Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-907/2020 28.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi Şöbəsinə qarşı “ƏMDK-nın Şəki Ərazi Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli iki müsabiqənin baş tutmamış elan edilməsi barəsindəki qərarlarının dəyişdirilərək onun həmin müsabiqələrin yeganə iştirakçısı kimi qalib elan olunması və onunla mülkiyyətçi arasında icarə müqaviləsinin bağlanmasına dair hüququn verilməsini təsdiq edən şəhadətnamələrin ona təqdim olunması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ƏMDK-nın Şəki Ərazi Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli iki müsabiqənin baş tutmamış elan edilməsi barəsindəki qərarlarının dəyişdirilərək onun həmin müsabiqələrin yeganə iştirakçısı kimi qalib elan olunması və onunla mülkiyyətçi arasında icarə müqaviləsinin bağlanmasına dair hüququn verilməsini təsdiq edən şəhadətnamələrin ona təqdim olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, ƏMDK-i öz mətbu orqanı olan “Mülkiyyət” qəzetinin xx xxxxxxx 2019-cu il tarixli №43(1148) saylı buraxılışında Zaqatala rayon Aşağı Tala bələdiyyəsi tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarə üçün təqdim olunmuş, sahələri 3600 kv.m olmaqla 2 ayrı torpaq səhəsinin ƏMDK-nin Şəki Ərazi Şöbəsində müsabiqəyə çıxarılması barəsində elan dərc etmişdir. Müsabiqədə iştirak üçün ərizələrin qəbul olunma tarixləri xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək göstərilmişdir. İddiaçı Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları maddə İİİ bənd 8-in tələbinə uyğun olaraq xx xxxxxx 2019-cu ildə ƏMDK-nin Şəki Ərazi Şöbəsinə müsabiqədə iştirak üçün ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsi ƏMDK-nin Şəki Ərazi Şöbəsində qeydə alınmış və ona idarədə ərizəsinin qəbuluna dair qəbz təqdim olunmuşdur. Sözügedən 2 torpaq sahəsinin müsabiqəsində iştirak etmək üçün iddiaçıdan başqa tanımadığı 4 nəfər Zaqatala rayon sakinləri də ərizə ilə ƏMDK-nin Şəki Ərazi Şöbəsinə müraciət etmişdir. xx xxxxxx 2019-cu ildə saat 15:00 da ƏMDK-nin Şəki Ərazi Şöbəsində müsabiqələrin keçirilməsi prosesi başlamışdır. Müsabiqə başlayarkən müsabiqə komissiyasının sədri iddiaçının müsabiqədə iştirak etməyinə baxmayaraq ərizə ilə müraciət edən digər 4 nəfər şəxsin müsabiqəyə gəlməməsi səbəbindən müsabiqəni baş tutmamış elan etmişdir. İddiaçı bu qərara etiraz edərək Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları maddə İV “X1”nda iştirakçıların sayı iki-dən az olarsa “müsabiqə” baş tutmur deyə bir bənd, göstəriş olmadığını müsabiqə komissiyasına bildirmişdir. İddiaçı müsabiqənin keçirilməsi yeri, vaxtı barəsində bütün qeydə alınmış ərizə ilə müraciət edən şəxslərə 30 gün müddətində kütləvi informasiya vasitələri vasitəsiylə və həmçinin yazılı şəkildə bildirişlə məlumat verilməsinə baxmayaraq digər 4 nəfərin müsabiqəyə gəlməməsi iddiaçının hüquq və azadlığını məhdudlaşdırmamalı olduğunu müsabiqə komissiyasına etiraz olaraq bildirmişdir. İddiaçı müsabiqənin yeganə iştirakçısı olaraq onun təklifi yazılmış möhürlü zərfi açaraq onu müsabiqənin qalibi elan edilməsini müsabiqə komissiyasından xahiş etsə də, komissiya zərfləri açmaqdan qanunsuz olaraq imtina edərək müsabiqəni baş tutmamış elan etmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli hər iki qəbzdən müəyyən edilir ki, hər biri 3600 kv.m olan torpaq sahələrinin icarəyə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X3 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2019-cu il tarixdə keçirilən torpaq müsabiqəsində iştirak etmək üçün İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx.xx.2020-ci il tarixli **********75 nömrəli məktubu və ona əlavə edilmiş 1 və 2 saylı protokolların təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Zaqatala rayonu ərazisində yerləşən Aşağı Tala bələdiyyəsinin mülkiyyətinə aid hər biri 3600 kv.m olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixdə keçirilən müsabiqədə yalnız 1 (bir) nəfər, İddiaçı iştirak etmişdir. İşdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 5.2-ci bəndinə əsasən Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 6.2-ci bəndinə əsasən eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsində cavabdeh kimi Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi Şöbəsi qeyd edilmiş, lakin həmin orqanın iddiaçının hansı hüquqlarını pozduğu əsaslandırılmamış, mübahisəli qərarların ümumiyyətlə mövcud olmadığı, yanlız protokol olduğu müəyyən olunmuşdur ki, həmin protokollar da hazırki cavabdeh tərəfindən deyil, X6, Müsabiqə və Hərrac Komissiyası tərəfindən tərtib olunmuşdur ki, həmin komissiya da inzibati orqan deyil və mübahisələndirilən protokollar da inzibati akt olmadığı üçün inzibati qaydada mübahisələndirilməsi mümkün deyil. X5 Torpaq, Müsabiqə və Hərrac Komissiyasının keçirdiyi müsabiqədən narazı olduğu halda, müsabiqənin yekunlarına dair protokolu müvfiq rayon (şəhər) məhkəməsində mübahisələndirməklə arzuladığı nəticəyə daha tez çata bilər. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, müvafiq tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi Şöbəsinə qarşı “ƏMDK-nın Şəki Ərazi Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli iki müsabiqənin baş tutmamış elan edilməsi barəsindəki qərarlarının dəyişdirilərək onun həmin müsabiqələrin yeganə iştirakçısı kimi qalib elan olunması və onunla mülkiyyətçi arasında icarə müqaviləsinin bağlanmasına dair hüququn verilməsini təsdiq edən şəhadətnamələrin ona təqdim olunması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-907/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-907/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver