədlər təqdim olunmuş və onun tərəfindən “forma-2”lərə əsasən sərf edilmiş mal-material həcminin və əmək tutumunun müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixli MB 17-0126 nömrəli müvafiq "Rəy" tərtib edilərək yoxlamaya təqdim olunmuşdur. Vergi Məcəlləsinin 45.4-cü maddəsinin tələblərinə uyğun olaraq mütəxəssisin rəyi yazılı şəkildə tərtib olunmuş, onun tərəfindən imzalanmış və səyyar vergi yoxlaması aktına əlavə edilmişdir. İddiaçı gəlirlərin və xərclərin uçotunu 2020-ci ildə kassa metodu, 2021 və 2022-ci illərdə isə hesablama metodu ilə aparmışdır. Yoxlama zamanı kassa metodunun tələbləri nəzərə alınmaqla bank hesabına satışdan daxilolmalar (cari dövrün avans məbləğləri istsina olmaqla) və dövrün əvvəlinə olan avans məbləği əsasında gəlirləri müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisinin 2020-ci il üzrə bank hesablarına satışdan daxilolmaların məbləği 1115118,38 manat olmuşdur: Bundan əlavə 2020-ci il ərzində dövrün əvvəlinə avans məbləği 47382,22 manat olmuşdur. Nəticədə 2020-ci il üzrə 1162500,60 manat (1115118,38+47382,22) mənfəət dövriyyəsi müəyyən edilmişdir. Yoxlama zamanı hesablama metodunun tələbləri nəzərə alınmaqla dövrün əvvəlinə debitor borc məbləğinə və təqdim edilmiş qaimə fakturalara əsasən vergi ödəyicisinin gəlirləri müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisinin 2021-ci il üzrə hesablama metodundan istifadə etdiyini nəzərə olaraq dövrün əvvəlinə debitor borc məbləği 128025,39 manat, təqdim edilmiş qaimə fakturalar üzrə 1777607,52 manat olmaqla ümumilikdə 2021-ci il üzrə mənfəət dövriyyəsi 1905632,91 manat (1777607,52+128025,39) müəyyən olunmuşdur. Vergi ödəyicisinin 2022-ci il üzrə hesablama metodundan istifadə etdiyini nəzərə alınaraq təqdim edilmiş qaimə fakturalara əsasən 2022-ci il üzrə mənfəət dövriyyəsi 3656596,39 manat müəyyən olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən illər üzrə material hesabatları, texniki hesabatlar mühasibat uçotu haqqında qanunun tələblərinə uyğun olaraq yoxlamaya təqdim edilmədiyindən yoxlama zamanı vergi ödəyicisinin gəlirin əldə edilməsi ilə bağlı olan xərclərini birbaşa müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin 2020, 2021 və 2022-ci illər üzrə gəlirin əldə edilməsi ilə bağlı olan xərclərini müəyyən etmək mümkün olmadığından, həmçinin Vergi Məcəlləsinin 67.2-ci maddələrinin tələblərinə cavab verən analoji vergi ödəyicisini müəyyən etmək mümkün olmadığından İddiaçı MMC-nin vergiyə cəlb olunan gəlirini Vergi Məcəlləsinin 67.1-ci, 67.14-cü, 83.9-cu maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarının 6.1.2-ci bəndinə əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək əldə etdiyi mənfəət (ƏDV nəzərə almadan) müəyyən edilmişdir. Rəqəmlərlə ifadə etsək, 2020-ci ilin mənfəətinin 1162500,60/120*20=193750.10 manat, 2020-ci il üçün azaldılmış mənfəət vergisinin məbləğinin isə 2019-cu ilin 27353,77 manat zərəri və vergi ödəyicisinin özünün 2020-ci il üçün bəyan etdiyi 2014.16 manat mənfəət vergisi nəzərə alınmaqla (1937xx.xx-27353.77)*20%-2014.16=31265.11 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən mənfəət vergisi bəyənnamələrində göstərilən məbləğinin bəyannamələrdə göstərilməli olan məbləğinə nisbətən 31265,11 manat azaldılmasına görə vergi ödəyicisinə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 15632,56 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. 2021-ci ilin mənfəətinin 1905632,91/120*20%=317605.49 manat, 2021-ci ilin mənfəət vergisinin isə vergi ödəyicisinin özünün 2021-ci il üçün bəyan etdiyi 1497.76 manat mənfəət vergisi nəzərə alınmaqla 317605.49*20%-1497.76=62023.34 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən mənfəət vergisi bəyənnamələrində göstərilən məbləğinin bəyənnamələrdə göstərilməli olan məbləğinə nisbətən 62023.34 manat azaldılmasına görə vergi ödəyicisinə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 31011,67 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. 2022-ci ilin mənfəətinin 3656596,39/120*20%=609432,73 manat, 2022-ci ilin mənfəət vergisinin isə vergi ödəyicisinin özünün 2022-ci il üçün bəyan etdiyi 9943,11 manat mənfəət vergisi nəzərə alınmaqla 609432,73*20%-9943.11=111943.44 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən mənfəət vergisi bəyənnamələrində göstərilən məbləğinin bəyənnamələrdə göstərilməli olan məbləğinə nisbətən 111943,44 manat azaldılmasına görə vergi ödəyicisinə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 55971,72 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə yerinə yetirilmiş iş və xidmətlərin tərkibində əmək tutumunun müəyyən edilməsi üçün 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********173022 saylı “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar ilə "xxxx" MMC-nin mümayəndəsi X2 mütəxəssis qismində dəvət olunmuşdur. Mütəxəssisə tələb olunan bütün sənədlər təqdim olunmuşdur. Mütəxəssis tərəfindən yerinə yetirilmiş iş və xidmətlərin tərkibində əmək tutumu hesablanmış və yoxlamaya xx.xx.2024-cü il tarixli MB 17- 0126 nömrəli rəy təqdim olunmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə 63993,00 manat, 2021-ci il üzrə 87291,00 manat, 2022-ci il üzrə 47237,55 manat və 2023-cü ilin yoxlanılan dövrü üzrə isə 29700,00 manat olmaqla ümumilikdə 228221,55 manat əmək tutumu hesablanmışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş “forma 2”-lərlə görülmüş işlərinin həcmi 2020-ci ildə 294264,89 manat, 2021-ci ildə 775393,64 manat, 2022-ci il üzrə 1799738,97 manat və 2023-cü ilin yoxlanılan dövrü üzrə isə 559397,18 manat olmaqla ümumilikdə 3428794,70 manat müəyyən edilmişdir. Mütəxəssis tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli MB 17-0126 saylı rəyə əsasən görülmüş işlərin tərkibində əmək tutumu 2020-ci il üzrə 49038,21 manat, 2021-ci il üzrə 128388,60 manat, 2022-ci il üzrə 306837,44 manat, 2023-cü ilin yoxlanılan dövrü üzrə isə 96178,55 manat olmaqla ümumilikdə 580442,80 manat müəyyən olunmuşdur. Nəticədə mütəxəssis rəyinə əsasən 2021-ci il üzrə 41097,60 manat (128388,60 - 87291,00), 2022-ci il üzrə 259599,89 manat (306837,44-47237,55), 2023-cü ilin yoxlanılan dövrü üzrə 66478,55 manat (96178,55 - 29700,00) olmaqla ümumilikdə 367176,04 manat əlavə əmək tutumu müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrdə (hesabatlarda) göstərilən hər bir işçiləri üzrə hesablanmış əmək haqqı fondu məbləğlərinin düzgünlüyü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş hər bir işçi üzrə əmək haqqı fondu məbləğləri ilə yoxlanılması nəticəsində müəyyən edilmişdir ki, vergi ödəyicisi əmək müqaviləsi əsasında işləyən işçilərinə ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğlərinə uyğun olan əmək haqqı fondu hesablamışdır. Nəticədə mütəxəssis tərəfindən müəyyən edilmiş görülən işlərə sərf edilən əmək tutumunun məbləğindən Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrdə (hesabatlarda) göstərilən əmək fondunun məbləği (Muzdlu işləyənlər üzrə əmək haqqı fondu) çıxılmış və qalan məbləğ isə VÖEN-i olmayan şəxlər tərəfindən göstərilmiş xidmətlərə aid edilmişdir. Beləliklə, yoxlama ilə bəyan edilmiş əmək haqqı məbləğləri nəzərə alınmaqla vergi ödəyicisi tərəfindən VÖEN-i olmayan və vergi orqanlarında qeydiyyatda olmayan şəxlərə yerinə yetirilmiş işlərə görə 2021-ci il üzrə 41097,60 manat, 2022-ci il üzrə 259599,89 manat, 2023-cü ilin yoxlanılan dövrü üzrə 66478,55 manat olmaqla ümumilikdə 367176,04 manat vəsait ödənilməsi nəzərə alınmışdır. Vergi ödəyicisi tərəfindən VÖEN-i olmayan şəxslərə göstərilmiş xidmətlərə, yerinə yetirilmiş iş və xidmətlərə görə vəsait ödənilərkən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərə haqq ödəyən hüquqi şəxs və ya sahibkar Vergi Məcəlləsinin 101-ci maddəsinin 1-ci cədvəlinə əsasən vergini tutmalı və dövlət büdcəsinə ödəməyə borclu olduğu halda, bu tələbə əməl edilməmiş və nəticədə büdcəyə hesablanmalı olan ödəmə mənbəyində tutulmalı olan vergi məbləği bəyannamə təqdim etməməklə 2021 -ci ildə 5753,66 manat (41097,60 *14%), 2022-ci ildə 36343,98 manat (259599,89 *14%), 2023-cü ildə isə 9307,0 manat (66478,55*14%) olmaqla ümumilikdə 51404,65 manat (5753,66+36343,98+9307,00) manat ödəmə mənbəyindən tutulan verginin azaldılması müəyyən edilmişdir. Bundan əlavə vergi ödəyicisi alış aktı əsasında VÖEN-i olmayan şəxslərdən 2021ci il üzrə 208960,00 manat dəyərində metal qırıntıları almasına baxmayaraq ödəmə mənbəyindən vergi tutularaq büdcəyə ödənilməmişdir. Yoxlama ilə vergi məcəlləsinin 101.6-cı və 150.1.14-cü maddələrinə əsasən 2021-ci il üzrə VÖEN-i olmayan şəxslərdən alınmış 208960,00 manat dəyərində metal qırıntılarına görə 4179,20 manat (208960*2%) ödəmə mənbəyindən tutulan verginin azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən büdcəyə ödənilməkdən yayındırılmış 55583,85 manat ödəmə mənbəyində tutulan vergiyə görə vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 27791,93 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi ödəyicisinin 2022-ci ilin 4-cü rübündə təqdim etdiyi ÖMV bəyənnaməsinə kameral qaydada yoxlanaraq əlavə hesablama aparılmışdır. Belə ki, vergi ödəyicisi vergi məcəlləsinin 101.6-cı, 150.1.14-cü və 150.3-4-cü maddələrinin tələblərini pozaraq 2022-ci ilin 4-cü rübündə VÖEN-i olmayan şəxslərdən 100000,0 manat dəyərində metal qırıntıları almasına baxmayaraq ödəmə mənbəyindən vergi tutularaq büdcəyə ödənilməmişdir. Vergi orqanı tərəfindən kameral yoxlamaları nəticəsində alınmış 100000,0 manat metal qırıntılarına görə 5000,00 manat (100000,00*5%) ÖMV hesablamışdır. Səyyar vergi yoxlaması ilə qeyd edilən aylar yoxlanılmış və kameral vergi yoxlamaları ilə hesablanmış verginin düzgünlüyü təsdiq edilmişdir. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə 63993,0 manat, 2021-ci il üzrə 87291,0 manat, 2022-ci il üzrə 47237,55 manat və 2023-cü ilin yoxlanılan dövrü üzrə isə 29700,0 manat olmaqla ümumilikdə 228221,55 manat əmək tutumu hesablanmışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş “forma 2”lər üzrə görülmüş işlərinin həcmi 2020-ci ildə 294264,89 manat, 2021 -ci ildə 775393,64 manat, 2022-ci il üzrə 1799738,97 manat və 2023-cü ilin yoxlanılan dövrü üzrə isə 559397,18 manat olmaqla ümumilikdə 3428794,70 manat müəyyən edilmişdir. Mütəxəssis tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MB 17-0126 saylı rəyə əsasən görülmüş işlərin tərkibində əmək tutumu 2020-ci il üzrə 49038,21 manat, 2021-ci il üzrə 128388,60 manat, 2022-ci il üzrə 306837,44 manat, 2023-cü ilin yoxlanılan dövrü üzrə isə 96178,55 manat olmaqla ümumilikdə 580442,80 manat müəyyən olunmuşdur. Nəticədə mütəxəssis rəyinə əsasən 2021-ci il üzrə 41097,60 manat (128388,60- 87291,00), 2022-ci il üzrə 259599,89 manat (306837,44 - 47237,55), 2023-cü ilin yoxlanılan dövrü üzrə 66478,55 manat (96178,55 - 29700,00) olmaqla ümumilikdə 367176,04 manat əlavə əmək tutumu müəyyən edilmişdir. Beləliklə də, Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən yoxlama zamanı müəyyən edilmiş əlavə əmək tutumundan 25 faiz olmaqla 2021-ci ildə 10274,40 manat (41097,60*25%), 2022-ci ildə 64899,97 manat (259599,89*25%) və 2023-cü ilin yoxlanılan dövrü üzrə isə 16619,64 manat (66478,55*25%) olmaqla ümumilikdə 91794,01 manat (10274,40 +64899,97+16619,64) Məcburi Dövlət Sosial Sığorta haqqı hesablanmışdır. Bundan əlavə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri yoxlanan zaman müəyyən edilmişdir ki, “Sosial sığorta haqqında” Qanunun 14-cü, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu və “İcbari tibbi sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən 2020-ci ilin 2-ci rübü üzrə MDSS-dən 70,0 manat və İşsizlikdən sığortadan isə 2,80 manat olmaqla ümumilikdə 72,80 manat azaldılmış, 2020-ci ilin 4-cü rübü üzrə MDSS-dən 1,00 manat və İşsizlikdən sığortadan isə 0,02 manat olmaqla ümumilikdə 1,02 manat artıq hesablanmış, 2021-ci ilin 1-cü rübü üzrə İşsizlikdən sığortadan isə 0,04 manat, 2021-ci ilin 2-ci rübü üzrə 0,08 manat artıq artıq hesablamışdır. Nəticədə vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmalı olan icbari ödənişlərin ümumilikdə 2020-ci il üzrə 72,80 manat azaldılması və 1,02 manat artıq hesablanması nəticəsində 71,78 manat, 2021-ci il üzrə 10274,40 manat azaldılması və 0,12 manat artıq hesablanması nəticəsində 10274,28 manat (10274,40-0,12), 2022-ci il üzrə 64899,97 manat, 2023-cü ilin yoxlanılan dövrü üzrə isə 16619,64 manat azaldılması nəticəsində ümumilikdə 91865,67 manat az hesablanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən büdcədən yayındırılmış icbari ödənişlərə görə vergi ödəyicisinə yayındırılmış məbləğinin 50% miqdarında olmaqla 45897.00 manat maliyyə sanksiyasının tətbiq olunmuşdur. İddiaçının həqiqətə və işin hallarına uyğun olmayan bu mövqeyinə etiraz olaraq bildiririk ki, mütəxəssisin dəvət edilməsi ilə əlaqədar səyyar vergi yoxlamasının dayandırılması müddəti iddiaçının iddia etdiyi kimi 8 ay deyil xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olmaqla 3 ay olmuşdur. Bu hal səyyar vergi yoxlamasının dayandırılması barədə xx.xx.2023-cü il tarixli **********173230 nömrəli, xx.xx.2023-cü il tarixli **********17436 nömrəli, xx.xx.2023-cü il tarixli **********17541 nömrəli qərarlarla öz təsdiqini tapır. xx.xx.2023-cü il tarixdən sonra isə səyyar vergi yoxlaması davam etdirilmiş, xx.xx.2023-cü il tarixli **********176791 nömrəli qərarla səyyar vergi yoxlamasının keçirilməsi müddəti 30 iş günü artırılmışdır. İddiaçının həqiqətə və işin hallarına uyğun olmayan, özünün vergi orqanına yazdığı ərizəni və həmin ərizəyə qoşma şəklində əlavə etdiyi səndləri təkzib edən, yəni özünün vergi orqanına təqdim etdiyi ərizəsini danan iddiasına cavab olaraq bildiririk ki, İddiaçı MMC-nin rəhbərinin adından 11 saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.2023-cü il tarixli **********315300 nömrəli ərizə təqdim olunmuş və ərizədə İddiaçı MMC-nin direktoru Adıgözəlov Azər Adışirin oğlunun sağlamlıq durumu ilə əlaqədar olaraq vergi yoxlamasının müddətinin uzadılmasını xahiş etmiş və təsdiqedici sənəd kimi xəstəxana arayışının notarial qaydada təsdiq edilmiş surətini ərizəyə əlavə etmişdir. Arayışa nəzər saldıqda həmin arayışın xx.xx.2023-cü il tarixli 7835 nömrəli arayış olduğu, arayışda Azər Adıgözəlovun xx.xx.2023-cü il tarixdə əməliyyat olunacağı və əməliyyatdan sonra 2.5 ay fizioterapiyadan keçməsinin məcburi olması göstərilmişdir. Bu səbəbdən də 11 saylı Ərazi Vergilər Baş İdarsi tərəfindən səyyar vergi yoxlamasının xx.xx.2023-cü il tarixdən dayandırılması barədə xx.xx.2023-cü il tarixli **********178162 nömrəli qərar qəbul edilmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi iddiaçının səyyar vergi yoxlamasının dayandırılması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması barədə göstərdiyi hallar həqiqətə uyğun deyil və işin faktiki halları, o cümldən özünün vergi orqanına təqdim etdiyi ərizə və arayışla təkzib olunur. İddiaçının işin hallarına uyğun olmayan növbəti iddiası isə cavabdeh tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinin pozulmasıdır. İddiaçının həqiqətə və işin faktiki hallarına uyğun olmayan növbəti mülahizəsinə etiraz olaraq bildiririk ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY231919382 nömrəli çıxarışdan göründüyü kimi yoxlamanın əsas müddəti (xx.xx.2023- xx.xx.2023) və yoxlamanın müddətinin dayandırılması, artırılması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddəti haqqında məlumatlar reyestrdə dəqiqliklə qeydiyyata alınmışdır. Belə ki, səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdə başlamış, xx.xx.2023-cü il tarixədək 18 iş günü müddətinə davam etmiş, xx.xx.2023-cü il tarixdən mütəxəssis dəvət edilməsi ilə əlaqədar dayandırılmış, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 12 iş günü müddətinə davam etmiş və beləliklə də səyyar vergi yoxlamasının keçirilməsinin əsas müddəti üçün müəyyən edilmiş 30 iş günü başa çatdığından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 30 iş günü (45 təqvim günü) müddətinə artırılmış, xx.xx.2023-cü il tarixdən iddaçı cəmiyyətin rəhbərinin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi əsası ilə xx.xx.2023-cü il tarixədək dayandırılmış, 16-17 dekabr 2023-cü il tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən xx.xx.2023-cü il tarixdən yoxlamanın müddəti 7 iş günü (10 təqvim günü), xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 15 iş günü (27 təqvim günü) müddətinə artırılmışdır. Göründüyü kimi səyyar vergi yoxlamasının iddiaçının yuxarıdakı mülahizəsi tam əsassızdır və iş materialları ilə təkzib olunur. Belə ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın artırılması barədə qərarın tarixi deyil, yoxlamanın artırıldığı tarix intervalları qeyd edilmişdir. İddiaçının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 3.4.18, 3.4.19, 4.7-ci bəndlərinin tələblərinin pozulması barədə mülahizəsinə etiraz olaraq isə bildirik ki, sözügedən əsasnamənin iddiaçının özünün istinad etdiyi 3.4.18-ci bəndində göstərilmişdir ki, həmin bənddə göstərilənlərin vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan, həmçinin bu Əsasnamənin 1,5-2-ci bəndində nəzərdə tutulmuş yoxlamalarına tətbiqi istisna olunur. Bu mövqe həmçinin sözügedən əsasnamənin dogər bəndlərində də nəzərdə tutulmuşdur. Belə ki, həmin əsasnamənin 1.6-cı bəndinə əsasən Bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4-cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə baqlı aparılan yoxlamalara şamil edilmir: 3.2. Reyestrə yoxlayıcı orqanlarla bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.2.3. yoxlayıcı orqanların yoxlama zamanı araşdırdıqları sualların siyahısı (yoxlayıcı orqanın hazırladığı, təsdiq etdiyi və avtomatlaşdırılmış rejimdə təqdim etdiyi yoxlama suallarının siyahısına əsasən). 3.2.9. yoxlama zamanı araşdırılacaq suallar; Yuxarıda istinad edilən qanunvericilik normalarının əlaqəli təhlilindən göründüyü kimi, vergi yoxlamalarına münasibətdə yoxlamanın nəticələrinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınması nəzərdə tutulmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********184964 nömrəli qərar, KY231919382 №-li sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyetsrindən çıxarış, Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında xx.xx.2023-cü il tarixli, **********176791 №-li, xx.xx.2023-cü il tarixli, **********179195 №-li, xx.xx.2023-cü il tarixli, **********179509 №-li qərarlar, Əlavə vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2024cü il tarixli, **********182441 saylı qərar, "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2024cü il tarixli, MB 17-0126 nömrəli mütəxəssis rəyi, qiymətləndiricinin peşəkarlığını təsdiq edən sertifikat.

Əsaslandırma hissəsi:

Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ... qaldırıla bilər. Mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Odur ki, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Vergi Məcəlləsi Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. ... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; Maddə 45. Vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. 45.3. Mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. ... Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.1-1. Bu Məcəllənin 49.1.4-cü-49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir. Vergi Məcəlləsinin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 55.1.5-ci maddəsinə əsasən hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biridir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Maddə 68. Müddətlərin müəyyən edilməsi qaydası 68.1. Bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. 68.2. Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.16-cı bəndinə əsasən reyestrə yoxlama ilə bağlı yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) daxil edilməlidir. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən ... yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarların sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarından görünür ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********171538 nömrəli qərarına əsasən İddiaçı MMC-də 2020-ci ilin aprel ayından 2023-cü ilin mart ayına qədər olan dövrü əhatə etməklə növbəti səyyar vergi yoxlaması keçirilmiş, səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdə başlamışdır. İddiaçı, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY231919382 saylı çıxarışa istinad edərək yoxlamanın başlama tarixinin xx.xx.2023-cü il, sona çatma tarixinin isə xx.xx.2023-cü il qeyd edilməsini, yoxlama müddətinin 6 dəfə dayandırılmasını, üç dəfə artırılmasını, 1 dəfə əlavə vergi yoxlaması keçirilməsini və yoxlamanın başlanmasından 1 (bir) il keçdikdən sonra xx.xx.2024-cü il tarixində başa çatmasını bildirir. İddiaçı hesab edir ki, vergi orqanı tərəfindən qeyd olunan məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Həmçinin iddiaçı qeyd edir ki, yoxlamaların dayandırılması barədə qərarlar yoxlamaların məlumat reyestrində qeydiyyata alınsa da, yoxlama müddətinin artırılması barədə qərarlar ümumiyyətlə düzgün tarixlərdə qeydiyyata alınmamışdır. Belə ki, çıxarışın yoxlamanın müddətinin artırılması hissəsində yoxlamanın ilk dəfə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (45 gün müddətinə), ikinci dəfə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (10 gün müddətinə) və üçüncü dəfə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (27 gün müddətinə) uzadılması göstərilmişdir. Halbuki yoxlamanın müddəti ilk dəfə xx.xx.2023-cü il tarixli qərarla 30 iş günü müddətinə uzadılmış və müddət uzatma qərarı qəbul edildiyi andan 5 gün sonra xx.xx.2023-cü il tarixdə, ikinci dəfə xx.xx.2023-cü il tarixli qərarla 7 iş günü müddətinə uzadılmış və müddət uzatma qərarı qəbul edildiyi andan 3 gün sonra xx.xx.2023-cü il tarixdə, üçüncü dəfə isə xx.xx.2023-cü il tarixli qərarla 15 iş günü müddətinə uzadılmış və müddət uzatma qərarı qəbul edildiyi andan 2 gün sonra xx.xx.2023-cü il tarixdə yoxlamaların reyestr məlumatlarında qeydiyyata alınmışdır. İş materiallarında olan KY231919382 saylı çıxarışla müəyyən edilir ki, səyyar vergi yoxlaması xx.xx.2023-xx.xx.2023 (31 gün), xx.xx.2023-xx.xx.2023 (31 gün), xx.xx.2023xx.xx.2023 (32 gün), xx.xx.2024-xx.xx.2024-cü il (5 gün) və xx.xx.2024-xx.xx.2024-cü il (11 gün) tarixlərdə mütəxəssisin dəvət edilməsi ilə əlaqədar, xx.xx.2023-xx.xx.2023 (31 gün) tarixlərində isə vergi ödəyicisinin rəhbərinin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi əsası ilə ümumilikdə 141 gün dayandırılmışdır (110 gün müddətinə yoxlamanı mütəxəssisin dəvət edilməsi əsası ilə və 31 gün müddətinə isə cəmiyyətin rəhbərinin əmək qabiliyyətinin itirməsi əsası ilə). Yoxlama müddəti xx.xx.2023-xx.xx.2023 (45 gün), xx.xx.2023-xx.xx.2023 (10 gün) və xx.xx.2023-xx.xx.2024-cü il (27 gün) tarixlərində araşdırma üçün əlavə vaxtın tələb olunması əsası ilə 82 gün artırılmışdır. Cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar çıxarılmaqla yoxlama müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Cavabdeh orqan bildirir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın artırılması barədə qərarın tarixi deyil, yoxlamanın artırıldığı tarix intervalları qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, reyestrdə qeydiyyata alınan məlumatların düzgünlüyü və vaxtında daxil edilməsi müvafiq yoxlamaların qanuniliyini təsdiqləyən vacib bir elementlərdən biridir. Yoxlamaların müddətinin uzadılmasının qeyri-dəqiq və ya gecikmiş qeydiyyata alınması yoxlamanın qanuniliyinə və hüquqi əsaslarının düzgünlüyünə şübhə yaradır. İş materiallarında yer alan xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərarlarda səyyar vergi yoxlamasının müddətinin müvafiq olaraq 30, 7 və 15 gün artırılması qeyd olunsa da, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın artırıldığı tarix intervalları - xx.xx.2023-xx.xx.2023, xx.xx.2023xx.xx.2023 və xx.xx.2023-xx.xx.2024-cü illər olaraq göstərilmişdir. Lakin, bu intervalların hansı hüquqi sənədə əsaslanaraq məhz bu tarixlərdə müəyyən edildiyi qeyri-müəyyəndir. İddiaçının digər bir dəlili cavabdeh orqan tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 4.7-ci bəndinin tələbinin pozulması ilə bağlıdır. Belə ki, iddiaçı, cavabdeh vergi orqanının səyyar vergi yoxlamasının nəticəsinin, aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri barədə məlumatların yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilmədiyini bildirir. Cavabdeh orqan isə sözügedən Əsasnamənin 3.4.18-ci bəndinə əsasən vergi yoxlamalarına münasibətdə yoxlamanın nəticələrinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmasının nəzərdə tutulmadığını bildirir. Məhkəmə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 3.4.18 və 4.7-ci bəndlərinin müqayisəli təhlilinə əsaslanaraq qeyd edir ki, 3.4.18-ci bəndə görə, vergi yoxlamaları və digər istisna olunan yoxlamalar xaricində, yoxlama suallarının siyahısından bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunubolunmaması reyestrə daxil edilməlidir. 4.7-ci bənd isə vergi orqanının vergi yoxlaması ilə bağlı qəbul etdiyi yekun qərarını 5 iş günü ərzində reyestrə daxil etməsini nəzərdə tutur. Bu qayda yekun qərarın reyestrə daxil edilməsi ilə əlaqədardır. Beləliklə, 3.4.18-ci bənd vergi yoxlamasının nəticələri ilə bağlı qanun pozuntularının reyestrə daxil edilməsi tələbini müəyyən etməsə də, 4.7-ci bənd vergi orqanının yekun qərarının 5 iş günü ərzində reyestrə daxil edilməsini müəyyən etmişdir. Bu baxımdan iddiaçı, yekun qərarın reyestrdə qeyd edilməsini tələb etməkdə haqlı olsa da, aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri barədə məlumatların reyestrə daxil edilməsini tələb etməkdə haqlı sayıla bilməz. Cavabdeh orqan səyyar vergi yoxlamasını xx.xx.2024-cü il tarixdə başa çatdıraraq xx.xx.2024-cü il tarixli **********172104 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirmiş və xx.xx.2024-cü il tarixdə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********184964 nömrəli qərar qəbul etmişdir. Sözügedən qərarla vergi ödəyicisinə mənfəət vergisinin 205231.89 manat azaldılmasına görə həmin məbləğdə əlavə mənfəət vergisi və onun 50%-i həcmində 102615.94 manat maliyyə sanksiyası, ödəmə mənbəyində verginin 55583.84 manat azaldılmasına görə həmin məbləğdə əlavə ÖMV və onun 50%-i miqdarında 27791.92 manat maliyyə sanksiyası, məcburi dövlət sosial sığorta haqlarının 91865,67 manat az hesablanmasına görə həmin məbləğdə əlavə MDSS və onun 50%-i miqdarında 45897.00 manat maliyyə sanksiyası və ƏDV-nin cəmi 3418.45 manat azaldılmasına görə həmin məbləğin 50%i miqdarında 1709.22 manat maliyyə sanksiyası hesablanmışdır. Eyni zamanda iddiaçının ƏDV üzrə 17802,01 və MDSS üzrə 1,14 manat artıq hesablanması müəyyən edilmişdir. Beləliklə, vergi orqanı tərəfindən iddiaçının 338297,84 manat vergilərin və icbari ödənişlərin azaldılması müəyyən edilmiş, azaldılmış vergi məbləğinə görə 178050,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarın ÖMV münasibətdə 4179,19 manat hissəsini mübahisələndirmir. İddiaçı bildirir ki, vergi orqanı səyyar vergi yoxlamasını əsassız olaraq uzun müddətə dayandırmışdır. Belə ki, 12 iyun 2023-cü il tarixdə vergi orqanı mütəxəssis dəvət olunması barədə qərar qəbul edərək yoxlamanı 5 fevral 2024-cü il tarixinədək dayandırmışdır. Bu müddət təxminən 8 ayı əhatə edir və iddiaçı bu halı yoxlama müddətinin süni şəkildə uzadılması kimi qiymətləndirir. Müddətin sonunda təqdim olunmuş mütəxəssis rəyi isə yalnız rəqəmləri ehtiva edir, lakin hər hansı əsaslandırma və təhlil təqdim olunmamışdır. İddiaçı həmçinin qeyd edir ki, 15 noyabr 2023-cü il tarixdən etibarən yoxlama 31 gün müddətinə, Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən, əmək qabiliyyətinin itirilməsi səbəbi ilə dayandırılmışdır. Lakin bu halı təsdiq edən hər hansı tibbi sənəd yoxlama materiallarına əlavə olunmamışdır. Cavabdeh vergi orqanı isə bildirir ki, iddiaçının yoxlamanın 8 ay müddətinə dayandırıldığı barədə iddiaları həqiqətə uyğun deyil. Belə ki, mütəxəssisin dəvət edilməsi əsası ilə yoxlama yalnız xx.xx.2023–xx.xx.2023 tarixləri arasında, 3 ay müddətində dayandırılmışdır. Bu, aidiyyəti qərarlarla təsdiqlənir. xx.xx.2023 tarixindən sonra yoxlama davam etdirilmiş, xx.xx.2023-cü il tarixli qərarla yoxlamanın müddəti 30 iş günü artırılmışdır. İddiaçının xx.xx.2023 tarixdən 31 gün müddətinə əmək qabiliyyətinin itirilməsi əsası ilə dayandırılma isə vergi ödəyicisinin direktoru Azər Adıgözəlovun əməliyyatı və fizioterapiya müddətinə dair notarial qaydada təsdiq edilmiş arayışa əsasən, yəni iddiaçının öz ərizəsinə əsasən həyata keçirilmişdir. Yoxlama yalnız qanunvericilikdə nəzərdə tutulan əsaslarla dayandırılmış, süni uzatma halları baş verməmişdir. Məhkəmə, yoxlamanın 15 noyabr 2023-cü il tarixdən 31 gün müddətinə əmək qabiliyyətinin müvəqqəti itirilməsi əsası ilə dayandırılmasının qanunsuzluğu barədə iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, Vergi Məcəlləsinin 38.7.2-ci maddəsi vergi ödəyicisinin hüquqlarını müdafiə etmək məqsədi daşıyır. Hazırkı iş üzrə vergi ödəyicisi bu hüquqdan özü təşəbbüs göstərərək istifadə etmişsə, sonradan həmin müddətin qanunsuz dayandırıldığını iddia etməsi onun əvvəlki davranışını təkzib etməsi və hüquqdan suiistifadə halları kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə, yoxlamanın mütəxəssis dəvət olunması məqsədilə 8 ayı əhatə edən müddətdə dayandırılması ilə bağlı iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, faktiki dayandırılma müddətinin hansı tarixləri əhatə etməsi yuxarıda istinad edilən sənədlərlə müəyyən edilir. Bununla yanaşı, yoxlamanın mütəxəssis dəvət olunması əsası ilə 110 gün müddətinə dayandırılmasının qanunauyğunluğuna mütəxəssis rəyinin hazırkı mübahisənin həlli üçün əhəmiyyəti və bu rəyin hansı halları müəyyən etdiyi prizmasından ayrıca hüquqi qiymət verilməlidir. Faktiki olaraq iddiaçının mübahisələndirdiyi hal 12 iyun 2023-cü il tarixdə mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul edildikdən sonra müvafiq rəyin 5 fevral 2024-cü il tarixdə, yəni təxminən 8 aya yaxın müddəti keçdikdən sonra tərtib edilməsi ilə bağlıdır. İddiaçı mütəxəssis rəyinə etiraz edərək bildirir ki, təqdim olunan rəy yalnız rəqəmlərin qeydindən ibarətdir və bu rəqəmlərin hansı mənbələrdən götürüldüyü, hansı hesablama üsulları ilə müəyyən edildiyi barədə heç bir izah və araşdırma təqdim olunmamışdır. Bu cür məzmunda rəyi hazırlamaq üçün təxminən 8 aya yaxın müddətin sərf olunması isə real deyildir. Yoxlama aktının 1.9.5-ci bəndində qeyd olunmuşdur ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən yerinə yetirilən işləri təsdiq edən forma 2-lər araşdırılan zamanı kənarlaşmaların olması, yəni forma 2-lər üzrə sərf edilən əmək tutumunun bəyannamə ilə göstərilən əmək tutumuna uyğun olmaması ilə bağlı əsaslar şübhələr yaranmışdır. Odur ki, yoxlama ilə əhatə edilən dövrdə Forma 2-lər üzrə mal-material sərfiyyatının həcmini və əmək tutumunu müəyyən etmək məqsədi ilə VM-nin 45-ci maddəsinə əsasən yoxlamaya 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 12 iyun 2023-cü il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərar əsasında "xxxx" MMC Qiymətləndirmə Şirkətindən mütəxəssis dəvət edilmişdir. Mütəxəssisə tələb edilən sənədlər təqdim edilmiş və onun tərəfindən Forma 2-lərə əsasən sərf edilmiş mal-material sərfiyyatının həcminin və əmək tutumunun müəyyən edilməsi barədə 5 fevral 2024-cü il tarixli MB 17-0126 nömrəli Rəy tərtib edilərək yoxlamaya təqdim edilmişdir. Həmin rəydən ÖMV və MDSS üzrə təqdim edilən bəyannamə məlumatlarının düzgünlüyünün yoxlanılmasında istifadə edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli MB 17-0126 saylı rəyinə əsasən 2021–2023-cü illər üzrə ümumilikdə 367176,04 manat əlavə əmək tutumu müəyyən edilmişdir. Bəyan edilmiş əmək haqqı fondu ilə müqayisədə bu fərq VÖEN-i olmayan şəxslərə xidmətlərin göstərildiyi kimi qiymətləndirilmiş, 51404,65 manat ödəmə mənbəyində vergi, 4179,20 manat isə metal qırıntılarına görə vergi tutulmadığı müəyyən edilmişdir. Bu əsaslarla 27791,93 manat və 45897,00 manat məbləğində maliyyə sanksiyaları tətbiq olunmuşdur. Bundan əlavə, 2022-ci ilin 4-cü rübünə dair kameral yoxlamada 100000 manatlıq metal qırıntısına görə 5000 manat vergi hesablanmış, səyyar yoxlama ilə təsdiq olunmuşdur. Hesablamalar nəticəsində ümumilikdə 91865,67 manat icbari ödənişlərin az ödənilməsi müəyyən edilmiş və buna görə 45897 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında müəssisə tərəfindən yerinə yetirilmiş təmir tikinti işlərinin tərkibində əmək tutumunun, həmçinin material normativinə əsasən material sərfiyyatının (hər mal-material üzrə) müəyyənləşdirilməsi ilə bağlı sual qoyulmuş, qiymətləndirmənin nəticələrinin vergi bazasının hesablanması üçün istifadə edilməsi nəzərdə tutulmuşdur. Qiymətləndirici haqqında məlumatda onun istehlak mallarının və istehsal həcminin qiymətləndirilməsi üzrə sertifikatlaşdırılmış qiymətləndirici olması qeyd edilmişdir. İş materiallarında olan qiymətləndiricinin peşəkarlığını təsdiq edən sertifikatdan aydın olur ki, onun peşə fəaliyyəti yalnız “daşınmaz və daşınar əmlakın girov məqsədilə qiymətləndirilməsi” sahəsini əhatə edir. Bu isə o deməkdir ki, qiymətləndiricinin səlahiyyəti əmlakın bazar dəyərinin, yaxud girov dəyərinin müəyyən edilməsinə yönəlmiş qiymət təyini funksiyası ilə məhdudlaşır. Belə səlahiyyət çərçivəsində təmir-tikinti işlərinin tərkibində əmək tutumunun texniki hesablanması, material sərfiyyatının normativlərə əsasən müəyyənləşdirilməsi və tikinti norma və qaydalarının tətbiqi əsasında texniki göstəricilərin müəyyən edilməsi qiymətləndirici tərəfindən həyata keçirilə bilməz. Vergi orqanı tərəfindən qaldırılan məsələlər – əmək tutumunun və material sərfiyyatının texniki-normativ göstəricilər əsasında müəyyənləşdirilməsi – qiymətləndirmə fəaliyyəti çərçivəsində yerinə yetirilən və ya qiymətləndiricinin səlahiyyətinə daxil olan məsələlər deyildir. Bu kimi məsələlər üzrə düzgün rəyin verilməsi üçün tikinti sahəsində texniki-normativ əsaslara, peşəkar inşaat mühəndisliyi biliklərinə malik, müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən qiymətləndirmə aparılmalıdır. Cavabdeh orqan tikinti üzrə peşəkarlığı müəyyən edilmiş mütəxəssis tərəfindən inşaat norma və qaydaları əsasında smeta hazırlanmaqla həmin hesabat əsasında işin dəyərini müəyyən etməli və bunun əsasında da, vergi bazasını hesablamalı idi. Faktiki olaraq cavabdeh orqan qaldırılmış məsələlərlə bağlı rəy vermək səlahiyyətində olmayan mütəxəssisin rəyini əsas götürməklə iddiaçıya vergi borcu hesablamışdır. Digər tərəfdən cavabdeh orqanın istinad etdiyi rəydə mütəxəssis tərəfindən görülmüş işin adının, forma 2-nin məbləğinin və işçiliyin dəyərini özündə əks etdirən cədvəl təqdim edilmişdir. Lakin, forma 2-lər üzrə vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində əmək haqqı xərclərinin məbləğinin hansı qaydada, hansı metod və üsulla hesablandığı göstərilməmiş, sadəcə müvafiq rəqəmlər əks etdilməklə kifayətlənilmişdir. Odur ki, həmin rəy əsasında iddiaçıya hesablanmış 51404,65 manat ödəmə mənbəyindən tutulan vergi və onun 50 faizi məbləğində (25 702,33 manat) maliyyə sanksiyasının, o cümlədən 91794,01 manat MDSS borcu və onun 50 faizi məbləğində (45897,00 manat) maliyyə sanksiyasının hesablanması hissəsində cavabdeh orqanın qərarı qanunsuz olmuşdur. Cavabdeh orqanın Vergi Məcəlləsinin 45.2-ci maddəsinə zidd olaraq xüsusi bilik və təcrübəsi olmayan mütəxəssis cəlb etməklə yoxlamanı dayandırması və sonda verilmiş rəyin iş üzrə heç bir praktik əhəmiyyət daşımaması nəzərə alındıqda, faktiki olaraq yoxlamanın 110 gün müddətinə dayandırılmasının qanunsuz olması qənaəti yaranır. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2-ci hissəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti hər bir halda 90 gündən artıq ola bilməz, yəni 90 günlük yoxlama müddəti yoxlamanın başlandığı vaxtdan başa çatan vaxtadək olan müddəti ehtiva edir və ilkin 30 günlük yoxlama (icraat) müddəti də həmin 90 günlük müddətə daxildir. Bu qayda inzibati icraatın müddəti ilə bağlı “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində nəzərdə tutulmuş qaydadan da irəli gəlir. Həmin normaya görə, inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Hazırkı işdə cavabdeh orqan Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən formal hüquqi baxımdan yoxlamanın müddətinin dayandırılması barədə qərarlar qəbul etsə də, bu müddət iş üzrə əhəmiyyətli olan halların araşdırılması ilə bağlı heç bir töhfə verməmişdir. Vergi Məcəlləsinin 38.7-ci maddəsi səyyar vergi yoxlamasının müəyyən şərtlər altında dayandırılmasına və ya təxirə salınmasına imkan verir. Yoxlamanın müddətinin dayandırılmasının məqsədi, yoxlamanın obyektiv, şəffaf və düzgün aparılmasını təmin etmək, vergi ödəyicisinin hüquqlarını qorumaq, müvafiq sənədlərin əldə edilməsini və yaranmış obyektiv səbəblər aradan qalxdıqdan sonra yoxlamanın davam etdirilməsini təmin etməkdir. Hazırkı iş üzrə cavabdehin əldə etdiyi mütəxəssis rəyi iş üzrə praktiki əhəmiyyət kəsb etmədiyindən yoxlamanın dayandırılması, VM-nin 38.7-ci maddəsinin məqsədlərinə və gözlənilən nəticələrə xidmət etməmiş, nəticə etibarilə, dayandırma yoxlamanın qanuni müddətinin ötürülməsinə və vaxt itkisinə səbəb olmuşdur. ƏDV borcunun hesablanmasına münasibətdə müəyyən edilir ki, cavabdeh orqan ümumilikdə ƏDV-nin 3 418,46 manat məbləğində azaldılması, 17 802,01 manat məbləğində isə artıq hesablanması, nəticəsində büdcəyə ƏDV-nin 14 383,47 manat əlavə hesablandığını aşkar etmiş, ümumilikdə 3 418,46 manat məbləğində ƏDV-nin azaldıldığına görə VM-nin 58.1-ci maddəsinə əsasən 1 709,23 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. Yəni, ƏDV üzrə əlavə vergilərin hesablanması aparılmamış və yalnız ümumilikdə 1 709,23 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1079/2020 saylı 23 iyun 2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeni nəzərə alaraq qeyd edir ki, iddiaçının 14 383,47 manat artıq ödəməsi olduğu halda ona 1709,23 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi vergi qanunvericiliyinin müddəalarına uyğun olmamışdır. Belə ki, maliyyə sanksiyasının tətbiq edilməsi üçün ilk növbədə vergi öhdəliyi müəyyən edilməlidir. İşin hallarından görünüyü kimi iddiaçının ƏDV-yə münasibətdə vergi borcu yoxdur. Mənfəət vergisinin hesablanmasına münasibətdə iddiaçının dəlili ondan ibarətdir ki, cavabdeh vergi orqanı, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsaslanaraq, 2020–2022ci illər üzrə iddiaçının gəlir və xərclərini şərti rentabellik metodu ilə müəyyən etmişdir. Halbuki, bu maddənin tətbiqi yalnız VM-in 67-ci maddəsində nəzərdə tutulan mərhələli ardıcıllıq gözlənildikdə və yalnız bütün digər üsullarla gəlir və ya xərclərin müəyyən edilməsi mümkün olmadıqda mümkün ola bilərdi. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-751/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeni nəzərə alaraq qeyd edir ki, Vergi Məcəlləsinə 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 67.17-ci maddə əlavə edilənədək vergi orqanı tərəfindən qəbul edilmiş inzibati aktlarla mənfəət vergisinin hesablanması zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə əsasən vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tuturdu. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, amma bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Məhz, Vergi Məcəlləsinə 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 67.17-ci maddə də bu halı təsdiq edir (bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir). Başqa sözlə, sözügedən dəyişikliyə qədər 67-ci maddədə sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən müddəaların ardıcıllıq gözlənilmədən tətbiqinə əsas verən norma mövcud deyildi. 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) Vergi Məcəlləsinə 67.17-ci maddə əlavə edilmiş və həmin maddəyə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Vergi Məcəlləsinin 67-ci maddəsi verginin məbləğini müxtəlif əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq metodlarını müəyyən edir. Vergi qanunvericiliyinə əsasən isə vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində qəbul edilirlər. Qanunvericilik vergilərin hesablanmasını inzibati aktla əlaqələndirdiyindən və Vergi Məcəlləsinin 67-ci maddəsi də vergilərin hesablanması ilə bağlı metod və üsulları tənzimlədiyindən, vergilərin hesablanması barədə müvafiq inzibati aktın qəbul edildiyi tarixdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Başqa sözlə, hazırkı iş üzrə məsuliyyət qərarı xx.xx.2024-cü il tarixli olduğundan cavabdehin həmin vaxt Vergi Məcəlləsinin 67-ci maddəsindəki ardıcıllığa riayət etmədən vergi hesablamaq hüququ olmuşdur. Bununla yanaşı, qeyd edilməlidir ki, aparılmış vergi yoxlaması dəfələrlə dayandırılmış və uzadılmış, lakin cavabdeh dayandırma və uzatma üçün istinad etdiyi əsaslardan irəli gələn lazımi araşdırmanı aparmamış, yoxlamanın dayandırılması və uzadılması məqsədlərinə nail olmaq üçün zəruri sübutları toplamamışdır. Bu da öz növbəsində cavabdeh tərəfindən vergi yoxlaması üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmadığına dəlalət etməklə yanaşı, həm də yoxlamanın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir. Belə ki, 5 dəfə yoxlamanın dayandırılmasının səbəbi vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ilə bağlı olmuş, 1 dəfə isə dayandırma səbəbi kimi vergi ödəyicisinin rəhbərinin müvəqqəti olaraq əmək qabiliyyətinin itirilməsi göstərilmişdir. Yoxlama müddətlərinin 3 dəfə artırılması səbəb kimi isə yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslim ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması göstərilmişdir. Lakin vergi yoxlamasının dəfələrlə dayandırılmasına və uzadılmasına baxmayaraq, cavabdeh tərəfindən dayandırma və uzatma qərarlarında göstərilən məqsədlərə uyğun davranıldığı müəyyən edilmir, iş materiallarında cavabdehin sözügedən qaydada davrandığını təsdiq edən hər hansı sübut yoxdur. Cavabdeh qanunvericiliklə ona verilmiş bu imkandan həmin səlahiyyətin məqsədinə uyğun istifadə etməli, yoxlama müddətlərinin əsassız uzadılmasına və bununla da, sahibkarlıq fəaliyyətinə əsassız müdaxiləyə gətirib çıxara biləcək şərait yaratmamalıdır. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyində yoxlamanın dayandırılması və uzadılması imkanının nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xidmət edir və həmin imkanlardan sui-istifadə olunması yolverilməzdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı, cavabdehin xx.xx.2024-cü il tarixli **********184964 nömrəli qərarının qismən ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********184964 nömrəli Qərarı qismən, yəni 205 231,89 manat əlavə mənfəət vergisi və ona hesablanmış 102 615,95 manat maliyyə sanksiyası, ƏDV üzrə hesablanmış 1 709,23 manat maliyyə sanksiyası, 91 794,01 manat əlavə məcburi dövlət sosial sığorta haqları və ona hesablanmış 45 897,01 manat maliyyə sanksiyası, 51 404,65 manat əlavə ödəmə mənbəyində vergi və ona hesablanmış 25 702,33 manat maliyyə sanksiyası hissəsində ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar