Məhkəmə qərarları › İş №2-1(118)-1450/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1450/2022

19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1450/2022 19.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 (İddiaçındə böyük məsləhətçi işləyən), Cavabdehin nümayəndəsi X5 (Xızı bələdiyyəsinin sədri), Üçüncü şəxs X2 (ünvan 1 ünvanında yaşayan) İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı cavabdeh Xızı rayon Xızı bələdiyyəsinə qarşı cavabdehin X3 0,06 ha həyətyanı torpaq sahəsinin satılması barədə xx.xx.2022-ci il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə ünvan 3 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı cavabdeh Xızı rayon Xızı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin X3 0,06 ha həyətyanı torpaq sahəsinin satılması barədə xx.xx.2003-cü il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dədiqləşdirilməsi barədə ərizə verərək X3 0,06 ha həyətyanı torpaq sahəsinin satılması barədə xx.xx.2022-ci il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qanunvericiliyin müddəalarına uyğun olaraq Xızı rayonu Xızı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı iclas protokolunda göstərilən bələdiyyə qərarına (aktına) inzibati nəzarət icraatı qaydasında baxılmışdır. Müəyyən edilmişdir ki, iclas protokolunun gündəliyində olan məsələ üzrə Xızı şəhər sakini X3 0,06 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsi üçün satılması barədə qərar qəbul edilmişdir.Lakin bələdiyyə tərəfindən bilavasitə satılması nəzərdə tutulan torpaq sahəsinin qiymətinin hansı vaxtda keçirilmiş son müsabiqə qiymətinə uyğun müəyyən edilməsi və bu zaman bazar qiymətinin nəzərə alınıb-alınmaması qərarda qeyd olunmamışdır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-ci maddəsinə uyğun olaraq Xızı rayon Xızı bələdiyyəsinin xx.xx.2022-ci il arixli, 02 nömrəli iclasının gündəlikdə duran vətəndaş X3 0,06 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsi üçün satılması barədə qərarının (aktının) müzakirəyə çıxarılaraq ləğv edilməsi barədə 21,02.2022-ci il tarixli, 05/351 saylı məktubla müraciət edilmişdir. Buna baxmayaraq Xızı rayon Xızı bələdiyyəsi xx.xx.2022-ci il tarixli, 03 saylı iclas protoklunun qərarı (aktında) ilə ləğv təlkilifni təmin etməmişdir. Əsas kimi torpaq sahəsinin bələdiyyənin xx.xx.2021 -ci il tarixli, 03 saylı qərarı ilə son torpaq hərracında 0,01 ha torpaq sahəsinin 404 manat qiymətlənriliməsini və həmin hərrac qiymətinin 23,76% artırılaraq 500 manat müəyyən etdiklərini göstərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçınını nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddinən təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmədn xahiş etdi. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək izah etdi ki, vətəndaş X6 rayon icra hakimiyyəti baçısının qəbulunda olmuş, maddi vəziyyətinin yaxşı olmamasını bildirmiş və ona torpaq sahəsi ayrılmışdır. MəQuliyevin maddi vəziyyətinin aşağı olması və ailə üzvlərini sayının çox olması nəzərə alınaraq ona hər sotu 492 manatdan 0.06 ha torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir. Bundan sonra Regional Ədliyyə İdarəsindən məktub gəlmiş və qərarın ləğv edilməsi tələb edilmişdir. Bununla bağlı torpaq sahəsinin hər sotu 500 manata qədər qaldırılmış və M.Quliyev 3000 manat ödəniş etmişdir. Həmin qiymət torpaq sahəsinin yerləşmə yerinə uyğun olduğundan qərarın ləğv edilməsi barədə təklif qəbul edilməmişdir. Üçüncü şəxs qismiundə cəlb edilmiş X6 idianı qəbul etməyərək izah etdi ki, o, torpaq sahəsinin dəyərini bankdan kredit kimi götürüb ödəmişdir. İki övladı var, torpağın hər sotuna 500 manatdan artıq pul ödəmək imkanı yoxdur. İş materiallarında olan : -Xızı rayonu Xızı bələdiyyəsinin 14.02.202-ci il tarixli 02 saylı qərarından görünür ki, X3 0.06 torpaq sahəsinin ayrılması qərara alınmışdır. -**********60 reyestr nömrəli çıxarışdan görünür ki, Xızı şəhərində yerləşən 0.06 torpaq sahəsi Xızı bələdiyyəsinin xüsusi mülkiyyətindədir. -DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən tərtib edilmiş plan və ölçü sənədindən görünür ki, həmin sənəd Xızı bələdiyyəsinin xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi barəsindədir. -Xızı RİHB aparatının Memarlıq və Tikinti idarəsinin 15 aprel 2021-ci il tarixli rəyindən görünür ki, idarə 0.06 torpaq sahəsinin fərdi ev tikitisi üçün ayırlması məqsədi ilə həmin torpaq sahəsinin üzərinə Xızı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz etmir. -İddiaçı xx.xx.2022-ci il tarixli təklifindən görünür ki,idarə Xızı bələdiyyəsinin X3 0.06 ha həyətyanı torpaq sahəsinin satılması barədə olan xx.xx.2022-ci il tarixli 2 saylı iclas – protokolunun aktının ( qərarı) ləğv edilməsi təklif edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Xızı rayon Xızı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı qərarı əsasında vətəndaşlara həyətyanı torpaq sahələri satılmışdır. xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı tərəfindən cavabdehə torpaq sahəsinin ayrılmasının qanunvericiliyə uyğun olmadığı qənaətinə (torpağın dəyərinin bazar qiymətindən aşağı qiymətə satılması) gələrək müvafiq tədbirlərin görülməsi barədə müraciət etmişdi. Lakin, iddiaçının tələbi Novxanı Bələdiyyəsi tərəfindən təmin edilməmiş (bələdiyyənin xx.xx.2022-ci il tarixli, 03 nömrəli iclas protokolunda) və bu səbəbdən də məhkəməyə müraciət edərək Abşeron rayon Novxanı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı qərarı ləğv edilməsini xahiş etmişdir. Belə ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 3.1-ci maddələrinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bələdiyyələrin, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına, Azərbaycan Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinentinin qərarlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Həmin Qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1 -ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Qanunun 8-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndinə əsasən torpaqların qiymətləndirilməsində torpağın normativ qiymətindən və bazar qiymətindən istifadə olunur. Həmin Məcəllənin 95-ci maddəsinin 1 -ci bəndinə əsasən torpağın normativ qiyməti torpaq sahəsinin təbii və iqtisadi potensialına ekvivalent götürülən dəyər göstəricisidir. Həmin Məcəllənin 96-cı maddəsinin 1 -ci bəndinə əsasən torpağın bazar qiyməti torpaq əqdlərinin növlərindən, satışın formalarından, satış obyektinin təyinatından, torpaqların hüquqi statusundan, rejimindən və normativ qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşır. qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, bələdiyyələr tərəfindən müəyyən edilir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü bəndinə görə bələdiyyə və xüsusi mülkiyyətdə olan,torpaq sahələrinin hərrac və müsabiqə vasitəsi ilə satışında ilkin qiymət (müsabiqədə isə qiymət), bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçi ilə satışın təşkilatçıları arasında razılaşma əsasında torpağın normativ qiymətindən az olmamaq şərti ilə müəyyən edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü bəndinə görə də bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Həmin Əsasnamənin 23-cü bəndinin tələbinə görə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alqı- satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətinə verilir. Sorğu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təqdim edilmiş **********86 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Xızı Bələdiyyəsi ərazisində yerləşən Sumqayıt bələdiyyəsinin qərarında qeyd olunan torpaq sahələrinin xx.xx.2022-ci il tarixə bazar qiyməti bələdiyyə tərəfindən satılan torpaq sahələri torpaq bazarı dəyərindən dəfələrlə çox təşkil edir. Bu onu deməyə əsas verir ki, Xızı Bələdiyəsi tərəfindən torpaq sahəsi satılarkən onun dəyəri qanunvericilikdə nəzərdə tutulmuş miqdardan aşağı qiymətə satılmışdır. Göründüyü kimi, Xızı Bələdiyəsi yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə almadan sahibliyində olan həyətyanı torpaq sahəsini vətəndaşlara satarkən qanunvericiliyin tələblərini gözləməmişdir. Bu isə Xızı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı iclasının gündəlikdə duran torpaq sahələrinin mülkiyyətə verilməsi üçün müsabiqə keçirilməsi barədə qərarının qanunsuz olmasına dəlalət edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə hu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.8-ci maddəsinə əsasən, bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Xızı rayon Xızı bələdiyyəsinin X3 0.06 ha torpaq sahəsinin satılmasına dair xx.xx.2022-ci il tarixli 02 nömrəli qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xızı rayon Xızı bələdiyyəsinin X3 0.06 ha torpaq sahəsinin satılmasına dair xx.xx.2022-ci il tarixli 02 nömrəli qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar