Məhkəmə qərarları › İş №2-1(118)-125/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-125/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-125/2025 24.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına X3rşı “cavabdehin İddiaçı (VÖEN: **********) 5500 manat (beş min büş yüz manat) maliyə sanksiyası şəklində tətbiq edilməsi barədə 27 sentyabr 2022-ci il tarixli qərarının ləğv olunması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı vergi ödəyicisidir. Sumqayıt şəhəri 34cü məhəllə ünvanında parfum dükanında fəaliyyət göstərir. Dükan açarkən övladlarının adlarının baş hərfinə uyğun olaraq dükanın adı RR Parfum qoymuş və bununla əlaqədar Azərbaycan Dövlət Reklam Agentliyinin Sumqayıtda fəaliyyət göstərən idarəsi ilə müqavilə bağlayaraq reklam yerləşdirmişdir. Bir müddət sonra ADRA-nın Sumqayıtda fəaliyyət göstərən idarəsinin əməkdaşları bu adın başqa şəxsə məxsus olmasını bildirərək, tələb etdilər ki, həmin reklam lövhəsini söksün və adı dəyişdirsin. Onların tələbinə riayət edərək, reklamı sökmüş və adı dəyişdirmişdir. Təxminən 10 gün əvvəl icra məmurları onu şöbəyə dəvət edərək 5500 manat məbləğində cərimələndiyini bildirəndə bundan tamamilə məlumatsız olduğunu bildirmişdir. İcra məmuru izah etdi ki, həmin qərarı əldə edib şikayət vermək hüququ vardır. Ona görə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək qərarın surətini almışdır. Bu zaman bəlli olmuşdur ki, fiziki şəxs Bayramov Roman Hümbət oğlu (VÖEN: **********) ona məxsus ”RR PARFUM” əmtəə nişanından qanunsuz istifadə edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. Müraciətdə fiziki şəxs Bayramov Roman Hümbət oğlu Sumqayıt şəhərində açılmış və fəaliyyət göstərən mağazanın loqosu kimi ona məxsus "RR PARFUM" əmtəə nişanından qanunsuz istifadə edildiyini, həmçinin sosial şəbəkələrdə hesablar açıldığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, fəaliyyət ünvanı Sumqayıt şəhəri, məhəllə 34 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X5 Xidmətinin xx.xx.2022-ci il tarixli qərarı ilə qeydiyyat ünvanı Sumqayıt şəhəri, məhəllə 45, ev 13. mənzil 59 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) 5500 manat (beş min beş yüz manat) maliyyə sanksiyası şəklində cərimə tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. 24 iyun 2025-ci il tarixdə elektron kabinetdən daxil olmuş ərizəsində iddiaçının vəkili Vəkil məhkəmə iclasında iştirakının mümkün olmadığını, iddia tələbini müdafiə etdiyini bildirmiş, işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, iddia müddətinin ötürülməsi əsası ilə iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növü ilə bağlı qeyd edir ki, hazırkı iddia mahiyyəti etibarı ilə mübahisələndirmə haqqında iddiadır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Yuxarıda istinad edilən normaya görə, prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. Cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya göndərilmiş 006793 və 007859 nömrəli poçt qəbzlərinin əsli məhkəməyə təqdim edilmişdir. Bildiriş №006793 saylı poçt qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixli göndəriş RR parfum mağazası, Sumqayıt şəhəri, məhəllə 34 ünvanında Mirzəyeva Gülnar adlı şəxs tərəfindən qəbul edilmişdir. Bildiriş №007859 saylı poçt qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixli göndəriş RR parfum mağazası, Sumqayıt şəhəri, məhəllə 34 ünvanında Nağıyev Eltun adlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 11:31-də qəbul edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən iddiçının hüquqi ünvanına müvafiq olaraq qərarlar göndərilmiş, qeyd edilən göndərişlər hüquqi ünvanda qəbul edilmiş, lakin iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürməklə 31 yanvar 2023-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar