Məhkəmə qərarları › İş №2-1(118)-1084/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1084/2020

13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1084/2020 13.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Şabran rayon Rəhimli bələdiyyəsinin Cavabdeh qarşı Şabran rayon Rəhimli bələdiyyəsinin xx xxxxx 2002-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi və mülkiyyət hüququna dair dövlət aktının etibarsız sayılması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq: MÜƏYYƏN ETDİ : İddiaçı Şabran rayon Rəhimli bələdiyyəsi cavabdeh X3 qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx xxxxx 2002-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi və mülkiyyət hüququna dair dövlət aktının etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bələdiyyənin xx xxxxx 2002-ci il tarixli 06 saylı qərarı ilə kənd təsərrüfatına yararsız olan 13.50 ha torpaq sahəsi kənd təsərrüfatl məhsullarının istehsalı mqəsədi ilə Cavabdeh satılmışdır. Cavabdeh həmin vaxtdan hazıradək həmin torpaq sahəsindən istifadə edərək külli miqdarda gəlir əldə edir. Lakin torpaq vergisini vaxtında ödəməkdən yayınır. Bundan başqa cavabdehə ayrılmış torpaq sahəsinin ölçüləri qanunvericiliklə müəyyən edilmiş normadan qat-qat çoxdur. Beləliklə, vətəndaş 2002-ci ildən hazıradək heç bir vergi ödəmədiyinə və ərazidə torpaq çatışmazlığı olduğundan ona torpaq sahəsinin satılmasına dair qərar ləğv edilməli və həmin qərar ısasında verilmişdövlət aktı etibarsız hesab edilməlidir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinini iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi və izah etdi ki, bələdiyyənin özünün qəbul etidiy qərarın ləğv edilməsinə dair iddia qaldırmaq hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdehin torpaq vergisini ödəməməsi ona torpaq sahəsinini satılmasına dair qərarın ləğv edilməsi üçün əsas ola bilməz. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şabran rayon Rəkimli bələdiyyəsinin 06 saylı xx.xx.2002-ci il tarixli qərar ilə Cavabdeh 13.50 ha torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin satılması ilə bağlı DTXK-nin Şabran rayon şöbəsinin rəyi alınmış və torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Həmin qərar əsasında cavabdehin adına torpağa mülkiyyət hüququna dair JN N420 –li kod 30408018 saylı dövlət aktı verilmişdir . Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 4.0, 4.0.4-cü maddələrinə əsasən bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq bələdiyyələrin səlahiyyətlərinə aiddir. “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə görə bələdiyyə qərarların onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmə qərarı ilə etibarsız sayıla bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericilikdə bələdiyyə qərarının özünün qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ nəzərdə tutulmamışdır. Göstərilən normadan göründüyü kimi bələdiyyə tərəfindən qəbul edilmiş qərar onn özü tərəfindən ləğv edilə və ya məhkəmə qaydasında etibarsız hesab edilə bilər. Hazırki iş üzrə isə iddiaçı özünün qəbul etdiyi qərarın ləğv edilməsi barədə iddia qaldırmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini vətəndaşa, yəni inzibati orqan olmayan subyektə qarşı yönəltmişdir ki,bu da inzibati məhkəmə icraatının prinsiplərinə zidd hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Şabran rayon Rəhimli bələdiyyəsinin Cavabdeh qarşı Şabran rayon Rəhimli bələdiyyəsinin xx xxxxx 2002-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi və mülkiyyət hüququna dair dövlət aktının etibarsız sayılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar