Məhkəmə qərarları › İş №2-1(118)-1928/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1928/2022

19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1928/2022 19.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 (işləməyən,Qobustan rayonu Nabur kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı onun adına dövlət nümunəli diplom blankının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və X5rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, dövlət nümunəli diplom blankının verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirərək cavabdeh kimi yalnız Azərbaycan Respublikası Təhsil Nazirliyinin saxlanılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Rusiya Federasiyası S.Stalski adına Açıq Sosial Unveristetinin Fizika - Riyaziyyat fakültəsinin Riyaziyyat ixtisasının qiyabi şöbəsinə 2005-ci il tarixdə qəbul olunmuş, 2006-cı ildə ailə vəziyyəti ilə əlaqədar həmin institutdan Azərbaycan Beynəlxalq Universtitetinə köçürülmüşdür. Unverstitetin 26 oktyabr 2006-cı il tarixli 3/707-1 saylı əmri əsasında hərbi xidmətə getmə ilə əlaqədar xidmət müddəti başa çatana qədər akademik məzuniyyət müddəti almış, Azərbaycan Beynəlxalq Universtitetinin 29 aprel 2008ci il tarixli 3/1368-2 saylı əmri əsasında 2-ci kurs tələbəsi kimi hərbi xidmət müddəti başa çatdığına görə təhsilini 2009-cu tədris ilinin 3-cü semestrində həmin fakültənin qiyabi şöbəsi üzrə kursunu davam etdirmişdir. Azərbaycan Beynəlxalq Universtiteti ilə bağladığı xx.xx.2006-cı il tarixli müqavilə əsasında təhsili ödənişli olmuş, təhsil ödənişləri tam ödənilmişdir. Ona 2010-cu ilin 16 iyun tarixli qeydiyyat nömrəsi olan 06/517 olan B N192236 seriya təhsil haqqında dövlət sənədi verilmişdir. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Nabur kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi- baş mühasib vəzifəsində çalışmışdır. Bir müddət bundan əvvəl Qobustan İcra Başçısının Azərbaycan Respubilkasının X9 ünvanladığı Dövlət Qulluqçularının Reyestri informasİya sisteminə daxil edilmiş diplom məlumatlarının araşdırılması üçün X10 tərəfindən Təhsil Nazirliyinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, " Qobustan rayon İcra Hakimiyyətində çalışan 17 iyun 1988 ci il təvəllüdlü İddiaçı adına yazılan Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş B seriyalı 192236 nömrəli dplom blankımn huquqi əsası yoxdur. Dövlət İmtahan Komissiyasının İcra hakimiyyətinin sorğusuna verdiyi cavabda iddiaçının ali təhsil almamağı və diplomun saxta olmasına dair universtiteti bitirməməyi barədə verilən və təqdim olunan diplomun saxta diplom kimi qələmə verilməsi qeyd olunan sənədlərin mövcudluluğu baxımından əsaslı hesab oluna bilməz. Mərkəzin elektron arxiv məlumatlarında iddiaçının hər hansı ali təhsil müəssəsinə qəbul olunmamağı və barəsində X10 tərəfindən qəbul əmrinin verilməməsi iddiaçının yox, həmin qurumun öz vəzifəsinə layiqincə yanaşmaması və etinasızlığının nəticəsi kimi qəbul olunmalı, iddiaçının Azərbaycan Respubilkası Konstitutsiyası ilə qorunan təhsil və əmək fəaliyyəti ilə məşğul olma kimi hüquqları təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Ə.Əkbərov iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçı 2006-cı ildə Rusiya Federasiyasının S.Stalski adına Açıq Sosial Universitetindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamədə ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülməsi nəzərdə tutulurdu. Bu Əsasnamədə tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsi ali təhsil müəssisəsinin rektorlarının razılığı ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağıdır. Ona görə də, Təhsil Nazirliyi tərəfindən “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə" xx.xx.2001-ci il tarixli 96 saylı əmr imzalanmışdır. Sonradan Təhsil Nazirliyinə çox saylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığı nəzərə alaraq, yuxanda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil nazirinin xx.xx.2002-ci il tarixli 80 nömrəli əmri olmuşdur. Həmin əmrin lll-cü bəndinə görə qeyri-dövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin V bəndinə görə dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərləri əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil Nazirinin əmrinə əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılmış, Nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi. Beləliklə, köçürülmə yalnız Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilə bilərdi. Sənədlərdən göründüyü kimi, iddiaçının köçürülməsinə TN-yi tərəfindən razılıq məktubu verilsəydi, onun adına diplom blankının yazılmasında və adının “Tələbə-Məzun” X2masına heç bir problem olmazdı. 2010-cu ildə ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra nazirlikdə müvafiq komissiya yaradılmış və qanunla müəyyən olunmuş qaydada universitetdə təhsil alan və məzun olan tələbələrə diplom blankları verilmişdir. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının köçürülməsi barədə sənədlər ABU-nun rəhbərliyi tərəfindən saxtalaşdırılaraq rəsmiləşdirilmişdir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının ABU-ya köçürülməsi barədə sənədlər təhsil müəssisəsi tərəfindən qanunsuz olduğundan onun iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: -S.Stalski adına Aşıq Sosial Universiteti tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 08/58 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı ali məktəbin fizika-riyaziyyat fakultəsinin qiyabi şöbəsinə daxil olmuşdur. - -S.Stalski adına Aşıq Sosial Universiteti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 08/54 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı başqa ali məktəbə köçürülməsi ilə əlaqədar ali məktəbin fizika-riyaziyyat fakultəsinin tələbələri sırasından çıxarılmışdır. - -Azərbaycan Beynəlxalq Univesiteti tərəfindən verilmiş B № 192236 seriyalı diplomun surətindən görünür ki, İddiaçı həmin universitetdə riyaziyyat-informatika ixtisası üzrə təhsil almışdır. - Qobustan rayon İcra Hakimiyyəti Başçısının 14 yanvar 2021-ci iltarixli 002 saylı əmrindən görünür ki, Qobustan rayon İHB Nabur kənd İƏD üzrə nümayəndəliyinin baş məskəhətçisibaş mühasibi İddiaçı adına yazılan Azərbaycan Beynəlxalq Universiteti tərəfinfən verilmiş B seriyalı 192236 nömrəli diplom blankının hüquqi əsası olmadlığına görə son hesabı ödənilməklə tutduğu vəzifədə azad edilməsi qərara alınmışdır. -X7 Qobustan rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “Dövlət Qulluqçularının Reyestri" informasiya sisteminə daxil edilmiş diplom məlumatlarının araşdırılması üçün X10 tərəfindən Təhsil Nazirliyinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Qobustan rayon İcra Hakimiyyətində çalışan 17 iyun 1988-ci il təvəllüdlü İddiaçı adına yazılan Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş B seriyalı 192236 nömrəli diplom blankının hüquqi əsası yoxdur. Mərkəzin elektron arxiv məlumatlarına əsasən İddiaçı hər hansı ali təhsil müəssisəsinə qəbul olmamış və onun barəsində X10 (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən qəbul əmri verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: -27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. -27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. -29.0.29. Təhsil müəssisələrində təhsilverənlərin (dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) təhsilverənlər istisna olmaqla) və təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydalarını müəyyən etmək və yekun attestasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrinə aid edilmişdir. -22.3. Azərbaycan Respublikasında bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə ixtısas dərəcəsi verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qayda”larının : -2.2-ci bəndinə əsasən bakalavr və magistr diplomları bakalavr və magistr təhsil səviyyələrini başa vurmuş şəxslərə verilir. -3.1-ci bəndinə əsasən ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin və AMEAnın ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir. -3.2-ci bəndinə görə diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. -3.4-cü bəndinə görə diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı İddiaçı 2005-ci ildə S.Stalski adına Açıq Sosial Universitetinin Fizika-Riyaziyyat fakultəsinə qəbul olunduğu və 2006-cı ildə Azərbaycan Beynəlxalq Universietinə köçürülməsi müəyyən edildi. İddiaçının bakalavr pilləsi üzrə təhsilini başa çatdırması öz təsdiqini tapdı. Lakin Təhsil Nazilriyi ona verilmiş diplomun dövlət nümunəli blankda hazırlanmadığına istinad edərək həmin diplom blankının hüquqi əsasının olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına istinad edərək qeyd etməyi zəruri hesab edir ki, adıçəkilən diplomun iddiaçıya təqdim edilməsinə görə cavabdehliyi ali təhsil müəssisənin rəhbərliyi daşımışdır. Qanunvericilikdə həmin pozuntuların təqdim edilmiş diplomun etibarsızlığına səbəb olacağı nəzərdə tutulmamışdır. İddiaçı ali təhsilini başa vurması nəticəsində peşə ixtisası dərəcəsi əldə etməsinin sübutu olaraq diplom almaq hüququna malikdir. İddiaçının attestasiyası müvafiq dövlət orqanının, ona diplomun qanunvericliyə uyğun olaraq təqdim edilməsi isə ali təhsil müəsissəsinin öhdəliyidir və ola biləcək hər hansı pozuntuya görə məsuliyyəti həmin müəssisə daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən İddiaçı adına verilmiş B N192236 nömrəli diplom blankının əvəzinə dövlət nümunəli diplom blankının verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69,75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Beynəlxalq Universiteti tərəfindən İddiaçı adına verilmiş B N192236 nömrəli diplom blankının əvəzinə dövlət nümunəli diplom blankının verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar