Məhkəmə qərarları › İş №2-1(118)-2022/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2022/2023

19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2022/2023 19.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun həqiqi hərbi xidmətə işə qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı onun həqiqi hərbi xidmətə işə qəbul edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 1/N-10295 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 18 avqust 1999-cu il tarixdə doğulmuşdur. Orta təhsillidir. 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün N nömrəli hərbi hissənin tərkibində işğal olunmuş ərazilərə yollanmışdır. Zəngilan-Cəbrayıl-Xocavənd istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edərək fəxri fərmanla da təltif edilmişdir. İddiasına əlavə etdiyi xidməti xasiyyətnaməyə baxılsa görünər ki, vətənpərvərdir, hərbi və dövlət sirlərini qorumağı bacarır, Azərbaycan Respublikasının silahlı qüvvələrinin nizamnamələri öyrənmişdir, onların tələblərini yerinə yetirməyə, gündəlik həyatda tətbiq etməyə həmişə səy göstərmişdir. Təşkilatçılıq qabiliyyəti yaxşıdır, verilmiş tapşırıqları yerinə yetirən zaman etibarlılıq nümayiş etdirir, ünsiyyət qurmağı bacarır. Tabe olmaq bacarığına malikdir. Müharibədə iştirak edəndən sonra bir çox medallarla da təltif edilmişdir. Müvafiq vəsiqələrin surətlərini də iddiasına əlavə etmişdir. 2018-ci il tarixdə istəməyərəkdən, bilməyərəkdən (peşman olsa da) Cinayət Məcəlləsinin 338.1-ci maddəsinin tələbinə əsasən məhkum edilmişdir və cəzasını çəkib bitirmişdir, məhkumluğu da ödənilmişdir. Ondan sonra 2020-ci il sentyabrda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sevgiylə, böyük vətənpərvərliklə iştirak etmişdir və dövləti tərəfindən təltif edilmişdir. Bu sevgidən irəli gələrək də həqiqi hərbi xidmətə qəbul edilməyi onun üçün bir arzuya çevrilmişdir. Ömrünü vətəninə xidmətə sərf etmək istəyir. Bu məqsədlə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, ərizənin icrasından imtina edilmişdir və əsas kimi də onun vaxtilə məhkum edilməyi bildirilmişdir. Yuxarıda da qeyd etdiyi kimi, bu onun uşaq vaxtı, bilmədiyi bir səhv olmuşdur, səbrsiz olmuşdur, başa düşməmişdir və s..Bu gün isə artıq sınanmışdır, vətəninə sevgisi, hörməti kifayət qədər bəlli olmuşdur.. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verəərk iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı Tərtər Hərbi Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli 1 (098)-336/2018 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 5 (beş) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2015-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydasının 3.9.2-ci yarımbəndinə əsasən həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxsin məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.1 (döyüş növbəsi çəkmə qaydalarını pozma) maddəsində nəzərdə tutulmuş əməl cəza siyasətinin humanistəşdirilməsi və cinayətin dekriminallaşdırılmasını nəzərdə tutan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən cinayətlər kateqoriyasından çıxarılmamışdır. Həmçinin, Azərbaycan Respublikası müdafiə nazirinin “Azərbaycan Ordusunda bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmanın bəzi məsələlərinin tənzimlənməsi haqqında” 11 noyabr 2022-ci il tarixli 369 nömrəli əmrinin tələblərinə əsasən 2020-ci il 1 iyun tarixinədək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə məhkum edilmiş şəxslərlə bağlaşmanım imzalanmasının mümkünlüyü nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında işitrak etməmiş məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı onun həqiqi hərbi xidmətə işə qəbul edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı Tərtər Hərbi Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli 1 (098)-336/2018 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 5 (beş) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2015-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və QaydasTnın 3.9.2-ci yarımbəndinə əsasən həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxsin məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.1 (döyüş növbəsi çəkmə qaydalarını pozma) maddəsində nəzərdə tutulmuş əməl cəza siyasətinin humanistəşdirilməsi və cinayətin dekriminallaşdırılmasını nəzərdə tutan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən cinayətlər kateqoriyasından çıxarılmamışdır. Həmçinin, Azərbaycan Respublikası müdafiə nazirinin “Azərbaycan Ordusunda bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmanın bəzi məsələlərinin tənzimlənməsi haqqında” 11 noyabr 2022-ci il tarixli 369 nömrəli əmrinin tələblərinə əsasən 2020-ci il 1 iyun tarixinədək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə məhkum edilmiş şəxslərlə bağlaşmanın imzalanmasının mümkünlüyü nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası onun diskression səlahiyyətləri çərçivəsində olmuşdur. Belə ki, işin hallarından görünür ki, iddiaçı Tərtər Hərbi Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli 1 (098)-336/2018 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 5 (beş) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. İddiaçının cəza müddəti 10 may 2019-cu il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qutardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan şəxslər hesab edilir. Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qeyd olunanlara əsasən İddiaçı göstərilən hökm üzrə məhkumluğu olmayan şəxs hesab edilmişdir. (Tərtər Hərbi Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 841 saylı məktubu) Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən : 54.1. Hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Həmin cəza hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə təqsirkarın şəxsiyyəti və cinayətin xarakteri iki ilədək müddətə azadlıqdan məhrum etmənin həmin müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə əvəz olunmasına imkan verdiyi hallarda tətbiq edilir. 54.2. Azadlıqdan məhrum etmə cəzası intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə əvəz edildikdə, azadlıqdan məhrum etmə cəzasının müddəti intizam xarakterli hərbi hissədə saxlama cəzasının müddətinə günə gün hesabı ilə hesablanır. 83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 327.1. Çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur. 338.1. Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə real təhlükə yaratdıqda iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 338.2. Eyni əməllər dövlətin təhlükəsizlik mənafeyinə zərər vurduqda və ya sair ağır nəticələrə səbəb olduqda — üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydasına əsasən: 3.9. Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından aşağıdakı hallarda imtina edilir: .... 3.9.2. məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə vəs. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3 və 73.3.1 maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Həmin məcəllənin 74-cü maddəsi diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü tənzimləyərək müəyyən edir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırki işdə də cavabdeh inzibati orqan ona verilmiş diskresion səlahiyyətlərə uyğun olaraq iddiaçı ilə bağlaşmanın imzalanmasından imtina edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar