Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2246/2021 10.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak X3 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X2 adına verilmiş 20.09.2019-cu il tarixli **********77 reyester nömrəli çıxarışın ləğv edilərək onun adına Xaçmaz rayonu Seyidlikəndyeri kəndində yerləşən 10 sot torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Respublikası Əmlak X3 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “X2 adına verilmiş 20.09.2019-cu il tarixli **********77 reyestr nömrəli çıxarışın ləğv edilərək onun adına Xaçmaz rayonu Seyidlikəndyeri kəndində yerləşən 10 sot torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpağın mülkiyyət hüququna" dair JN 0205 KOD 30221018 nömrəli Dövlət Aktına əsasən X4 Xaçmaz rayon Seyidlikəndyeri Bələdiyyəsinin 28 dekabr 2002-ci il tarixli 15 saylı qərarı ilə fərdi istirahət düşərgəsinin tikintisi üçün 1,00 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi bir neçə şəxsə satılmış, yerdə qalan 10 sot torpaq sahəsini 17 04.2005-ci il tarixində Xaçmaz rayon 1-ci Dövlət Notariat Kontorunda ünvan 1 ünvanda yaşayan X1 alğı-satqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsini notarial qaydada alğı-satqı yolu ilə alsa da DƏDRX tərəfindən çıxarış almamışdır. Qeyd etdiyi 10 sot torpaq sahəsi üçün o çıxarış almaq məqsədi ilə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi idarəsinə 26.11 2020-ci il tarixində rəsmi müraciət etmişdir. Cavabdeh DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi müraciətinə 03.12.2020-ci il tarixində rəsmi imtina edərək bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, göstərilən 0,10 ha torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə Bakı şəhəri “Mərkəz” vəkil bürosu tərəfindən ünvanlanmış 04 12.2020-ci il tarixli sorğusuna isə 08.12.2020-ci il tarixli **********05 nömrəli cavab məktubunda bildirilmişdir ki, yuxarıda qeyd olunan torpaq sahəsinə 20.09 2019-cu ıl tarixində, yerdə qalan hissə kimi X2 adına **********77 reyestr nömrəli çıxarış verilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, X5 ondan xəbərsiz alğı-satqı yolu ilə ona satdığı Xaçmaz rayon Seyidlikəndyeri kəndində yerləşən 10 sot torpaq sahəsinə öz adına 20.09 2019-cu il tarixində, **********77 reyestr nömrəli çıxarış alıb. X2 adına olan 20.09.2019- cu il tarixində, **********77 reyestr nömrəli çıxarışı əldə edə bilmədiyi üçün həmin çıxarışı ərizəsinə əlavə edə bilməmişdir. DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin 20.09.2019cu il tarixli, **********77 reyestr nömrəli çıxarış ləğv edilməli və onun adına DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən çıxarış verməlidir. Onu da bildirdi ki, üçüncü şəxs X5 Bakı şəhəri, Nəsimi rayon sakini olduğu üçün o Bakı şəhəri Nəsimi rayon məhkəməsinə çıxarışın etibarsız hesab edilməsi haqqında iddia ərizə ilə müraciət etmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsi 2(006)-4741/2021 saylı, 02.07.2021-ci il tarixli qərardad çıxararaq aidiyyatı üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərmişdir. Xaçmaz rayon məhkəməsi isə iddia ərizəsini İnzibati Məhkəməyə aidiyyatı olduğunu bildirərək 2(067)-2526/2021 saylı, 21.09.2021-ci il tarixli qərardad çıxararaq iddia ərizəsinə xitam verib və iddia ərizəmdə göstərilən tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirib. Bundan sonra iddiaçı təkrarən cavabdeh DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə 04.11.2021-ci il tarixli rəsmi ərizə ilə müraciət edərək, X2 adına verilmiş 20.09.2019-cu il tarixli, **********77 reyestr nömrəli çıxarışın ləğv edilməsi və notariat qaydasında, müqavilə əsasında alğı-satqı yolu ilə Xaçmaz rayon, Seyidlikəndyeri kəndində yerləşən ona məxsus olan 10 sot torpaq sahəsinə adına çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh 04.11.2021-ci il tarixli, **********62 saylı məktubu ilə ərizəsinə cavab olaraq bildirmişdir ki, Xaçmaz rayon, Seyidlikəndyeri kəndində yerləşən X2 adına verilmiş çıxarışın ləğvi yalnız məhkəmənin qərarı ilə mümkündür. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək səhəti ilə bağlı prosesdə iştirak edə bilməyəcəyini, iddia tələbinə mahiyyəti üzrə baxıb və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak X3 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə tərəflərin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, hazırkı iddia tələbinin predmeti X2 ona Qanunla verilmiş hüququndan istifadə etməsi nəticəsində öz adına qeyd olunan torpaq sahəsinin üzərində qeydə alınmış mülkiyyət hüquqna dair çıxarışın ləğv edilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, hüquqdan sui-istifadənin qadağan edilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsində göstərilib. Belə ki, Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.1 və 560.3.2-ci maddələrinin tələblərinə əsasən qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi və şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirilməsi hüquqdan sui istifadə sayılır. Göründüyü kimi X5 İddiaçı ilə bağladığı alqı satqı müqaviləsi üzrə əmlak üzərində olan hüquqlarını başqa şəxsə ötürməsini dərk etmiş, lakin Atamali Salmanovun həmin alqı satqı müqaviləsi üzrə torpaq sahəsinə dair əldə etdiyi hüququnun qeydə aldırılması üçün DƏDRX-nə müraciət etməməsindən istifadə edərək həmin torpağı alqı satqı müqaviləsi əsasında başqa şəxsə satmışdır. Bu isə X2 hərəkətlərinin qeyri-qanuni olmasına və onun alqı-satqı müqaviləsinin tərəfi kimi üzərinə düşən vəzifələrin kobudcasına pozulmasına dəlalət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan plenum qərarının tələbləri baxımından hazırki iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmələr tərəfindən baxılacaq iddia tələblərinin növləri göstərilmiş və iddia tələbinə cavab verməli tərəfin inzibati orqan olmasının zəruriliyi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınının 17-ci bəndində göstərilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.” Göründüyü kimi X2 adına verilmiş 20.09.2019-cu il tarixli **********77 reyestr nömrəli çıxarışın verilməsi üçün əsas onun əmlak hüquqlarından kobud şəkildə sui-istifadə etməsi olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X2 adına verilmiş 20.09.2019cu il tarixli **********77 reyester nömrəli çıxarışın ləğv edilərək onun adına Xaçmaz rayonu Seyidlikəndyeri kəndində yerləşən 10 sot torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün hesab edilməməlidir. İddiaçıya hazırkı iddia tələbi ilə bağlı cavabdeh təşkilatın olduğu yerin ümumi (şəhər, rayon) məhkəməsinə müraciət hüququnun olması iddiaçıya izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X2 adına verilmiş 20.09.2019-cu il tarixli **********77 reyestr nömrəli çıxarışın ləğv edilərək onun adına Xaçmaz rayonu Seyidlikəndyeri kəndində yerləşən 10 sot torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2246/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2246/2021
10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver