Məhkəmə qərarları › İş №2-1(118)-1031/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1031/2023

13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1031/2023 13.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil (Sumqayıt Regional Vəkil Bürosunun vəkil işləyən, Sumqayıt şəhəri, 9-cu mikr-n, ev 53, mənzil 72-də yaşayan), Cavabdehin nümayəndəsi X3 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində Hüquq şöbəsinin hüquq məsləhətçisi işləyən, Quba rayonu 1-ci Nügədi kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonu Girik kəndi ərazisində yerləşən 0.2538 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və vahid daşınmaz əmlak şəklində dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayonu Girik kəndi ərazisində yerləşən 0.2538 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və vahid daşınmaz əmlak şəklində dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Girik kəndi ərazisində verləsən 0.2538 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Qusar rayon İcra Hakimyyəti Başçısının xx.xx.2013-cü il tarixli 31 № li sərəncamı ilə iddiaçının adına qeydə alınmışdır. Həmcinin həmin torpaq sahəsi iddiaçıya ayrılarkən onun ailə üzvüm olan X9 də nəzərə alınmışdır. Həmin torpaq sahəsi X14 kitabında xx.xx.2013-cii il tarixi ilə uçota alınaraq və torpaq sahəsinin kadastr göstəriciləri və torpaq sahəsinin sertifikatı da ona təqdim olunmuşdur. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdeh iddiaçının Azərbaycan Respublikası vətəndaçşı olmamasına istinad etmişdir. Halbuki, torpaq sahəsi ayrılan vaxt iddiaçı Azərbaycan Respublikası vətəndaşı olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Abduləzimov iddia tələbini qəbul etməyərək izah etdi ki, İddiaçı etibarnamə ilə səlahiyyətli nümayəndəsi X6 Qusar rayonu, Girik kəndində yerləşən 0.2538 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Torpaq sahəsinin plan və ölçüsü Rusiya Federasiyasının vətəndaşı olan İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48ci və 49-cu maddələrinə əsasən torpaq sahəsinin üzərində xarici vətəndaşın ilkin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması yol verilməzdir.Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. İş materiallarında olan : - Qusar rayon İcra Hakimyyəti Başçısının xx.xx.2013-cü il tarixli 31 № li sərəncamından görünür ki, texniki səhv nəticəsində adları torpaq payı almaq hüququ olan subyektlərin siyahısına düşməmiş kənd sakinləri siyahıya əlavə edilməsi qərara alınmışdır. - Qusar İHB Həzrə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 625 saylı xx.xx.2022ci il tarixli arayışdan görünür ki, rpaq sahəsinin plan və ölçüsü, adlı siyahı sənədlərində vətəndaşın adı səhvən 1.X11, 2.X1 qeyd edilmişdir və həmin adlar 1.X10 2.İddiaçı kimi oxunmalıdır. -DTXK Qusar rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, Qusar rayon İHB xx.xx.2013-cü il tarixli sərəncamına əsasən X5 Qusar rayonu Girik kənd ərazisindən 2538 kv m torpaq sahəsi barəsindədir. - Məhkəmənin sorğusuna əsasən Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu keçmiş Qazıməmməd aoına sovxozu üzrə 1996-cı illərin AİK-nın sənədlərinə baxış keçirilərkən rayonun Həzrə, Kirig və Ləçət kəndləri keçmiş Qazıməmməd adına sovxozun tərkibində olduğunu, torpaq islahatı ilə əlaqədar olaraq Həzrə, Ləçət və Kirik kəndlərində ауп-ауп X2 yaradılması qeyd edilmişdir. Baxılmış Qazıməmməd adına sovxoz üzrə 1996cı illərin AİK-nın sənədlərində Ləçət KTİK-İ üzrə 29 oktyabr 1997-ci il tarixli 15/3 saylı qərarı ilə təsdiq edilmiş torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısı mövcud olsa da, Həzrə və Kirik KTİK-i üzrə torpaqdan pay almaq hüququ olan subyektlərin adlı siyahıları, həmçinin xx.xx.2003-cü İİ tarixli 31 saylı qərar və vətəndaşların adlı syahısı aşkar edilməmişdir. Lakin Qazıməmməd adına sovxoz üzrə 1996-cı illərin AİK-nın sənədlərində Qusar rayon İHB-nın Həzrə kənd İƏÜ-nümayəndəliyinin torpaq payı alacaq vətəndaşların adlı siyahısının 286-cı nömrəli sıra sayında X4 Kirig kənd sakin olduğunu göstərilmişdir. Qazıməmməd adına sovxoz üzrə 1996-cı illərin AİK-nın sənədlərindən, Qusar rayon İHB-nın Həzrə kənd İƏÜ-nümayəndəliyinin torpaq payı alacaq vətəndaşların adlı siyahısında X4 adı olan hissədən, bundan əlavə Qusar rayon İHB-nın Həzrə İnzibati Ərazi vahidi üzrə 2001-2005-ci illərin Kirig kəndi üzrə Təsərrüfatbaşına kitabından İddiaçı təsərrüfatın xüsusi mülkiyyətində olan torpaq məlumatları ilə əlaqədar təsdiq edilmiş arxiv surətləri məhkəməyə göndərilmişdir. Qusar rayon İHB birinci müavini tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Qusar rayon İcra Hakimiyyəti başçısının 10 may 2013-cü il tarixli 31 və 04 sentyabr 2012-ci il tarixli 53 saylı sərəncamları və sərəncama əlavə olunmuş vətəndaşların siyahısı məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: ..... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları və.s. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Qusar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 31 nömrəli sərəncamı əsasında 0.2538 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq razılığı alınmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin müdirinin iştirakı ilə qeyd olunan torpaq sahəsinin sxematik plan sərhədləri ölçülüb, nişangah qoyulduqdan sonra Akt əsasında İddiaçı təhvil verilmiş və bu barədə müvafiq sənəd rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. İddiaçı ona ayrılmış 0.2538 ha torpaq sahəsi üzrə yaranmış onun mülkiyyət hüquqlarını DƏDKR-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi yeganə arqument torpaq sahəsinin xarici ölkə vətəndaşına ayrılmasıdır. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumenti araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqument əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5.2-ci maddəsinə uyğun olaraq xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində mülkiyyət hüququnun subyektləri Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxslərdir. Həmin Məcəllənin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmana əsasən bələdiyyə mülkiyyətinə veriləcək torpaqlar bələdiyyələr yaradılanadək müvafiq yerli icra hakimiyyətlərinin sərəncamında saxlanılmışdır. Həmin Fərmanla təsdiq edilmiş və 15 fevral 2016-cı ildə qüvvədən düşmüş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında” Əsasnaməyə əsasən hər bir vətəndaşa (ailəyə) düşən torpaq payını dövlət yerquruluşu xidməti hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı tərəfindən ayrılırdı. “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli, 760 nömrəli Fərmanına əsəsən Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə”nin 6-cı bəndinin birinci hissəsində “rayon aqrar islahatı komissiyası” sözləri “yerli icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir. “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 786 nömrəli fərmanına əsəsən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Yuxarıda sadalanan normativ hüquqi aktların təhlilindən də göründüyü kimi, Aqrar İslahat Komissiyasının bəzi səlahiyyətləri 15 fevral 2016-cı ilə kimi yerli icra hakimiyyəti orqanlarına verilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya ayrılarkən həmin normativ hüquqi aktlar qüvvəsini saxlamış və Qusar rayon İcra Hakimiyyəti də qanunun ona verdiyi səlahiyyətlər çərçivəsində iddiaçıya torpaq sahəsi ayırmışdır. Daha sonra cavabdeh təşkilatın sələfi olmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şöbəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü sənədi təsdiqlənərək iddiaçının adına rəsmiləşdirilmişdir. Bundan başqa iddiaçının xarici ölkə vətəndaşı olmasına münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Nəzərə alınmalıdır ki, iddiaçıya torpaq sahəsi ayrılarkən o, Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Sonradan iddiaçının xarici ölkə vətəndaşı olması ona ayrılmış torpaq sahəsinin əlindən alınmasına əsas ola bilməz. Qanunvericilikdə torpaq sahəsinin əcnəbiyə keçməsi nəticəsində sonrakı hərəkətlər öz əksini tapıb. Belə ki, Torpaq Məcəlləsinin 49.4-cü maddəsinə əsasən xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 206.1-ci maddəsinə əsasən əgər qanunun yol verdiyi əsaslara görə şəxsin mülkiyyətinə qanunla ona mənsub ola bilməyən əmlak düşmüşsə, həmin əmlakı mülkiyyətçi, qanunla ayrı müddət müəyyənləşdirilməyibsə, əmlaka mülkiyyət hüququnun əmələ gəldiyi andan bir il ərzində özgəninkiləşdirməlidir. Həmin Məcəllənin 206.2-ci maddəsinə görə mülkiyyətçi əmlakı bu Məcəllənin 206.1-ci maddəsində göstərilən müddətlərdə özgəninkiləşdirmədikdə, belə əmlak, onun xarakterini və təyinatını nəzərə almaqla, dövlət orqanının ərizəsi üzrə məhkəmənin çıxardığı qərara əsasən məcburi satılaraq satış pulu keçmiş mülkiyyətçiyə verilməli və ya dövlət mülkiyyətinə verilərək dəyəri keçmiş mülkiyyətçiyə ödənilməlidir. Bu zaman əmlakın özgəninkiləşdirilməsinə çəkilən xərclər çıxılır. Mülki Məcəllənin 206.2-ci maddəsinin tələblərini yerinə yetirmək üçün ilk öncə qeyd olunan torpaq sahəsi üzrə iddiaçının mülkiyyət hüququ tanınmalı, daha sonra 1 il ərzində həmin torpaq sahəsi əcnəbi vətəndaş tərəfindən özgəninkiləşdirilməlidir. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmadan özgəninkiləşdirilməsidə yolverilməzdir. Nəzərə alınmalıdır ki, Qusar Rayon İcra Hakimiyyətinin Başçısının 10 may 2013-cü il tarixli 31 saylı sərəncam preyudisial əhəmiyyətə malikdir, yəni həmin sərəncam qüvvəsini itirməmiş və mübahisə predmeti olmamışdır.Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmalı və qeydiyyat aparıldıqdan sonra 1 il ərzində həmin torpaq sahəsi onun tərəfindən özgəninkiləşdirilməlidir. 1 il bitdikdən sonra torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, dövlət orqanının ərizəsi üzrə məhkəmənin çıxardığı qərara əsasən məcburi satılaraq satış pulu keçmiş mülkiyyətçiyə verilməli və ya dövlət mülkiyyətinə verilərək dəyəri keçmiş mülkiyyətçiyə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Qusar rayonu Girik kəndi ərazisində yerləşən 0.2538 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun iddiaçı tərəfindən bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, daşınmaz əmkakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar