Məhkəmə qərarları › İş №2-1(118)-2177/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2177/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2177/2025 16.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 2023 Mənfəət dövrü üzrə 08 avqust 2024 tarixli 3-21-2-9/2-6464/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi”ni xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü il Mənfəət vergisi üzrə 08 avqust 2024 tarixli 3-21-2-9/2- 6464/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış gəlir vergisi məbləğləri əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmır və hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən qərar ləğv olunmalıdır. Cavabdeh vergi orqanı tərəfindən ünvanlanmış **********692400 nömrəli məktublarına cavab olaraq bildirmişlər ki, 1 və 4-cü bəndə əsasən dövr ərzində 116870.95 manat məbləğində e-qaimə əldə edilmişdir. Bu qaimələrin 70306.06 manat hissəsi nəqliyyat xərci, 30 349.28 manat hissəsi isə digər xərclər bölməsində qeyd edilmişdir. Bəyannamənin 221.4-cü sətrində qeyd edilən 1040198.76 manat məbləğ satılan malların dəyəridir və malların dəyəri Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən(Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir ki), yəni mallar anbara daxil olunanadək çəkilən real xərclər əsasında hesablanır. 2 və 5-ci bəndə əsasən qeyd edirlər ki, tərəflərindən təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyyatlar) sətirlərinin "Dövr ərzində daxil olmuşdur" sütunundakı göstəricilərin cəmi olan 1 787 807.83 manat məbləğ idxal edilmiş malların invoys dəyəridir. Belə ki, tərəflərindən malların maya dəyəri Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən (Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir ki), yəni mallar anbara daxil olunanadək çəkilən real xərclər əsasında hesablanır. İdxal olunan malların dəyəri 1076054,29 manat hissəsi faktura dəyəri, 13480,00 manat hissəsi gömrük yığımı və idxal rüsumu, 2478,00 manat hissəsi digər yığımlar, 12833,68 manat hissəsi "xxxx" MMC tərəfindən təqdim edilən daşıma xidməti üçün gələn elektron qaimə, 61101,86 manat hissəsi isə "xxxx" MMC tərəfindən təqdim edilən daşıma xidməti üçün gələn elektron qaimə, 621860,00 manat hissəsi "X3 ve Lojistik Dis. Tie. Limited Sirketi" tərəfindən Rusiya Federasiyası daxilində göstərilən daşıma xidməti üçün gələn faktura və aktlar əsasında formalaşmışdır. 3 və 6-cı bəndə əsasən bildirirlər ki, dövr ərzində tərəflərindən "X3 ve Lojistik Dis. Tie. Limited Sirketi"-nə Rusiya Federasiyası daxilində daşıma xidməti 621860,00 manat dəyərində göstərilmişdir. Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən (Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri - 6 faiz vergi tutulur. Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutma obyekti deyildir) xarici nəqliyyat şirkəti (X4 ve Lojistik Dıs Ticaret Limited Sirketi) daşıma xidmətini Rusiya Federasiyası daxilində həyata keçirtdiyi üçün ödəmə mənbəyində vergi hesablanmamışdır. Eyni zamanda avans olaraq ödənildiyi üçün kreditor borc sətrində qeyd edilməmiş və uyğun olaraq dövrün sonuna kreditor borc olaraq qalıq yaranmamışdır. Əlavə olaraq bu məbləğin 552 311.08 manat hissəsi İ Nömrəli Əlavənin 1.3.2-ci sətrinin (Mallar) "Təqdim edilmişdir" sütununda-satılan malların dəyərinə əlavə olunmuş və xərc olaraq qeyd edilmişdir. Qalan 69548.92 manat hissəsi isə dövrün sonuna olan mal-material dəyərinə əlavə olunmuşdur. Cavabdeh vergi orqanı tərəfindən ünvanlanmış **********450100 nömrəli məktuba cavab olaraq bildirmişlər ki, qoşma olaraq göstərilən nəqliyyat xidməti barədə hər il (2021,2022, 2023-cü il) üzrə faktura təqdim edilmiş və fakturaların təyinat hissəsində ingilis dilində "Amount for the following services: Storage, reloading and transportation of goods (lumber-wood) to the warehouse - internal transportation within the territory of the Russian Federation, delivery of the wagons form "Nandoma" st. (293609) till "Samur" st. (544906) (Aşağıdakı xidmətlər üçün məbləğ: Malların (taxta) anbara saxlanması, yenidən yüklənməsi və daşınması - Rusiya Federasiyasının ərazisi daxilində daxili daşınma, "Nandoma" stansiyasından (293609) "Samur" stansiyasına (544906) vaqonların daşınması) qeyd edilmişdir. Yəni malların nəqliyyat daşıma xidmətlərinin Rusiya Federasiyası daxilində "Nandoma" stansiyasından və "Samur" stansiyasına qədər sərhəd keçid məntəqələri arasında olan xərcləri əhatə etdiyi göstərilmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yuxarıda qeyd olunan qərarı ilə aşağıda qeyd etdiləri xüsusatlara əsasən razılaşmır və hesab edirlər ki, qərar Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMCyə (VÖEN: **********) 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 121918.37 manat mənfəət vergisi hesablanmışdır. Belə ki, 2023-cü il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsində aşağıda göstərilən məzmunda uyğunsuzluqlar yaranmışdır: 1.Hesablama metodu ilə təqdim etdiyi bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9- cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 1693165.18 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş malmaterial qalığının məbləği (52209.59 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (rislki e-qaimə-fakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği (116870.95 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 1256701.32 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0.00 manat) cəmi məbləğindən ( 1425781.86 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 177201.52 manat) çıxılması nəticəsində yaranan (1248580.34 manat) məbləğin müqayisəsi nəticəsində 444584.84 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. 2.Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi ( 1787807.83 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş ( 1256701.32 manat), elektron-qaimə fakturalar ( riskli e-qaimə fakturalar üzrə alınmış mallar ( 0.00 manat) istisna olmaqla) 8.47 manat) və alış aktları ( 0.00 manat) əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi ( 1256709.79 manat) məbləğdən -531098.04 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır. 3. Hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 221.5.2-ci (Qeyrirezident üzrə icarə haqqı) + 222.3-cü (Qeyri-rezident üzrə faizlər) sətrində əks etdirilmiş 0.00 manta + 223.2-ci (Qeyri-rezident üzrə royalti) sətrində əks etdirilmiş 0.00 manta + 229.2-ci (Qeyri-rezident üzrə nəqliyyat xərcləri) sətrində əks etdirilmiş 552311.08 manat, cəmi 552311.08 manat xərc məbləğ ilə, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1604.2-ci ( Faiz gəlirləri üzrə qeyri-rezidentin AR-da müvafiq gəlirləri üzrə ) sətirlərinin cəmi olan 0.00 manta + 1606.2-ci (Royalti üzrə qeyri-rezidentin AR-da müvafiq gəlirləri üzrə) sətirlərinin cəmi olan 0.00 manta + 1607.2-ci (qeyri-rezidentin AR-dəki müvafiq gəlirləri üzrə) 0.00 manat məbləğ + 1608.3-cü (Beynəlxalq daşımalar həyata keçirilərkən nəqliyyat xidmətləri üçün ödəmələr) sətirlərinin cəmi olan 0.00 manat, yekun cəmi 0.00 manat məbləğ arasında 552311.08 manat məbləğində fərq müəyyən edilmişdir. Lakin, təqdim etdiyiniz “Mənfəət vergisinin bəyannaməsi”nin 1 N-li Əlavəsinin 2.2.1.5.1-ci (Sair kreditor üzrə xarici borclar) sətrinin “Hesabat dövrünün sonuna” sütunun göstəricilərinə əsasən hesabat ilində belə kreditor borclarınızın artımı 0 manat məbləğ təşkil etmişdir ki, nəticədə 552311.08 manat məbləğində xərcin çox göstərilməsi müəyyən edildiyindən uyğunsuzluq yaranmışdır. Göstərilən uyğunsuzluqlar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********922500 nömrəli məktubla göndərildikdən sonra vergi ödəyicisi xx.xx.2024cü il tarixli **********748700 nömrəli məktubla müraciət edərək 552311.08 manat qeyrirezident üzrə nəqliyyat xərclərinin olduğunu, həmin xərclərin tranzit daşımalarla bağlı olması səbəbi ilə ödəmə mənbəyində vergiyə cəlb edilmədiyini bildirmişdir. Məktuba əlavə etdiyi müqavilədə, təyinat məntəqələri göstərilməmiş, tranzit daşımanın aparılması tam sübuta yetirilməmiş, Beynəlxalq əmtəə - nəqliyyat qaiməsi və ödənişləri təsdiq edən sənədlər vergi orqanına təqdim edilməmişdir. Xərc maddələrində rezident üzrə daşıma xərci göstərilsə də ödəmə mənbəyində vergiyə cəlb edilməmişdir. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə 19 iyul 2024-cü il tarixli **********450100 nömrəli məktub göndərilərək zəruri sənədlər tələb edilmişdir. Lakin göstərilənləri təsdiq edən sənədlər vergi orqanına təqdim edilmədiyi üçün xx.xx.2024-cü il tarixli **********543100 nömrəli qərara əsasən 121918.37 manat mənfəət vergisi hesablanmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: 08 avqust 2024 tarixli 3-21-2-9/2-6464/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasında 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 121918.37 manat mənfəət vergisi hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyun 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş 9/2265 №li ekspert rəyində qeyd edilmişdir ki, tədqim edilmiş iş materialları və ona əlavə olunmuş sənədlərlə (o cümlədən, dövriyyəni əks etdirən sənədlər, bank sənədləri, daşıma xidmətinin göstərilməsinə dair müqavilələr, ödənişlər, aktlar, invoyslar, ƏDV depozit hesabından çıxarış, bəyannamə məlumaları) AZPLY MMC-nin bəyannaməsi üzrə 2023-cü il üzrə çıxılmalardan sonra ümumi gəlir 1830345,68, gəlirdən çıxılan xərclər 1804363,35 manat olduğu (o cümlədən 552311.08 manat daşıma xərci) müəyyən edilir. Cəmiyyətin bəyannaməsi üzrə 2023-cü il üzrə ümumi gəliri, gəlirindən çıxılan xərci (o cümlədən daşıma xərci) üzrə kənarlaşma müəyyən edilməmişdir. Yəni MMC tərəfindən 2023-cü il üzrə hesablamalı olduğu mənfəət vergisi 5.196,47 manat məbləğində olduğu müəyyən edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının irəli sürdüyü tələb İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, 08 avqust 2024 tarixli 3-21-2-9/2-6464/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasında 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 121918.37 manat mənfəət vergisi hesablanmışdır. İddiaçı 08 avqust 2024 tarixli 3-21-2-9/2-6464/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini istəyir. Cavabdeh qeyd edir ki, 2023-cü il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsində aşağıda göstərilən məzmunda uyğunsuzluqlar yaranmışdır: 1.Hesablama metodu ilə təqdim etdiyi bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9- cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 1693165.18 manat), əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş malmaterial qalığının məbləği (52209.59 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (rislki eqaimə-fakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği (116870.95 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların ( 1256701.32 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0.00 manat) cəmi məbləğindən ( 1425781.86 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 177201.52 manat) çıxılması nəticəsində yaranan (1248580.34 manat) məbləğin müqayisəsi nəticəsində 444584.84 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. 2.Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi ( 1787807.83 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş ( 1256701.32 manat), elektronqaimə fakturalar ( riskli e-qaimə fakturalar üzrə alınmış mallar ( 0.00 manat) istisna olmaqla) 8.47 manat) və alış aktları ( 0.00 manat) əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi ( 1256709.79 manat) məbləğdən -531098.04 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır. 3. Hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 221.5.2-ci (Qeyrirezident üzrə icarə haqqı) + 222.3-cü (Qeyri-rezident üzrə faizlər) sətrində əks etdirilmiş 0.00 manta + 223.2-ci (Qeyri-rezident üzrə royalti) sətrində əks etdirilmiş 0.00 manta + 229.2ci (Qeyri-rezident üzrə nəqliyyat xərcləri) sətrində əks etdirilmiş 552311.08 manat, cəmi 552311.08 manat xərc məbləğ ilə, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1604.2-ci ( Faiz gəlirləri üzrə qeyri-rezidentin AR-da müvafiq gəlirləri üzrə ) sətirlərinin cəmi olan 0.00 manta + 1606.2-ci (Royalti üzrə qeyri-rezidentin AR-da müvafiq gəlirləri üzrə) sətirlərinin cəmi olan 0.00 manta + 1607.2-ci (qeyri-rezidentin AR-dəki müvafiq gəlirləri üzrə) 0.00 manat məbləğ + 1608.3-cü (Beynəlxalq daşımalar həyata keçirilərkən nəqliyyat xidmətləri üçün ödəmələr) sətirlərinin cəmi olan 0.00 manat, yekun cəmi 0.00 manat məbləğ arasında 552311.08 manat məbləğində fərq müəyyən edilmişdir. Lakin, təqdim edilən “Mənfəət vergisinin bəyannaməsi”nin 1 N-li Əlavəsinin 2.2.1.5.1-ci (Sair kreditor üzrə xarici borclar) sətrinin “Hesabat dövrünün sonuna” sütunun göstəricilərinə əsasən hesabat ilində belə kreditor borcların artımı 0 manat məbləğ təşkil etmişdir ki, nəticədə 552311.08 manat məbləğində xərcin çox göstərilməsi müəyyən edildiyindən uyğunsuzluq yaranmışdır. Göstərilən uyğunsuzluqlar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********922500 nömrəli məktubla göndərildikdən sonra vergi ödəyicisi xx.xx.2024-cü il tarixli **********748700 nömrəli məktubla müraciət edərək 552311.08 manat qeyri-rezident üzrə nəqliyyat xərclərinin olduğunu, həmin xərclərin tranzit daşımalarla bağlı olması səbəbi ilə ödəmə mənbəyində vergiyə cəlb edilmədiyini bildirmişdir. Məktuba əlavə etdiyi müqavilədə, təyinat məntəqələri göstərilməmiş, tranzit daşımanın aparılması tam sübuta yetirilməmiş, Beynəlxalq əmtəə nəqliyyat qaiməsi və ödənişləri təsdiq edən sənədlər vergi orqanına təqdim edilməmişdir. Xərc maddələrində rezident üzrə daşıma xərci göstərilsə də ödəmə mənbəyində vergiyə cəlb edilməmişdir. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə 19 iyul 2024-cü il tarixli **********450100 nömrəli məktub göndərilərək zəruri sənədlər tələb edilmişdir. Lakin göstərilənləri təsdiq edən sənədlər vergi orqanına təqdim edilmədiyi üçün xx.xx.2024-cü il tarixli **********543100 nömrəli qərara əsasən 121918.37 manat mənfəət vergisi hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hesablanmış vergi məbləği əsaslı olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyun 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş 9/2265 №li ekspert rəyində qeyd edilmişdir ki, tədqim edilmiş iş materialları və ona əlavə olunmuş sənədlərlə (o cümlədən, dövriyyəni əks etdirən sənədlər, bank sənədləri, daşıma xidmətinin göstərilməsinə dair müqavilələr, ödənişlər, aktlar, invoyslar, ƏDV depozit hesabından çıxarış, bəyannamə məlumaları) AZPLY MMC-nin bəyannaməsi üzrə 2023-cü il üzrə çıxılmalardan sonra ümumi gəlir 1830345,68, gəlirdən çıxılan xərclər 1804363,35 manat olduğu (o cümlədən 552311.08 manat daşıma xərci) müəyyən edilir. Cəmiyyətin bəyannaməsi üzrə 2023-cü il üzrə ümumi gəliri, gəlirindən çıxılan xərci (o cümlədən daşıma xərci) üzrə kənarlaşma müəyyən edilməmişdir. Yəni MMC tərəfindən 2023-cü il üzrə hesablamalı olduğu mənfəət vergisi 5.196,47 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İş üzrə təyin edilmiş ekspert rəyində nəqliyyat xərcləri nəzərə alınaraq mənfəət vergisi hesablansa da, yuxarıda qeyd edilən hallardan çıxış edərək məhkəmə qeyd edir ki, həmin sənədlər cavabdeh inzibati orqanın tələbi ilə kameral yoxlama zamanı təqdim edilməmiş, məhkəmə araşdırması zamanı əsli təsdiq edilməmiş ödəniş fayllarının surəti təqdim edilmişdir ki, qeyd edilən sənədlər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçı qeyri-rezident üzrə nəqliyyat xərclərinin tranzit daşımalarla bağlı olması səbəbi ilə ödəmə mənbəyində vergiyə cəlb edilmədiyini bildirmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçının təqdim etdiyi müqavilələrdə təyinat məntəqələri qeyd edilməmiş, beynəlxalq əmtəə nəqliyyat qaiməsi və ödənişləri təsdiq edən sənədlər, o cümlədən tranzit daşımanın aparılmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Qeyd edilən sənədlərin tələb edilməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli məktubla tələb edilsə də iddiaçı tərəfindən vergi orqanına təqdim edilməmişdir. İş üzrə əldə edilmiş sübutlar və aparılmış məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar