Məhkəmə qərarları › İş №2-1(118)-15/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-15/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-15/2020 04.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçının nümayəndəsi X5 (Bakı şəhəri, H.Zərdabi küçəsi məhəllə 593, ev 72-5 mənzil 29-da yaşayan) iştirakı ilə, İddiaçı Seyfəddinova Ofelya Niyyətulla qızının cavabdeh xxxx Dövlət Agentliyinə qarşı mülkiyyətində olan Xaçmaz rayonu Armudpadar kəndində yerləşən alqı-satqı predmeti olmuş 0,73 ha torpaq sahəsinə görə kompensasiya qismində 210.000 manat, əldən çıxmış gəlirə görə 50.000 manat, bərpa xərclərinə və narahatçılığa görə 40.000 manat olmaqla cəmi 300.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ X2 cavabdeh «Azəravtoyol» Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Xaçmaz rayonu Armudpadar kəndində yerləşən alqı-satqı predmeti olmuş 0,73 ha torpaq sahəsinə görə kompensasiya qismində 210.000 manat, əldən çıxmış gəlirə görə 50.000 manat, bərpa xərclərinə və narahatçılığa görə 40.000 manat olmaqla cəmi 300.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxx 2018-ci il tarixli qərardadına əsasən «Azəravtoyol» Açıq Səhmdar Cəmiyyəti xxxx Dövlət Agentliyi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 1.74 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinin 0.73 ha hissəsi cavabdehin təklifi ilə alqı-satqı qaydasında özgəninkiləşdirilmişdir. Həmin vaxt cavabdeh orqanın rəhbərliyi təklif etmişdir ki, satılan torpağın bir sotu 70 manatdan satılsın, bunun əvəzində körpünün tikintisi başa çatandan sonra həmin torpaqdan istifadəyə yenidən icazə veriləcəkdir. Bu şərtlə iddiaçı razılaşaraq torpağın bir sotunun 70 manatdan satılmasına razılıq vermişdir. Lakin artıq bir neçə il keçməsinə baxmayaraq körpünün tikintisi başa çatdırılmamışdır. Bundan başqa yerdə qalan 1.01 ha torpaq sahəsindən istifadə də mümkünsüz olub. Belə ki,iddiaçı həmin əraziyə çıxarış ala bilmədiyindən həmin torpaqdan da istifadə edə bilmir. Halbuki, iddiaçı həmin torpaqda uzun illər yonca əkmiş, fayda götürmüşdür. Bununla bağlı iddiaçıya külli miqdarda ziyan dəymişdir. Məhkəmə iclasında içtirak edən iddiaçının nümayəndəsi X7 iddia yələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyi şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 iddianı qəbul etməmiş və izah etmişdir ki, xxxx Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində vətəndaş Ofelya Seyfəddinovaya məxsus 1.74 ha torpaq sahəsinin 0.73 ha hissəsi yolun tikintisi altına düşmüş və bununla əlaqədar dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlakın alqı-satqısı zamanı qiymətləndirmə prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin tövsiyyələri əsasında aparılmış və iddiaçının əmlakı müvafiq qaydada mövcud qanunvericiliyin tələblərinə uyğun qitmətləndirilməklə, ümumilikdə 5256 manat dəyərində müəyyən edilmiş və tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə hər iki tərəfin könüllü iradəsinə əsasən bağlanmış, müqavilədə başqa qeyd-şərt nəzərdə tutulmamışdır. Hesablanmış məbləğ xx.xx.2012-ci il tarixdə “xxxx” ASC-nin Xaçmaz rayon filialına iddiaçının adına köçürülmüşdür. Yerdə qalan 1.01 ha torpaq sahəsinə cavabdeh orqanın heç bir iddiası yoxdur və iddiaçının həmin torpaq sahəsindən heç bir məhdudiyyət mövcud deyildir. İş materiallarında olan : - torpağa mülkiyyət hüququna dair JN 2403 saylı kod 30209048 saylı dövlət aktından görünür ki, Xaçmaz rayon X10 1996-cı il 30 dekabr tarixli 12 nömrəli qərarı ilə 1.74 ha torpaq sahəsi X8 avə ailə üzvlərinə ayrılmışdır. -Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi tərəfindən X4 ünvanladığı xx.xx.2017ci il tarixli cavab məktubundan görünür ki, 0.73 ha torpaq sahəsinə görə 5256 manat məbləğində kompensasiya “xxxx” ASC-nin Xaçmaz rayon filialına iddiaçının adına köçürülmüşdür.həmin ərazi üzrə torpaq sahəsinin qiyməti Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 2010-cu il 25 oktyabr tarixli 289 saylı sərəncamına əsasən yaradılmış komissiya tərəfindən müəyyən olunaraq təsdiq olunmuşdur. -xx xxxx 2012-ci ildə Xaçmaz rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqavilısindən görünür ki, X6 mülkiyyətində olan 1.74 ha torpaq sahəsinin 0.73 ha hissəsini 5256 manata “xxxx” ASC-yə satmışdır. -Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olmuş 1.74 ha torpaq sahəsinin Dövlət aktının sertifikat hissəsində qeyd olunmuş keyfiyyət göstəricilərindən məlum olur ki, həmin torpaq sahəsi 1-ci keyfiyyət qrupuna aid olmaqla bütövlükdə əkinə yararlı torpaq sahəsidir. -“xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, sözügedən ərazidə bir son torpaq sahəsinin orta bazar qiyməti 2700 manat, ümumilikdə isə tikinti altında qalmış hissənin 0.73 ha olduğu nəzərə alınaraq bu qiymət 197100 manat təşkil edir. Yerdə qalan 1.01 ha torpaq sahəsinə isə heç bir müdaxilə olmamışdır və sözügedən torpaq sahəsinə rəy olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bildirilmişdir ki, həmin torpaq sahəsi 1-ci keyfiyyət qrupuna aid olmaqla bütövlükdə əkinə yararlı torpaq sahəsidir. Halhazırda həmin torpaq sahəsi (1.01 ha) istifadə üçün yararlıdır. Cavabdeh tərəfindən müdaxilə olunan 0.73 ha hissəsi isə istifadəyə tam yararsızdır. Xaçmaz rayon İcra Hakimiyyətindən alınan rəsmi məlumatdan görünür ki, iddiaçının 1.74 ha torpaq sahəsi həqiqətən suvarılan yonca sahəsidir, ərazidə cari ildə 5 dəfə biçim aparılmış, yonca otunun orta məhsuldarlığı hər çalıma müxtəlif olmaqla, orta məhsuldarlıq 11 ton olmuşdur. Rəsmi məlumata görə Xaçmaz rayonunda 1 ədə yonca otunun bağlamasının çəkisi ortalama 20 kq, yonca bağlamasının qiyməti mövsümi olaraq 3-5 manat arasında dəyişir. İddiaçının 2012-ci ildən bu günə qədər torpaq sahəsinin yararsız halda olmasına görə heç bir təyinat üzrə istifadə etməmiş və heç bir yonca otu əkib biçməmişdir. Bu hesabla 0.73 ha torpaq sahəsinə hər biçimdə 1200-1500manat olmaqla ilə 6000-7000 manat zərər hesablanır. Bu günə qədər həmin torpaq sahəsində heç bir əkin olmadığından İddiaçı 40000 manat maddi ziyanın dəymişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 203.3-cü maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikasıü Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əməlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Göstərilən Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir, müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir («Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 4.1, 7 54.1, 20.1.6, 54.2, 19.3 və 23-cü maddələri). «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş alınmanın təsirinə məruz qalan şəxslərin alınan torpaqla bağlı hüquqlarını bu fəsildə müəyyən edilmiş qaydada danışıq (könüllü alğı-satqı) yolu ilə əldə edə bilər. Həmin Qanunun 30.2-ci maddəsinə görə bu fəsildə müəyyən olunan danışıq yolu ilə könüllü alğı-satqının təşəbbüskarı alıcı qismində alan orqan və ya satıcı qismində bu Qanunun 7.3.1-7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslər ola bilər. Torpağın satın alınması təklifinin qəbul olunması yazılı formada tərtib edilir və satılan torpağın mülkiyyətçisi tərəfindən imzalanır. Torpağın satın alınması təklifi qəbul edilərkən onun hər bir şərtinin qəbul olunduğu aydın ifadə edilməlidir. Torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alğı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. (35) Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı özünə məxsus 1.74 ha torpaq sahəsinin 0.73 ha hissəsini notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 2012-ci ilin iyun ayının 12-də cavabdeh orqana satmış və həmin torpağın əvəzi qismində hesablanan 5256 manat məbləğində kompensasiya iddiaçının bank hesabına ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğin düzgün hesablanmadığını və aşağı qiymətə sonradan yenidən həmin torpaqdan istifadə etmək şərti ilə razılaşdığını bildirərək ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında könüllü surətdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədə hər hansı qeyd şərt nəzərdə tutulmamışdır. Məhkəmə iddiaçının qalan torpaq sahəsindən istifadə edə bilməməsi ilə bağlı dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının qalan 1.01 ha torpaq sahəsindən istifadə edə bilməməsi, o cümlədən həmin sahəyə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı. Məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində qalan torpaq sahəsinə daşınmaz əmnlakın dövlət reyestrindən çıxarış almaq üçün müvafiq inzibati orqana müraciət etməli, çıxarış verilməsindən imtina edildiyi halda həmin orqanın hərəkətindən şikayət və ya həmin torpaqdan istifadə edə bilməməsi ilə bağlı vurulmuş ziyana görə “xxxx” ASC-yə müraciət etməlidir. Beləliklə, məhkəmə iddiaçının 2012-ci ildə satdığı 0.73 ha torpaq sahəsinə görə kompensasiya və vurulmuş ziyanın ödənilməsinə dair tələbinin əsassız olması qənaətinə gələrək iddianın təmin edilməməsini məqsədəuyğun hesab edir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar