Məhkəmə qərarları › İş №2-1(118)-1465/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1465/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1465/2023 13.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhərinin “Yaşma” bağlar massivində yerləşən “Polimer” kollektiv bağçılıq yoldaşlıq cəmiyyətinə təhkim edilmiş 189 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhərinin “Yaşma” bağlar massivində yerləşən “Polimer” kollektiv bağçılıq yoldaşlıq cəmiyyətinə təhkim edilmiş 189 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Polimer” kollektiv bağçılıq yoldaşlıq cəmiyyətiin İdarə Heyətinin mart 1989-cu il tarixli 1 saylı Protokol qərarına əsasən iddiaçı həmin cəmiyyətin üzvlüyünə qəbul edilnmiş və “Yaşma” bağlar massivində yerləşən 189 saylı bağ sahəsi onun icarəsinə verilmişdir. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsində və icarəsindədir. O, cavabdeh idarəyə müraciət edərək həmin bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi, lakin iddia ərizəsində yazılanlardan fərqli olaraq izah etdi ki, torpaq sahəsi ona 1989-cu ildə ayrılmış, lakin bir müddətdən sonra həmin torpaq sahəsinin başqa şəxslər tərəfindən hasdarlandığını bilmişdir. Bələdiyyələr yaradıldıqdan sonra bələdiyyə sədri həmin torpaq sahəsinin əvəzinə ona başqa yerdən torpaq ayrılacağını bildirmişdir, lakin hazıradək ona torpaq ayrılmamışdır. 2019-cu ildə ayrıldığını bildirmiş, torpaq sahəsi ona göstərilmiş, lakin sənədləşmə aparılmamışdır. Hazırda onun istifadəsində torpaq sahəsi yoxdur. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi və izah etdi ki, “Polimer” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin bağ torpaq sahələrinin ayrıldığı vətəndaçşların siyahısı cavabdeh idarəyə təhvil verilmədiyindən, iddiaçı tərəfindən təqdim olunan hüquqmüəyyənedici sənədlərdə bağ torpaq sahələinin nömrələri fərqli göstərildiyindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, cavabdeh tərəfindən təqdim olunan iddiaçının cavabdeh inzibati orqana müraciətindən görünür ki, o, 319 saylı bağ torpaq sahəsi üzərində hüquqularının qeydə alınmasını xahiş etmişdir. Lakin iddiaçının təqdim etidiyi sənədlərdə və iddia tələbində bağ torpaq sahəsinin nömrəsi “189” kimi göstərilmişdir. Cavabdehin nümayəndəsi izah etdi ki, iddiaçı ərizəsində 319 saylı bağ torpaq sahəsinə hüquqlarının qeydə alınmasını iddia etmiş, lakin sənədlərdə 189 göstərildiyindən həmin nömrəyə münasibət bildirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ilkin müraciəti 319 saylı bağ torpaq sahəsi ilə bağlı olduğundan və bu müraciət iddia tələbində göstərilən bağ nömrəsindən fərqli olduğundan, bununla bağlı cavabdehin imtina cavabı olmadığından iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qərarının 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Sumqayıt bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Sumqayıt bələdiyyəsinin mülkiyyətində olan və alqı-satqı predmeti olan ünvan 2 ünvanında yerləşən sahəsi 30 kv m olan torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə müsabiqənin keçirilməsi barədə Sumqayıt bələdiyyəsi ilə müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar