Məhkəmə qərarları › İş №2-1(118)-2186/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2186/2022

26.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2186/2022 26.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Şamaxı şəhəri, M.Hadi küçəsi, ev N3 D yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.N973-cü il təvəllüdlü İddiaçı N992-ci ildə Şamaxı rayon hərbi komissarlığından həqiqi hərbi xidmət keçmək üçün çağırılmışdır. Əvvəlcə 730 №-li, daha sonra isə Ağdərə rayonunda yerləşən N №-li döyüş təyinatlı hərbi hissədə xidmət keçmişdir.Əvvəlcə “siravi”, daha sonra "çavuş” hərbi rütbəsi verilmiş, manqa komandiri vəzifəsində erməni təcavüzkarlarına qarşı Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iki dəfə ağır yaralanmış, ilk dəfə yaralanıb müalicə aldıqdan sonra təkrar döyüşlərə qatılmış, Vətən yolunda canını fəda etməyə hər zaman hazır olmuşdur. İkinci dəfə Ağdərə istiqamətində döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N994-cü ildə yaralanaraq xəsarət almışdır. N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. Uzun müddət hospitalda müalicə olunduğu üçün Müdafiə Nazirinin 278 nömrəli əmri əsasında hərbi komandirin xx.xx.N994-cü il tarixli əmri ilə siyahılardan çıxarılması ilə bağlı arxiv məlumatları mövcüddur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasını NN97 saylı xx.xx.20N0-cu tarxili 59 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin”7.2-ci maddəsinin “a’bəndi əsas götürülərək aldığı xəsarətin hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması təsdiq olunmuşdur. DSMF-nin Şamaxı rayon şöbəsi tərəfindən aldığı xəsarətlərə görə iddiaçıya üçüncü qrup əlillik təyin edilmişdir. Lakin cavabdeh Müdafiə Nazirliyi ona mühairbə veteranı statusu və vəsiqəsini verməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, Müdafiə Nazirliyi Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-2049 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.N994-cü il tarixdən sonra hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılma barədə məlumat aşkar edilməmişdir. Bu səbəbdən iddiaçının müraciətini müsbət cavablandırılmasından imtina edilmişdir. İş üzrə şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, 26 mart N992-ci ildə iddfiaçı İddiaçı ilə birlikdə həqiqi hərbi xidmətə getmişdir. Onlar Bakı şəhərində, daha sonra Pirəküşkül qəsəbəsində, Gəncədə və Ağdərədə döyüş bölgəsində olmuşlar. N7 avqust N992-ci il tarixdə o, yaralanmış, sonra İddiaçı da yarakandığını eşitmişdir. Hospitaldan N ay sonra Ağdərəyə hərbi hissəyə qayıtmışdır. xx.xx.N994-cü ildə yenidən yaralanmış və bir daha ordu sıralarına qayıtmamışdır. İddiaçının nə vaxt və hansl əsasla təxris olunduğunu bilmir. Şahid qismində dindirilən X5 bildirdi ki, N992-ci ilin mart ayında həqiqi hərbi xidmətə yollanmış, iddiaçı ilə birlikdə xidmətdə olmuşdur.Onlar Gəncəyə, sonra Ağdərə istiqsmətində göndərilmişlər. Qlobus adlanan yüksəklikdə xidmət etmişlər, N8 avqust N992-ci il tarixdə Drambon istiqamətində hücuma keçmişlər, 09 sentyabr N992-ci il tarixdə İddiaçıla birlikdə Çıldıran deyilən ərazidə vuruşmuşlar. Əvvəlcə iddiaçı yaralanmış, müalicəyə gedib gəlmiş, daha sonra isə N8 oktyabr N992-ci il tarixdə o, özü yaralanmış, Sırxavənddə, Ağdərədə, sonra isaə Bakıda müalicə olunmuşdur. Bundan sonra o, döyüş bölgəsinə qayıtmamışdır. İş materiallarında olan : -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyinin xx.xx.2022-ci il tarixli 4/3-45N4 saylı məktubundan görünür ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissıya”nın xx.xx.202N-ci ıl tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. - НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı N992-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında komandirin xx.xx.N992-ci il tarixli N nömrəli əmri ilə hərbi hissəyə qəbul edilməsi və uzun müddət hgospitalda müalicədə olduğuna görə Müdafiə Nazirinin N N-li əmrinə əsasən hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN0 N-li əmrilə siyahısından çıxarılması barədə məlumat vardır. Həmin əmr Katibliyin Arxivində olan əmrlərdə öz əksini tapmamışdır. N nömrəli hərbi hissə komandirinin NN noyabr N992ci il tarixli 242 N-li əmrilə 3 MŞR-nın sıravisi İddiaçı manqa komandiri vəzifıəsinıə təyin edilmişdir. N MAT-un yoxlannası haqqında N nömrəli hərbi hissə komandirinin N6 sentyabr N993-cü il tarixli 30 N-li əmrində avqust N993-cü il üçün 3 qat pul təminatı ilə təmin olunmuş şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin N9 mart N992-ci il tarixli 5 saylı əmində və N sayı hərbi hissə komandirinin mart-noyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. - AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N0-cu il tarixli qərarından görünür ki, İddiaçı diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” - -079767 seriyalı vəsiqəsədn görünür ki,İddiaçı xx.xx.20N6-cı ildə 5 il müddətinə üçün dərəcəli əlilik verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin NN-ci bəndinin 8-ci yarımbəndində əsasən N99N-ci il oktyabrın 9-dan N994-cu il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. N0 iyun N992-ci ildə qəbul edilmiş və 20NN-ci ilədək qüvvədə olmuş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun 24-cü maddəsinə görə səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır. Həmin Qanunun 26-cı maddəsinə əsasən, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir. “MDB-nin XN təxris olunaraq ehtiyata buraxılmış hərbi mükələfiyyətlilərin həqiqi hərbi xidmətə çağırılması haqqında” AzərbaycanRespublikası Prezidentinin 25 iyul N992-ci il tarixli 77 nömrəli Fərmanının 2-ci bəndinə görə isə Azərbaycan Respublikası Silahlı Qüvvələri heyətində xidmət edən əsgər və serjantların xidmət müddətləri respublikas ərazisində gedən döyüş əməliyyatlarının müddətinə uyğun olaraq uzadılması qərara alınmışdır. Sadalanmış bu müddəalardan bəlli olur ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Beləliklə, iddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunması təsdiq edilmədiyi üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar