Məhkəmə qərarları › İş №2-1(118)-1095/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1095/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1095/2021 29.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, Muradova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17.12.1997ci il tarixli 16 saylı qərarının “Bakı” sovxozu üzrə İddiaçı və ailə üzvlərinə Xaçmaz rayonu Qadaş-Oba kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hissədə dəyişdirilməsi və ailəsinin mülkiyyətinə verilməli olan həyatyanı torpaq sahəsinin ölçüsünün 0.3055 ha müəyyən edilməsi”nə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17.12.1997ci il tarixli 16 saylı qərarının “Bakı” sovxozu üzrə İddiaçı və ailə üzvlərinə Xaçmaz rayonu Qadaş-Oba kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hissədə dəyişdirilməsi və ailəsinin mülkiyyətinə verilməli olan həyatyanı torpaq sahəsinin ölçüsünün 0.3055 ha müəyyən edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1 7 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə iddiaçının 3 nəfərdən ibarət ailəsinə Xaçmaz rayonu Qadaş-oba kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN-089 kod-30214068 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq olunur. Əslində həmin 0.10 ha həyətyanı torpaq sahəsinin də daxil olduğu ərazinin, yəni ümümi həyətyanı torpaq sahəsinin ölçüsü 0.3055 ha təşkil edir. Belə ki, hazırda yaşadıqları yaşayış evi anası X1 məxsus olmuş və evə dair mart 1987-ci il tarixli 687 nömrəli texniki paportunda evin həyətyanı torpaq sahəsinin ölçusu 3055 kvm göstərilmişdir. Bağda Xurşudova 05 iyun 1996-cı il tarixdə vəfat etmiş, onun vəfatından sonra evi qanun üzrə birinci dərəcədə vərəsə olaraq iddiaçı idarə edir. Onu da qeyd edir ki, iddiaçı həmin evdə doğulmuş, anasının sağlığında bu evdə onunla birlikdə yaşamışdır. Baxmayaraq ki, evin texniki pasportunda torpağın ölçüsü 3055 kvm göstərilmiş, yuxarıda göstərilən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətlərinə cəmi 0.10 ha torpaq sahəsi verilmişdir. İddiaçı 0.3055 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi üçün bütün lazımı sənədləri əlavə etməklə ərizə ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin rəisi cənab Eldəniz Hacıyevin imzası ilə 18.01.2021 -ci il tarixli **********49 saylı məktubla cavab verilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, 270 reyestr nömrəli Qeydiyyat Vəsiqəsi əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün iddiaçının müraciət etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü texniki paportda 0.3055 ha ölçüdə əks olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən islahat zamanı vətəndaşların qanuni istifadəsində olan həyətyanı topaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin kadastr məlumat bazasında olan xəritəyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxiv məlumatlarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının və ailə üzvlərinin adlarına ümumi birgə hüquqi ilə müvafiq Aqrar İslahat Komissiyasının qərarı əsasında 0.10 ha ölçüdə JN-089F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmişdir. Lakin tərəflərindən, şəhadətnaməyə uyğun olaraq 0.10 ha ölçüdə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilərək texniki pasportda göstərilən 0.22 ölçüdə tələb edilmişdir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin , fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərüffatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzssiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan bağlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İddiaçı hesab edir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17.12.1997-ci il tarixli 16 saylı qərarı ilə 3 nəfərdən ibarət ailəsinin mülkiyyətinə 0.3055 ha həyətyanı torpaq sahəsinin əvəzinə 0.10 ha torpaq sahəsi mülkiyyətinə verilməklə hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş və iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, 0.8 ha torpaq sahəsi ona ayrılmış, 0.3055 ha torpaq sahəsi anasının adına olmuşdur. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Rayonda torpaq islahatı başa çatdığı üçün X3 komissiyalarının fəaliyyətinə 2001-ci ildə, rayon aqrar islahat komissiyasının fəaliyyətinə isə 2005-ci ildə xitam verilmişdir. Rayon və X3 Komissiyalarının sənədləri Xaçmaz rayon Dövlət Arxivinə təhvil verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Cavabdehnə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17.12.1997ci il tarixli 16 saylı qərarının “Bakı” sovxozu üzrə İddiaçı və ailə üzvlərinə Xaçmaz rayonu Qadaş-Oba kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hissədə dəyişdirilməsi və ailəsinin mülkiyyətinə verilməli olan həyatyanı torpaq sahəsinin ölçüsünün 0.3055 ha müəyyən edilməsi”-nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X3 komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər X3 komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Göründüyü kimi iddiaçının Aqrar islahat Komissiyası tərəfindən vətəndaşlara pay torpaqları ayrıldığı dövrdə aqrar islahat komissiyasının qərarından şikayət etmək hüququ olmuş, lakin o bu hüququndan istifadə etməmişdir. Həmçinin iddiaçının istinad etdiyi texniki sənəddə torpaq sahəsinin faktiki olaraq 0.3055 ha olması göstərilsədə, sənəd üzrə məlumat qeyd edilməmiş, 0.3055 ha torpaq sahəsinin iddiaçının ailə üzvlərinə ayrılması, onun qanuni istifadəsində olması ilə bağlı məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, inzibati icraat haqqında qanunvericiliyin mahiyyəti və məqsədi vətəndaş və dövlət orqanları arasında yaranmış mübahisənin həllindən ibarətdir. Şəxsin inzibati icraat qaydasında hüquq və qanuni maraqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etməsi üçün ilk növbədə onunla inzibati orqan arasında mübahisənin yaranması, inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində şəxsin hüququ və azadlıqlarının pozuntusu hallarının mövcud olması, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsindən əsassız olaraq imtina edilməsi və bu kimi digər şərtlərin yaranması zəruridir. Lakin hazırki işdə iddiaçının verilməsini tələb etdiyi torpaq sahəsi Cavabdeh tərəfindən deyil, Xaçmaz rayon Aqrar İslahat Komissiyası tərəfindən ayrılmalı idi. Həmçinin Cavabdeh ləğv edilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Həmçinin Cavabdeh torpaq sahələrinin ayrılması ilə bağlı qanunvericilikdən irəli gələn hər hansı səlahiyyəti müəyyən edilməmişdir. Bundan əlavə iddiaçının cavabdeh inzibati orqana müraciətiədə müəyyən olunmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17.12.1997-ci il tarixli 16 saylı qərarının “Bakı” sovxozu üzrə İddiaçı və ailə üzvlərinə Xaçmaz rayonu Qadaş-Oba kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hissədə dəyişdirilməsi və ailəsinin mülkiyyətinə verilməli olan həyatyanı torpaq sahəsinin ölçüsünün 0.3055 ha müəyyən edilməsinə” dair iddiası mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2yev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar