Məhkəmə qərarları › İş №2-1(118)-171/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-171/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-171/2021 07.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N969-cu il təvəllüdlüdür. O, N3 dekabr N987-ci il tarixdən N6.NN.N989-cu il tarixədək SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçmiş,N2.02.N993-cü il tarixdən N saylı hərbi hissənin tərkibində könüllü döyüşlərdə iştirak etmişdir. O, N2.02.N993-cü il tarixdən N2 may N994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında könüllü iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N0.0N.2020-ci il tarixli arxiv arayışında da xidməti barədə yazılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciət etmişdir. Komissiya 27.02.2020-ci il tarixli məktubu ilə ona imtina cavabı verilmişdir. Komissiya imtina məktubunda qeyd edir ki, N2.05.N993-cü il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığından ona müharibə veteranı və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir. Onun Müdafiə Nazirliyi ilə heç bir müqaviləso olmamışdır, nazirliyin onun çıxışı barədə məlumat tələb etməsi əsassızdır. Təkrar hərbi xidmətə gələrkən onunla nə Müdafiə Nazirliyinin, nə də SHXŞDX-nin hərbi xidmət keçmə haqqında Əsasnaməyə uyğun olaraq MAXE kimi heç bir müqavilə bağlanmamışdır, çünki o, Azərbaycan Ordusunda atəşkəs elan edilənədək təkrar hərbi xidmətdə olmuşdur, N994-cü ilin may ayından sonra Silahlı Qüvvələrdə nə zabit, nə gizir, nə də miçman deyildi və müddətdən artıq xidmət kimi də heç bir kontraktı yox idi ki, atəşkəsdən sonra Silahlı Qüvvələrdə qalıb xidmət keçsin. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi və məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvəvlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin dlillərinə uyğun izahat vermiş və əlavə olaraq izah etmişdir ki, N994-cü iln may ayında atəşkəs elan edildikdən sonra o, geri qayıtmışdır. Cavabdehin məhkəməyə ünvanladığı etirazında qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş arayışına görə N saylı hərbi hissə komandirinin N2.02.N993-cü il tarixli 37 nömrəli əmri ilə iddiaçının xidmətə daxil olması, vəzifəyə təyin edilməsi barədə məlumat vardır. Komandirin digər N2.05.N993-cü il tarixli N2N nömrəli əmri ilə iddiaçının Bakı Ali Birləşmiş Ümumqoşun Komandanlıq Məktəbinə göndərildiyi üçün müvəqqəti olaraq təminatlardan çıxarılması barədə məlumat vardır. Sonradan İddiaçı xidmətdən qanuni əsaslarla tərxis edilməsi barədə məlumat yoxdur. İddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında” N992-ci il N9 fevral tarixli 3N3 nömrəli Fərmanı ilə elan olunmuş qismən səfərbərlik faktiki 25 dekabr N999-cu il tarixədək davam etmişdir. Yəni səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılmasının ilk mərhələsi “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar N996-cı il tarixli 433 nömrəli Fərmanı ilə həyata keçirilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçularınqismən ehtiyata buraxılması haqqında” 23 yanvar N996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materilları ilə təsdiqini tapmır. Odur ki, iddiaçıya komissiya tərəfindən haqlı olaraq imtina verilmişdir. İş materiallarında olan : -Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İşlər İdarəsi tərəfindən verilən N0.0N.2020-ci il tarixli 9/2-294 №-li arxiv arayışından görünür ki, RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin N2 fevral N993-cü il tarixli 37 nömrəli əmrilə şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək sürücü vəzifəsinə təyin olunmuşdur.Hərbi təhsil almaq üçün Bakı Ali Birləşmiş Ümumqoşun Komandanlıq Məktəbinə göndərildiyi üçün İddiaçı N nömrəli hərbi hissə komandirinin N2 may N993-cü il tarixli N2N nömrəli əmri ilə (əsas səh-N23,§-3.sıra -5) müvəqqəti olaraq bütün növ təminatlardan çıxarılmışdır.N nömrəli hərbi hissə komandirinin N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. -Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsi tərəfindən verilən 27.02.2020-ci il tarixli N/Q-3202 №-li məktubundan görünür ki, Mərkəzi Arxivin N0.0N.2020-ci il tarixli 9/2-294 №-li arxiv arayışına əsasən N2.05.N993-cü il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığına görə ona "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. - НЗ № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı N2.02.N993-cü il tarixdən Zəngilan rayonu uğrunda döyüşlərdə N saylı hərbi hissənin tərkibində könüllü iştirak etmişdir. - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Q-6NN43 saylı, 2N.NN.20N9-cu il tarixli arayışdan görünür ki, İddiaçı məhkumluğu yoxdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin NN-ci bəndinin 8-ci yarımbəndində əsasən N99N-ci il oktyabrın 9-dan N994-cu il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. N0 iyun N992-ci ildə qəbul edilmiş və 20NN-ci ilədək qüvvədə olmuş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun 24-cü maddəsinə görə səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır. Həmin Qanunun 26-cı maddəsinə əsasən, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir. “MDB-nin XN təxris olunaraq ehtiyata buraxılmış hərbi mükələfiyyətlilərin həqiqi hərbi xidmətə çağırılması haqqında” AzərbaycanRespublikası Prezidentinin 25 iyul N992-ci il tarixli 77 nömrəli Fərmanının 2-ci bəndinə görə isə Azərbaycan Respublikası Silahlı Qüvvələri heyətində xidmət edən əsgər və serjantların xidmət müddətləri respublikas ərazisində gedən döyüş əməliyyatlarının müddətinə uyğun olaraq uzadılması qərara alınmışdır. Sadalanmış bu müddəalardan bəlli olur ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti 09 oktyabr N99N-ci il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dövrü N0 may N994-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar N996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun N996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 50N saylı Fərmanı 29 sentyabr N996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması N996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. İddiaçının tərxis olunmasına dair arayış qanunvericiliyin yuxarıda göstərdiyi tələbləri ilə uzlaşmır, çünki hərbi xidmətdən tərxis olunma müddəti N996-cı ildən sonra başlandığından, N993-cü ildə iddiaçı hərbi qulluqçu kimi hərbi xidmətdən tərxis oluna bilməzdi. Beləliklə, iddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar