Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-224/2022 29.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı Məmmədoviçin, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Məmmədoviçin Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “Abşeron rayon Xırdalan Bələdiyyəsinin 31.05.2020-ci il tarixli, 07/04-18 saylı qərarının ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Məmmədoviç Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı iddia qaldıraraq “Abşeron rayon Xırdalan Bələdiyyəsinin 31.05.2020-ci il tarixli, 07/04-18 saylı qərarının ləğv edilməsi və həmin icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi”-ni məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin 29.03.2022-ci il tarixli, 2-1(118)-224/2022 saylı Qərardadı ilə iddia “icra sənədi üzrə icraata xitam verilməsi hissəsində” mümkün sayılmamışdır. İddia onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 31.05.2020-ci il tarixli qərarı ilə vergi ödəyicisi kimi iddiaçının mülkiyyətində olan torpaq və əmlaka görə, əmlak və torpaq vergisinin ödənilməsi üçün ümumilikdə 10399,2 manat ödənməmiş ümumi borcum müəyyən edilmiş, borc öhdəlikləri icra olunması üçün müvafiq olaraq Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək iddiaçıya məxsus əmlakın üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmiş, həmin təqdimat Abşeron Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli qərardadı ilə təmin edilmişdir. Yalnız bundan sonra iddiaçı Abşeron Rayon Xırdalan Bələdiyyəsinin qərarı ilə 10399,2 manat ödənməmiş ümumi borcunun müəyyən edilməsindən, həmin qərarın icra sənədi kimi icraya yönəldilməsindən xəbərdar olmuşdur. 2021-ci ilin iyun ayından sonra Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 31.05.2020ci il tarixli qərarı ilə tanış olmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edir və gəldiyi nəticəni aşağıdakı hallarla əsaslandırır. Qərarda 2009-cu il tarixdən başlayaraq 4800 manat icarə haqqı, 3212 manat faiz, o cümlədən istifadədə olan 0.80 ha torpaq sahəsinə görə 1920 manat torpaq vergisi, 467.2 manat faiz borcu, ümumilikdə 10399,2 manat borcun olması və həmin borcu ödəməməsi göstərilmişdir. Bildirir ki, qərarda 80 sot torpaqdan bəhs edilsə də, torpağın cəmi 57 sotu faktiki istifadəsindədir. Onun 39 sotu Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 24.09.2009-cu il tarixli qərarı ilə, torpaqların alqı-satqısına dair akt əsasında ona satılmış, 18 sot torpaq sahəsi 24.09.2009-cu il tarixli illik icarə müqaviləsi əsasında 99 illiyə ona icarəyə verilmişdir. Əlavə olaraq 12 sot torpaq sahəsinin 4 sotu telekommunikasiya qovşağının, 8 sotu isə Azərenerjinin payına düşür. Cavabdeh qanunsuz olaraq, 80 sot torpaq sahəsinin icarə haqqını hesablamışdır. Halbuki, cəmi 18 sot torpaq sahəsi icarə müqaviləsi əsasında iddiaçının istifadəsindədir. Onun da icarə haqqını iddiaçı ödəmişdir. Bundan başqa iddiaçıya torpaq vergisi 2009-cu ildən başlayarq hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər Göründüyü kimi əmlak və torpaq vergisi son 3 ili əhatə etməlidir. Son üç ilin torpaq vergisini də ödəmişdir. Lakin cavabdeh qanunsuz olaraq 2009-cu ildən bəri olan torpaq vergisini hesablamışdır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Yenə həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə güzəşt və azadolmalar tətbiq edilir. Həmin azadolmalar da nəzərə alınmaqla mən torpaq vergisi üzrə vergi öhdəliyini icra etmişdir. Bu səbəbdən cavabdehin torpaq vergisinə görə borc hesablaması da qanunsuzdur. "İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.4-cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilir. Odur ki, cavabdeh orqanın qərarı ləğv edilməli və qərar əsasında olan icra sənədi üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Məmmədoviç iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı Məmmədoviç iddia ərizəsində Xırdalan Bələdiyyəsinin 31 may 2020-ci il tarixli, 07/04-18 nömrəli qərarı ilə vergi ödəyicisi kimi onun mülkiyyətində olan əmlak və torpağa görə, əmlak və torpaq vergisinin ödənilməsi üçün ümumilikdə 10399,2 manat ödənməmiş ümumi borcu müəyyən edilmiş, borc öhdəlikləri icra olunması üçün müvafiq olaraq Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək ona məxsus əmlakın üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmiş, həmin təqdimat Abşeron rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli qərardadı ilə təmin edilmişdir. İddiaçı bildirdiyinə görə 2021-ci il iyun ayından sonra Abşeron rayon Xırdalan Bələdiyyəsinin 31 may 2020-ci il tarixli, 07/04-18 nömrəli qərarı ilə tanış olmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edir. O, iddiasını əsaslandıraraq bildirir ki, qərarda 2009-cu il tarixdən başlayaraq 4800 manat icarə haqqı, 3212 manat faiz, o cümlədən istifadə olan 0,80 ha torpaq sahəsinə görə 1920 manat torpaq vergisi, 467,2 manat faiz borcu, ümumilikdə isə 10399,2 manat borcun olması və həmin borcun ödənilmədiyi göstərilmişdir. Qərarda 0,80 ha torpaq sahəsindən bəhs edilsə də, torpağın cəmi 0.57 hektarı faktiki istifadəsindədir. Onun 0,39 hektarı Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 24 sentyabr 2009-cu il tarixli qərarı ilə torpaqların alqı-satqısına dair akt əsasında ona satılmış, 0,18 ha torpaq sahəsi 24 sentyabr 2009-cu il tarixli illik icarə müqaviləsi əsasında 99 illik ona icarəyə verilmişdir. Əlavə olaraq 0,12 ha torpaq sahəsinin 0,04 hektarı telekommunikasiya qovşağının, 0,08 hektarı isə Azərenerjinin payına düşür. Etiraz olaraq qeyd edirlər ki, iddiaçı hər bir halda vergi və icarə borcunu ödəməlidir. O, torpaq vergisi və icarə haqqını ödəmədiyi üçün barəsində Xırdalan Bələdiyyəsi tərəfindən qərar qəbul edilmiş və Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Barəsində qəbul edilmiş qərar Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərildikdən sonra iddaçı Xırdalan Bələdiyyəsinin yerli büdcəsinə ümumilikdə 2065 manat məbləğində vəsait ödəmiş, lakin onun bu günədək yerli büdcəyə 4952 manat borcu qalmışdır Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil vo özüyeriyon tokorli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fiziki və hüquqi şəxslərdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədi sayılır. İddiaçının Xırdalan Bələdiyyəsinin qərarını qanunvericiliyin pozulması kimi qeyd etməsinə aydınlıq olaraq bir daha bildirirlər ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmin Qanunun 81.5-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində qeyd edildiyi kimi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 87-ci maddəsində də bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurları tərəfindən həyata keçirilməsinin qeyd edilməsi bir daha göstərir ki, iddiaçının iddia ərizəsində göstərdiyi arqumentlər qeyri-düzgün, o cümlədən anlaşılmazdır. Yuxarıda sadalanan hüquq normalarından aydın olur ki, iddiaçının iddiası heç bir hüquqi əhəmiyyət kəsb etmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, mahiyyəti baxımındanda əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibət bildirməyi vacib sayır. Belə ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Mübahisələndirilən inzibati aktı rəsmi qaydada iddiaçıya çatdırılması, iddianı mümkünsüz edən hərhansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia aşağıdaki əsaslara görə təmin edilməlidir. Belə ki, iddiaçı Abşeron rayon Xırdalan Bələdiyyəsinin 31.05.2020-ci il tarixli, 07/04- 18 saylı qərarını mübahisələndirir. Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 31.05.2020-ci il tarixli 07/04-18 saylı qərarı ilə 0.18 ha torpaq sahəsinə görə 2009-cu il tarixdən başlayaraq 4800 manat icarə haqqı, eyni zamanda torpaq vergisinin ödənilməsi üçün ümumilikdə 10399,2 manat ödənməmiş ümumi borc müəyyən edilmiş, borc öhdəlikləri icra olunması üçün müvafiq olaraq Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, torpaq sahəsinə görə icarə haqqı və vergi öhdəliklərinə görə yaranmış borclar mahiyyəti etibarı ilə ayrı-ayrı əsaslarla yaranmış borclardır və bu borcların bir inzibati akt formasında tələb edilməsi qanunvericiliyin tələblərinə ziddir. Beləki torpaq sahəsinə görə icarə borcu mülki hüquq münasibətlərindən yaranan borcdur və bu borcun tələb edilməsi mülki hüquq münasibətlərini tənzimləyən normalar əsasında tələb edilə bilər. Məhkəmə hesab edir bu hal mübahisələndirilən qərarın ləğvi əsas təşkil edir. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, iddiaçı iddiasını əsaslandıraraq bildirir ki, qərarda 2009-cu il tarixdən başlayaraq 4800 manat icarə haqqı, 3212 manat faiz, o cümlədən istifadə olan 0,80 ha torpaq sahəsinə görə 1920 manat torpaq vergisi, 467,2 manat faiz borcu, ümumilikdə isə 10399,2 manat borcun olması və həmin borcun ödənilmədiyi göstərilmişdir. Qərarda 0,80 ha torpaq sahəsindən bəhs edilsə də, torpağın cəmi 0.57 hektarı faktiki istifadəsindədir. Onun 0,39 hektarı Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 24 sentyabr 2009-cu il tarixli qərarı ilə torpaqların alqı-satqısına dair akt əsasında ona satılmış, 0,18 ha torpaq sahəsi 24 sentyabr 2009-cu il tarixli illik icarə müqaviləsi əsasında 99 illik ona icarəyə verilmişdir. Əlavə olaraq 0,12 ha torpaq sahəsinin 0,04 hektarı telekommunikasiya qovşağının, 0,08 hektarı isə Azərenerjinin payına düşür. Etiraz olaraq qeyd edirlər ki, iddiaçı hər bir halda vergi və icarə borcunu ödəməlidir. O, torpaq vergisi və icarə haqqını ödəmədiyi üçün barəsində Xırdalan Bələdiyyəsi tərəfindən qərar qəbul edilmiş və Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Barəsində qəbul edilmiş qərar Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərildikdən sonra iddaçı Xırdalan Bələdiyyəsinin yerli büdcəsinə ümumilikdə 2065 manat məbləğində vəsait ödəmiş, lakin onun bu günədək yerli büdcəyə 4952 manat borcu qalmışdırAzərbaycan Respublikası Vergi Məcəlləsinin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir.Həmin Məcəllənin 11-ci maddəsinə əsasən vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir."Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir.Həmin Qanunun 3.2-ci maddəsinə əsasən yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir.Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil vo özüyeriyon tokorli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir.Həmin Qanunun 5.2-ci maddəsinə əsasən vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fiziki və hüquqi şəxslərdir.“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.Həmin Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədi sayılır.İddiaçının Xırdalan Bələdiyyəsinin qərarını qanunvericiliyin pozulması kimi qeyd etməsinə aydınlıq olaraq bir daha bildirirlər ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur.Həmin Qanunun 81.5-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir.Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir.Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində qeyd edildiyi kimi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 87-ci maddəsində də bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurları tərəfindən həyata keçirilməsinin qeyd edilməsi bir daha göstərir ki, iddiaçının iddia ərizəsində göstərdiyi arqumentlər qeyri-düzgün, o cümlədən anlaşılmazdır. Məhkəmə hesab edir ki, vergi və icarə borclarının müəyyən edilməsi və tələb edilməsi bələdiyyənin hüququ olsada, bu borcların müəyyən edilməsi və tələb edilməsi qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Cavabdeh inzibati orqan yuxarıda sadalanan hüquq normalarına istinad etsədə, bu normaların həm torpaq icarəsi ilə bağlı yaranan borcların müəyyən edilməsinə və tələb edilməsinə, həmdə vergi borclarına şamil edilməsinə əsas göstərməmişdir. Məhkəmə hesab edir ki, torpaq icarəsi ilə bağlı tələblər mülki xarakterli tələblər olduğundan vergi öhdəlikləri ilə eyni əsaslarla tələb edilə bilməz. Vergi öhdəliklərindən yaranan borcların müəyyən edilməsi və tələb edilməsi isə Vergi Məcəlləsi, Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanunu, Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikasının Qanunu, Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Bələdiyyələrin vergi xidməti orqanı haqqında əsasnamə ilə xüsusi olaraq müəyyən edilmişdir və vergi borclarının müəyyən edilməsi və tələb edilməsi qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olmalıdır. İddiaçı qeyd edir ki, qərarda 2009-cu il tarixdən başlayaraq 4800 manat icarə haqqı, 3212 manat faiz, o cümlədən istifadədə olan 0.80 ha torpaq sahəsinə görə 1920 manat torpaq vergisi, 467.2 manat faiz borcu, ümumilikdə 10399,2 manat borcun olması və həmin borcu ödəməməsi göstərilmişdir. Bildirir ki, qərarda 80 sot torpaqdan bəhs edilsə də, torpağın cəmi 57 sotu faktiki istifadəsindədir. Onun 39 sotu Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 24.09.2009-cu il tarixli qərarı ilə, torpaqların alqı-satqısına dair akt əsasında ona satılmış, 18 sot torpaq sahəsi 24.09.2009-cu il tarixli illik icarə müqaviləsi əsasında 99 illiyə ona icarəyə verilmişdir. Əlavə olaraq 12 sot torpaq sahəsinin 4 sotu telekommunikasiya qovşağının, 8 sotu isə Azərenerjinin payına düşür. Cavabdeh qanunsuz olaraq, 80 sot torpaq sahəsinin icarə haqqını hesablamışdır. Halbuki, cəmi 18 sot torpaq sahəsi icarə müqaviləsi əsasında iddiaçının istifadəsindədir. Onun da icarə haqqını iddiaçı ödəmişdir. Bundan başqa iddiaçıya torpaq vergisi 2009-cu ildən başlayarq hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan kimi müvafiq inzibati icraat aparmalı, vergi üzrə tələblər baxımından yuxarıda qeyd edilən qanunvericilik normaları nəzərə alınaraq ayrı qərar qəbul etməli, icarə haqları üzrə borclar isə qanunvericiliyə uyğun olaraq ayrıca tələb edilməlidir. Lakin cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılmamış, işin halları ilə bağlı iddiaçıdan hərhansı sübut, material tələb edilməmiş, həmçinin, belə bir qərarın mövcudluğundan iddiaçı sonradan məlumatlı olmuşdur. Məhkəmə hesab edir ki, bələdiyyələr vergi öhdəliyini müəyyən edən qərarı yalnız müvafiq qaydada inzibati icraat aparıldıqdan sonra qəbul edə bilərlər. Beləliklə Abşeron rayon Xırdalan Bələdiyyəsinin 31.05.2020-ci il tarixli, 07/04-18 saylı qərarı inzibati icraatın nəticəsi kimi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddia tələbinin əsaslı hesab olunması üçün kifayət təşkil edir. İnzibati İcraat haqqında Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yuxarıda qeyd edilənlər mübahisələndirilən inzibati aktın qanusuz olduğunu göstərir və ona görədə məhkəmə hesab edir ki iddia təmin edilməlidir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh bələdiyyə tərəfindən müvafiq icraat aparılaraq vergi borclarının və icarə haqlarının ayrılıqda qanunvericilyə uyğun olaraq tələb edilməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayon Xırdalan Bələdiyyəsinin 31.05.2020-ci il tarixli, 07/04-18 saylı qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayon Xırdalan Bələdiyyəsinin 31.05.2020-ci il tarixli, 07/04-18 saylı qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-224/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-224/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver