Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1243/2020 09.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçı cavabdeh Quba Regional “ASAN Xidmət” mərkəzi Notariat Ofisinə qarşı “bağışlanma müqaviləsinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Quba Regional “ASAN Xidmət” mərkəzi Notariat Ofisinə qarşı “bağışlanma müqaviləsinin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X5 ilə xx xxxxxxx 1966-cı ildə nikaha daxil olmuş, birgə nikahdan X7, X3. Rzayev Rövşən Teyfur oğlu və X1 rayonu, İİ Nügədi kəndində anadan olmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı ******* qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu,11 Nügədi kəndində yerləşən 0,1992 ha torpaq sahəsi mən uşaqlarım X7,X3, X4, X2,Rzayev Rövşən Teyfur oğlunun paylı mülkiyyətində, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi isə tam payla ona məxsusdur. Həmin evdə oğlanları Elşən, Rövşən, qızları Gülnarə, Vüsalə və gəlini Zəminə qeydiyyatdadır. O evi bağışlanması ilə bağlı xx xxxxxx 2020-ci il tarixdə Quba Regional "ASAN Xidmət” mərkəzi notariat ofisinə müraciət etmiş, lakin fərdi yaşayış evində qeydiyyatda olan oğlu Rzayev Rövşən Teyfur oğlu qeydiyyatda olduğu evin bağışlanması ilə əlaqədar razılıq verməmişdir. Quba Regional ‘‘ASAN Xidmət" mərkəzi notariat ofisindən imtina məktubuna əsasən bağışlanma müqaviləsini təsdiq etməyin mümkün olmadığı qeyd edilmişdir. Bunları nəzərə alaraq, onun məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Oğlunun tam mülkiyyət hüququ ilə özümə məxsus evin bağışlanmasında razılıq verməməsi nəticəsində onun evinin bağışlaya bilmədiyi üçün bu onun mülkiyyət hüququnu pozur. Ona görə ki, tam mülkiyyət hüququ ilə fərdi yaşayış evi ona məxsus, əgər oğlunun həmin evdə istifadə hüququ olsa belə o əmlakı başqa şəxsə bağışlasa da, oğlunun orada istifadə hüquqlarının xitamına səbəb olmur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərarında Xüsusi Notariuslar inzibati orqanların təsnifatında inzibati orqan kimi nəzərdə tutulmamış və sonuncunun fəaliyyəti İnzibati İcraat haqqında qanunla tənzimlənmir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki mübahisə sonuncunun inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). Hazırda mübahisələndirilən Quba Regional “ASAN Xidmət” mərkəzi Notariat Ofisinin hərəkət və ya hərəkətsizliyi inzibati akt mahiyyətində deyil, ünvanlandlığı şəxslər üçün hər hansı nəticə yaratmır və sonuncunun qərarı məcburilik xüsusiyyətlərinə malik deyil.İddiaçının iddia ərizəsindən məlum olmuşdur ki, Quba Regional “ASAN Xidmət” mərkəzi Notariat Ofisinin imtinası bağışlama müqaviləsinin rəsmiləşdirilməməsi ilə əlaqədar olmuşdur. Bu isə həmin mübahisənin mülki hüquq münasibətlərindən əmələ gəlməsini istisna etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təstiq edilmiş inzibati orqanların təsnifatında yalnız dövlət notariat ofisləri inzibati orqan hesab edilir. Notariat palatasının rəsmi səhifəsindən götürülmüş çıxarışdan məlum olmuşdur ki, Quba regional “ASAN” Mərkəzinin notariat ofisinin notariusu xüsusi notariusdu. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından Xüsusi Notariuslara qarşı irəli sürülən iddalara inzibati deyil mülki mühakimə qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçının Quba Regional “ASAN Xidmət” mərkəzi Notariat Ofisinə qarşı iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 62 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1243/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1243/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver