Məhkəmə qərarları › İş №2-1(118)-177/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-177/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-177/2021 24.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı12 və digərlərinin cavabdeh "xxxx" ASC-yə qarşı “Yaşadıqları evlərin damları üzərindən keçməklə həmçinin Mehdiabad sakinlərinin içməli su ilə təmin edən əsas su xəttinin üzərində basdırılmış işıq dirəkləri üzərindən çəkilmiş 6 kV-luq “Mehdiabad-4” hava elektrik verilişi xəttinin, ən qısa müddətdə, AR Nazirlər Kabinetinin 11.02.2020-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiqlənmiş “Elektrik və istilik qurğularının təhlükəsizlik texnikası qaydası”nın 2.5.1.2, 2.5.8.19, 2.5.14.2, 2.5.14.6, 2.5.14.7, 2.5.14.9, 2.5.15.13, 2.5.16.7, 2.5.23.6-cı bəndlərinin və AR Nazirlər Kabinetinin 11.02.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiqlənmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5, 9-cu bəndlərinin tələblərinə uyğun olmadığından həmçinin Fövqaladə Hallar Nazirliyi X11 Xidməti 1-ci ərazi X11 İdarəsinin rəyini nəzərə alaraq yaşayışları üçün təhlükə törədən həmin elektrik xəttinin ləğv edilməsi öhdəliyinin cavabdeh-Azərışıq ASC-nin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı12 və digərləri cavabdehlər Azərbaycan Respublikası Energetika Nazirliyi və "xxxx" ASC-yə qarşı “Mehdiabad qəsəbəsinin elektrik təchizatı yükünün bir hissəsinin Fatmayi kəndində yeni inşa olunmuş 35/6 kv-luq “Fatmayi” yarımstansiyasının üzərinə Mehdiabad qəsəbəsinin Füzuli küçəsindən keçməklə keçirilməsi məqsədilə "xxxx" ASC tərəfindən hazırlanmış layihənin ləğv edilməsi, həmin layihə əsasında Energetika Nazirliyi Enerji X1 Sumqayıt filialı tərəfindən bağlanmış quraşdırma işlərinin qadağan olunmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçılar iddia tələbini dəqiqləşdirərək cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyinin əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilməsini, Energetika Nazirliyinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini, Azərişıq ASC-nin Texniki Departamentinin 18.02.2020-ci il tarixli 8-20/168 saylı Sərəncamının ləğv edilməsi, sərəncam əsasında görülmüş işlərin əvvəlki vəziyyət bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçılar yenidən iddialarını dəqiqləşdirərək Yaşadıqları evlərin damları üzərindən keçməklə həmçinin Mehdiabad sakinlərinin içməli su ilə təmin edən əsas su xəttinin üzərində basdırılmış işıq dirəkləri üzərindən çəkilmiş 6 kV-luq “Mehdiabad-4” hava elektrik verilişi xəttinin, ən qısa müddətdə, AR Nazirlər Kabinetinin 11.02.2020-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiqlənmiş “Elektrik və istilik qurğularının təhlükəsizlik texnikası qaydası”nın 2.5.1.2, 2.5.8.19, 2.5.14.2, 2.5.14.6, 2.5.14.7, 2.5.14.9, 2.5.15.13, 2.5.16.7, 2.5.23.6-cı bəndlərinin və AR Nazirlər Kabinetinin 11.02.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiqlənmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydalan”nın 5, 9-cu bəndlərinin tələblərinə uyğun olmadığından həmçinin Fövqaladə Hallar Nazirliyi X11 Xidməti 1-ci ərazi X11 İdarəsinin rəyini nəzərə alaraq yaşayışları üçün təhlükə törədən həmin elektrik xəttinin ləğv edilməsi öhdəliyinin cavabdeh-Azərışıq ASCnin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. X8 prosessual həmiştirakçı kimi məhkəmə icraatına iddiaçı qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində yaşayan bir qrup sakinlərin iddiaçılara məxsus fərdi yaşayış evlərinin yaxınlığından yeni çəkilən 6 kV-luq hava elektrik verilişi xəttinin (HEVX) dayaqlarının evlərinin yaxınlığında quraşdırılması, mövcud 0,4 kV-luq xəttin üzərindən aparılması, həyatları üçün təhlükə yaratması ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciət etmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 09.04.2020-ci il tarixli AERA-02-15-24412 saylı, Agentliyin Sumqayıt Filialının 13.04.2020-ci il tarixli AERA-19- 419/20 saylı cavab məktublarından məlum olmuşdur ki, Mehdiabad qəsəbəsinin elektrik təchizatı yükünün bir hissəsinin Fatmayi kəndində yeni inşa olunmuş 35/6 kV-luq “Fatmayi” yarımstansiyasının üzərinə keçirilməsi məqsədilə "xxxx" ASC tərəfindən layihəsi hazırlanmış və 2020-ci ili tədbirlər planına salınmışdır. “Fatmayi” yarımstansiyasının qoyuluş gücü imkan verdiyindən qeyd olunan ərazini 6 kV-luq “Mehdiabad-4” xəttinə qoşmaq üçün işlərə başlanmışdır. Agentliyin Sumqayıt filialı cavab məktubunda yeni şəbəkənin qurulması zamanı “Texniki istismar və təhlükəsizlik texnikası Qaydaları”nın və “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın, xüsusən 2.5.57-ci yarımbəndinin tələblərinə əməl edilməklə işlərin aparıldığını göstərmişdir. Halbuki Qaydalarda 2.5.57-ci yarımbəndi mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.07.2005-ci il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Gərlnliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”nın 1-ci bəndinə əsasən — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr mühafizə zonasıdır. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra — elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. Qaydaların 3-cü bəndinə əsasən elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Qaydaların 4-cü bəndinə əsasən elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. Qaydaların 5-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə: Un, kV— xətlərin gərginliyi; L, m — məsafələrdir; Un, kV >120 35 110 150 220 330-500 L, m 10 15 20 25 25 30

9. Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə “Tikinti Normaları və Qaydaları”na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. Qaydaların 12-ci bəndinin a) yarımbəndinə əsasən binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcələsinin 30-cu ( Prosessual həmiştirakçıhq) maddəsinə əsasən (30.1.) Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. (30.2.) Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci mddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və həmin inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Azərbaycan Respublikasının “İctimai İştirakçılıq haqqında” Qanunun 1.0.1-ci maddəsində ictimai iştirakçılıq - dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının (bundan sonra - mərkəzi icra hakimiyyəti orqanları), yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının bu Qanunla müəyyən edilmiş formalarda iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması kimi müəyyən edilmişdir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə ərazi planlaşdırılmasının bütün mərhələləri və məzmunu barədə, eləcə də əhali üçün mühüm tikinti niyyətləri barədə ictimaiyyətə ətraflı məlumat verməyə borcludur. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması üzrə icraat zamanı fiziki və ya hüquqi şəxslərə, müvafiq dövlət orqanlarına və digər aidiyyəti qurumlara öz mövqelərini ifadə etmək, etiraz və təkliflərini bildirmək üçün imkan yaradılmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçılar X5, İddiaçı11, İddiaçı5, X8, İddiaçı9 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh "xxxx" ASC etirazında qeyd edir ki, iddiaçılar X6 və digərləri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mehdiabad qəsəbəsinin elektrik təchizatının bir hissəsinin Fatmayi kəndində yeni inşa olunmuş 35/6 kV-luq "Fatmayi yarımstansiyasının üzərinə Mehdiabad qəsəbəsinin Füzuli küçəsindən keçməklə keçirilməsi məqsədi ilə "xxxx" ASC tərəfindən hazırlanmış layihənin ləğv edilməsi, həmin layihə əsasında Energetika Nazirliyi Enerji X1 Sumqayit filialı tərəfindən başlanmış quraşdırma işlərinin qadağan olunması barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən iddiaçıların hazırki iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, "xxxx" ASC haqqında Azarbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli, 1045 saylı Sərəncamının icrası ilə əlaqədar "Bakıelektrikşəbəkə" Açıq Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətlərinə Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi daxil edilmişdir. İddiaçıların hazırki iddia tələbi isə Azərbaycan Respublikasının Prezidentinin "Azərişıq ASC qarşısında qoyulmuş tapşırıqlarının icrasına maneə yaratmaq niyyətindən irəli gəlir. "xxxx" ASC-nin Texniki Departamentinin direktorunun 18.02.2020-ci il tarixli S 31/168 nömrəli sərəncamı ilə Mehdiabad qəsəbəsinin elektrik təchizatının yaxşılaşdırılması üçün 35/6 kV-luq 91 saylı YS-dan çıxan 6 kV-luq "Mehdiabad-1" hava xəttinin yükünün bir hissəsinin 35/6 kV-luq "Fatmayı" YS-dan çıxan "Mehdiabad-4" hava xəttinin üzərinə köçürülməsi Bağlar ETSİ-ə tapşırılmışdır. Qeyd olunan ərazidə görülən tədbirlər həmin əhatədə yaşayan vətəndaşların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməyə xidmət edir. Çünki Mehdiabad qəsəbəsini elektrik enerjisi ilə qidalandıran 6 kV Mehdiabad 1,2,3 EVX-ləri 35/6 kV 91 saylı yarımstansiyadan çıxır, həmin yarımstansiyanın 6 kV-luq QPQ-si Neft Qazma İdarəsinin balansındadır və yarımstansiya əsasən neft buruqlarını elektrik enerjisi ilə təchiz etdiyi üçün, orada güc çatışmamazlığı yaranan zaman, Mehdiabad-1,2,3 EVXlərini, uzun müddətə şəbəkədən açaraq, Mehdiabad qəsəbəsini şəbəkədən açıq saxlayırlar. Nəticədə Mehdiabad qəsəbəsində yaşayan 7153 əhali və orada faaliyyət göstərən 287 qeyri-əhali istehlakçıları elektrik enerjisindən məhrum olurlar. Belə halların tez-tez baş verməsi ərazidə fəaliyyət göstərən iştehlakçıların və əhalinin böyük narazılığına səbəb olur. Qeyd olunanları nəzərə alaraq, Mehdiabad qəsəbəsinin yükünün bir hissəsinin, Fatmayi kəndində yeni inşa olunmuş, 35/6 KV Fatmayi yarımstansiyanın üzərinə keçirilməsi məqsədə uyğun hesab edilərək, 6 kV Mehdiabad-1 h/x-nin yükünün bir hissəsinin 6 kV Mehdiabad 4 h/x-nin üzərinə keçirilməsi məqsədi ilə artıq işə başlanmışdır. Lakin yeni çəkilən xətt abonentlərin narazılığına səbəb olmuş və işin yekunlaşdırılmasına maneələr yaradılmışdır. Görülmüş və icrada olan işlər yüklərin bölünməsi va keyfiyyətli enerji təchizatı məqsədi ilə aparılır, aparılan tədbirlər zamanı TTQ,TİQ tam əməl edilir. Energetika haqqında Azərbaycan Respublikasının qanununun 3.2-ci bəndinə əsasən dövlət energetika siyasətinin məqsədlərindən biri və ən başlıcası bütün istehlakçıları enerji ilə səmərəli və etibarlı təchiz edəcək infrastrukturun və yeni iş yerlərinin yaradılması, energetika sahəsində fəaliyyət növləri üzrə rəqabət və minimal inhisar şəraitinin yaradılmasıdır. EEİQ-nın 3.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisələrinin bütün yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan va enerjitəchizatı sxemini dəyişən elektrik qurğuları «Elektrik qurğularının quraşdırılması qaydalarına, tikinti normalarına və başqa normativ sənədlərə uyğun yerinə yetirilərək, müəyyən edilmiş qayda üzrə razılaşdırılmış layihə sənədləri və texniki təhvil-təslim sənədləri ilə təmin edilməlidir. Həmçinin iddia ərizəsindən görünür ki, o yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə uyğun deyildir. Belə ki, iddia ərizəsində qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif göstərilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X9 iştirak etmiş, müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası Ekspertiza Mərkəzinin 10/3483 saylı, « 30 » sentyabr 2021-ci il tarixli ekspert rəyində qeyd edilir ki, 21 sentyabr 2021-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmiş məlumatlarına (faktiki hallarına) əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində çəkilən 6 kV-luq «Mehdiabad-4» hava elektrik veriliş (ötürücü) xəttinin (HEVX) həmin küçədə yerləşən fərdi yaşayış evlərinə, evlərin torpaq sahələrinin sərhədlərinə, küçə ilə yerüstü çəkilmiş qaz xəttinin borularına müəyyən edilmiş məsafələrdən az məsafələrdə, bəzi yerlərdə isə elektrik hava xəttinin kənar naqillinin bilavasitə yaşayış evlərinin üzəri ilə çəkildiyinə, dəmir-beton dayaqlarda rabitə xətlərinin çəkildiyi halda torpaqlamanın aparılmadığına, yüksək (6 kV-luq) və alçaq (0,4 kV-luq) gərginlikli elektrik hava xətlərinin naqillərinin arasında müvafiq məsafələr saxlanılmadığına, bəzi dayaqlarda yüksək gərginlikli elektrik hava xəttinin naqilləri izolyatorlara iki qat birləşmələr ilə birləşdirilmədiyinə görə, 6 kV-luq «Mehdiabad-4» hava elektrik veriliş (ötürücü) xəttinin quraşdırılmasında “Elektrik və istilik qurğularının təhlükəsizlik texnikası qaydasf’nın 1.2.1 bəndinin, «Elektrik qurğularının quraşdırılması qaydası»nın 2.5.1.2, 2.5.8.19, 2.5.14.2, 2.5.14.6, 2.5.14.7, 2.5.14.9, 2.5.15.13, 2.5.16.7, 2.5.23.6 bəndlərinin və “Gərginliyi 1000 voltdan yuxan olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5, 9 bəndlərinin tələblərinə əməl edilməmişdir. Hər hansı bir sərəncamın, həmçinin "xxxx" ASC-nin Texniki Departamentinin 18.02.2020-ci il tarixli 8-20/168 saylı sərəncamının normativ aktların tələblərinə uyğun olub-olmamasının qiymətləndirilməsi hüquqi xarakter daşıdığından, məhkəmə tərəfindən həll oluna bilər. Ekspertizaya inzibati iş materialları ilə təqdim edilmiş "xxxx" ASC- nin Texniki Departamentinin 18.02.2020-ci il tarixli 8-20/168 saylı sərəncamında konkret olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində çəkilən 6 kV-luq «Mehdiabad-4» hava elektrik veriliş/ötürücü xəttinin budağlanmasının hansı qaydada çəkilməsi (quraşdırılması) göstərilməmişdir. Azərişıq ASC tərəfindən məhkəməyə təqdim edilmiş 15.12.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi Füzuli küçəsində çəkilən 6/0,4 kV-luq hava elektrik veriliş xəttinin quraşdırılması zamanı (HEVX) ekspertizanın rəyində göstərilən texniki qüsurlar aradan qaldırılmışdır. Mehdiabad qəsəbəsi, Füzuli küçəsindəki 6/0,4 kV-luq hava xəttinə 22.11 2021-ci il tarixində baxış keçirən zamanı məlum oldu ki, həmin hava xətti uzun müddət istismarda olubdur və hal- hazırda istismardadır. Uzun illər istismarda olan 6/0,4 kV-luq hava xəttinin keçdiyi küçədə hasarlarının çöl tərəfi ilə 1 dəmir və 18 beton dayaqlardan ibarətdir.; Hava xəttinin istismarda olma müddəti yaşayış evlərinin tikintisindən əvvəl çəkilmiş 6/ 0,4 kV-luq hava xətti kimi fəaliyyət göstərir. Uzun illər istismarda olan 0,4 kV-luq açıq hava xəttinin naqilləri sökülüb həmin mövcud dayaqlarla 0,4 kV-luq QİN-lə (özü izalə olunmuş naqil) əvəz olunmuşdur. Sakinlərin gərginliyin aşağı olması ilə əlaqədar narazılıqlarını nəzərə alaraq həmin mövcud dayaqlara traves quraşdırılacaq 6 kV-luq hava elektrik veriliş xəttinin naqilləri çəkilmişdir. Buda enerjinin keyfiyyət göstəricilərini təmin etmək məqsədi ilə yüklü 91 saylı y/stansiyasının yükünün bir hissəsi yeni istismara verilmiş Fatmai v/stansiyasının üzərinə keçirilərək gərginliyin keyfiyyəti normalara uyğun yaxşılaşdırılmışdır. Ekspertizanın rəyində göstərilən həmin 6/0,4 kV-luq hava xəttinə baxış zamanı qeyd olunmuş qüsurlar aradan qaldırılmışdır. Həmin qüsurlar 18 dayaq üzrə traverslərin torpaqlanması tələbi qaydaların tələbinə uyğun beton dayaqların armaturuna qaynaq edilmişdir. 0,4 kV-luq ÖİN bəzi dayaqlarda 6/0,4 kV hava xətti ilə olan məsafə X3 Qaydalarının tələbinə uyğun yerinə yetirilmişdir. Bununla da uzun müddət bir xətt üzrə istismarda olan 6/0,4 kV-luq hava elektrik veriliş xəttindəki texniki qüsurlar aradan qaldırılmışdır. Bütün bunlar nəzərə alınsa vətəndaşların şikayəti əsassızdır, beləki həmin Füzuli küçəsi uzun bır küçədir və yaşayış evləri həmin hava elektrik veriliş xəttinin altından kənarda tikilmişdir. Həmin hava elektrik veriliş xəttinin yaxınlığında hasarın içəri tərəfində sakinlər özlərinə məxsus qeyfi yaşayış köməkçi tikililər (xəttin həyətə tərəf hasarın içərisində) tikiblər. Sıx yaşayış olan şəhər və qəsəbələrdə X2 Qaydalarının 2 5.14.9 bəndinə əsasən istismarda olan həmin 6/0,4 kV-luq hava elektrik veriliş xətti həmin bəndin tələblərinə cavab verir.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümükn iddia olmaqla bərabər qismən əsaslıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, cavabdeh Azərişıq ASC inzibati orqan olmasada, inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqan olaraq, hazırkı mübahisə onun publik hüquq sahəsi sayılacaq fəaliyyəti ilə bağlı olduğu üçün mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Belə ki, iddiaçılar “Yaşadıqları evlərin damları üzərindən keçməklə həmçinin Mehdiabad sakinlərinin içməli su ilə təmin edən əsas su xəttinin üzərində basdırılmış işıq dirəkləri üzərindən çəkilmiş 6 kV-luq “Mehdiabad-4” hava elektrik verilişi xəttinin, ən qısa müddətdə, AR Nazirlər Kabinetinin 11.02.2020-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiqlənmiş “Elektrik və istilik qurğularının təhlükəsizlik texnikası qaydası”nın 2.5.1.2, 2.5.8.19, 2.5.14.2, 2.5.14.6, 2.5.14.7, 2.5.14.9, 2.5.15.13, 2.5.16.7, 2.5.23.6-cı bəndlərinin və AR Nazirlər Kabinetinin 11.02.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiqlənmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5, 9-cu bəndlərinin tələblərinə uyğun olmadığından həmçinin Fövqaladə Hallar Nazirliyi X11 Xidməti 1-ci ərazi X11 İdarəsinin rəyini nəzərə alaraq yaşayışları üçün təhlükə törədən həmin elektrik xəttinin ləğv edilməsi öhdəliyinin cavabdeh-Azərışıq ASC-nin üzərinə qoyulması”nı istəyir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan elektrik xəttinin istismardan qaldırılması digər qəsəbə sakinlərinin hüquqlarının pozulması ilə nəticələnə biləcəyinə, həmin xəttin mövcudluğu ictimai maraqlara xidmət etdiyinə görə görə iddia həmin hissədə təmin edilə bilməz. Lakin eyni zamanda həmin elektrik xəttinin təhlükəsizlik qaydalarına uyğun istismar edilməməsidə iddiaçıların hüquqlarını pozduğuna görə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası” Qaydasının 1.2.1-ci bəndinə əsasən Elektrik və istilik qurğuları, quruluşları və şəbəkələri, onların təhlükəsiz istismarını, həmçinin müəssisənin işçilərinin təhlükəsiz iş şəraitini təmin edən texniki saz vəziyyətdə olmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektrik qurğularının quraşdırılması Qaydasının 2.5-ci bəndinə əsasən : 2.5.1.1. Qaydanın bu bəndi izoləedilməmiş naqillərlə həyata keçirilən gərginliyi 1 kV-dan yuxarı və 500 kV-dək olanvə izoləedici mühafizə örtüklü naqillərlə (MHX) həyata keçirilən gərginliyi 1 kV-dan yuxarı və 20 kV-dək olan hava elektrik verilişi xətlərinə şamil edilir. Bu Qaydada xüsusi olaraq göstərilən tələblər istisna olmaqla, izoləedilməmiş naqilli HX-ya olan tələblər izoləedici mühafizə örtüklü naqillərlə yerinə yetirilən müvafiq gərginlikli HX–ya da şamil edilir. Bu bənd, inşası xüsusi qaydalarla, normalarla və qərarlarla müəyyən olunan hava elektrik xətlərinə (elektrikləşdirilmiş dəmir yollarının kontakt şəbəkələri; siqnallama, mərkəzləşmə və bloklama (SMB) qurğularının elektrik təchizatı üçün HX; kontakt şəbəkələrin dayaqlarında quraşdırılan 6-35 kV gərginlikli HX və s.) şamil edilmir. HX-da kabel artırmaları 3.3-cü bənddə göstərilən tələblərə uyğun yerinə yetirilməlidir. 2.5.1.2. Bütün HX elementləri dövlət standartlarına, tikinti norma və qaydalarına və Qaydanın bu bəndinə uyğun olmalıdır. HX-nın layihələndirilməsi, tikintisi, yenidənqurulması və istismarı zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarına və qüvvədə olan sanitariya-epidemioloji qayda və normativlərinin tələblərinə riayət olunmalıdır. HX-nin tikinti konstruksiyalarının (dayaqların, özüllərin və əsasların) hesablanması dövlət standartlarına və tikinti norma və qaydalarına uyğun olaraq iki qrup sərhəd vəziyyətləri üçün hesabat yüklərinə görə sərhəd vəziyyətlər üsulu üzrə aparılır. Digər hesablama üsullarının tətbiq olunması ayrılıqda hər bir hal üçün layihədə əsaslandırılmalıdır. 2.5.8.19. HX-da torpaqlanır: a) ildırımdan mühafizə trosu və ya digər ildırımdan mühafizə qurğuları olan dayaqlar; b) Gərginliyi 3-35 kV olan HX-nın dəmir-beton və metal dayaqları; c) güc və ya ölçü transformatorları, ayırıcılar, qoruyucular, yaxud digər aparatlar quraşdırılan dayaqlar; d) tros və digər ildırımdan mühafizə qurğuları olmayan 110-500 kV gərginlikli HX-nın metal və dəmir-beton dayaqları(rele mühafizəsi və avtomatikanın işinin təmin edilməsi şəraitinə görə zəruri olduğu halda). HX-nın, ildırımdan mühafizə trosu və ya ildırımdan digər mühafizə vasitəsi olmayan ağac dayaqları və metal traversli ağac dayaqları torpaqlanmırlar. 2.5.14.2. HX naqillərinin çubuqşəkilli izolyatorlarda bərkidilməsi ikiqat olmalıdır. Asma və polimer izolyatorlar tətbiq edildikdə aralıq dayaqlarda naqillərin bərkidilməsi qapalı sıxaclarla yerinə yetirilməlidir. MHX naqillərinin çubuqşəkilli izolyatorlarda bərkidilməsi polimer örtüklü spiral yaylı bağlar vasitəsilə gücləndirilmiş şəkildə yerinə yetirilməlidir; saxlayıcı izolyatorlar zəncirələri istifadə edildikdə isə naqillərin bərkidilməsi qapalı saxlayıcı sıxaclar vasitəsilə yerinə yetirilməlidir. 2.5.14.6. Binaların və tikililərin üstündən, bir qayda olaraq, HX-nın keçməsinə icazə verilmir. Müvafiq qurumlarıin qəbul etdiyi normativ sənədlərinin tələblərinə əməl etməklə İ və İİ dərəcəli odadavamlı sənaye müəssisələrinin, istehsalat binalarının və tikililərinin, yanmayan materiallardan dam örtüyü olan binaların və tikililərin üstündən (330-500 kV üçün yalnız elektrik stansiyaları və yarımstansiyaların istehsalat binalarının üstündən) HXnın keçməsinə icazə verilir. Bu halda HX naqillərindən yuxarıda göstərilən binalara və tikililərə kimi şaquli məsafə ən böyük sallanma oxunda Cədvəl 122-də verilənlərdən az olmamalıdır. Üstündən HX keçən metal dam örtükləri torpaqlanmalıdır. Torpaqlama müqaviməti Cədvəl 119-da göstərilənlərdən artıq olmamalıdır. Gərginliyi 330 kV və yuxarı olan HX üçün elektrik stansiyaları və yarımstansiyaların istehsalat binalarının daxilində olan heyət elektrik sahəsinin təsirindən mühafizə edilməli, metal dam örtüklərinin torpaqlanması isə ən azı iki nöqtədən təmin edilməlidir. 2.5.14.7. Kənar HX naqillərindən, onların ən böyük meyllənməsi zamanı istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafə göstərilənlərdən az olmamalıdır: 2 m - gərginliyi 20 kV-dək olan HX üçün, 4 m gərginliyi 35-110 kV olan HX üçün, 5 m - gərginliyi 150 kV olan HX üçün və 6 m – gərginliyi 220 kV olan HX üçün. 330 kV və daha yuxarı gərginlikli kənar HX naqillərindən üfüqi məsafə aşağıdakılardan az olmamalıdır: a) naqillərin ən böyük meyllənməsi zamanı elektrik stansiyaların və yarımstansiyaların qeyri-istehsalat və istehsalat binalarının və tikililərinin ən yaxın hissələrinə kimi: 8 m-330 kV HX üçün, 10 m-500 kV HX üçün; b) naqillərin meyllənməmiş vəziyyətində istehsalat, anbar, inzibati-məişət və ictimai binaların və tikililərin (elektrik stansiyaları və yarımstansiyalardan başqa) ən yaxın hissələrinə qədər: 20 m – gərginliyi 330 kV olan HX üçün; 30 m – gərginliyi 500 kV olan HX üçün; 2.5.14.9. HX naqillərindən küçə boyu, parklarda və bağlarda yerləşən ağaclara kimi, həmçinin yol nişanları asqılarının troslarına kimi məsafə Cədvəl 121-də göstərilənlərdən az olmamalıdır. Yenidənqurulan HX-nın kənar naqillərindən, onların meyllənməmiş vəziyyətində yaşayış və ictimai binaların torpaq sahələrinin sərhədlərinə qədər, uşaq meydançalarına, istirahət və idman meydançalarına, təsərrüfat meydançalarına yaxud HX keçən tərəfdə torpaq sahələri olmadıqda, yaşayış və ictimai binaların ən yaxın hissələrinə kimi, həmçinin şəxsi evlərin həyətyanı torpaq sahələrinin və kollektiv bağ sahələrinin sərhədlərinə kimi üfüqi istiqamətdə məsafə, müvafiq gərginlikli HX-nin qorunan zonaları üçün olan məsafədən az olmamalıdır. Gərginliyi 20 kV olan HX-nın kənar naqillərinin ən böyük meyllənməsi zamanı onlardan şəxsi evlərin həyətyanı torpaq sahələrinin və kollektiv bağ sahələrinin sərhədlərinə kimi üfüqi istiqamətdə məsafə 2 m-dən az olmayaraq müəyyən edilə bilər. 2.5.15.13. Eyni gərginlikli HX öz aralarında və ya digər gərginlikli HX ilə paralel çəkildikdə və yaxınlaşdıqda üfüqi istiqamətdə məsafə Cədvəl 125-da göstərilənlərdən az olmamalı və daha yüksək gərginlikli HX-ya görə qəbul edilməlidir. Göstərilən məsafələr əlavə olaraq aşağıdakılara görə yoxlanılmalıdır: a) daha yüksək gərginlikli HX-nın elektromaqnit və elektrostatik təsiri hesabına neytralı 35 kV-dək HX-nın normal iş rejimində izoləedilmiş neytralın faza gərginliyinin 15 %-indən artıq dəyişməməsinə; b) kompensasiyaedici qurğularla (şuntlayıcı reaktorlar, sinxron və ya tiristor statik kompensatorlar və s.) təchiz edilmiş 500 kV gərginlikli HX-nın açılmış vəziyyətində rezonans ifrat gərginliklərin mümkün inkişafının istisna olunmasına. Xəttin işçi tutumunun kompensasiya dərəcəsi, HX oxları arasında məsafə və yaxınlaşma sahələrinin uzunluğu hesabat ilə təyin edilməlidir. 2.5.16.7. HX naqillərinin şəhər telefon rabitəsinin hava xətləri ilə kəsişməsinə icazə verilmir; bu xətlər HX naqilləri ilə kəsişmə aşırımında yalnız yeraltı kabellərlə çəkilməlidir. 2.5.23.6. Yer səthindən yuxarı və yerüstü çəkilmiş boru kəmərləri və kanat yolları ilə HX-nın kəsişməsi, yaxınlaşması və paralel izlənilməsi zamanı məsafələr Cədvəl 138-də göstərilən qiymətlərdən az olmamalıdır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının” 5-ci bəndinə əsasən Elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə: Un, kV — xətlərin gərginliyi; L, m — məsafələrdir;

Un, kV >l<20 35 110 150 220 330-500 L, m 10 15 20 25 25 30

b) yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər iki tərəfindən 1 m aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi; c) sualtı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər iki tərəfindən 100 m aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan, suyun səthindən dibinə qədər olan su boşluğu; ç) hava elektrik ötürücü xətlərinin su hövzələrindən (çaylar, kanallar, göllər və s.) keçidi boyunca, gəmiçilik üçün yararlı hövzələrdə kənar naqillərin yellənməyən vəziyyətində hər iki tərəfdən 100 m aralıda yerləşən şaquli müstəvilərlə məhdudlaşan su hövzəsinin səthindəki hava məkanı, gəmiçilik üçün yararlı olmayan hövzələrdə isə hava elektrik ötürücü xətlərinin mühafizə zonalarının müəyyən edilməsi üçün nəzərdə tutulmuş məsafə. Qaydaların 9-cu bəndinə əsasən Elektrik şəbəkələrindən binalara, qurğulara, ağackol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə “Tikinti Normaları və Qaydaları”na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. Məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 6 kV-luq «Mehdiabad-4» hava elektrik veriliş (ötürücü) xəttinin quraşdırılması zamanı qanunvericiliklə müəyyən edilmiş təhlükəsizlik qaydaları gözlənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ekspertiza Mərkəzinin 10/3483 saylı, « 30 » sentyabr 2021-ci il tarixli ekspert rəyində qeyd edilir ki, 21 sentyabr 2021-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmiş məlumatlarına (faktiki hallarına) əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində çəkilən 6 kV-luq «Mehdiabad-4» hava elektrik veriliş (ötürücü) xəttinin (HEVX) həmin küçədə yerləşən fərdi yaşayış evlərinə, evlərin torpaq sahələrinin sərhədlərinə, küçə ilə yerüstü çəkilmiş qaz xəttinin borularına müəyyən edilmiş məsafələrdən az məsafələrdə, bəzi yerlərdə isə elektrik hava xəttinin kənar naqillinin bilavasitə yaşayış evlərinin üzəri ilə çəkildiyinə, dəmir-beton dayaqlarda rabitə xətlərinin çəkildiyi halda torpaqlamanın aparılmadığına, yüksək (6 kV-luq) və alçaq (0,4 kV-luq) gərginlikli elektrik hava xətlərinin naqillərinin arasında müvafiq məsafələr saxlanılmadığına, bəzi dayaqlarda yüksək gərginlikli elektrik hava xəttinin naqilləri izolyatorlara iki qat birləşmələr ilə birləşdirilmədiyinə görə, 6 kV-luq «Mehdiabad-4» hava elektrik veriliş (ötürücü) xəttinin quraşdırılmasında “Elektrik və istilik qurğularının təhlükəsizlik texnikası qaydası’nın 1.2.1 bəndinin, «Elektrik qurğularının quraşdırılması qaydası»nın 2.5.1.2, 2.5.8.19, 2.5.14.2, 2.5.14.6, 2.5.14.7, 2.5.14.9, 2.5.15.13, 2.5.16.7, 2.5.23.6 bəndlərinin və “Gərginliyi 1000 voltdan yuxan olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5, 9 bəndlərinin tələblərinə əməl edilməmişdir. Hər hansı bir sərəncamın, həmçinin "xxxx" ASC-nin Texniki Departamentinin 18.02.2020-ci il tarixli 8-20/168 saylı sərəncamının normativ aktların tələblərinə uyğun olub-olmamasının qiymətləndirilməsi hüquqi xarakter daşıdığından, məhkəmə tərəfindən həll oluna bilər. Ekspertizaya inzibati iş materialları ilə təqdim edilmiş "xxxx" ASC- nin Texniki Departamentinin 18.02.2020-ci il tarixli 8-20/168 saylı sərəncamında konkret olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində çəkilən 6 kV-luq «Mehdiabad-4» hava elektrik veriliş/ötürücü xəttinin budağlanmasının hansı qaydada çəkilməsi (quraşdırılması) göstərilməmişdir. Cavabdeh Azərişıq ASC tərəfindən məhkəməyə təqdim edilmiş 15.12.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi Füzuli küçəsində çəkilən 6/0,4 kV-luq hava elektrik veriliş xəttinin quraşdırılması zamanı (HEVX) ekspertizanın rəyində göstərilən texniki qüsurlar aradan qaldırılmışdır. Lakin bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmiş, iddiaçılar isə həmin məktuba kəskin etirazlarını bildirmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 6 kVluq «Mehdiabad-4» hava elektrik veriliş (ötürücü) xəttinin quraşdırılmasının “Elektrik və istilik qurğularının təhlükəsizlik texnikası qaydası’nın 1.2.1 bəndinin, «Elektrik qurğularının quraşdırılması qaydası»nın 2.5.1.2, 2.5.8.19, 2.5.14.2, 2.5.14.6, 2.5.14.7, 2.5.14.9, 2.5.15.13, 2.5.16.7, 2.5.23.6 bəndlərinin və “Gərginliyi 1000 voltdan yuxan olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5, 9 bəndlərinin tələblərinə uyğunlaşdırılması cavabdeh Azərişıq ASC-nin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia qismən təmin edilsin. 6 kV-luq «Mehdiabad-4» hava elektrik veriliş (ötürücü) xəttinin quraşdırılmasının “Elektrik və istilik qurğularının təhlükəsizlik texnikası qaydası’nın 1.2.1 bəndinin, «Elektrik qurğularının quraşdırılması qaydası»nın 2.5.1.2, 2.5.8.19, 2.5.14.2, 2.5.14.6, 2.5.14.7, 2.5.14.9, 2.5.15.13, 2.5.16.7, 2.5.23.6 bəndlərinin və “Gərginliyi 1000 voltdan yuxan olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5, 9 bəndlərinin tələblərinə uyğunlaşdırılması cavabdeh Azərişıq ASC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar