Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-155/2021 09.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “xx xxxx 2011-ci il təvəllüdlü oğlu X2 adının dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxx 2011-ci il təvəllüdlü oğlu X2 adının dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx xxxx 2020-ci il tarixli, Ş-06-945 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. X7 atası Gündüz Qəribov məsələ ilə əlaqədar rayon icra hakimiyyətinə yazılı münasibət bildirmədiyi üçün uşağın adının dəyişdirilməsi mümkün olmamışdır. İddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, iddiaçı yetkinlik yaşına çatmayan oğlu X2 adının dəyişdirilməsi xahişi ilə bağlı Şamaxı rayon icra Hakimiyyətinə müraciət etmişdir. Şamaxı rayon icra Hakimiyyəti iddiaçının azyaşlı oğlunun atasının məsələ ilə əlaqədar yazılı münasibət bildirmədiyi üçün onun adının dəyişdirilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, Şamaxı rayon icra Hakimiyyəti iddiaçının azyaşlı oğlunun adını dəyişdirməli idi. Çünki oğlu məhkəmə qərarına əsasən iddiaçının himayəsində qalır. Üstəlik Tapdıq adı köhnə və məna baxımından anormal səslənir. İddiaçı ona Elmar deyir. Oda adının Elmar olduğunu bilir. Buna görə də icra Hakimiyyəti onun mənafeyini nəzərə alaraq adının dəyişdirilməsinə qərar verməli idi. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, həmçinin soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən uşağın mənafeyini nəzərə alaraq razılıq verə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, izahatında bildirmişdir ki, X7 atası Gündüz Qəribov məsələ ilə əlaqədar rayon icra hakimiyyətinə yazılı münasibət bildirmədiyi üçün onun adının dəyişdirilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş, AZ-İİ 640990 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X3 ilə İddiaçı birgə nikahından xx xxxx 2011-ci il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, X3 ilə İddiaçı arasında nikah xx xxxxxx 2020-ci il tarixində ləğv edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, İddiaçı xx xxxx 2011-ci il təvəllüdlü oğlu X2 adının dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Cavabdeh inzibati orqan isə X7 atası Gündüz Qəribov məsələ ilə əlaqədar rayon icra hakimiyyətinə yazılı münasibət bildirmədiyi üçün uşağın adının dəyişdirilməsindən imtina edir. Məhkəmə ilk növbədə qeyd edir ki, mövcud qanunvericiliyə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikasının 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını və ata adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Həmin məcəllənin 54-cü maddəsi uşağın adının və soyadının dəyişdirilməsi əsaslarını müəyyən edir. Sözügedən Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxx 2000-ci il tarixli, № 297 saylı Fərmanının 2-ci bəndinə əsasən həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Göründüyü kimi qanunverici müvafiq icra hakimiyyəti orqanının uşağın adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyini müəyyən etmişdir. Lakin hazırki iş üzrə uşağın atasının razılığı müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, nəinki Sumqayıt şəhər İcra Hakimiyyəti, həmçinin adın dəyişdirilməsinə səlahiyyətli orqan olan qeydiyyat şöbələri tərəfindən də yetkinlik yaşına çatmayan şəxslərin adının dəyişdirilməsi səlahiyyəti verilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-155/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-155/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver