Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1416/2021 09.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “üçüncü şəxs X1 Sumqayıt şəhəri 2-ci mikrorayon, 13 saylı yataqxana, 28 nömrəli evin, 108 saylı otağa qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 13.03.2021-ci il tarixli, 59 saylı Sərəncamına əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon, 12 saylı Yataqxana, ev 28, otaq 108-ə dair iddiaçının adına Kirayə müqaviləsi bağlanmışdır. 13.04.2021-ci ildə o, Azərbəycan Respublikasının vətəndaşı X4 ilə rəsmi nikaha daxıl olmuş, hazırda həmin şəxs onunla yuxarıda qeyd etdiyi ünvanda yaşayır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən "Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kiryə müqaviləsi və s.) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi qeydiyyata alınması üçün əsasdır. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin imtina cavabı alımışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, hazırkı iddia tələbinə heç bir etirazının olmamasını və qərar qəbul olunacağı təqdirdə tərəfindən icra olunacağını bildirmişdir. Məhkəmənin təşəbbüsü ilə cəlb edilmiş üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 məhkəmənin ötən iclasında ifadə verərək, bildirmişdir ki, təmsil etdiyi qurumun iddia tələbinə etirazı yoxdur. Məhkəmənin sonuncu iclası barədə məlumat verilməsin baxmayaraq, Sumqayıt Şəhər İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş 07.06.2021-ci il tarixli 123-21377A-3221 nömrəli imtina məktubu, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 13.03.2021-ci il tarixli, 59 saylı Sərəncamının notarial qaydada təsdiq edilmiş surəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəyi, 13.04.2021-ci il tarixli, 678 nömrəli Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri 2-ci mikrorayon, 13 saylı yataqxana, 28 nömrəli evin, 108 saylı otağın kirayəçisidir. Hazırkı iddia tələbi üzrə 3cü şəxs – X3 qeyd olunan mənzilə pasport qeydiyyatına almaq niyyətindədir. Belə ki, iddiaçı 13.04.2021-ci il tarixli, 678 nömrəli Nikah haqqında şəhadətnaməyə əsasən X5 ilə rəsmi nikaha girmişdir. Hesab edir ki, həyat yoldaşını kirayəçisi olduğu mənzilə qeydiyyata alması qanunidir, lakin cavabdeh inzibati orqan iddiaçının tələbini əsassız hesab edərək onun müraciətini təmin etməmişdir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəyindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən ev 28, yataqxana 13, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16 sentyabr 2010-cu il tarixli 153 saylı sərəncamı ilə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilmişdir. Yataqxana xüsusi təyinatlı yataqxanadır və vətəndaşın müəsisədə işlədiyi müddət ərzində yaşaması nəzərdə tututlur. Sözü gedən 108 saylı otaq 2018-ci ildə İddiaçı verilmişdir. O, həmin otaqda tək yaşayır. Nəzərə alınmalıdır ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən ev 28, yataqxana 13, otaq 108 Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır və kirayə müqaviləsi ilə iddiaçıya verilmişdir. İddiaçının həmin yaşayış sahəsinə həyat yoldaşını qeydiyyata alması məsələsini məhkəmənin mülahizəsinə buraxır və mövcud mübahisəyə etiraz etmədiklərini bildirir. Bu səbəbdən də məhkəmənin qənaətinə görə 3-cü şəxs-iddiaçının həyat yoldaşı X1 yaşayış sahəsinə pasport qeydiyyatına alınması qanunamüvafiqdir. Beləliklə, məhkəmə hesab edir ki, üçüncü şəxs X5 iddiaçının istifadəsində olan Sumqayıt şəhəri 2-ci mikrorayon, 13 saylı yataqxana, 28 nömrəli evin, 108 saylı otağına qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalı və iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Üçüncü şəxs X1 İddiaçıın istifadəsində olan Sumqayıt şəhəri 2-ci mikrorayon, 13 saylı yataqxana, 28 nömrəli evin, 108 saylı otağına qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1416/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1416/2021
09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver