Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1044/2022 13.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X6 oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Abşeron-Xızı Regional filialına qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona əmək kitabçasında olan staj əsasında əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Abşeron-Xızı Regional filialına qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona əmək kitabçasında olan staj əsasında əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1959-cu ildə Qubadlı rayonunda anadan olmuş və 1978-ci ilin dekabr ayının 1-dən 1992-ci ilin fevral ayının 1-nə kimi Qubadlı rayonu SMD-21-də qreyderçi vəzifəsində işləmiş və bu barədə qeydlər adına açılmış əmək kitabçasına da daxil edilmişdir. Lakin onun adına olan əmək kitabçasına bu qeyd işlədiyi müəssisənin rəsmi arayışına əsasən daxil olunmuş və bu da əvvəlki əmək kitabçasının işğal zonasında qalması ilə izah edilir. Buna baxmayaraq AR ƏƏSMN yanında DSMF-nun Qubadlı rayon şöbəsi həmin qeydlə kifayətlənməyərək bu faktın daha mötəbər sübutlarla təsdiq edilməsini tələb etmiş və o bununla bağlı Qubadlı rayon məhkəməsinə müraciət etmişdir. Qubadlı rayon məhkəməsinin 16.04.2021-ci il tarixli qətnaməsi ilə onun 1978-ci ilin dekabr ayının 1-dən 1992-ci ilin fevral ayının 1-nə kimi Qubadlı rayonu SMD-21-də qreyderçi vəzifəsində işləməyimlə bağlı hüquqi faktın müəyyən edilməsi barədə iddiası təmin olunmuşdur. (hakim V.Ruvinov) Həmin qətnamədən narazı qalan qarşı tərəf AR ƏƏSMN-nin tabeliyində DSMF-nun Mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmiş və AR Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 06.07.2021 -ci il tarixli qərardadı məhkəmə belə bir nəticəyə gəlmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi barədə qeydlər vardır və həmin qeydlər mövcud olduğu üçün bu qeydlərin yenidən hüquqi fakt kimi müəyyən edilməsinə ehtiyac yoxdur. Bu isə o deməkdir ki, məhkəmə həmin qeydləri tanımış və bu səbəbdən də onun əmək kitabçasında olan və əmək stajını təsdiq edən məlumatlar əsasında pensiyası yenidən hesablanmalıdır. İddiaçı bununla bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin onun sənədləri geri qaytarılmışdır. Buna görə də o, cavabdehin bu hərəkəti ilə razılaşmır, həmin imtinanı qanunsuz və əsassız hesab edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, izahatında qanuni qüvvəyə minmiş məhkəmə qətanməsinin mövcudluğundan məlumatı olmadığını, iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, iddiaçı iddiaya baxılaraq yekun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında aşağıdakıları qeyd etmişdir:
1. Sosial sığorta stajının kifayət etməməsi. İddiaçıya Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 22.04.2019-cu il tarixdə 2-ci dərəcəli əlillik təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İ qrup əlil kimi pensiya təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: - 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsində müəyyən edilmiş qaydada sosial siğorta stajı hesablandıqda iddiaçının 14 il 7 ay sosial siğorta stajı mövcud olmalıdır:
1. 59 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 44 il (əmək qabiliyyətli yaş dövrü)
2. 44 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 176 ay
3. 176 ay : 12 ay = 14 il 7 ay Cavabdehin 02.05.2019-cu il tarixli **********6 saylı məktubuna əsasən iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial siğorta stajı mövcud deyil. Belə ki, iddiaçını cavabdehə müraciət edərkən təqdim etdiyi ******* nömrəli əmək kitabçasına əsasən:
1. dekabr 1978 - dekabr 1992-ci illərdə Qubadlı rayonu 21 nömrəli SMD-də ümumilikdə 14 il 1 gün;
2. 01.02.1992-30.12.2002-ci illərdə Azərenerji idarəsi, Qubadlı elektrik Şəbəkəsində işlədiyi müddət - ümumilikdə 10 il 10 ay 30 gün;
3. 02.01.2003-01.04.2003-cü illərdə Sumqayıt YGEŞ MMC-də işlədiyi müddət ümumilikdə 3 ay;
4. 24.02.2004-09.08.2005-ci illərdə BTC/CQ boru kəməri layihəsi Consolidated Constractors international Co. (CCİC) Şirkətində işlədiyi müddət ümumilikdə 1 il 5 ay 17 gün;
5. 09.12.2007-30.04.2008-ci illərdə Azərkörpü ASC-də işlədiyi müddət ümumilikdə 4 ay, 22 gün;
6. 02.05.2008-02.03.2009-cu illərdə “X12” MMC-nin 1 saylı Nəqliyyat Sahəsinin özüboşaldan avtomobil bölməsində işlədiyi müddət - ümumilikdə 10 ay, 1 gün;
7. 16.08.2010-17.01.2011-ci illərdə Azərkörpü ASC-də işlədiyi müddət ümumilikdə 5 ay, 2 gün
8. 01.04.2011-10.05.2012-ci illərdə "xxxx" MMC-də işlədiyi müddət ümumilikdə 1 il, 1 ay, 10 gün
9. 14.05.2012-05.11.2012-ci illərdə “Neftqaztikinti” tresti Yol Tikinti Təmir İdarəsində işlədiyi müddət - ümumilikdə 5 ay, 23 gün
10. 01.12.2012-05.05.2014-cü illərdə İİM-İstehsalat Tikinti Mexanizasiya Şirkəti MMC-də işlədiyi müddət - ümumilikdə 1 il, 5 ay, 5 gün
11. 17.07.2014-01.09.2014-cü illərdə ‘Azərbaycan inşaat İnvestisiya Qrupu” ASC- nin Masallı Layihəsində işlədiyi müddət - ümumilikdə 1 ay, 16 gün
12. 17.02.2015-16.03.2016-cı illərdə "xxxx" MMC-də işlədiyi müddət ümumilikdə, 1 il, 1 ay
13. 28.06.2016-29.08.2016-cı illərdə X14 Sanayi ve Ticaret AŞ-nin AR filialında işlədiyi müddət - ümumilikdə 2 ay, 2 gün Lakin iddiaçının dekabr 1978 - dekabr 1992-ci illərdə Qubadlı rayonu 21 nömrəli SMD və 01.02.1992-30.12.2002-ci illərdə Azərenerji idarəsi, Qubadlı elektrik Şəbəkəsində işləməsi (24 il 11 ayı) ilə bağlı əmək kitabçasındakı qeydlərin qeyri- mötəbərliyi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır. Bu səbəbdən sosial siğorta stajı hesablanarakən həmin illərin sosial siğorta stajı kimi nəzərə alınması yolverilməzdir.
2. İşlə bağlı mövcud olan və qanuni qüvvəyə minmiş məhkəmə aktları 2.1.1. İnzibati icraat İddiaçı “dekabr 1978 - dekabr 1992-ci illərdə Qubadlı rayonu 21 nömrəli SMD və 01.02.1992-30.12.2002-ci İllərdə Azərenerji idarəsi, Qubadlı elektrik Şəbəkəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12.11.2019-cu il tarixli, 2-1 (085)- 1030/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçının qərarından verdiyi şikayətlər Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2020-ci il tarixli 2-1 (105)-140/2020 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2020-ci il tarixli 2-1(102)- 1676/2020 nömrəli gərarları ilə təmin edilməmiş və Sumgayit İnzibati Məhkəməsinin 12.11.2019-cu il tarixli, 2-1 (085)-1030/2019 nömrəli gərarı dəyişdirilmədən saxlanılmışdır. Belə ki, iddiaçı məhkəmədə ifadə verərək ona məxsus ilkin əmək kitabçasının işğal olunmuş Qubadlı ərazisində qaldığını və hazırkı əmək kitabçasının sonradan tərtib edildiyini, həmçinin onun həmin iş yerlərində işləməsini şahid ifadələrini, Qubadlı rayon İHB-nın Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 16.03.2020-ci il tarixli arayışını, Qubadlı rayon Elektrik şəbəkəsi tərəfindən verilmiş 2001-2002-ci illərə dair orta aylıq əmək haqqına dair arayışı, əmək haqqının köçürüldüyü əmanət kitabçasını, övladının adına iş yerindən verilmiş sığorta şəhadətnaməsini nəzərə almadan qərar qəbul etmişdir bildirmişdir. İş materiallarında olan: (məhkəmə sorğusu ilə əldə edilmiş)
1. Qubadlı rayon Dövlət arxivi tərəfindən verilmiş 05.10.2019-cu il tarixli 06 saylı arxiv arayışına əsasən Qubadlı rayon SMD-21 nömrəli və Qubadlı rayon Elektrik şəbəkəsi tərəfindən Dövlət Arxivinə dövlət mühafizəsinə heç bir sənəd təhvil verilməmişdir.
2. "xxxx" ASC X10 Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş 50-01/017 saylı 08.07.2019-cu il tarixli arxiv arayışında qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən arxiv sənədlər "xxxx" ASC Şimal RETSİ-ə təhvil verilməmişdir.
3. "xxxx" ASC tərəfindən verilmiş 30.09.2019-cu il tarixli 02-05-1543 saylı məktubdan görünür ki, Qubadlı rayon Paylayıcı Elektrik Şəbəkəsi "xxxx" ASCnin tabeçiliyində olmuş, kadrlara dair əmrlər rayon Paylayıcı Şəbəkəsi tərəfindən verilmişdir. Qubadlı rayonunun işğalı zamanı həmin məlumatlar işğal zonasında qalmış və Qubadlı PEŞ-in kadr əmrləri "xxxx" ASC-də yoxdur. İş üzrə məhkəmə prosesi zamanı dindirilən şahidlər:
1. X1 ifadəsində bildirdi ki, təxminən 3-4 il müddətində iddiaçı ilə Qubadı rayonu SMD-21-də birlikdə işləmişdir. Lakin o, əmək kitabçasını itirmişdir. SMD-21 Qubadlı rayonunun Çardaxlı kəndinə gedən yolun kənarında yerləşirdi.
2. X2 göstərdi ki, o, 1985-1993-cü illərdə Qubadlı rayon Elektrik şəbəkəsində, 1995- 2002-ci illərdə isə Sumqayıt Regional Elektrik Şəbəkəsində işləmişdir. O, Qubadlıda 1990- 1993-cü illərdə, Sumqayıtda isə 2002-ci ilə qədər iddiaçı birlikdə işləmişdir. Məhkəmə tərəfindən aşkar edilmiş əmək kitabçasındakı pozuntular.
1. Məhkəmə qeyd edir ki, əmək kitabçasında iddiaçının 1978-ci ildən işləməsi qeyd edilsə də, kitabça özü isə yalnız 1997-ci ildə açılmışdır. Həmçinin kitabçanın yazılma tarixi də dəqiq göstərilməmiş və kitabçanın sahibinin imzası ilə təsdiq olunmamışdır.
2. İddiaçının adına 1997-ci ildə açılmış əmək kitabçasından görünür ki, ilk titul vərəqinə Qubadlı rayon Elektrik Şəbəkəsinin möhürü vurulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.11-ci maddəsinə əsasən əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə də təsdiq edilir Əmək kitabçası Qubadlı rayon Elektrik Şəbəkəsi tərəfindən doldurulsa da, əmək kitabçasıdakı ilk qeyddən görünür ki, o, 1978-ci ilin dekabr ayında (tarix göstərilməyib) Qubadlı rayon 21 N-li SMD-də qreyderçi vəzifəsinə qəbul edilmişdir.
3. Əmək kitabçasındakı birinci qeyd iddiaçının dekabr 1978 - dekabr 1992-ci illərdə Qubadlı rayonu SMD-21-də işə daxilolma və işdən azadolma qeydləri ilə bağlıdır. Lakin həmin qeydin qarşısındakı qrafada işəgötürənin işə daxilolma və işdən azadolma əmrləri əvəzinə, SMD-nin 30.01,2003-cü il tarixli 1 N-li arayışı əsasında aparıldığı göstərilmişdir
4. Həmçinin əmək kitabçasındakı növbəti qeyddən görünür ki, 01.02.1992-ci il tarixdə Qubadlı rayon Elektrik Şəbəkəsinə işə daxil olmuşdur. Lakin həmin qeydin əsasını təşkil edən işəgötürənin əmri barədə məlumat (tarixi və nömrəsi) qeyd olunmamışdır. Beləliklə, yuxarıda sadalanan halları ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, iddiaçının dekabr 1978 - dekabr 1992-ci illərdə Qubadlı rayonu SMD-21-də və 01.02.1992ci il tarixdən-30.12.2002-ci il tarixinə kimi Qubadlı rayon Elektrik Şəbəkəsində işləməsinə dair əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi iş materialları ilə sübuta yetirilmir.
2.1.2. Mülki icraat İddiaçı Qubadlı rayonu 21 nömrəli SMD və Azərenerji idarəsi, Qubadlı elektrik Şəbəkəsində işləməsi faktının mülki qaydada təsdiq edilməsi üçün ərizə ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 16.04.2021-ci il tarixli 2(028)-76/2021 nömrəli qətnaməsinə əsasən ərizəçinin ərizəsi təmin edilmişdir. Maraqlı şəxsin (Fondun 1 saylı regional ərazi filialı) qətnamədən verdiyi apelyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(105)-2153/2021 nömrəli qərardadı ilə ərizəni baxılmamış saxlayaraq Qubadlı Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli 2(028)- 76/2021 nömrəli qətnaməsi ləğv etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.10- cu maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının xüsusi icraat qaydasında müəyyən edilməsi yolverilməzdir və ərizəçi ümumi əsaslarla iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir. 2.1.3. İkinci inzibati icraat İddiaçı 22.09.2021-ci il tarixində ərizə ilə yenidən məhkəmə müraciət edərək, “cavabdehin hərəkətlərin qanunsuz hesab edilərək əmək kitabçasında olan staj əsasında iddiaçıya əmək kitabçasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasTnı xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1995/2021-ci il tarixli, 09.12.2021-ci il tarixli qərardadı ilə iddiaçının bundan əvvəl eyni tələblə eyni cavabdehə qarşı məhkəməyə müraciət etdiyi və işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı (Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərarı) mövcud olduğundan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsini əsas gətirərək iddianı mümkün hesab etməmişdir. 2.1.4. Üçüncü inzibati icraat İddiaçı ərizə ilə yenidən məhkəmə müraciət edərək, “cavabdehin hərəkətlərin qanunsuz hesab edilərək əmək kitabçasında olan staj əsasında iddiaçıya əmək kitabçasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir . Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1941/2021-ci il tarixli, 01,10.2021-ci il tarixli qərardadı ilə iddiaçının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq iddiaçının cavabdeh inzibati orqana müraciət etmədiyini əsas gətirərək iddianı mümkün hesab etməmişdir. Həmin qərardaddan iddiaçının verdiyi apellyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-678/2021 nömrəli 22.12.2021-ci il tarixli qərardad ilə təmin edilmiş və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1941/2021-ci il tarixli, 01,10.2021-ci il tarixli qərardadı ləğv edilərək işə yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardadında geyd etmişdir ki, iddiaçı Fondun 1 saylı regional ərazi filialına əlilliyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə müraciət etmiş, lakin filialın 30.09.2021-ci il tarixli, **********6 nömrəli məktubu ilə onun dekabr 1978-dekabr 1992-ci illərdə Qubadlı rayonu SMD-21-də və 01.02.1992-ci il tarixdən-30.12.2002-ci il tarixinə kimi Qubadlı rayon Elektrik Şəbəkəsində işləmədiyi dövrün qaşllıqlı yoxlanılması zərurətinin yarandığı, idarələrin hüquqi ünvanı məlum olmadığı üçün sosial siğorta stajının yoxlanılmasının mümkün olmadığı bildirilmiş və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, iddiaçının dekabr 1978-dekabr 1992-ci illərdə Qubadlı rayonu SMD-21-də və 01.02.1992-ci il tarixdən-30.12.2002-ci il tarixinə kimi Qubadlı rayon Elektrik Şəbəkəsində işləməsi ilə əmək kitabçasındakı qeydin geyir-mötəbərliyi ilə bağlı qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2020-ci il tarixli 2-1(102)-1676/2020 nömrəli qərarı mövcud olduğundan həmin illlər sosial siğorta stajı kimi nəzərə alına bilməz. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş, etirazı müdafiə edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, bu nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı bundan əvvəl eyni cavabdehə qarşı eyni tələblə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin 2-1(085)-1030/2019 saylı, 12 noyabr 2019-cu il tarixli saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərar qanuni qüvvəsini almışdır. Göründüyü kimi İddiaçı tələbi məhkəmə icraatının araşdırma predmeti olmuş və müvafiq qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bundan əlavə iddiaçı eyni cavabdehə qarşı eyni tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2-1(118)-1995/2021 saylı, 09.12.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Hazırda iddiaçı yenidən eyni tələblə eyni tərəfə qarşı məhkəmədə iddia qaldırmışdır. Bu halda məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah olunsun ki, hüquqları mülki məhkəmə icraatı qaydasında qaydada sübut olunarsa yenidən inzibati orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev