Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1289/2023 07.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə 2022-ci ilin fevral ayından (müraciət olunan tarixdən) ünvanlı dövlət sosial yardımın təyin olunması öhdəliyinin qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçıya və onun ailə üzvlərinə ünvalı dövlət sosial yardımın ayrılmasına qarşı cavabdehin qəbul etdiyi imtina barədə bütün qərarların ləğv edilməsi, cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın təyin olunması, hesablanması, verilməsi öhdəliyinin qoyulması və ünvanlı sosial yardımın verilməsinin 2022-ci il (müraciət olunan tarixdən) məhkəmə qərarının qanuni qüvvəyə minəcəyi tarix olmaqla hesablanması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə 2022-ci ilin fevral ayından (müraciət olunan tarixdən) ünvanlı dövlət sosial yardımın təyin olunması öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhərində yaşayıra, üç övladı var və Cəbrayıl rayon 6 saylı məktəbin müəlliməsidir. Həyat yoldaşı olmadığı üçün uşaqlarını təkbaşına böyüdür. Heç yerdən əlavə gəliri yoxdur. Lakin bazar və mağazalarda qiymətlərin artımı aldığı maaşla uyğun gəlmədiyindən, məcbur olub ünvanlı Dövlət Sosial Yardımı almaq üçün aidiyyəti üzrə VEMTAS vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Həmin Nazirlik ilk dəfələrdə, sistemin avtomatik qeydiyyat və axtarış aparmasına baxmayaraq, ona, daxil etdiyi məlumatlarda yalnışlıq olduğu haqqında imtina bidirişi yollayıb. Bir neçə dəfə təkrar olunan bu imtinalardan sonra, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əməkdaşları bir neçə dəfə yaşadığı evə baxış keçirmiş, baxış keçirəndən sonra yenə də əvvəlki kimi müxtəlif bəhanələrlə imtina bildirişləri yollamışlar. Son üç-dörd ildə bir-neçə dəfə olmaqla dövlət tərəfindən ona və ailəsinə ÜSY ayrılmış və vaxtlı vaxtında almışdır. Lakin 2022-ci ilin fevral ayından bəri dəfələrlə müraciət etməyisinə və ailəsində adambaşına düşən gəlirlərin minimum ehtiyac meyarından aşağı olmasına baxmayaraq, ona və ailəsinə verilməli olan ÜSY cavabdeh tərəfindən qanunsuz olaraq verilmir. Baxmayaraq ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində deyildiyi kimi hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona və ailəsinə qarşı əngəllər yaratmaqla onun qanunla müəyyən olunmuş hüquq və azadlıqlarını kobud şəkildə pozur. O, beş aydır çalışır, bütün sənədlərim qaydasında olduğu halda, Əmək və Əhalinin Sosial Müdadiəsi Nazirliyinin nümayəndələri evinə baxış keçirəndən sonra, ona heç bir qanunda müəyyən olunmayan absurd imtina bildirişləri yollayır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə **********03601 nömrəli, xx.xx.2022-ci il tarixdə **********03602 nömrəli, xx.xx.2022-ci il tarixdə **********03603 nömrəli. xx.xx.2022-ci il tarixdə **********03604 nömrəli, xx.xx.2022-ci il tarixdə **********89101 nömrəli ərizələrlə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı inzibati orqana VEMTAS üzərindən müraciət etmiş, lakin vətəndaşa ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina olunmuşdur. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanunu aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. İstinad olunan Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi (VEMTAS) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi QaydalarFna əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq “Elektron hökumət' portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. Eyni zamanda həmin Qaydalarda qeyd olunur ki, sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır Həmçinin gəlirin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Belə ki, ailə üzvünün aldığı cari transfertlərə bütün növ pensiyalar, sosial müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla), təqaüdlər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qrantlar, kompensasiya xarakterli ödənişlər, aliment, sığorta ödənişi, həmçinin natural formada alınan sosial transfertlər aiddir. Qaydaların 7.1ci bəndində qeyd olunur ki, Qaydaların 1.3-cü bəndində göstərilən qurumların “Elektron hökumət" portalına qoşulacaq informasiya sistemlərində və ehtiyatlarında sosial yardım üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resursları yerləşdirilənədək və bu informasiya sistemlərinə və ehtiyatlarına Nazirliyin çıxışı təmin edilənədək həmin arayış və məlumatlar Təmsilçi tərəfindən kağız formasında alınır və VEMTAS-a daxil edilir. “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddiməişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monıtorinqlərin aparılmasına dair” Təlimatda qeyd olunur ki, müvafiq tapşırıq daxil olduğu halda Müayinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" (bundan sonra - Qaydalar) ilə müəyyən edilmiş müraciətlərin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” altsistemi (bundan sonra - VEMTAS) tərəfindən araşdırılma müddəti ərzində həyata keçirilir Bölmənin və ya Mərkəzin müvafiq vəzifəli şəxsinə VEMTAS tərəfindən Müayinənin həyata keçirilməsi ilə bağlı tapşırıq verildikdə, həmin tapşırıq daxil olduğu iş günü ərzində əməkdaşlara yönləndirilir. Əməkdaşlar birbaşa rəhbərləri ilə müayinənin vaxtını razılaşdırır və “Ərizə- bəyannamə’də qeyd olunan faktiki yaşayış ünvanına səfər edir. Əməkdaş mənzilə dəvət edildikdən sonra mənzildə olan şəxslərlə tanış olur və onların ailə ilə qohumluğunu və ya bağlılığını müəyyən edir. Əməkdaş Müayinə və Monitorinq keçiriləcək mənzilə daxil olmazdan əvvəl audio-video- foto çəkiliş aparmağa imkan verən texniki vasitəni işlək vəziyyətə gətirir. Video-foto çəkiliş zamanı yaşayış ünvanının yerləşmə yeri ətraflı göstərilməli, ünvana daxil olduqda evin (mənzilin) bütün otaqları, həyətyanı sahələr (əgər varsa) fasiləsiz şəkildə çəkilməlidir. Müayinə və Monitorinqin müddəti orta hesabla 20 dəqiqədən artıq olmamalıdır. İş üzrə İddiaçı xx.xx.2022-ci il tarixli **********03601 nömrəli və xx.xx.2022-ci il tarixli **********03602 nömrəli müraciətlərinə ünvanlı dövlət sosial yardımın təyin olunmasının imtina səbəbi kimi iddiaçının əmək müqaviləsi və ya müqavilələri üzrə əməkhaqqı məbləğlərinin və ailə üzvlərinə (övladlarına) verilmiş kompensasiyanın məbləğinin düzgün bəyan edilməməsi qeyd edilmişdir. Eyni zamanda iddiaçının xx.xx.2022-ci il tarixli **********03602 nömrəli və xx.xx.2022-ci il tarixli **********03603 nömrəli müraciətlərinin imtina səbəblərindən biri kimi ailə üzvlərinin “məcburi köçkün statusuna malik olan şəxsdir" seçimi üzrə “xeyr" qeyd edilməsi və “vahid aylıq müavinət alan məcburi köçkündür” seçiminə “bəli” qeyd olunması olmuşdur, (müraciətlər iş materiallarına əlavə olunmuşdur). Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi- məişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair Təlimatda qeyd olunur ki, bu fakt maddi-məişət şəraitinin yoxlanılması zamanı tərtib olunmuş akt və çəkilmiş videoqörüntü əsasında təsdiq edilmişdir. Belə ki, iddiaçının xx.xx.2022-ci il tarixli **********03603 nömrəli müraciəti əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən maddi-məişətin yoxlanılması üçün əməkdaşlar qeyd edilən ev ünvanına getdikdə ailə üzvlərinin evdə olmadığı müəyyənləşdirilmiş və bu səbəbdən müayinə aparmaq mümkün olmamışdır, (akt iş materiallarına əlavə olunmuşdur). “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddiməişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair” Təlimatın 3.12.15-ci bəndinə əsasən, ailə üzvünün rəsmi nikahda olması barədə şifahi qaydada soruşulur. Əgər nikaha rəsmi qaydada xitam verilməsi bildirilərsə, aliment iddiasının olub-olmaması məhkəmə qətnaməsinə əsasən müəyyən edilir. Aliment iddiası olmadıqda imtina verilmir. Eyni zamanda Təlimatın 3.12.16-cı bəndinə əsasən, aliment iddiası olub, lakin aliment ala bilmədiyi barədə yerli icra orqanından arayış təqdim edən ailədə aliment gəlirləri arayışa əsasən nəzərə alınır. İddiaçı xx.xx.2022-ci il tarixli **********03604 nömrəli və xx.xx.2022-ci il tarixli **********89101 nömrəli müraciətlərinə ünvanlı dövlət sosial yardımın təyin olunmasının imtina səbəbi kimi ailə gəlirlərinin düzgün göstərilmədiyi qeyd olunmuşdur. Belə ki, iddiaçıya 2(060)-3054/2018 nömrəli qətnamə ilə 300 manat məbləğində aliment müəyyən olunmuşdur. İddiaçı cavabdehin (ərinin) alimenti ödəmədiyini bildirsə də bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZ-İ № 302761 saylı, 13 oktyabr 2018-ci il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 ilə İddiaçı arasındakı nikah ləğv edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cəbrayıl rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 21/2023-60-2 saylı, 19 aprel 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı sabiq həyat yoldaşı X3 3 uşağın saxlanması üçün aliment almamışdır. - xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, iddiaçı tərəfindən ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı cavabdeh quruma qeyd olunan tarixlərdə müraciət edilmişdir və həmin müraciətlər aşağıdakı kimi cavablandırılmışdır: xx.xx.2022-ci il tarixli müraciət – Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü Əliyeva Azadə Əziz qızına “məcburi köçkün statusuna malik olan şəxsdir” seçimi ilə bağlı uyğunsuzluğun aşkar edilməsi, ərizə-bəyənnamədə “məcburi köçkün statusuna malik olan şəxsdir” seçimi üzrə “bəli” qeyd edilməsi və bu seçimin öz təsdiqini tapmaması; xx.xx.2022-ci il tarixli müraciət – ərizə-bəyannamədə yanlışlığın qeydə alınması; xx.xx.2022-ci il tarixli müraciət - ərizə-bəyannamədə yanlışlığın qeydə alınması; xx.xx.2022-ci il tarixli müraciət - Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü Əliyeva Azadə Əziz qızına “məcburi köçkün statusuna malik olan şəxsdir” seçimi ilə bağlı uyğunsuzluğun aşkar edilməsi, ərizə-bəyənnamədə “məcburi köçkün statusuna malik olan şəxsdir” seçimi üzrə “bəli” qeyd edilməsi və bu seçimin öz təsdiqini tapmaması; xx.xx.2022-ci il tarixli müraciət – ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi; xx.xx.2022-ci il tarixli müraciət – ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən məcburetmə haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur İddiaçı tərəfindən ailəsinə ünvanlı sosial yardımın ödənilməsi ilə bağlı cavadeh orqana 06.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müraciətlər edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixli müraciət – Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü Əliyeva Azadə Əziz qızına “məcburi köçkün statusuna malik olan şəxsdir” seçimi ilə bağlı uyğunsuzluğun aşkar edilməsi, ərizəbəyənnamədə “məcburi köçkün statusuna malik olan şəxsdir” seçimi üzrə “bəli” qeyd edilməsi və bu seçimin öz təsdiqini tapmaması; xx.xx.2022-ci il tarixli müraciət – ərizəbəyannamədə yanlışlığın qeydə alınması; xx.xx.2022-ci il tarixli müraciət - ərizəbəyannamədə yanlışlığın qeydə alınması; xx.xx.2022-ci il tarixli müraciət - Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü Əliyeva Azadə Əziz qızına “məcburi köçkün statusuna malik olan şəxsdir” seçimi ilə bağlı uyğunsuzluğun aşkar edilməsi, ərizə-bəyənnamədə “məcburi köçkün statusuna malik olan şəxsdir” seçimi üzrə “bəli” qeyd edilməsi və bu seçimin öz təsdiqini tapmaması; xx.xx.2022-ci il tarixli müraciət – ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi; xx.xx.2022-ci il tarixli müraciət – ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən onun müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunundun 1.0.2-ci maddəsinə əsasən ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər. Qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 6.1-ci maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Qanunun 6.2-ci və 6.3-cü maddələrinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 81.-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Qanunun 10.2-ci maddəsinə əsasən bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3- cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Fərmanın 2.4-cü bəndinə əsasən Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsində nəzərə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 saylı, 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2.1-ci bəninə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Qaydaların 2.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Qaydaların 3.7-ci bəndinə əsasən aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Qaydaların 3.8-ci bəndinə əsasən VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. Məhkəmə qeyd edir ki, iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsinin səbəbi olaraq ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi ilə bağlı bildirilməlidir ki, cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müraciətindən imtinasının əsası kimi göstərdiyi – Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü Əliyeva Azadə Əziz qızına “məcburi köçkün statusuna malik olan şəxsdir” seçimi ilə bağlı uyğunsuzluğun aşkar edilməsi, ərizə-bəyənnamədə “məcburi köçkün statusuna malik olan şəxsdir” seçimi üzrə “bəli” qeyd edilməsi və bu seçimin öz təsdiqini tapmamasına, xx.xx.2022-ci il tarixli müraciət – ərizə-bəyannamədə yanlışlığın qeydə alınmasına, xx.xx.2022-ci il tarixli müraciət - ərizə-bəyannamədə yanlışlığın qeydə alınmasına münasibətdə cavabdeh tərəfindən ətraflı məlumat verilməmişdir və qeyd edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən bəyannamələrdə yanlışlığa yolverilmişdir. Cavabdeh tərəfindən qeyd edilən halların mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir. Cavabdeh orqan iddiaçının müraciətinin digər bir əsası kimi isə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi, iddiaçıya 2(060)-3054/2018 nömrəli qətnamə ilə 300 manat məbləğində aliment ödənildiyini qeyd etmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cəbrayıl rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 21/2023-60-2 saylı, 19 aprel 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı sabiq həyat yoldaşı X3 3 uşağın saxlanması üçün aliment almamışdır. Qeyd edilən hal bir daha cavabdeh tərəfindən ətraflı araşdırılmanın aparılmadan müraciətin təmin edilməsindən imtina edildiyini sübut edir. Cavabdeh qeyd edilən dəlilə münasibətdə də sübutedici sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddiaçının ərizə-bəyannamədə öz gəlirləri barədə məlumatın düzgün göstərilməməsi ilə bağlı məlumatın olmaması barədə imtinası əsassızdır. Odur ki məhkəmə belə hesab edir ki, qanunvericilikdə (müvafiq Qaydalarda) “ünvanlı sosial yardımın alınması”ndan imtina əsasları kimi müəyyən edilmiş, o cümlədən “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və 0verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.6-cı bəndində göstərilən halların iddiaçıya münasibətdə mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir. İmtina məktubunda məsələyə formal yanaşılaraq, iddiaçının ailə gəlirləri barədə düzgün məlumat verilmədiyi barədə dəlillərə əsaslanaraq mövqe bildirilmişdir. Belə olan halda, məhkəmə imtinanı qanuni saymayaraq, bu imtinanın həm də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məcəllənin 73.3.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 2022-ci ilin fevral ayından hesablanmaqla ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı 2022-ci ilin fevral ayından hesablanmaqla ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva