Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-197/2020 30.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli “Vergilərin Hesablanması” barədə **********105900 saylı qərarın qanunsuz və əsassız hesab edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli “Vergilərin Hesablanması” barədə **********105900 saylı qərarın ləğv edilməsi”nə dair iddiasınaSumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Cavabdeh inzibati orqan tərəfindən vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx xxxxxxxx 2019-cu il tarixli **********105900 saylı Qərar qəbul edilmiş, qərar əsasında İddiaçınə 24472,97 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı MMC cavabdehin həmin qərarından narazı qalaraq məhkəməyə müraciət etmiş, “cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli “Vergilərin Hesablanması” barədə **********105900 saylı qərarın qanunsuz və əsassız hesab edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli “Vergilərin Hesablanması” barədə **********105900 saylı qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən MMC-yə xx.xx.2019-cu il tarixli **********046700 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub daxil olmuşdur. Məktubla **********7883 saylı Yük gömrük bəyannaməsində kənarlaşma aşkar olunduğu qeyd edilib. MMC müəyyən edilmiş 5 gün müddəti ötürmədən xx.xx.2019-cu il tarixində tələb edilən sənədləri 2 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim etmişdir. Buna baxmayaraq, qanunsuz və əsassız olaraq xx xxxxxxxx 2019-cu il tarixli “Vergilərin hesablanması barədə” **********105900 saylı Qərar qəbul edilmişdir və may 2019-cu il üçün 24472,97 manat məbləğində Əlavə dəyər vergisi hesablanmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən MMC-dən tələb edilən bütün lazımi sənədləri vaxtında təqim etmələrinə baxmayaraq vergilərin hesablanması barədə qərarın qəbul edilməsi qanunsuzdur. Həmçinin Vergi Məcəlləsinə əsasən, malların idxal vaxtı gömrük ödənişlərinin ödənilməsi vaxtıdır. Gömrük ödənişi xx xxx 2019-cu il tarixdə ödənilməsinə baxmayaraq, vergi orqanı tərəfindən nəzərə alınmamış və qanunsuz qərar qəbul edilmişdir. Bu səbəbdən həmin qərar ləğv edilməlidir. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İddiaçı hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan qanunsuz qərar qəbul etmişdir və bu qərarın qəbul edilməsi üçün qanuni əsasların olmasını, qərarın qəbul edilməsinin vacibliyi cavabdeh tərəfindən sübut edilə bilməyəcəkdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi İsmayılov Ceyhun Zöhrab oğlu iştirak etmiş, məhkəməyə təqdim etdiyi yazılı izahatında bildirmişdir ki, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Qərarın qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair” (Mübahisələndirmə haqqında) İddia Ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli, **********105900 saylı “Vergilərin hesablanması barədə” Qərarın qanunsuz və əsassız hesab edilərək həmin Qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə əsasən, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən MMC-yə xx.xx.2019-cu il tarixli, **********046700 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub daxil olmuşdur. Məktubla **********7883 saylı Yük gömrük bəyannaməsində kənarlaşma aşkar olunduğu qeyd edilib. MMC müəyyən edilmiş 5 gün müddəti ötürmədən xx.xx.2019-cu il tarixində tələb edilən sənədləri 2 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim etmişdir. Buna baxmayaraq, qanunsuz və əsassız olaraq xx xxxxxxxx 2019-cu il tarixli, **********105900 saylı “Vergilərin hesablanması barədə” Qərar qəbul edilmişdir və may 2019-cu il üçün 24472,97 manat məbləğində Əlavə dəyər vergisi hesablanmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən MMC-dən tələb edilən bütün lazımi sənədləri vaxtında təqdim etməsinə baxmayaraq vergilərin hesablanması barədə qərarın qəbul edilməsi qanunsuzdur. Belə ki, Vergi Məcəlləsinə əsasən, malların idxal vaxtı gömrük ödənişlərinin ödənilməsi vaxtıdır. Əlavə edilən ödəniş sənədlərindən də görünür ki, gömrük ödənişi xx xxx 2019-cu il tarixdə ödənilməsinə baxmayaraq, vergi orqanı tərəfindən qanunsuz olaraq nəzərə alınmamış və xx xxxxxxxx 2019-cu il tarixli “Vergilərinhesablanması barədə” **********105900 saylı Qərar qəbul edilmişdir. Bu səbəbdən həmin qərar ləğv edilməlidir. İddianın qanuni və əsaslı olması iddia ərizəsinə əlavə edilən və iş materiallarında mövcud olan mötəbər sübutlarla (sənədlərlə), yəni (YGB, bank ödənişi, İNVOİCE, cavab məktubunun təsdiq edilmiş surətləri) tam və qəti təsdiq olunur. Belə ki, **********7883 saylı Yük Gömrük Bəyannaməsi xx xxx 2019-cu il tarixdə müvafiq gömrük orqanına bəyan edilmiş və həmin gömrük orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə buraxılmışdır. Həmin Bəyannaməyə İNVOİCE sənədi və 35032.27 (Otuz beş min otuz iki manat 27 qəpik) AZN məbləğində pulun ödənilməsinə dair xx xxx 2019-cu il tarixli “Ödəniş Tapşırığı 03” adlı maliyyə sənədi əlavə edilmişdir. Qeyd edilən sənədlər mötəbər sübutlar olmaqla cavabdeh tərəfindən **********7883 saylı Yük Gömrük Bəyannaməsində kənarlaşma olmasının müəyyən edilməsinin qanunsuz və əsassız olduğunu təsdiq edir. Hesab edir ki, cavabdeh heç bir hüquqi cəhət olmadan qanunsuz qərar qəbul etmişdir və bu qərarın qəbul edilməsi üçün qanuni əsasların olması, qərarın qəbul ediməsinin vacibliyi cavabdeh tərəfindən sübut edilməmişdir. İddiaçının nümayəndəsi sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşaöıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Bildirirlər ki, cavabdeh vergi orqanı tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması zamanı Dövlət Vergi Komitəsindən daxil olmuş məlumatlara əsasən iddiaçının iddia ərizəsində qeyd etdiyi **********7883 nömrəli yük gömrük bəyənnaməsinin nömrəsində kənarlaşma aşkar edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı ərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2019-cu il tarixində **********798500 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicilərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37.4-cü və 67.1-ci maddələri rəhbər tutulmaqla “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********105900 Qərara əsasən 24472.97 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, iddiya etirazı müdafiyə etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, vergi orqanı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara nəzərə alaraq yoxlama aparır. Vergi ödəyicisi isə tələb edilən sənədləri vergi orqanına təqdim etməmişdir. Vergi ödəyicisinə cərimə hesablanmamışdır. Hesablanan vergi borcu tarixləri fərqli olsada, istənilən halda dövlət büdcəsinə ödənilməlidir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Cavabdeh vergi orqanı mübahisələndirirlən qərar və hərəkətlərinin qanuniliyini onunla əsaslandırır ki, tərəflərindən həyata keçirilmiş kameral vergi yoxlaması zamanı Dövlət Vergi Komitəsindən daxil olmuş məlumatlara əsasən iddiaçının iddia ərizəsində qeyd etdiyi **********7883 nömrəli yük gömrük bəyənnaməsinin nömrəsində kənarlaşma aşkar edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunanlara əsasən xx.xx.2019-cu il tarixində **********798500 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. İnzibati orqan yuxarıda qeyd edilənlərə əsaslanaraq xx.xx.2019-cu il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37.4-cü və 67.1-ci maddələri rəhbər tutulmaqla “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********105900 Qərara əsasən 24472.97 manat əlavə vergi məbləği hesablanmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmamışdır. İddiaçı qeyd edir ki, Vergi Məcəlləsinə əsasən idxal vaxtı gömrük ödənişlərinin ödənilməsi vaxtıdır. Əlavə edilən ödəniş sənədlərindən də görünür ki, xx xxx 2019-cu il tarixdə gömrük ödənişləri ödənilmişdir. Məhkəməyə Dövlət Gömrük Komitəsindən daxil olmuş məktubda isə qeyd edilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən İddiaçı MMC-nin adına **********7883 sorğu nömrəli gömrük bəyannmasi xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixində buraxılmışdır. İddiaçı məhkəməyə ödəniş tapşırığı təqdim etsədə bu ödənişin hara edildiyi qeyri müəyyəndir. Bundan başqa məhkəmə qeyd edir ki, idiaçının mübahisələndirdiyi qərar hüquqi nəticələri baxımındanda hüquqi müdafiyə vasitəsi kimi məhkəmədə mübahisələndirilməsi zəruri olan olan qərar kimi qiymətləndirilməməlidir. Mübahisələndirilən qərar ilə iddiaçıya maliyyə sanksiyası tətbiq edilməmişdir. Dövlət büdcəsinə ödənilməli olan məbləğin digər ayda göstərilməsi ilə mübahisənin həll edilməsi imkanı olduğu halda, məhkəmədə iddia qaldırılması prossessual qənaət baxımındanda əsaslı hesab edilə bilməz. Vergi qanunvericiliyinə əsasən qanunla müəyyən edilmiş vergiləri və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-197/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-197/2020
30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver