Məhkəmə qərarları › İş №2-1(118)-1191/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1191/2022

28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1191/2022 28.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına X1rşı “X2 baş direktoru X7 tərəfindən ona verilmiş 09.09.2021-ci il tarixli, 163 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehini ləğv edilməsi və ayrı-seçkiliyə yol verdiyinə görə Əmək Məcəllənin 16-cı maddəsinin üçüncü bəndində göstərilənlər əsasında işəgötürənin özünün cəzalandırılması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına X1rşı “X2 baş direktoru X7 tərəfindən ona verilmiş 09.09.2021-ci il tarixli, 163 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehini ləğv edilməsi və ayrı-seçkiliyə yol verdiyinə görə Əmək Məcəllənin 16-cı maddəsinin üçüncü bəndində göstərilənlər əsasında işəgötürənin özünün cəzalandırılması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 baş direktoru X7 09 sentyabr 2021-ci il tarixində, 163 saylı əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndini əsas tutub ona “sonuncu xəbərdarlıqla şiddətli töhmət” vermişdir. ŞAR-ın baş direktorunun ona verdiyi “sonuncu xəbərdarlıqla şiddətli töhmət” cəzasını guya iş yerimi icazəsiz olaraq tərk edib məhkəməyə, polisə və digər yerlərə getməyilə, habelə 01.09.2021 və 02.09.2021-ci il tarixlərdə guya bütün iş günü işə gəlməməyilə əsaslandırmışdır. Bundan əlavə əmrə əsas kimi əlavə edilmiş “Komissiyanın aktı”, “məsul şəxsin təqdimatı”, “şöbə müdirinin müraciəti” adlı sənədlərdən isə xəbərsizdir. İddiaçı 2021-ci ilin iyul ayının 17-sində həftənin şənbə günü X9 getmiş, şənbə günü isə ŞAR-da qeyri-iş günüdür. Məhkəməyə isə işlədiyi şöbənin müdiri Canməmməd Rüstəmovdan verdiyi iddia tələbinə görə Abşeron rayon məhkəməsinin bildirişi əsasında 26 avqust 2021ci il tarixdə özümün müraciətinə aid hazırlıq iclasına getmiş, bu barədə o ŞAR-m rəhbərliyinə qabaqcadan məlumat versə də onlar indi bunu danırlar. Qeyd edir ki, həmin gün şöbə müdiri Canməmməd Rüstəmov da məhkəməyə gəlmiş, amma ona hər hansı cəza verilməmişdir. Şöbə müdiri C.N.Rüstəmovun təqsiri ucbatından onunla iddiaçının arasında məhkəmə mübahisəsi yaranıbsa, ŞAR-m baş direktoru C.N.Rüstəmovun tərəfini tutub onu müdafiə etməməlidir. Digər tərəfdən iddiaçı 1938-ci il təvəllüdlüdür, 84 yaşı var. AMEA rəhbərliyinin qərarı ilə Koronavirus Pandemiyasına görə AMEA-nm Elmi Tədqiqat müəssisələrində çalışan yaşı 65-dən yuxarı olan əməkdaşların mümkün qədər iş yerinə getməməsi tövsiyyə edilmişdir. Amma buna baxmayaraq o hər gün iş yerimə qısa müddətli olsa da gedir. Lakin əslində AMEA rəhbərliyinin məlum tövsiyyə xarakterli qərarına görə işə getməyə bilərdi. Əgər AMEA rəhbərliyinin qərarı dəyişibsə, və ya ləğv olunubsa, mənim bundan xəbərim yoxdur, bu barədə ŞAR-m “Elanlar” lövhəsində heç bir məlumat yerləşdirilməmişdir. Digər tərəfdən isə iddiaçı 01-02 sentyabrda ŞAR-m Yusif Məmmədəliyev qəsəbəsində yerləşən İnzibati Binasında həmin vaxtlar qəsəbədəki evlərdə yaranmış su çatışmazlığı probleminə aid Ağsaqqallar Şurasında müzakirələr aparmış, yəni həmin vaxtlarda da iş yerində olmuş, 2021-ci ilin 01-02 sentyabrında iş yerində olmağı faktı ŞAR-m digər elmi əməkdaşları, Z.Səmədov, AMEA-nm müxbir üzvü, professor Ə.S.Quliyev, baş elmi işçi, elmlər doktoru S.H.Məmmədov və digər işçilər təsdiq edə bilərlər. İddiaçı ŞAR-da “Ağsaqqallar və Veteranlar” Şurasının sədri olduğuna görə ŞAR-da belə yığıncaqlara rəhbərlik edir, bundan başqa, son illərdə ŞAR-ın baş direktoru Namiq Cəlilov ona nəinki rəsmi xəbərdarlıq, töhmət, şiddətli töhmət, heç şifahi xəbərdarlıq da etməmişdir. Belə olan halda ona qarşı yaşının bu vaxtında birdən-birə “sonuncu xəbərdarlıqla şiddətli töhməf’-in verilməsinin çox qərəzli olmasını bildirir. Hesab edir ki, ŞAR-ın baş direktoru N.S.Cəlilovun intizam qaydasında əməkdaşları əsassız olaraq ciddi cəzalandırması haqsızlıqdır. Bu zaman işçilər arasında ayrı seçkiliyin edilməsi isə daha pis haqsızlıqdır və özbaşınalıqdır. Ona qarşı edilmiş belə haqsızlıq və özbaşınalıq onu işdən azad etmək üçün əvvəlcədən qurulmuş plandır. Buna görə də mən AMEA-nın Həmkarlar İttifaqına rəsmi ərizə ilə müraciət etmiş, AMEA Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor, cənab Habil Qurbanovun ona göndərdiyi 065/10-75 saylı, 27 dekabr 2021-ci il tarixli məktubun 2-ci səhifəsində yazılanlardan görünür ki, ŞAR-ın baş direktorunun ona verdiyi “sonuncu xəbərdarlıqla şiddətli töhmət” formasında inzibati tənbehin məqsədəmüvafiq olmadığı qeyd edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı dövlət qulluqçusu statusuna malik olmadığına görə onun qaldırdığı hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkün deyil. Qeyd olunan iddia tələbinə Şamaxı Rayon Məhkəməsində baxılmalıdır. Ona görə də cavabdehin nümayəndəsi iddia tələbinin mümkün hesab edilməməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 baş direktoru X7 tərəfindən İddiaçı barəsində verilmiş 09.09.2021-ci il tarixli, 163 nömrəli “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi tətbiq edilmişdir. İddiaçı həmin inzibati tənbehin qanunsuz olduğu qənaətinə gələrək, Sumqayıt İnzibati Məhkəməsinə müraciət edib, həmin əmrin ləğv edilməsi arzusundadır. Məhkəmə iddia tələbinin mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edilməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmələr tərəfindən baxılacaq iddia tələblərinin növləri göstərilmiş və iddia tələbinə cavab verməli tərəfin inzibati orqan olmasının zəruriliyi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınının 17-ci bəndində göstərilir ki, əmək münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. Hazırkı mübahisə əmək münasibətlərindən irəli gəldiyindən (İPM-in 8.1.3-cü maddəsində göstərilənlər istisna olmaqla), belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Nəzərə alınmalıdır ki, İddiaçı X3 aparıcı elmi işçisidir və onun dövlət qulluqçusu statusu mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına X1rşı “X2 baş direktoru X7 tərəfindən ona verilmiş 09.09.2021-ci il tarixli, 163 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehini ləğv edilməsi və ayrı-seçkiliyə yol verdiyinə görə Əmək Məcəllənin 16-cı maddəsinin üçüncü bəndində göstərilənlər əsasında işəgötürənin özünün cəzalandırılması barədə qərar qəbul edilməsi” tələbinə dair dair iddiası mümkün hesab edilməməlidir. İddiaçıya hazırkı iddia tələbi ilə bağlı cavabdeh təşkilatın olduğu yerin ümumi (şəhər, rayon) məhkəməsinə müraciət hüququnun olması iddiaçıya izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına X1rşı “X2 baş direktoru X7 tərəfindən ona verilmiş 09.09.2021-ci il tarixli, 163 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehini ləğv edilməsi və ayrı-seçkiliyə yol verdiyinə görə Əmək Məcəllənin 16-cı maddəsinin üçüncü bəndində göstərilənlər əsasında işəgötürənin özünün cəzalandırılması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar