Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1637/2022 13.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdeh Abşeron rayonu Qeydiyyat şöbəsinin 07 aprel 2022-ci il tarixli imtina məktubunun əsassız hesab edilməsi və doğum akt qeydində soyadının “Məhərrəmov”dan “Magerramov”a dəyişdirilməsini və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı doğum akt qeydində soyadının “Məhərrəmov”dan “Magerramov”a dəyişdirilməsini və yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, həmin şöbənin 07 aprel 2022-ci il tarixli, 05/Q-458/15 saylı məktubu ilə iddiaçının tələbindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının qanununa əsasən, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı millimədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Qanunun 13.1-ci maddəsinə əsasən Dövlət dilinin normaları özündə Azərbaycan ədəb ailinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın 1.5-ci bəndinə əsasən, adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 25 avqust 1973-cü il tarixdə Ermənistanın Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur və doğum haqqında akt qeydində adı Aqil, soyadı Məhhərəmov ata adı isə Məmmədəli qeyd edilmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq Abşeron rayonu Qeydiyyat şöbəsinə müraciət edərək doğum akt qeydində soyadının “Məhhərəmov“dan “Magerramov”a dəyişdirilməsini və yeni doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir, lakin cavabdeh 2022-ci İl 07 aprel tarixli məktubla imtina etmişdir. Cavabdeh orqan imtina məktubunda qeyd etmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.201 1-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adının, ata adın və soyadın dəyişdirilməsi Qaydalarının” 1.5-ci bəndinə əsasən, adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər”. İddiaçının iki övladı Amerika vətəndaşıdırlar və onların pasportlarında soyadları Magerramov kimi qeyd olunmuşdur, lakin iddiaçının soyadı onların soyadı ilə uyğun gəlmədiyi üçün viza və digər məsələlərdə ona əlavə problem yaradır. Buna görə də məcbur olub soyadını uşaqlarının soyadı ilə eyniləşdirmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 2.1-ci maddəsinə əsasən-qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmİn Məcəllənin 2.2.2-ci Qaddəsinə əsasən-inzibatİ orqanın üzərinə inzibati aktın qəbul edilməsi İlə bağlı rhüväfiq öhdəliyin qoyulmasına dair iddialara və ya İnzibati orqanın hərəkətsizliyindən müdafiə dair iddialara (məcburetmə haqqında iddia). Eyni Məcəllənin 13-cü maddəsinə əsasən-məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı onun iştirakı olmadanişə baxılmasını, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı doğum akt qeydində soyadının “Məhərrəmov”dan “Magerramov”a dəyişdirilməsini və yeni doğum haqqında şəhadətnamənin verilməsini istəyir. İddiaçının tələbi mahiyyəti etibarı ilə soyadının dəyişdirilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.15-ci bəndində qeyd olunmuşdur ki, Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Həmin Qaydaların 6.16-cı bəndinə əsasən rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 25 avqust 1973-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı Məhəmmədəli oğlunun hal-hazırda axtarışda olması, barəsində cinayət işinin olması, məhkumluöunun olması, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barəsində Abşeron rayon Polis İdarəsində heç bir məlumat yoxdur. (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin 07 iyul 2022-ci il tarixli 128-47205 saylı məktubu) Göründüyü kimi iddiaçının soyadında dəyişiklik edilməsini istisna edəcək bir hal müəyyən edilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının hər bir vətəndaşının adı, soyadı, ata adının olması və onun dəyişdirilməsi imkanı qanunvericilikdə təsbit edilmiş bir hüquqdur və iddiaçıda qanunvericilikdən irəli gələn hüququndan istifadə etmək niyyətindədir. Bu hüquqdan istifadəni istisna edəcək bir halın olması isə məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır.Qeyd olunanlar iddianın əsaslı olduğunu, iddiaçının cavabdeh inzibati orqana əsaslı və qanuni tələb ilə müraciət etdiyini göstərir. İddiaçının 18 yaşı tamam olduğuna və soyadında dəyişiklik edilməsini istisna edəcək bir hal müəyyən edilmədiyinə görə, onun soyad daşımaq hüququndan istifadə tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı doğum akt qeydində soyadının “Məhərrəmov”dan “Magerramov”a dəyişdirilməsini və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı doğum akt qeydində soyadının “Məhərrəmov”dan “Magerramov”a dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1637/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1637/2022
13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver