Məhkəmə qərarları › İş №2-1(118)-1275/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1275/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1275/2025 03.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1rşı iş üzrə (Açar sözlər: yaşayış binalarının tikintisi ilə əlaqədar hazırlanmış layihə sənədinə rəy verilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1rşı “Sumqayıt şəhərinin 16-cı məhəlləsində Heydər Əliyev prospekti ilə 20 Yanvar küçələrinin kəsişməsində yerləşən və çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə İddiaçı icarəsinə verilmiş torpaq sahəsində yaşayış binalarının tikintisi ilə əlaqədar hazırlanmış layihə sənədinə rəy (müsbət rəy) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Sumqayıt şəhərinin 16-cı məhəlləsində Heydər Əliyev prospekti ilə 20 Yanvar küçələrinin kəsişməsində yerləşən və çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə İddiaçı icarəsinə verilmiş torpaq sahəsində yaşayış binalarının tikintisi ilə əlaqədar hazırlanmış layihə sənədinə rəy (müsbət rəy) verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 12 sentyabr 2022-ci il tarixli,514 nömrəli sərəncamı ilə Sumqayıt şəhərinin 16-cı məhəlləsi ərazisində İddiaçınə mövcud,istismar müddəti başa çatan,qəzalı vəziyyətdə olan,yaşayış üçün təhlükəli 2/45 və 3/34 saylı binaların sökülərək 0,4493 ha sahədə yeni çoxmərtəbəli yaşayış binalarının tikintisininin və ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir.Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 30 dekabr 2022-ci il tarixli,916 nömrəli digər sərəncamı ilə Sumqayıt şəhərinin 16-cı məhəlləsində 2/45 və 3/34 saylı binalar yerləşən və ətraf hissəsindən Sumqayıt şəhərinin Baş Planına əsasən ictimai işgüzar zonanın təyinatına uyğun olaraq İddiaçınə icarə qaydasında 0,4493 ha torpaq sahəsi ayrılmışdır.Eyni zamanda həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti ilə İddiaçı arasında 13 iyun 2023-cü il tarixli,5467 saylı torpaq icarə müqaviləsi də bağlanılmışdır.Həmçinin,sözügedən ərazidə yaşayış binasının tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsinin 2507 kvadrat metr hissəsi bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahəsi olduğundan,həmin torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı adına icarə hüququ əsasında sənədləşdirilmiş və Sumqayıt Bələdiyyəsi ilə torpağın icarəyə verilməsinə dair 24 iyun 2024-cü il tarixli,59 saylı icarə müqaviləsi də bağlanılmşdır.Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 17 oktyabr 2023-cü il tarixli, 13 saylı “Obyektin tikintisinə İcazə” sənədi əsasında sözügedən ərazidə yerləşən ümumi sahəsi 6604,40 kvadrat metr torpaq sahəsində "xxxx" Mənzil Tikinti Kooperativinə 1 ədəd 2 girişli və zirzəmili 14 mərtəbəli yaşayış binasının tikintisnə icazə verilmişdir. Qeyd edilən yaşayış binasının tikitisinə icazə verilmiş torpaq sahəsində xeyli sayda ağaclar olduğu üçün və həmin ağacların yerinin dəyişdirilməsi zərurəti yarandığından,İddiaçı tərəfindən sözügedən ağacların götürülməsi üçün müvafiq qərarın qəbul edilməsi ilə bağlı aidiyyəti üzrə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur.Sumqayıt Şəhər İcra Hakimiyyəti tətərindən də məsələyə münasibət bildirilməsi və müvafiq rəyin verilməsi məqsədi ilə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ünvanlanmışdır.Belə ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla,istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının,digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir.Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Agentliyi tərəfindən qeyd edilən ağacların götürülməsi ilə əlaqədar rəyin verilməsindən imtina olunmuşdur.Cavabdeh sözügedən yaşıllıqların mühafizəsi üçün layihə çərçivəsində alternativ variantların qiymətləndirilməli olmasını əsas gətirərək layihə sənəddlərinə müvafiq dəyişikliklər edildikdən sonra bu məsələyə yenidən baxılacağını bildirmişdir. Halbuki,sözügedən layihə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxiterktura Komitəsinin Ərazi X5 ilə razılaşdırılmışdır və həmin razılaşma zamanı sözügedən layihə dövlər ekeoloji ekspertizasından da keçirilərək müvafiq rəy verilmişdir.Buna baxmayaraq cavabdeh tərəfindən razılaşdırılmış layihəyə düzəliş edilməsi bəhanə gətirərək ağacların götürülməsi ilə bağlı rəyin verilməsindən imtina etmişdir.Hesab edirlər ki, cavabdehin qeyd edilən rəyin verilməsindən imtianasının hər hansı əsası yoxdur.Belə ki,yuxarıda bildirdirildiyi kimi,sözügedən ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisi üçün müfaiq icazə də verilmişdir və bununla əlaqədar olaraq da müvafiq layihə hazırlanaraq onun razılaşdırılması da qanunvericiliyə uyğun şəkildə hətaya keçirilmişdir.Belə olan halda hesab edirlər ki,cavabdehin hər hansı qanuni əsasa söykənmədən Sumqayıt Şəhər İcra Hakimiyyətinin ağacların götürülməsi üçün rəyin verilməsi barədə müraciətindən imtinası üçün cavab məktubunda bildirilənlər bəhanədən başqa bir şey deyildir.Cavabdeh təşkilat inzibati orqan olaraq üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüquqdan sui-istifadə etmişdir.Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır.Hazırkı iddia tələbi üzrə cavabdeh inzibati orqanın tutduğu mövqe onun tərəfindən “İnzibati icraat” haqqında Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinə, yəni inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamasına dəlalət edir. Belə ki,“İnzibati icraat” haqqında Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı,həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş və açıq resurslarda dərc edilmiş Nizamnaməyə əsasən X8 Agentliyi “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, təsərrüfat fəaliyyətinin və digər fəaliyyətlərin X8sından keçirilməsi də daxil olmaqla, ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən edən, habelə bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik Bakı şəhərində yerləşir. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, öz Nizamnaməsini, Nazirliyin normativ hüquqi aktlarını və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin əmr və sərəncamlarını rəhbər tutur. Agentliyin fəaliyyətinin məqsədi X8sını həyata keçirmək, bu istiqamətdə tənzimləmə sistemini təkmilləşdirmək, institusional mexanizmləri formalaşdırmaq, müvafiq sahədə səmərəliliyi artırmaq və fəaliyyət göstərməkdir. İddiaçı Sumqayıt şəhəri, 16-cı məhəllə Heydər Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən ərazidə həyata keçirdiyi tikinti layihəsinə ekoloji baxımdan rəy verilməmişdir. Belə ki, layihə ilə bağlı əraziyə baxış keçirilmiş və ümumilikdə 28 ədəd müxtəlif cinsli, sağlam yaşıllıqların (ağacların) mövcudluğu aşkarlanmışdır. Bu səbəbdən yaşıllıqların mühafizəsi məqsədi ilə alternativ variantların öyrənilməsi şərti ilə layihəyə müvafiq dəyişiklik edilməsi barədə ER-22/375-9 nömrəli, 3 aprel 2024-cü il tarixli məktubla rəsmi cavab verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin birinci hissəsinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Həmin maddənin üçüncü hissəsinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Eyni maddənin dördüncü hissəsinə əsasən dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu, 78-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətlərin tənzimlənməsi, bu sahədə dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edən qanunvericiliyə əsasən həyata keçirilir. Hazırda qüvvədə olan “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1,-ci maddəsinin tələblərinə görə yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni- sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.3.cü maddəsinə əsasən yaşıllıqların mühafizəsi - ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlərdir. Həmin Qanunun 10.0.1,-ci maddəsinə əsasən yaşıllıqların mühafizəsi ilə bağlı “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun və digər normativ hüquqi aktların tələblərinə əməl etmək hər bir fiziki və hüquqi şəxslərin vəzifələri sırasındadır. "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu 13.-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası"nın 2.2,-ci bəndi yaşıllıqların götürülməsinin yol verildiyi halları dəqiq müəyyən edir. Bu hallar aşağıdakılardır: dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X8sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X8sının obyekti olan və X8sının müsbət rəyi olan layihə həyata keçirildikdə; şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparı İd ıqda; texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası" sadalanan altı haldan başqa yaşıllıqların götürülməsini qadağan edir və istisnaya yol vermir. Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında yaşıllıqlarının götürülməsi ilə əlaqədar qanuni yol verilən çərçivənin və cinayət tərkibi yaradan hallarının müyyən olunması ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” qərarının 2.-ci hissəsinə əsasən bir daha vurğulanmışdır ki, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər. Həmin Qərarın 7.-ci hissəinə əsasən Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Son dövrlərdə Bakı-Abşeron yarımadası yaşıllıq balansın saxlanılması məqsədi ilə mövcud yaşıllıqların qorunması və tikinti ərazisində yeni yaşıllıq sahələrinin salınması aktual məsələlərdəndir. Həmçinin Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Dövlət Başçısı tərəfindən 25 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalanmışdır. Hazırda Sumqayıt şəhəri, 16-cı məhəllə Heydər Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən ərazidə İddiaçı planlaşdırdığı layihə altına düşən, ümumilikdə 28 ədəd müxtəlif cinsli sağlam yaşıllıqların götürülməsinin qanunvericilik, həmçinin ekoloji baxımdan məqsədəuyğun olmamasını və ölkənin yaşıllıq balansının artırılması zərurətini nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 514 saylı Sərəncamı ilə Lider FF MTK-ya çoxmərtəbəli yaşayış binası tikintisi və ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 916 saylı Sərəncamı ilə Lider FF MTK-ya icarə qaydasında 0.4493 ha torpaq sahəsi ayrılmışdır. 13 iyun 2023-cü il tarixli 5467 saylı müqavilə ilə icarəyəverən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icarəçi Lider FF MTK-ya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən 4493 kv.m torpaq sahəsi çoxmənzilli yaşayış binasının tikintisi üçün icarəyə verilmişdir. 24 iyun 2023-cü il tarixli 59 saylı müqavilə ilə icarəyəverən Sumqayıt bələdiyyəsi tərəfindən Lider FF MTK-ya Sumqayıt şəhər 16-cı məhəllə ərazisində yerləşən 2507 kv.m torpaq sahəsi icarəyə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 13 saylı obyektin tikintisinə icazə sənədindən görünür ki, Lider-FF MTK-ya çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən razılaşdırılmış Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yaşayış binalarının tikinti layihəsinin baş plan bölməsinin surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən təsdiq edilmiş (sifariş 14777/3) Sumqayıt şəhəri, H.Əliyev prospekti, 20 Yanvar, Nizami Gəncəvi və S.Mehmandarov küçələrinin kəsişməsində yerləşən 16-cı məhəllənin müfəssəl planının surəti iş materiallarına əlavə edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müraciəti mahiyyəti üzrə cavablandırılmış və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Sumqayıt şəhərinin 16-cı məhəlləsində Heydər Əliyev prospekti ilə 20 Yanvar küçələrinin kəsişməsində yerləşən və çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə İddiaçı icarəsinə verilmiş torpaq sahəsində yaşayış binalarının tikintisi ilə əlaqədar hazırlanmış layihə sənədinə rəy (müsbət rəy) verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı Sumqayıt şəhəri, 16-cı məhəllə Heydər Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən ərazidə həyata keçirdiyi tikinti layihəsinə ekoloji baxımdan rəy verilməmişdir. Belə ki, layihə ilə bağlı əraziyə baxış keçirilmiş və ümumilikdə 28 ədəd müxtəlif cinsli, sağlam yaşıllıqların (ağacların) mövcudluğu aşkarlanmışdır. Bu səbəbdən yaşıllıqların mühafizəsi məqsədi ilə alternativ variantların öyrənilməsi şərti ilə layihəyə müvafiq dəyişiklik edilməsi barədə ER-22/375-9 nömrəli, 3 aprel 2024-cü il tarixli məktubla rəsmi cavab verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: Maddə 18. Ərazi planlaşdırılmasının növləri 18.0. Ərazi planlaşdırılmasının aşağıdakı növləri vardır: 18.0.1. ümumi ərazi planlaşdırılması; 18.0.2. ərazidən istifadənin planlaşdırılması; 18.0.3. müfəssəl ərazi planlaşdırılması. Maddə 19. Ərazi planlaşdırılmasının məqsədləri 19.1. Ümumi ərazi planlaşdırılmasının məqsədləri aşağıdakılardır: 19.1.1. Azərbaycan Respublikasının ərazisində və ərazi hissələrində tarazlaşdırılmış sosial, iqtisadi, ekoloji və mədəni şəraitin yaradılması və inkişafı; 19.1.2. insan üçün əlverişli, sağlam və təhlükəsiz yaşayış, iş və istirahət mühitinin yaradılması ilə bağlı ümumi tələblərin təmin olunması; 19.1.3. Azərbaycan Respublikasının ayrı-ayrı ərazilərinin səciyyəvi xüsusiyyətlərinin (tarixi, mədəni, ekoloji və s.) qorunub saxlanılması; 19.1.4. Azərbaycan Respublikasının ərazisində və yaşayış məntəqələrində müvafiq infrastrukturun yaradılması və inkişafı, infrastruktur obyektlərinin hamı üçün müyəssər (əlçatan) olmasının təmin edilməsi; 19.1.5. Azərbaycan Respublikasının ərazi hissələrində uzunmüddətli rəqabətə davamlı və məkan baxımından tarazlaşdırılmış iqtisadi infrastrukturun, yetərli iş və təhsil yerlərinin yaradılması; 19.1.6. tarixi və təbii landşaftın qorunması və inkişaf etdirilməsi. 19.2. Ərazidən istifadənin və müfəssəl ərazi planlaşdırılmasının məqsədləri aşağıdakılardır: 19.2.1. ərazilərdən (və ya ərazi hissələrindən) ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik tələbləri nəzərə alınmaqla istifadə olunması; 19.2.2. mədəni irs obyektlərinin qorunması, milli (yerli) memarlıq-tikinti ənənələrindən, landşaft və ya məkan görünüşündən səmərəli istifadə ilə bağlı tələblərin təmin olunması; 19.2.3. ətraf mühitin mühafizəsi ilə bağlı tələblərin (aspektlərin), xüsusən fauna və floraya, torpağa, suya, havaya, iqlimə, eləcə də əhaliyə və mədəni irs obyektlərinə təsirlərlə bağlı maraqların təmin olunması; 19.2.4. kənd və meşə təsərrüfatı, enerji və su təchizatı, kanalizasiya və tullantıların atılması, poçt və telekommunikasiya, habelə faydalı qazıntı yataqları ilə bağlı iqtisadi maraqların təmin olunması; 19.2.5. insanların və əmtəələrin daşınması (yaxın məsafələrə daşımaları həyata keçirən ictimai nəqliyyat da daxil olmaqla), o cümlədən insanların hərəkət çevikliyi ilə bağlı tələblərin təmin olunması; 19.2.6. təbiət hadisələrindən mühafizə ilə bağlı tələblərin təmin olunması; 19.2.7. müdafiə və mülki müdafiə ilə bağlı tələblərin təmin olunması. Maddə 20. Ərazi planlaşdırılması sənədləri 20.1. Ərazi planlaşdırılması sənədləri aşağıdakılardır: 20.1.1. Azərbaycan Respublikası ərazisinin və ya ərazi hissələrinin (regionların, rayon ərazi vahidlərinin) ümumi ərazi planlaşdırılması çərçivəsində hazırlanan ümumi planları (bundan sonra - ümumi planlar); 20.1.2. şəhərlərin və digər yaşayış məntəqələrinin ərazidən istifadənin planlaşdırılması çərçivəsində hazırlanan Baş planları; 20.1.3. yaşayış məntəqələrinin ərazilərinin və ya ərazi hissələrinin müfəssəl ərazi planlaşdırılması çərçivəsində hazırlanan müfəssəl planları. 20.2. Baş planlar ümumi, müfəssəl planlar isə baş planlar əsasında hazırlanır. Qonşu inzibati ərazi vahidlərinin ərazi planlaşdırılması sənədləri bir-birilə razılaşdırılmaqla hazırlanmalıdır. Razılaşdırma qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 20.3. Ərazi planlaşdırılması sənədləri məcburi hüquqi qüvvəyə malikdir. Ərazi planlaşdırılması sənədlərinin strateji və ya dəqiq layihələndirilməsindən asılı olaraq “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həmin sənədlərə dair strateji ekoloji qiymətləndirilmə (SEQ) və ya ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənədin X8sı aparılır. 20.4. Ərazi planlaşdırılması sənədləri ictimaiyyət üçün açıqdır. Müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya bələdiyyə hüquqi və ya fiziki şəxslərə ərazi planlaşdırılması sənədləri ilə tanış olmaq imkanı yaratmağa və sorğu əsasında həmin sənədlərin surətini verməyə borcludur. Maddə 21. Ümumi planlar 21.1. Ümumi planlar Azərbaycan Respublikasının ərazisi və (və ya) ərazi hissələri (regionlar və rayon ərazi vahidləri) səviyyəsində hazırlanır. Ümumi planlarda aşağıdakılar nəzərdə tutula bilər: 21.1.1. məskunlaşma sistemi (şəhərlər və bu şəhərləri birləşdirən nəqliyyat yolları, yolboyu, çayboyu ərazilər - inkişaf oxları, habelə məskunlaşma sisteminin perspektiv inkişafı, digər yaşayış məntəqələri şəbəkəsi və s.); 21.1.2. məskunlaşma sistemi ilə əhatə olunmayan ərazilər (meşələr, kənd təsərrüfatı təyinatlı torpaqlar, faydalı qazıntı yerləri, xüsusi mühafizə olunan təbiət əraziləri və s.); 21.1.3. ərazilərin abadlaşdırılması və funksional təyinatının dəyişdirilməsi; 21.1.4. sel və daşqın kimi təbiət hadisələrindən qorunmanı təmin etmək üçün nəzərdə tutulmuş ərazilər (məsələn, çay sahillərində və s.); 21.1.5. infrastruktur (nəqliyyat, mühəndis-kommunikasiya, təchizat, tullantıların daşınması və təkrar emalı və s.) növləri üçün yerlər və zolaqlar (dəhlizlər); 21.1.6. hər hansı ərazidən (məkandan) ötrü əhəmiyyət kəsb edən müəyyən funksiyaların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ərazilər (hava, dəniz limanları və s.). 21.2. Ümumi planlar müddətsiz hüquqi qüvvəyə malikdir və onlara müvafiq dəyişikliklər edilə bilər. Maddə 22. Baş plan 22.1. Baş plan şəhərlər və ya digər yaşayış məntəqələri səviyyəsində hazırlanır. Baş planda şəhər və ya digər yaşayış məntəqələrinin ərazisi üçün nəzərdə tutulan torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadənin növü proqnozlaşdırıla bilən ehtiyaclara əsasən ümumi şəkildə təsvir edilməlidir. 22.2. Baş planda aşağıdakılar nəzərdə tutula bilər: 22.2.1. tikinti məqsədləri üçün ərazidən istifadənin növündən və miqyasından asılı olaraq tikinti üçün nəzərdə tutulmuş ərazilər; 22.2.2. əhalinin əmtəə və xidmətlərlə təminatının, xüsusən onun sosial və mədəniməişət ehtiyaclarının təmin edilməsi məqsədi ilə müvafiq obyekt və müəssisələr, eləcə də idman və oyun meydançaları üçün ərazilər; 22.2.3. parklar və başqa yaşıllıq əraziləri, çimərlik yerləri, qəbiristanlıqlar; 22.2.4. yol-nəqliyyat infrastrukturu üçün ərazilər; 22.2.5. mühəndis-kommunikasiya təminatı, habelə tullantılar üçün ərazilər (mərkəzi kanalizasiya sistemi olmayan tikinti əraziləri nişanlanmalıdır); 22.2.6. istifadəsi məhdudlaşdırılan və ya ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyə uyğun olaraq xüsusi qaydaların tətbiq olunduğu ərazilər, təmizlənməli və abadlaşdırılmalı ərazilər; 22.2.7. su əraziləri, limanlar və su təsərrüfatı üçün nəzərdə tutulmuş ərazilər, eləcə də daşqından qorunmaq və suyun axınını tənzimləmək üçün boş saxlanılmalı olan ərazilər; 22.2.8. mühəndis hazırlığının, o cümlədən relyefin layihə təşkilinin aparılmalı olduğu ərazilər (doldurulmalı, qazılmalı ərazilər) və ya daş, torpaq yaxud başqa qazıntıların çıxarılması üçün ərazilər; 22.2.9. kənd təsərrüfatı təyinatlı ərazilər; 22.2.10. meşələr; 22.2.11. təbii mühitin və landşaftın qorunması, onlara qayğı göstərilməsi və onların inkişafı məqsədilə tədbirlərin görülməsi üçün ərazilər. 22.3. Baş planda aşağıdakılar xüsusi qeyd olunmalıdır: 22.3.1. tikinti zamanı xüsusi tikinti tədbirlərinin və ya təbiət hadisələrinə qarşı xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi üçün zəruri olan ərazilər; 22.3.2. mədən sənayesi altında olan və ya mineralların emalı üçün nəzərdə tutulmuş ərazilər; 22.3.3. tikinti məqsədləri üçün istifadə olunması nəzərdə tutulmuş və ətraf mühit üçün təhlükə yaradan çoxlu miqdarda materiallarla yüklənmiş ərazilər; 22.3.4. strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi və həmin sənədin X8sının rəyi. 22.4. Baş plana izahat əlavə edilməlidir. İzahatda baş planın məqsədləri və mühüm təsirləri təsvir olunmalıdır. 22.5. Tikinti məqsədləri üçün torpaqdan istifadənin növü təsbit edilmiş ərazi zonaları əsasında müəyyən edilir. Ərazilərin zonalaşdırılması aşağıdakı tələblər nəzərə alınmaqla həyata keçirilir: 22.5.1. müvafiq ərazinin planlaşdırılması üzrə əvvəllər qəbul olunmuş qərarların nəzərə alınması; 22.5.2. şəhərsalma fəaliyyətinin məhdud şəkildə yol verildiyi zonaların müəyyən edilməsi; 22.5.3. ərazidə mövcud olan tikintilərin, mühəndis-kommunikasiya təminatı və nəqliyyat infrastrukturunun, həmçinin ərazinin planlaşdırma strukturunun əsas elementlərinin göstərilməsi; 22.5.4. yerli şəraitin nəzərə alınması; 22.5.5. torpaqdan istifadə növü təyin edilməklə hər zona üçün məhdudiyyətlərin və şərtlərin nəzərdə tutulması; 22.5.6. zonaların sərhədlərinin təbii komplekslərin ərazi sərhədləri ilə, torpaqdan məhdud istifadənin yol verildiyi (xüsusi şərtlərlə istifadə olunan) zonaların sanitar, sanitarmühafizə, mühafizə zolaqları ilə və qırmızı xətlərlə uzlaşdırılması. 22.6. Tikintinin miqyası, binaların yol verilən hündürlük həddi və mərtəbələrin sayı ərazinin tikinti və tikinti sıxlığı əmsalları vasitəsilə müəyyən edilir. 22.7. Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 22.8. Baş planların qüvvədə olma müddəti 20 ildir. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən razılaşdırılmış Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yaşayış binalarının tikinti layihəsinin baş plan bölməsinin tərtib edilmişdir ki, baş planın hazırlanması zamanı X8sı aparılmışdır. Həmçinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən təsdiq edilmiş (sifariş 14777/3) Sumqayıt şəhəri, H.Əliyev prospekti, 20 Yanvar, Nizami Gəncəvi və S.Mehmandarov küçələrinin kəsişməsində yerləşən 16-cı məhəllənin müfəssəl planı iddiaçı tərəfindən təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı” təsdiq edilmişdir: 1.1. Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı (bundan sonra - Qaydalar) “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kəndlərin) ərazilərinin və ya onların ərazi hissələrinin, o cümlədən yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşən ərazilərinin (yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan) müfəssəl planlarının hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydalarını, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısını müəyyən edir. 1.2. Bu Qaydaların tələbləri şəhərsalma və tikinti fəaliyyəti ilə məşğul olan bütün subyektlər üçün mütləqdir. 1.3. Müfəssəl plan yaşayış məntəqəsinin qüvvədə olan Baş planı əsasında hazırlanır. Baş plan olmadığı halda və ya Baş planın hesabat müddəti bitdikdə, kəndlərin, qəsəbələrin və perspektivdə hesabi əhalisi 50 minədək olan şəhərlərin bütün ərazisi üçün müfəssəl planın hazırlanmasına yol verilir. 1.4. Müfəssəl plan planlaşdırılan struktur elementlərinin yerləşdirilməsini, onların inkişaf parametrlərini müəyyən edən ərazi planlaşdırılması sənədidir. 1.5. Müfəssəl plan yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mənzil X6 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyin (bundan sonra – müvafiq orqanın (qurumun) və bələdiyyələrin sifarişi ilə hazırlanır. Ərazi üçün yalnız bir müfəssəl plan olmalıdır 1.6. Müfəssəl plan torpaq sahələrinin məqsədli istifadəsi, həmçinin torpaq servitutlarının tətbiq edilməsi barədə qərarların qəbul edilməsi üçün əsasdır. 1.7. Müfəssəl plan sifarişçi və lisenziyası olan layihəçi arasında bağlanılmış müqavilə əsasında hazırlanır. Müfəssəl planın sərhədləri müqavilənin ayrılmaz hissəsi olan layihə tapşırığı ilə müəyyən edilir. Layihə tapşırığına olan tələblər bu Qaydalara Əlavə 1-də, layihə tapşırığının tövsiyə edilən forması isə Əlavə 2-də verilmişdir. 1.8. Müfəssəl planın layihəçisi müqavilə şərtlərinə riayət edilməsinə, layihə həllərinin keyfiyyətinə, əsaslandırılmasına və razılaşdırılmasına, həmçinin Azərbaycan Respublikasının ərazisində qüvvədə olan normativ hüquqi aktların tələblərinə riayət edilməsinə görə cavabdehdir. Layihəçi ayrı-ayrı bölmələrin (iş növlərinin) icra edilməsinə digər şəxsləri (subpodratçıları) cəlb edə bilər. 3.1. Müfəssəl planda aşağıdakılar nəzərdə tutulur: (...) 3.2.3-1. strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi və həmin sənədin X8sının rəyi.

6. Müfəssəl planlar aşağıda qeyd olunan orqanlar ilə razılaşdırılmalıdır: 6.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi; (...) Qeyd edilən hüquq normalarından göründüyü kimi, ərazinin planlaşdırılması aparılarkən ərazinin müvafiq ekoloji qiymətləndirilməsi aparılaraq (SEQ) sənədi və həmin sənədin ekoloji ekspertizasının rəyinin baş planda xüsusi qeyd olunması qaydası müəyyən edilmişdir. Həmçinin “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nda müfəssəl planın razılaşdırıldığı orqanların siyahısında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi də qeyd edilmişdir. Bu səbəbdən yaşıllıqların mühafizəsi məqsədi ilə alternativ variantların öyrənilməsi şərti ilə layihəyə müvafiq dəyişiklik edilməsi barədə cavabdeh inzibati orqanın imtinası əsaslı deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tələbində haqlı olmuş, cavabdehin imtinası formal xarakter daşımaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhərinin 16-cı məhəlləsində Heydər Əliyev prospekti ilə 20 Yanvar küçələrinin kəsişməsində yerləşən və çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə İddiaçı icarəsinə verilmiş torpaq sahəsində yaşayış binalarının tikintisi ilə əlaqədar hazırlanmış layihə sənədinə rəy verilməsi öhdəliyi cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar