Məhkəmə qərarları › İş №2-1(118)-1033/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1033/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1033/2021 07.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27.11.1998ci il tarixli 12 saylı qərarının “İliç yolu” sovxozu üzrə İddiaçı və ailə üzvlərinə Xaçmaz rayon Mənçər-oba kəndi ərazisində 0.13 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə veriləməsinə dair hissədə dəyişdirilməsi və ailələrinin mülkiyyətinə verilməsinə verilməli olan həyətyanı torpaq sahəsinin ölçüsünün 0.45 ha müəyyən edilməsinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27.11.1998-ci il tarixli 12 saylı qərarının “İliç yolu” sovxozu üzrə İddiaçı və ailə üzvlərinə Xaçmaz rayon Mənçər-oba kəndi ərazisində 0.13 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə veriləməsinə dair hissədə dəyişdirilməsi və ailələrinin mülkiyyətinə verilməsinə verilməli olan həyətyanı torpaq sahəsinin ölçüsünün 0.45 ha müəyyən edilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə 5 nəfərdən ibarət ailələrinə Xaçmaz rayonu Mənçər-oba kəndi ərazisində 0.13 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN-017A kod-30217068 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq olunur. Əslində həmin 0.13 ha həyətyanı torpaq sahəsinin də daxil olduğu ərazinin, yəni ümümi həyətyanı torpaq sahəsinin ölçüsü 0.45 ha təşkil edir. Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının 06 iyul 1998-ci il tarixili 09 saylı qərarında göstərilir ki , rayonun “ İliç yolu” sovxozu üzrə hər bir subyektə 0.24 ha pay torpaq sahəsinin verilməsi müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd olunur ki, “İliç yolu” sovxozunun ərazisindəki kəndlərdə yaşayan vətəndaşların həyətyanı torpaq sahələrində normadan artıq istifadə etdikləri torpaqların onların torpaq paylarından çıxılması qərara alınmışdır. İddiaçı qeyd edir ki, 5 nəfərdən ibarət ailəsinə adambaşına 0.24 ha hesabı ilə ümümillikdə 1.20 ha torpaq payı verilməli olduğu halda, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 27 noyabr tarixli 12 saylı qərarı ilə cəmi 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmişdir (JN: 0017 Kod 3021 7068 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surəti iddia ərizəsinə əlavə olunur). Göründüyü kimi ailəsinə 1.20 ha torpaq payı əvəzinə 0.77 ha torpaq payı verilmişdir, yəni torpaq payından 0.43 ha çıxılmışdır. Buna baxmayaraq, Aqrar İslahat Komissiyasının həmin qərarı ilə həyətyanı torpaq sahəsinin artıq hissəsini, yəni 0.32 ha torpaq sahəsini mülkiyyətlərinə verməmişdirlər. İddiaçı 0.45 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi üçün bütün lazımı sənədləri əlavə etməklə ərizə ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin rəisi cənab Eldəniz Haciyevin imzası ilə 16.09.2020-ci il tarixli **********91 saylı məktubla iddiaçıya cavab verilmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının ərizəsinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27.1 1.1998-ci il tarixli 12 saylı qərarı əsasında Xaçmaz rayonu Mənçər-oba kəndində yerləşən 0.13 ha torpaq sahəsinə ləgv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən hazırlanmış JN-0İ7A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və Xaçmaz rayon Dövlət Arxivinin “ İliç yolu” sovxozu AİK-nin Mənçər-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin qaytalanmış kitabdan arxiv arayışı əlavə olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən islahat zamanı vətəndaşların qanuni istifadəsində olan həyətyanı topaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı hesab edir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27.1 1.1998-ci il tarixli 12 saylı qərarı ilə 5 nəfərdən ibarət ailəsinin mülkiyyətinə 0.45 ha həyətyanı torpaq sahəsinin əvəzinə 0.13 ha torpaq sahəsi mülkiyyətinə verilməklə hüquqları pozulmuşdur. Xaçmaz rayon Dövlət Arxivinin 09 sentyabr 2020-ci il tarixli 536 nömrəli arxiv arayışından göründüyü kimi Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06.07. 1998-ci il tarixli 09 saylı protokolu ilə Xaçmaz rayonu “ İliç yolu” sovxozu AİK-nin Mənçər- oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 43-cü İddiaçı adına qaytalanmış kitab üzrə 0.10 ha , faktiki 0.45 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Xaçmaz rayon İH Başçısının Nərəcan kənd İƏD-də nümayəndəsinin 28 yanvar 2021- ci il tarixli 123 saylı arayışda da qeyd olunur ki, Xaçmaz rayon aqrar islahat komissiyasının 06.07.1998-ci tarixli iclasının 09 saylı protokoluna əsasən hər bir adama Mənçər-oba kəndi üzrə 0.24 ha pay torpağı ayrılması üçün qərar qəbul edilmişdir. İddiaçı və ailənin istifadəsində 0.32 ha həyətyanı zəbt torpaq sahəsi qeydə alındığı üçün vətəndaşın 5 nəfərdən ailə üzvünə ümümillikdə 1.20 ha pay torpağı verilməli halda 0.77 ha sahəsi mülkiyyətinə verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş və iddianı müdafiə etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27.11.1998-ci il tarixli 12 saylı qərarının “İliç yolu” sovxozu üzrə İddiaçı və ailə üzvlərinə Xaçmaz rayon Mənçər-oba kəndi ərazisində 0.13 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə veriləməsinə dair hissədə dəyişdirilməsi və ailələrinin mülkiyyətinə verilməsinə verilməli olan həyətyanı torpaq sahəsinin ölçüsünün 0.45 ha müəyyən edilməsini istəyir. Məhkəmə ilk növbədə qeyd edir ki, Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Göründüyü kimi iddiaçı hal-hazırda mövcud olmayan orqan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirir və tələbini Cavabdehnə yönəltmişdir. Lakin hazırki işdə iddiaçının mübahisələndirdiyi qərar Cavabdeh tərəfindən deyil, Xaçmaz rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul edilmişdir. Həmçinin Cavabdeh ləğv edilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Belə olan halda Cavabdeh mübahisələndirilən qərar ilə bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən qəbul edilməmiş bir qərarla bağlı ona yönəldilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Bundan əlavə cavabdeh inzibati aorqanın hüquq varisliyi qəbul edilsə belə, digər bir əsasla, iddia müddəti ötürüldüyü üçün iddia mümkün hesdab edilə bilməz. İddiaçının aqrar islahatla bağlı mübahisələndirdiyi qərarı həmin dövrdə mövcud olan qanunvericiliyə əsasən mübahisələndirmək imkanı olmuşdur. Lakin hazırki iş üzrə iddiaçının və ailə üzvlərinin Xaçmaz rayon Aqrar İslahat Komissiyasının Qərarını həmin dövrdə mübahisələndirmə imkanı olduğu halda bunu etməmişdirlər. Hazırkı iddia qüvvədə olan qanunvericilik baxımındanda iddia müddəti ötürülmüş və iddia müddətinin bərpası mümkün olmayan inzibati aktın mübahisələndirilməsi baxımındanda mümkünsüzlük əsası olan iddia kimi qiymətləndirilməlidir. Hazırki iddiada İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27.11.1998-ci il tarixli 12 saylı qərarının “İliç yolu” sovxozu üzrə İddiaçı və ailə üzvlərinə Xaçmaz rayon Mənçər-oba kəndi ərazisində 0.13 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə veriləməsinə dair hissədə dəyişdirilməsi və ailələrinin mülkiyyətinə verilməsinə verilməli olan həyətyanı torpaq sahəsinin ölçüsünün 0.45 ha müəyyən edilməsinə” dair iddiası mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, qanunveicilikdə nəzərdə tutulmuş digər hüquq müdafiə vasitələrindən istifadə edə bilməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar