Məhkəmə qərarları › İş №2-1(118)-215/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-215/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-215/2020 25.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Nurəliyev Rəcəb Rza oğlunun,cavabdehin nümayəndəsi X4 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ “xxxxxxxxxxx” MMC-nin yarnadığı tarixdən bu günədək olan dövrdə təqdim edilmiş vergi və sosial müdafiə fondu üzrə bəyannamə və hesabatların, MMC-nin şəxsi hesab vərəqəsindən çıxarışların təsdiq edilmiş surətlərinin cavabdeh tərəfindən ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasınaSumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “xxxxxxxxxxx” MMC-nin (VÖEN: **********) 3 (üç) təsisçisindən biridir. MMCnin maliyyə göstəricilərinin araşdırılması məqsədi ilə MMC-nin yarandığı tarixdən bu günə qədər vergi orqanına təqdim edilmiş bəyannamələrin və şəxsi hesab vərəqəsindən çıxarışın təsdiq edilmiş surətlərinin ona təqdim edilməsi xahişi ilə xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən həmin müraciətin icrası Vergi Məcəlləsinin 30-cu maddəsi əsas gətirilərək təmin edilməmiş və bu barədə iddiaçıya elektron cavab məktubu göndərilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı, onun nümayəndəsi və vəkili X9 eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı 2019-cu il tarixdə cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək “xxxxxxxxxx" MMCnin (VÖEN **********) qeydiyyat və dəyişiklik sənədlərinin surətlərinin təqdim olunmasını xahiş etmişdir. Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən vergi orqanları və onların vəzifəli şəxsləri vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur:vergi ödəyicisinin razılığı ilə aşkar edilən;vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında;müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında;vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında: vergi ödənişləri üzrə borclar: hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) . Sadalanan hüquq normalarından aydın olduğu kimi, vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur və Vergi Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan məlumatlar istisna olmaqla digər məlumatların vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən başqa şəxslərə təqdim olunması qanunla qadağan edilmişdir.Mülki Məcəllənin 46-cı maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar.Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.Həmin Məcəllənin 87.1 -ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli amiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə ağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.Həmin Məcəllənin 91.1 -ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda , habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin rektorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır, məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və (və ya) təkbaşçı) ıradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra qanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər.Həmin Məcəllənin 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştrakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49- 1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər.Həmin Məcəllənin 91-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 91.1 -ci maddəsində nəzərdə tutulmuş halda yaradılmış direktorlar şurası (müşahidə şurası) cəmiyyətin ümumi yığıncaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirir. Əgər nizamnamədə təftiş komissiyasının seçilməsi (müfəttişin təyin edilməsi) nəzərdə tutulmamışdırsa, bu Məcəlləyə uyğun olaraq təftiş komissiyasının (müfəttişin) səlahiyyətləri direktorlar şurasına (müşahidə şurasına) verilə bilər.Həmin Məcəllənin 91-3.1 -ci maddəsinə əsasən bu Məcəllənin 91 -ci maddəsində nəzərdə tutulmuş halda cəmiyyətin iştirakçılarının ümumi yığıncağının qərarı ilə təftiş komissiyası müfəttiş) seçilir (təyin edilir). 91-3.4. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq və bu məqsədlə cəmiyyətin fəaliyyətinə aid olan bütün sənədləri əldə etmək hüququ vardır. Təftiş komissiyasının (müfəttişin) tələbi ilə direktorlar şurasının (müşahidə şurasının) və ya kollegial icra orqanının rəhbəri (üzvləri), təkbaşına rəhbər, kənar idarəçi şifahi və ya yazılı formada zəruri məlumatları təqdim etməyə borcludurlar.Həmin Məcəllənin 91-3.5-ci maddəsinə əsasən cəmiyyətin təftiş komissiyası (müfəttiş) varsa, bu nəzarət orqanının rəyi olmadan cəmiyyətin iştirakçılarının ümumi yığıncağı cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq edə bilməz, habelə mənfəət və zərərin bölüşdürülməsinə dair qərar qəbul edə bilməz.Sadalan normalardan aydın olduğu kimi, məhdud məsuliyyətli cəmiyyətin cari fəaliyyətinə rəhbərlik cəmiyyətin iştirakçılarının ümumi yığıncağı tərəfindən və ya nizamnamə ilə müvəkkil edilmiş digər orqan tərəfindən təyin edilən icra orqanı (kollegial və (və ya) təkbaşçı) tərəfindən həyata keçirilir və cəmiyyətin öhdəlikləri üzrə cəmiyyətin təsisçiləri deyil, məhz icra orqanı (kollegial və (və ya) təkbaşçı) məsuliyyət daşıyır. Cəmiyyətin təsisçiləri (iştirakçıları) isə cəmiyyətin təftiş komissiyası (müfəttişi), o olmadıqda direktorlar (müşahidə) şurası vasitəsilə həmin orqanın fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malikdir. Belə ki, cəmiyyətin təftiş komissiyasının (müfəttişin) cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq və bu məqsədlə cəmiyyətin fəaliyyətinə aid olan bütün sənədləri əldə etmək hüququ vardır. Təftiş komissiyasının (müfəttişin) tələbi ilə direktorlar şurasının (müşahidə şurasının) və ya kollegial icra orqanının rəhbəri (üzvləri), təkbaşına rəhbər, kənar idarəçi şifahi və ya yazılı formada zəruri məlumatları təqdim etməyə borcludurlar. Cəmiyyətin təftiş komissiyası (müfəttiş) varsa, bu nəzarət orqanının rəyi olmadan cəmiyyətin iştirakçılarının ümumi yığıncağı cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq edə bilməz, habelə mənfəət və zərərin bölüşdürülməsinə dair qərar qəbul edə bilməz.Göründüyü kimi, İddiaçı təsisçisi olduğu cəmiyyətin maliyyə sənədlərini, o cümlədən vergi hesabatlarını həmin cəmiyyətin təftiş komissiyası (müfəttişi) vasitəsilə icra orqanından tələb etmək və yoxlamaq hüququna malik olduğu halda, həmin sənədlərin əldə edilməsi məqsədilə icra orqanı vasitəsilə deyil, birbaşa vergi orqanına müraciət etmişdir. Halbuki, cəmiyyətin adından çıxış etmək, cəmiyyəti üçüncü şəxslər qarşısında təmsil etmək qanunvericiliklə təsisçilərin deyil, icra orqanının səlahiyyətinə aid edilmişdir.Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar.Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********97920 nömrəli etirazı və “xxxxxxxxxxx” MMC-nin qeydiyyatdan çıxarış vərəqəsinin surəti. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiatəmin edilməlidir.Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar.Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.Həmin Məcəllənin 87.1 -ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli amiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə ağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. “Kommersiya sirri” haqqında Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Həmin qanunun 2.0.3-ci maddəsinə əsasən kommersiya sirrinin sahibi - kommersiya sirrinə qanuni əsaslarla malik olan hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 2.0.7-ci maddəsinə əsasən kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanması hesab olunur. Həmin Qanunun4.1.3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin bəzi növləri ilə məşğul olmaq hüququ verən lisenziyalar haqqında məlumatlar, qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə (mühasibat) hesabatlarında olan məlumatlar, Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi barədə vergi sirri hesab olunmayan məlumatlar vergi sirri hesab olunur. Həmin Qanunun 5.0.2-ci maddəsinə əsasən kommersiya sirri sahibinin kommersiya sirrindən istifadə etmək, müqavilə əsasında başqa şəxslərə vermək, mülki dövriyyəyə daxil edilmənin digər üsullarını tətbiq etmək kimi hüquqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli **********101000 nömrəli çıxarışınaəsasən “xxxxxxxxxxx” X1 (VÖEN: **********) xx.xx.2010-cı il tarixdə hüquqi ünvanı AZ0100, ünvan 1 olmaqla qeydiyyatdan keçmiş,MMC-nin dövlət reyestrinə daxil edildiyi, Təsisçilər və nizamnamə kapitalında mayaların miqdarı X6-10 pay, X5-10 pay və İddiaçı 10 paya sahibdirlər. MMC-nin qanuni təmsilçisi X2r. Göründüyü kimi İddiaçı “xxxxxxxxxxx” MMC-nin digər payçıları hesab edilən X6 və X5 ilə birgə payçıdır. Yəni qeyd olunan şəxslər “xxxxxxxxxxx” MMC-nin birgə təsisçiləri və eyni zamanda “Kommersiya sirri” haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən kommersiya sirrinin sahibləridirlər. Mülki qanunvericiliyin tələbləri baxımından birgə təsisçilər aralarında bağlanılan müqaviləyə əsasən hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Hazır ki, inzibati iş üzrə iddiaçı olan İddiaçı iddia tələbini onunla əsaslandırı ki, digər təsisçilər ondan “xxxxxxxxxxx” MMCnin fəaliyyəti və gəlirləri barədə məlumat verməkdən imtina edirlər. Bu məqsəd ilə İddiaçı 2 saylı X8 müraciət edərək təsisçisi olduğu “xxxxxxxxxxx”MMC-nin şəxsi hesab vərəqələrini və digər sənədləri tələb edir. 2 saylı X11 iddiaçının tələbini yerinə yetirilməməsinə səbəb kimi Mülki Məcəllənin və “Kommersiya sirri” haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən zidd olduğunu bildirir və həmin məlumatları yalnız MMC-nin təftiş komissiyası və ya icraçı direktoru tərəfindən əldə edilə biləcəyini bildirir. Məhkəmə hesab edir ki, vergi orqanın gətirdiyi arqumentlə razılaşmaq olmaz.İlk öncə nəzərə alınmalıdır ki, İddiaçı birgə təsisçi olmaqla yanaşı eyni zamandə “xxxxxxxxxxx” MMC-də kommersiya sirrinin sahiblərindən biridir və onun “Kommersiya sirri” haqqında Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən kommersiya sirrindən istifadə etmək, müqavilə əsasında başqa şəxslərə vermək, mülki dövriyyəyə daxil edilmənin digər üsullarını tətbiq etmək kimi hüquqları vardır.Bundan başqa məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri baxımndan hüquqqi şəxsin adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqaları ümumi təsisçilərin qərarı əsasında təyin edilir. Belə olduğu halda hüquqi şəxsə aid olunan kommersiya sirri təşkil edən məlumatların təsisçi tərəfindən əldə edilməsi hüququnun olmaması, lakin onun tərəfindən təyin edilən icraçı orqan tərəfindən əldə etmək hüququnun olması məntiqsizdir. Ona görə məhkəmə hesab edir ki, “xxxxxxxxxxx” MMC-nin həm təsisçilərindən olan X3 hüquqları bərpa olunmalı və “xxxxxxxxxxx” MMC-yə aid olan sənədlərin vergi orqanından tələb edilən sənədlər ona təqdim olunmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün kifayət qədər əsaslar olduğundan və iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ “xxxxxxxxxxx” MMC-nin yarnadığı tarixdən bu günədək olan dövrdə təqdim edilmiş vergi və sosial müdafiə fondu üzrə bəyannamə və hesabatların, MMC-nin şəxsi hesab vərəqəsindən çıxarışların təsdiq edilmiş surətlərinin cavabdeh tərəfindən ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası təmin edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar