Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2094/2021 08.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 17.05.2021-ci il tarixli **********146875 nömrəli Qərarı ilə "xxxx" MMC-də (VÖEN: **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.8-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: 01.06.2018- 01.06.2021) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada 18.05.2021-ci il tarixli **********146903 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnamə təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı "xxxx" MMC-nin rəhbərinin səlahiyyətli nümayəndəsi X1 həcminin çox olması ilə əlaqədar sənədləri tam təqdim etməmişdir və yoxlama ilə əhatə edilən dövrə aid (01.01.2018-01.06.2021) aşağıda qeyd olunan sənədlərin yoxlamaya qismən təqdim edildiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Aşağıdakı sənədlərin elektron surəti:Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); Siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; Siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait, qeyri- maddi aktivlərin reyestri (excel faylda); Müəssisədə çalışmış Xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; Debitor-kreditorlar barədə adlı siyahı,ödəmə tapşırıqları. Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri- rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda). Yoxlama ilə əhatə edilən dövrə aid (01.01.2018-01.06.2021) NKA-nın fiskal hesabatı.daxili alışın qaimələr üzrə açılışı. Yoxlamanın predmetinə aid olan 01.01.2018-ci ihtarixdən 01.06.2021-ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti; Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli; Vergi ödəyicisin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı; Dəyəri 2 000 min manatdan yuxarı olan bütün sığorta polisləri; Qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları. Tələbnamədə göstərilən sənədlər təqdim edilmədiyi üçün, 08.06.2021-ci il tarixində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq Sənədlərin təqdim edilməsindən imtina barədə iki nüsxədən ibarət Akt tərtib edilmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi" haqqında 10.06.2021-ci il tarixli **********147464 nömrəli Qərar çıxarılmışdır. Lakin vergi ödəyicisi 10.06.2021-ci il tarixli **********147464 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında Qərarda qeyd olunan sənədlərdən yoxlamaya zəruri hesab edilən sənədləri təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq 10.06.2021-ci il tarixində Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən iki nüsxədən ibarət Sənədlərin təqdim olunmasından imtina barədə Akt tərtib olunmuşdur. Vergi Məcəlləsinin 43.11 -ci maddəsinə əsasən vergi ödəyicisinin nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin cavabdehə göndərilmiş məhkəmə bildirişinə əsasən "xxxx" MMC məhkəmənin 07.12.2021-ci il tarixli iclasında X2 adlı nümayəndəsinin iştirakını təmin etmişdir. Həmin nümayəndənin məhkəmədə verdiyi izahatından və təqdim etdiyi sənəddən məlum olmuşdur ki, 24.12.2019-cu ildə "xxxx" MMC yenidən təşkil olunmuş və 01.08.2017-ci ildə dövlət qeydiyyatına alınmış Cavabdeh MMC "xxxx" MMC-yə qoşulmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin hüquqi varisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, iş materiallarına əlavə edilmiş Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 24.12.2019-cu il tarixli, **********508800 nömrəli Çıxarışdan görünür ki, 01.08.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulmaları nəticəsində "xxxx" MMC yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. Göründüyü kimi Cavabdeh hal-hazıırda mövcud deyildir və hüquqi şəxslərin birləşməsi nəticəsində "xxxx" MMC 24.12.2019-cu ildə yenidən təşkil edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.5-ci maddəsinə əsasən hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. İddiaçının nümayəndəsinin məhkəmədə iddia tələbi ilə bağlı gətirdiyi arqumentə və təqdim etdiyi 15.03.2021-ci il tarixli çıxarışa münasibətdə qeyd olunur ki, həm 24.12.2019cu il tarixli həm də 15.03.2021-ci il tarixli çıxarışlar Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilib və 24.12.2019-cu il tarixli çıxarışda Cavabdeh digər hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulması nəticəsində yenidən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkil edilməsi qeyd olunmuşdur. Mülki Məcəllənin 55.5-ci maddəsinin tələbləri baxımından hüquqi şəxsin yenidən təşkil edilməsinin qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verildiyi tədqirdə mümkün olması göstərilmişdir. Vergi orqanı tərəfindən özünün verdiyi 24.12.2019-cu il tarixli çıxarışın həqiqiliyi mübahisələndirilmir və hal-hazırda həmin çıxarış qüvvədə olması bildirilir. 15.03.2021-ci il tarixli çıxarışda hüquqi şəxslərin qoşulmaması barədə qeydin olmamasına gəlincə məhkəmə qeyd etməyi zəruri bilir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı barədə” çıxarışda hüquqi şəxslərin təşkilatı hüquqi forması, qeydə alınma tarixi, ünvanı, adı, nizamnamə kapitalı kimi məlumatlar öz əksini tapmışdır. Hüquqi şəxsin yenidən təşkil edilməsi nəticəsində həmin hüquqi şəxsi hüquqi xələfləri olmuş hüquqi şəxslər barəsində hər dəfə məlumatların həmin çıxarışda qeyd olunmasına zərurət yoxdur. Qeyd olunlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC fəaliyyətinə xitam verildiyindən (24.12.2019-cu il tarixli çıxarışda yenidən təşkil edilməsi qeydinin olması səbəbindən) onun hazırkı, iddia tələbi üzrə cavabdeh qismində iddiaya cavab verməli olması kimi göstərilməsi yolverilməzdir. Nəzərə alınmalıdır ki, vergi orqanının qeyd olunan sənədləri Cavabdeh MMC-in hüquqi varisi olan "xxxx" MMC-dən tələb etmək hüququ var. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2094/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2094/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver