Məhkəmə qərarları › İş №2-1(118)-1839/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1839/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1839/2022 04.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin tətbiq etdiyi vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********627500 nömrəli və xx.xx.2022-ci il tarixli **********569700 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2005-ci il tarixdən müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı müntəzəm olaraq vergi qanunvericiliyinin tələblərinə riayət etmiş, vaxtlı-vaxtında vergisini ödəmişdir. Lakin, son dövrlərdə hamıya məlum olan pandemiya xəstəliyi dövrlərində, xəstəlik dövründən bir az əvvəl, və yaxud sonra cavabdeh vergi orqanı tərəfindən iddiaçıya qarşı hesablamalar aparılmış, kameral yoxlamalar göstərilmiş, nəticədə iddiaçının şəxsi hesab vərəqəsində 50.534,02 manat məbləğində vergi borcu şəxsi hesab vərəqəsinə işlənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya qarşı hesabladığı 33.329,30 manat əsas borc, 7.705,31 manat isə faiz borcu göstərilməklə, cəmi 50.534,02 manat pulun ödənilməsi tələb edilmişdir. Cavabdeh orqanın iddiaçıya qarşı apardığı hesablamalar, kameral yoxlamalar əsassızdır, qanunsuzdur. Cavabdeh orqan iddiaçının sahibkarlıq fəaliyyətinə maneçilik törətdiyi üçün iddiaçı tərəf müvəqqəti olaraq sahibkarlıq fəaliyyətindən əl çəkmişdir.Cavabdeh orqan iddiaçıya qarşı hesablamalar və yaxud kameral yoxlamalar apararkən iddiaçıya heç bir məlumat verməmiş, iddiaçının öz hüquqlarını qorumaq üçün şərait yaratmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması qaydasında müəssisəyə qanunsuz və əsassız olaraq 50534,02 manat vergi hesablanmış, yoxlamalar aparılan zaman iddiaçıya heç bir məlumat verilməmiş, iddiaçının öz hüquqlarını qorumaq üçün şərait yaradılmamışdır. Bildirilir ki, iddiaçı "xxxx" MMC üzrə əlavə vergi məbləğləri vergi orqanı tərəfindən iddiaçının təqdim etdiyi 2019 və 2020-ci illərin Mənfəət vergisi bəyannamələri üzrə kameral yoxlamalar aparılaraq hesablanmışdır. İddiaçının 2019-cu ilin vergi dövrü üzrə vergi orqanına kassa metodu ilə təqdim etdiyi “Mənfəət vergisi bəyannaməsində (bundan sonra - Bəyannamə) kameral vergi yoxlaması keçirilən zaman kənarlaşmalar aşkar edilmişdir. Belə ki, iddiaçı tərəfindən kassa metodu ilə təqdim olunan bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri" (221.9cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12- ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər" (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 260150.00 manat), İddiaçı tərəfindən əvvəlki il üzrə təqdim edilmiş Bəyannamənin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 N°-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0 manat) (+) cari il ərzində ƏDV ödəyicisi olmayan şəxslərdən əldə edilmiş e-qaimə-faktura və alış aktlarının məbləği (0.00 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabının göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (170101.44 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608,4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0 manat) cəmi məbləğindən ( 170101.44 manat) bəyannamənin 1 N-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 0 manat) çıxılması nəticəsində yaranan (170101.44 manat) məbləğin müqayisəsi nəticəsində 90048,56 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində iddiaçı tərəfindən 227221,68 manat məbləğində mallar idxal edilməsinə və eqaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 N-li Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” xanalarındakı göstəricilərin cəmi ( 0.00 manat) vergi orqanının məlumat bazasında olan göstəricilərin cəmindən 227221,68 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. Bəyannamənin 200cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 353342.80 manat + 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 0 manat + 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətrində 0 manat + 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0 manat + 206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) sətrində 0 manat + 217-ci (Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0 manat + bəyannamənin 1 N-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna artan 0.00 manat, cəmi 353342,80 manat məbləğində gəlir göstərməyinizə baxmayaraq bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 12434,70 manat artıq, yəni 365777,50 manat dövriyyə məbləğləri göstərilmişdir, lakin bəyannamənin 1 N-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borclarınızın məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0 manat artdığı üçün göstərdiyiniz gəlir məbləğlərində 12434,70 manat kənarlaşma yaranmışdır.Bəyannamənin 1 N-li Əlavəsinin 1 cəmi aktivlər sətrindəki “Hesabat dövrünün əvvəlinə olan 100.00 manat məbləğ , əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş (2018 4 cü rüb-Sadələşmiş vergi bəyannaməsi ) Əlavənin eyni sətrinin "Hesabat dövrünün sonuna" olan 0.00 manat məbləğ arasında 100.00 manat məbləğində fərq müəyyən edilmişdir. Bəyannamənin 1 N-li Əlavəsinin 1.1 Əsas vəsaitlərin dəyəri sətrindəki Hesabat dövrünün əvvəlinə olan 100.00 manat məbləğ, əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş ( 2018 4-cü rüb-Sadələşmiş vergi bəyannaməsi ) Əlavənin eyni sətrinin "Hesabat dövrünün sonuna" olan 0.00 manat məbləğ arasında 100.00 manat məbləğində fərq müəyyən edilmişdir. Bəyannamənin “Mənfəət vergisinin bəyannaməsi"nin 1 N-li Əlavəsinin 2 cəmi kapital və öhdəliklər sətrindəki "Hesabat dövrünün əvvəlinə olan 100.00 manat məbləğ , əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş ( 2018 4 cü rüb-Sadələşmiş vergi bəyannaməsi) Əlavənin eyni sətrinin "Hesabat dövrünün sonuna" olan 0.00 manat məbləğ arasında 100.00 manat məbləğində fərq müəyyən edilmişdir. Bəyannamənin 1 N-li Əlavəsinin 2.2 cəmi öhdəliklər sətrindəki "Hesabat dövrünün əvvəlinə olan 100.00 manat məbləğ , əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş ( 2018 4 cü rüb- Sadələşmiş vergi bəyannaməsi ) Əlavənin eyni sətrinin "Hesabat dövrünün sonuna" olan 0.00 manat məbləğ arasında100.00 manat məbləğində fərq müəyyən edilmişdir. Bəyannamənin 1 N-li Əlavəsinin 2.2.3 Digər öhdəliklər sətrindəki "Hesabat dövrünün əvvəlinə olan 100.00 manat məbləğ , əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş ( 2018 4 cü rüb-Sadələşmiş vergi bəyannaməsi) Əlavənin eyni sətrinin "Hesabat dövrünün sonuna" olan 0.00 manat məbləğ arasında 100.00 manat məbləğində fərq müəyyən edilmişdir.Bəyannmənin Hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 228.1 -ci (Binalar, tikililər və qurğular üzrə hesablanmış təmir xərcləri) sətrindəki 50000.00 manat məbləği, əvvəlki ilin Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.1.1 -ci sətirinin (Əsas vəsaitlərin Binalar, tikililər və qurğular uzrə kateqoriyası) hesabat dövrünün sonuna sütunundakı 0.00 manat məbləğin Vergi Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulmuş 2 faiz təmir xərci normasına hasilindən (vurulmasından; *) yaranan 0.00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. Bəyannamənin Hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 228.3-cü (Nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərcləri) sətrindəki 13370.00 manat məbləği, əvvəlki ilin Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.1.3-cü sətrinin (Əsas vəsaitlərin Nəqliyyat vasitələri uzrə kateqoriyası) hesabat dövrünün sonuna sütunundakı 0.00 manat məbləğin Vergi Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulmuş 5 faiz təmir xərci normasına hasilindən (vurulmasından; *) yaranan 0.00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. İddiaçı tərəfindən əvvəlki il üzrə təqdim olunmuş Bəyannamənin və ya təqdim olunmuş sonuncu “Sadələşdirilmiş verginin bəyannaməsi”nin 1 Ns-li Əlavəsinin (Hüquqi şəxslər üçün) 1 -ci (Cəmi aktivlər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 0 manat məbləğ + cari il üzrə təqdim etdiyiniz bəyannamənin 1 N-li Əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 0.00 manat məbləğ - “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əks etdirilmiş 0.00 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 100.00 manat məbləğ arasında 100.00 manat məbləğində fərq müəyyən edildiyindən kənarlaşma aşkar edilmişdir. İddiaçı tərəfindən əvvəlki il üzrə təqdim olunmuş “Mənfəət vergisinin bəyannaməsi”nin və ya təqdim olunmuş sonuncu “Sadələşdirilmiş verginin bəyannaməsi”nin 1 N-li Əlavəsinin (Hüquqi şəxslər üçün) 2-ci (Cəmi kapital və öhdəliklər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 0 manat məbləğ + cari il üzrə təqdim etdiyiniz bəyannamənin 1 N°- li Əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 0.00 manat məbləğ - “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əks etdirilmiş 0.00 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 100.00 manat məbləğ arasında 100.00 manat məbləğində fərq müəyyən edildiyindən kənarlaşma aşkar edilmişdir. Uçot-baza məlumatlarına əsasən İddiaçının mülkiyyətində təsərrüfat subyektinin (obyektinin) olmasına baxmayaraq cari il üçün təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi"nin 1 N-li Əlavəsinin 1.1.1 kodlu (Binalar, tiklilər və qurğular) sətrində göstəricilər əks etdirilmədiyindən uyğunsuzluq aşkar edilmişdir. Bununla əlaqədar olaraq İddiaçıya xx.xx.2022-ci il tarixdə **********661600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və ya müvafiq izahat məktubu Vergi Məcəlləsinin 37.2-1 -ci maddəsinə əsasən 5 (beş) iş günü ərzində vergi orqanına təqdim edilmədiyindən, müvafiq dövr üçün kameral vergi yoxlaması keçirilməklə 31081,67 manat əlavə mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixdə **********627500 nömrəli Qərar qəbul olunaraq ddiaçıya göndərilmişdir. İddiaçının 2019-cu ilin vergi dövrü üzrə vergi orqanına kassa metodu ilə təqdim etdiyi “Mənfəət vergisi bəyannaməsi”ndə (bundan sonra - Bəyannamə) kameral vergi yoxlaması keçirilən zaman kənarlaşmalar aşkar edilmişdir. Belə ki, uçot-baza məlumatlarına əsasən mülkiyyətinizdə təsərrüfat subyektiniz (obyektiniz) olmasına baxmayaraq İddiaçı tərəfindən cari il üçün təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 N-li Əlavəsinin 1.1.1 kodlu (Binalar, tiklilər və qurğular) sətrində göstəricilər əks etdirilmədiyindən uyğunsuzluq aşkar edilmişdir. Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində İddiaçı tərəfindən 19123,56 manat məbləğində mallar idxal edilməsinə və e- qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 N-li Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” xanalarındakı göstəricilərin cəmi (0.00 manat) vergi orqanının məlumat bazasında olan göstəricilərin cəmindən 19123.56 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. İddiaçı tərəfindən kassa metodu ilə təqdim edilmiş bəyannamənin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 32699.25 manat gəlir məbləğinin hesabat dövrü ərzində tərəfinizdən təqdim edilmiş Online kassa aparatı ilə müəyyən edilən ( 0.00 manat), tərəfinizdən ixrac edilmiş ( 0.00 manat) və elektron qaiməfaktura əsasında satılmış mallar (işlər, xidmətlər) ( 35400.25 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 35400.25 manat məbləğdən bəyannamənin 1 Nli Əlavəsinin 1.4.2-ci (“Sair debitor borcları”) sətrinin “Hesabat dövrünün sonuna” olan 0.00 manat məbləği ilə “Hesabat dövrünün əvvəlinə” olan 0.00 manat məbləğinin fərqi 0.00 manat məbləğin çıxılması nəticəsində yaranan 35400.25 manat məbləğdən 2701,00 manat az əks etdirilməsi nəticəsində kənarlaşma yaranmışdır.Həmin bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11 -ci), “Mühafizə xərcləri” (221.12- ci), “Reklam xərcləri" (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 46776.00 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 N-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0 manat) (+) cari il ərzində ƏDV ödəyicisi olmayan şəxslərdən əldə edilmiş e-qaimə-faktura və alış aktlarının məbləği (60.00 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabınızın göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (25858.22 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1 -ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0 manat) cəmi məbləğindən ( 25918.22 manat) bəyannamənin 1 N-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 0 manat) çıxılması nəticəsində yaranan (25918.22 manat) məbləğin müqayisəsi nəticəsində 20857.78 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.Bununla əlaqədar olaraq İddiaçıya xx.xx.2022-ci il tarixdə **********661600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və ya müvafiq izahat məktubu Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən 5 (beş) iş günü ərzində vergi orqanına təqdim edilmədiyindən, müvafiq dövr üçün kameral vergi yoxlaması keçirilməklə 1615,04 manat əlavə mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixdə **********569700 nömrəli Qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. Vergi orqanı tərəfindən İddiaçıya 2019-cu il və 2020-ci illərin Mənfəət vergisi bəyannamələri üzrə ümumilikdə 32696,71 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Əlavə vergilərin hesablanması barədə vergi orqanının qərarları İddiaçıya rəsmi qaydada təqdim edilib (bu barədə hesabat əlavə olunur). Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 108.1 -ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Məcəllənin 130.1 -ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Məcəlləyə əsasən müəyyən edilir. Göründüyü kimi iddiaçı uzun illər istehsal fəaliyyəti ilə məşğul olduğu, lakin təqdim edilmiş bəyannamə məlumatlarında istehsal ehtiyatları, maşın və avadanlıqlar, əsas vəsaitlər və sair sadə təkrar istehsalın təmin edilməsi üçün zəruri hesab olunan resurslar barədə məlumatlar bəyan edilməmiş, bununla da əsas vəsaitlərin, maşın və avadanlıqların tam amortizasiya olunaraq qalıq dəyərinin qalmaması, lakin işlək vəziyyətdə olması ehtimalı əvvəlki hesabat dövrləri (2010-2018-ci illər) üzrə kameral vergi yoxlamaları keçirilən zaman vergi orqanı tərəfindən nəzərə alınmışdır. İddiaçının təqdim edilmiş bəyannamələr üzrə keçirilən kameral vergi yoxlaması zamanı əsas vəsaitlər barədə məlumatlar bəyan edilmədiyi halda əsas vəsaitlər üzrə amortizasiya hesablamaları, habelə təmir xərcləri bəyan edilmiş, amortizasiya ayırmaları üzrə hesablamalar aparılmışdır. Vergi ödəyicisi tərəfindən əsas vəsaitlərin alınması, təmir işlərinin aparılması ilə bağlı əsaslı təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsi, müvafiq ödənişlər barədə məlumatların olmaması Cəmiyyət tərəfindən istehsal prosesində istifadə olunan maşın və avadanlıqların mənşəyini, istifadə hüququnu (mülkiyyət və ya icarə), ilkin və ya qalıq dəyərini müəyyən etmək mümkün olmamışdır. Bununla da gəlirdən çıxılan xərclərə aid edilən sənədləşdirilmiş xərclərin şişirdilməsi kimi əməliyyatlar aparılmaqla mühasibat uçotu haqqında qanunvericiliyə və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq sənədləşdirilmənin aparılmadığı müəyyən edilmiş, xərclər iqtisadi cəhətdən əsaslandırılmamışdır. Belə ki, Vergi Məcəlləsinin 70.2-1 ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün, poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Bununla yanaşı, iddiaçı və vergi orqanı arasında “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2013-cu il tarixli, 1409 nömrəli müqavilə bağlanmış, həmin Müqavilənin 2.5-ci bəndinə əsasən tərəflər müəyyən edilmiş formatda tərtib edilən və göndərilən elektron sənədin kağız (və ya yazılı şəkildə digər məlumat daşıyıcısı) üzərindəki sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul edirlər. Müqavilənin 2.7-ci bəndinə əsasən, vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(119)-135/2021 saylı qətnaməsi ilə dövlət büdcəsinə ödənilməmiş 44.992,95 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan 60.000 manat məbləğində siyahıya alınmış əmlak (1 ədəd beton istehsalı avadanlığı-Rusiya istehsalı) ixtisaslaşdırılmış açıq hərracda satılması qət edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(119)-870/2021 saylı qətnaməsi ilə 18 iyun 2021 -ci il tarixinə hesablanmış cəmi 42.124,64 (qırx iki min yüz iyirmi dörd manat 64 qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilənədək hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) icra orqanının rəhbəri - 19 dekabr 1973-cu il təvəllüdlü X1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Göründüyü kimi iddiaçının vergi orqanı tərəfindən aparılan kameral yoxlamalardan və hesablamalardan xəbərsiz olması və ona öz hüquqlarını qorumaq üçün şərait yaradılmaması barədə gətirdiyi dəlillər əsassızdır, ona görə ki, iddiaçı ən azından Sumqayıt Kommersiya Məhkəməsində siyahıya alınmış əmlakın satılması barədə və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamələr qəbul edilən zaman vergi orqanı tərəfindən aparılan hesablamalardan məlumatlı olmuşdur, eləcədə İddiaçı barəsində aparılmış kameral yoxlama nəticəsində tərtib olunmuş bütün qərarlar iddiaçının onlayn kargüzarlıqda olan elektron kabinetinə göndərilmiş və bütün qərarlar iddiaçı tərəfindən oxunmuşdur. Həmçinin vergi orqanı tərəfindən tərtib olunan bütün qərarlarda (inzibati aktlarda) həmin qərarlardan şikayət verilməsi (həm inzibati, həm də məhkəmə qaydasında) ilə bağlı hüquqi müdafiə vasitələri aydın formada göstərilmişdir.Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: "xxxx" MMC barəsində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********627500 nömrəli və xx.xx.2022-ci il tarixli **********569700 nömrəli qərarlarının surəti, cavabdehin etirazı və digər materiallar. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı "xxxx" MMC-də operativ vergi nəzarəti həyata keçirilmiş və operativ vergi nəzarətinin nəticələri barədə akt tərtib olunmuşdur. Həmin akt əsasında xx.xx.2022-ci il tarixli **********627500 nömrəli və xx.xx.2022-ci il tarixli **********569700 nömrəli qərarlar qəbul edilmiş və həmin qərar ilə iddiaçı "xxxx" MMC-yə Vergi Məcəlləsinə əsasən sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Vergi orqanının hərəkətindən narazı qalmış iddiaçı həmin qərarların qanunsuz olduğu qənaətinə gələrək ləğv edilməsini məhkəmədən xahiş edir. Cavabdeh vergi orqanı mübahisələndirilən qərar və hərəkətlərinin qanuniliyini onunla əsaslandırır ki, kameral vergi nəzarətinin həyata keçirilməsi zamanı Vergilər İdarəsi tərəfindən "xxxx" MMC tərəfindən təqdim edilmiş 2019 və 2020-ci illərin mənfəət vergisi bəyannamələri üzrə müvafiq hesablamalar aparılmış və onun əsasında iddiaçını vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın yuxarıda qeyd olunanlara əsasən vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********627500 nömrəli və xx.xx.2022-ci il tarixli **********569700 nömrəli qərarları əsaslı olduğu üçün iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən e-qaimə verilmədən malların ayrı-ayrı vergi ödəyicilərinə topdan qaydada satılması faktı iş materiallarından müəyyən olunur. Belə ki, "xxxx" MMC barəsində Dövlət qeydiyyatı haqqında məlumat vərəqinin surətindən görünür ki, MMC-nin fəaliyyət sahəsi əmtəə betonunun istehsalı fəaliyyəti ilə məşğul olmaqdır. İş materiallarına əlavə edilmiş mənfəət bəyannamələrindən məlum olur ki, iddiaçı 2019-cu ildə gəlirinin 353,342.80 manat, xərcinin 218,884.25 manat olduğunu, 2020-ci idlə isə gəlirinin 32,699.25 manat, xərcinin isə 48,182.87 manat olmasını bəyan etmişdir. Lakin xərclərinin nədən ibarət olmasına dair əsaslı dəlillərini vergi orqanına təqdim etməmişdir. Xərclərlə bağlı sənədlər təqdim edilmədiyinə görə vergi orqanı haqlı olaraq Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən iddiaçıya mənfəət vergisi hesablayaraq vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********627500 nömrəli və xx.xx.2022-ci il tarixli **********569700 nömrəli qərarlarını qəbul etmişdir. Belə ki, Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 130.1 -ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan müvafiq qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmamış, yuxarıda qeyd edilənlərə əsasən əsaslı olaraq mübahisələndirilən qərarı qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “ cavabdehin tətbiq etdiyi vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********627500 nömrəli və xx.xx.2022-ci il tarixli **********569700 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “ cavabdehin tətbiq etdiyi vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********627500 nömrəli və xx.xx.2022-ci il tarixli **********569700 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar