Məhkəmə qərarları › İş №2-1(118)-227/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-227/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-227/2021 09.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xx xxxx 2020-ci il tarixlli **********8 nömrəli əmri ləğv edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi vəzifəsinə bərpa olunmağına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə, ona vurulan maddi-mənəvi ziyana görə cavabdehdən 100000 manat məbləğində təzminatın ödənilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xx xxxx 2020-ci il tarixlli **********8 nömrəli əmri ləğv edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi vəzifəsinə bərpa olunmağına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə, ona vurulan maddi-mənəvi ziyana görə cavabdehdən 100000 manat məbləğində təzminatın ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd edilir ki, iddiaçının ailəsi 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşmüş və indiki Göygöl rayonunda məskunlaşmışdır. 1992- 1999-cu illərdə Dövlətlərarası tələbə mübadiləsi proqramı çərçivəsində dövlət xətti ilə Türkiyə Respublikasının Anadolu Universitetinin İqtisadiyyat və X5 Əmək iqtisadiyyatı və sənaye münasibətləri ixtisası üzrə ali təhsilini müvəffəqiyyətlə başa vurub ölkəyə qayıtmışdır. 2000-2001-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. O, dövlətin ona sərf etdiyi maddi və mənəvi əməyi nəzərə alaraq dövlət qulluqçusu olmuşdur. Buna görə də, 2002-ci ildə ixtisası üzrə müvafiq işlə təmin olunmağına köməklik göstərilməsi üçün Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevə müraciət etmişdir. Müraciəti nəzərə alınaraq xx xxxxxx 2003-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğuna qəbul olunmuşdur və Xanlar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müavinətlər üzrə müfəttiş vəzifəsinə təyinat almışdır. Təhsili və digər fərdi keyfiyyətləri nəzərə alınaraq vəzifədə irəli çəkilmişdir. 2005-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət X4 əməyin sosial-hüquq və tibbi-sosial məsələlər üzrə nəzarət sektoruna məsləhətçi-əmək müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2011-ci ildə vəzifədə irəli çəkilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Aparatının Əmək qanunvericiliyinə dövlət nəzarətinin planlaşdırılması, analitik təhlil və operativ nəzarət sektoruna baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə vəzifədə irəli çəkilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsinə keçirilmişdir. 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində aparılan struktur dəyişikliyi ilə əlaqədar olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin Yevlax regional ərazi şöbəsinə rəis keçirilmişdir. 2020-ci idə aparılan struktur dəyişikliyi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində xaricdə təhsil alan və ixtisas profili üzrə 18 ilə yaxın fasiləsiz və qüsursuz qulluq keçən az sayda kadrlardan biri olmuşdur. Əmək fəaliyyəti müddətində vəzifəsinin icrası zamanı hər hansı nöqsana, çatışmazlığa və pozuntuya yol verməmişdir. Üzərinə düşən vəzifələri vaxtında və peşəkarlıqla yerinə yetirmişdir. Buna görə də, həmişə vəzifədə irəli çəkilmişdir. Hər zaman fərdi və kollektiv mükafatlandırılmışdır. Ən son 2020ci ilin iyun ayında mükafatlandırılmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın və qulluq keçdiyi dövlət orqanının maraqlarını həmişə öz şəxsi maraqlarından üstün tutmuşdur. Özünü ümummilli lider Ulu öndər Heydər Əliyevin siyasi kursunun fədaisi hesab etmiş və həmişə bu əqidəni davam etdirəcəkdir. Ailəlidir: azyaşlı qızı, həyat yoldaşı və qayğiya möhtac ahıl anası var. Qeyd olunanlara baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab X11 xx xxxx 2020-ci il tarixli **********8 nömrəli əmri ilə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsi əsas göstərilərək onunla bağlanmış xx xxx 2011-ci il tarixli müddətsiz əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən xitam verilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi vəzifəsindən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşmiş Elektron İnformasiya Sisteminin "Əmək müqaviləsi bildirişi" altsistemində xx xxxx 2020-ci il tarixli xxxxxxx0001X0 nömrəli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişi qeydə alınmışdır. Həmin bildirişdə dövlət qulluğuma xitam verilməsinə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.6 və 25.2.6-cı maddələri (intizam tənbehi qaydasında dövlət qulluğundan azad edildikdə) əsas göstərilmişdir. Eyni zamanda dövlət qulluğuna xitam verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2020-ci il tarixli **********8 nömrəli əmrində öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğu iddia olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərovun xx xxxx 2020-ci il tarixli yazılı məruzəsi əsas göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət qulluğuna xitam verilməsini və onunla bağlanmış xx xxx 2011-ci il tarixli müddətsiz əmək müqaviləsinə xitam verilməsinə dair əmri qanunsuz və əsassız sayır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli Sərəncamımn icrası ilə bağlı tədbirlər planı təsdiq olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əmək haqlarının saxlanılması üçün müvafiq işlərin aparılması tapşırılmışdır. Bu istiqamət üzrə görüləcək işlər həmin sektorda çalışan 910 min işçini əhatə etmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu müddətdə çox sayda işçini əsassız olaraq işdən azad etmiş və onların ailələrini pandemiya dövründə sosial cəhətdən müdafiəsiz qoymuşdur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 122 saylı qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə iş rejiminin tənzimlənməsi barədə qərarında ölkədə məhdudiyyətlər tətbiq olunmuşdur. Buna görə də, iş yerləri məhdud sayda işçi ilə fəaliyyətini davam etdirmişdir. Bu məhkəmələrin fəaliyyətinə də sirayət etmişdir. Bu cür həssas bir dövrdə işçilərin qondarma və qərəzli əsaslarla işdən çıxarılması maddi və məni olaraq ağır və dözülməz bir haldır. Bu dövlətimizin sosial siyasətini və vətəndaşlarına olan real münasibətini əks etdirmir. İddiaçını işdən azad etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onu, 4 yaşlı qızını, 80 yaşlı ahıl anasını və həyat yoldaşını karantin rejimi dövründə sosial cəhətdən müdafiəsiz qoymuşdur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə ölkədə tətbiq olunan karantin rejimi müddətində ezamiyyətdə olan işçinin, müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatının razılığı alınmadan və hər hansı araşdırma aparılmadan intizam tənbehi qaydasında işdən azad olunması yolverilməzdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən etik davranış qaydalarını pozmaqla ittiham olunur. Bu əsas göstərilərək onu intizam tənbehi qaydasında işdən azad etmişdirlər. "Dövlət X6 qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununun 23.3. maddəsində qeyd olunur ki, bu maddənin 23.3.1. və 23.3.2. hissələrində nəzərdə tutulan hallarda intizam icraatına başlanıla bilər: bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi; X2 dövlət qulluqçusu tərəfindən bu Qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi. Etik davranış qaydalarını pozmağı ilə bağlı hər hansı bir fiziki və ya hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət və məlumat daxil olmamışdır. İddiaçıya bildirilmişdir ki, feysbuk sosial şəbəkəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini gözdən salan paylaşım etmişdir. Ona qarşı atılan bu iftira qəbuledilməzdir və qərəzlidir. İddiaçı məxsus feysbuk hesabında dostluğunda 5 min nəfərə yaxın şəxs var. Həmin səhifədə Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, ölkənin birinci ailəsinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və o cümlədən nazir cənab Sahil Babayevin fəaliyyətini təbliğ etmişdir. Xüsusi ilə nazir Sahil Babayev haqqında müsbət yönümlü video roliklər hazırlamış və ictimailəşdirmişdir. Mətbuat və X2 həmişə nazirləri cənab Sahil Babayev haqqında öz müsbət münasibətini bildirmişdir. Dövlət Başçısının təyinatları və qərarları heç vaxt müzakirə edilməmişdir. Həmişə dövlətimizi və dövlətçiliyimizi təbliğ etmişdir. Dövlətimizə və hakimiyyətə olan bağlılığından özəl sektora nisbətən daha aşağı əmək haqqı ilə dövlət qulluğunda olmağa üstünlük vermişdir. Onun fikirləri kimi təqdim edilmiş paylaşım iddiaçıya aid deyil. Bu onun işdən çıxarılmağı üçün tərtib olunan qarayaxmadır. Bununla əlaqədar nə iddiaçıdan izahat alınmamış, nə də müvafiq dövlət orqanlarına bununla bağlı araşdırma aparılması üçün müraciət olunmamışdır. İddiaçı əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətində 15 ildən artıq müxtəlif vəzifələrdə qulluq keçmişdir. Əmək fəaliyyəti müddətində bu qədər qeyri-peşəkarlıqla işçinin əmək müqaviləsinə xitam verilməsi halı ilə rastlaşmamışdır. Hətta iddiaçının yazdığını iddia etdikləri həmin paylaşım belə bir işçinin intizam məsuliyyətinə cəlb olunmasına və işdən çıxarılmasına əsas ola bilməz. Buna görə də, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsi əsas göstərilərək işdən çıxarılmağı qərəzlidir və heç bir hüquqi əsası yoxdur. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 25-ci maddəsində Dövlət qulluqçularının məsuliyyəti müəyyən olunmuşdur. Həmin maddənin 25.1. hissəsində qeyd olunur ki, Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin maddənin 25.2. hissəsində isə dövlət qulluqçusunun bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində- 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi- qanunvericiliklə nəzərdə tutulmuş intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 25.6. maddəsində qeyd olunur ki, bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olsa idi həmin Qanunun 25.3. maddəsində nəzərdə tutulmuş qaydada dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılmalı və dövlət qulluqçusundan yazılı izahat alınmalıdır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin etməlidir. Lakin, nə iddiaçıdan izahat alınmamış, nə araşdırma aparılmamış, nə də xidməti yoxlama təyin olunmamışdır. Onun dövlət qulluğuna ezamiyyətdə olduğu müddətdə və ölkədə tətbiq olunan karantin rejimi dövründə xitam verilmişdir. Bununla yanaşı müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatının razılığı alınmamışdır. Onun tələm-tələsik işdən çıxarılmağının səbəbi sosial şəbəkələrdə ki, paylaşımları ilə bağlı deyil. Ona görə ki, o, sosial şəbəkələrdə yalnız iqtidar yönümlü paylaşımlar edir. Feysbukda İddiaçı profilinə baxılsa bunu iddiaçının işdən çıxarılmağının tək səbəbi Mingəçevir şəhərində və xidməti ərazisinə daxil olan digər şəhər və rayonlarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir sıra neqativ hallardan xəbər tutmağıdır. Bu sahədə baş verən korrupsiya və rüşvətxorluq hallarından məlumatlı olan işçilər müxtəlif üsullarla şərlənərək işdən azad olunur. 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin baş məsləhətçisi-baş əmək müfəttişi Sənan Ələsgərovun şahid qismində dindirilməsi bu cür qanunazid halların sənədlərlə sübuta yetirilməsinə kifayət edəcəkdir. İddiaçı ona qarşı münasibətin yaxşı olmadığından məlumatlıdır. Dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə, nazir müavinləri Anar Kərimova, Anar Əliyevə və digər rəhbər şəxslərə müraciət edərək ailə vəziyyətini və yaşayış yerinin Abşeron rayonunda olmasını nəzərə alaraq Xidmətinin Bakı və Sumqayıt şəhərində fəaliyyət göstərən şöbələrindən birinə rotasiya qaydasında keçirilməsini xahiş etmişdir. Nazirliyin cavab məktubları qanunvericiliyə istinad olunmamış və həmin məktublarla iddiaçıya qarşı qərəzlilik və ayrıseçkilik nümayiş olunmuşdur. Belə ki, Dövlət Məşğulluq Xidmətinin Göygöl rayon şöbəsinin xx xxxxx 2019-cu il tarixli **********3 nömrəli məktubu ilə işsiz və iş axtaran şəxs kimi qeydiyyata durmaq üçün şöbəyə müraciət etməyi, xx xxxxxx 2019-cu il tarixli **********1 nömrəli və xx xxxxxxxx 2019-cu il tarixli **********0 nömrəli məktublarında isə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi müsabiqələrdə iştirak etməyi tövsiyə olunmuşdur. Halbuki iddiaçı həmin dövlət orqanında müvafiq vəzifə tutmuş və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununda eyni adda və eyni təsnifatda vəzifəyə keçirilmək üçün müsahibə və müsabiqə nəzərdə tutulmamışdır. İş təcrübəsi və xaricdə təhsili buna imkan verir ki, o, müvafiq vəzifəyə keçirilsin. Buna görə də, iddiaçı son iki ildə yaşayış yerindən kənarda olmaqla hər ay 400 (dörd yüz) manat kirayə haqqı və Bakı şəhərində evinə hər həftə baş çəkmək üçün aylıq bir o qədər nəqliyyat xərci çəkmişdir. Bu onun müflisləşməyinə səbəb olub. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə regional ərazi şöbəsinin rəisi X12 2018-ci ildən dövlət qulluğu imtahanlarından keçmədən rəhbər vəzifə tutur. 3 dəfə Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqələrdə qanunsuz iştirak edib və hər səfərində 12 baldan az nəticə topladığı üçün imtahanlardan keçə bilməmişdir. Buna baxmayaraq o həmin vəzifə üzrə əmək fəaliyyətini bu gündə davam etdirməkdədir. Halbu ki, rotasiya qaydasında yaşayış yerinə yaxın ərazidə müvafiq işlə təmin olunmağı ilə bağlı müraciətinə həmin müddətdə müsbət cavab verilməmişdir. Ona məlum olmuşdur ki, onlar savadlı və təcrübəli kadrlarla işləmək istəmirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində son iki ildə kütləvi olaraq savadlı və təcrübəli kadrlar müxtəlif bəhanələrlə işdən çıxarılır və onların yerinə özlərinə yaxın şəxslər təyin olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini sistemində korrupsiya və rüşvətxorluq halları geniş vüsət almışdır. Bununla bağlı hüquq mühafizə orqanlarına müvafiq müraciətləri olacaq. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbər şəxsləri tərəfindən son bir ildə ayrı-ayrı vaxtlarda iddiaçıya qarşı müxtəlif təzyiq vasitələrindən istifadə olunurdu. İlk olaraq xidməti faəliyyəti ilə bağlı onu təxribata cəlb etmək istədilər. Əmək hüquqlarının bərpası ilə bağlı Dövlət Əmək Müfəttişliyi xidmətinə müraciət edən Mingəçevir şəhərində məskunlaşan məcburi köçkün X7 ondan şikayət etməyə məcbur etdilər. Ondan whatsap tətbiqi vasitəsi ilə ərizə aldılar. Lakin, Z.Cəfərova izahatında və dövlət notariusu tərəfindən təsdiq olunmuş ərizəsində iddiaçıdan və Xidmətin Mingəçevir regional ərazi şöbəsinin işçilərindən heç bir şikayətinin olmadığını bildirmişdir. İzahatında buna məcbur edildiyini qeyd etmişdir. Bu hal üzrə müvafiq sənədlər iddia ərizəsinə əlavə olunur. Xidməti fəaliyyəti ilə bağlı qanun pozunusuna yol vermədiyinə görə iddiaçını şərləyərək işdən azad etmişdirlər. Əmək müqaviləsinə xitam verməklə yanaşı eyni zamanda karantin rejimində iddiaçıya verilən icazə Nazirlik tərəfindən ləğv edilmiş və o, Mingəçevir şəhərində ailəsindən kənar təcrid həyatı yaşamağa məcbur qalmışdır. İddiaçının Mingəçevir şəhərində olmağı əmək fəaliyyəti ilə bağlıdır. Bu cür təcrid olunmağı ailəsinin və özünün maddi və sosial durumunu olduqca çətinləşdirmişdir. Ahıl anası, azyaşlı övladı və həyat yoldaşı himayəsiz qalmışdır. İddiaçı karantin rejiminə görə öz yaşayış yerinəə qayıda bilməmiş və əmək kitabçasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən götürə bilməmişdir. Buna görə də, məhkəməyə əmək kitabçasından çıxarış təqdim edə bilməmişdir. Bu səbəbdən əmək fəaliyyətini təsdiq etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.gov.az internet portalından elektron qaydada əldə etdiyi sosial arayışı iddia ərizəsinə əlavə etmişdir. "Dövlət Qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 25.8. maddəsində bildirilir ki, İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Buna görə də, Dövlət Əmək Müfəttişliyi Xidmətininin Mingəçevir regional ərazi şöbəsinin rəisi vəzifəsində qulluq keçmiş İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2020-ci il tarixli **********8 nömrəli əmrinin əsasız və qərəzli olduğuna görə ləğv olunması üçün Dövlət X19 hüquqi şəxsinə müraciət etmişdir. Dövlət X1 2.1.31. hissəsini rəhbər tutaraq "Dövlət X6 qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasını nəzərə alıb nizamnaməsinin 2.1.34. bəndinə müvafiq olaraq dövlət qulluğu və dövlət X6 qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarım aradan qaldırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2020-ci il tarixli **********8 nömrəli əmrinin ləğv olunması və dövlət qulluğuna bərpa olunmağımla bağlı Nazirliyə təqdimat verilməsini xahiş etmişdir. Eyni zamanda eyni müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə bərpa olunmağı ilə bağlı rəsmi müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci Maddəsinin 2-ci hissəsində Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189-cu maddəsində İntizam tənbehinin verilməsi şərtləri qeyd olunmuşdur. Həmin maddənin 2-ci hissəsində qeyd olunur ki, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İddiaçı Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəis müavini Məmməd Bayramovun xx xxxx 2020-ci il tarixli **********7 nömrəli əmri ilə xidməti işlə əlaqədar Bakı şəhərinə ezam olunmuşdur. Ezamiyyətdə olduğu müddətdə xx xxxx 2020- ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı bütün əmrlər və sənədlər real vaxt rejimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydəriov tərəfindən elektron imza ilə imzalanmış və vaxt möhürü ilə təsdiqlənmişdir. Həmin maddənin 3-cü hissəsində isə qeyd olunur ki, İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Lakin, işəgötürən tərəfindən əmrlə tanış edilməmiş və əmrin sürəti iddiaçıya verilməmişdir. Əmrin ksero sürəti x xxxx 2020-ci il tarixdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəis müavini M.Bayramov tərəfindən iddiaçıya verilmiş və təhvil təslim dövründə əmək kitabçasını almağına dair akt imzalanmışdır. Lakin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya alınan icazə ləğv olunduğuna görə Mingəçevir şəhərində təcrid həyati yaşayır və bu səbəbdən əmək kitabçasını ala bilmir. Bununla yanaşı Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci rtissəsində qeyd olunur ki, bu məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaüyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Lakin, bununla bağlı həmkarlar ittifaqının razılığı alınmamışdır. Belə ki, həmin maddənin 2-ci hissəsində həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunda qeyd edilmişdir ki, dövlət qulluqçusuna verilən intizam tənbehi zamanı onun kollektivdəki nüfuzu, peşəkarlığı və digər xüsusiyyətləri nəzərə alınmalıdır. Qulluq keçdiyi Dövlət Orqanı bunlara məhəl qoymamış və iddiaçıya qarşı qərəzli münasibət göstərmişdir. Beləliklə də ona həm maddi və həm də mənəvi zərər dəymişdir. Kollektiv içində nüfuzuna xələl gəlmişdir. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışım müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuramn təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Qərarı, Mülki Məcəllədə mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən hüquq normasının olmaması və məhkəmələrdə belə mübahisələrin həlli zamanı qeyrimüəyyənliyin yarandığı nəzərə alaraq vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə qaldırılan məsələlər üzrə inqilabi Qərar olmuşdur. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinin zəruriliyi qənaətinə gəlməsi yerli Məhkəmələr tərəfindən Milli Məhkəmə presidentlərinə əsaslanaraq Qərar qəbul etmələrinə yardımçı olacaqdır. Məlum Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2020- ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Qərarında göstərilən xüsusatlarla iddiaçının qarşılıqlı iddia ərizəsindəki xüsusatlar demək olar ki,üst-üstə düşür. Beləki, Plenum Qərarında göstərilmişdir; Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya etiraz edərək qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2020-ci il tarixli **********8 nömrəli əmrinin ləğv edilməsini, dövlət qulluğuna bərpa edilməsini, məcburi işəburaxmaya görə əmək haqqının verilməsini və vurulan maddimənəvi ziyana görə 100000 (yüz min manat) məbləğində təzminatın ödənilməsi barədə müvafiq qərar verilməsini Məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və Məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Belə ki, İddiaçı əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə uyğun olaraq əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə xitam verilmişdir (surəti əlavə olunur). İddiaçı işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxx 2020-ci il tarixli **********3 nömrəli yazılı məruzəsi olmuşdur (surəti əlavə olunur). Məruzədə göstərilir ki, Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı “Facebook” sosial şəbəkəsindəki öz səhifəsində xx xxxx 2020-ci il tarixində etdiyi paylaşımında Nazirliyin sosial gördüyü işlərin, aparılan islahatların perspektivinin olmadığını və bunun səbəbinin Naizrliyin və Xidmətin vəzifəli şəxslərinin səriştəsizliyi kimi qələmə verməyə çalışmış, Xidmətin fəaliyyətini qeyri-qənaətbəxş hesab etmiş, xdimətin vəzifəli şəxsləri barəsində böhtan xarakterli ifadələr işlətmiş, bununla da “Dövlət X6 qaydaları haqqında” Azərbaycan Respubikası Qanununun 6-cı maddəsinin və Nazirliyin xx.xx.2019-cu il tarixli **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda qulluq keçən dövlət qulluqçuları üçün etik davranış Qaydaları”nın 2.4-cü bəndinin tələblərində göstərilmiş loyallıq (Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkilməlidir) qaydalarına əməl etməmişdir. Həmçinin Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı dövlət X6 qaydalarının pozmuş və vəzifə səlahiyyətlərinin aşaraq quluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol vermişdir. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü (Dövlət qulluqçusu başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir) və 18.0.12-ci (Etik davranış qaydalarına əməl etməlidir) maddələrinin tələblərinin pozulduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq İddiaçı barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərindən birinin tətbiq olunmasının məqsədəmüvafiq olduğu göstərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Mingəçevir regional ərazi şöbəsinin rəisi vəzifəsində qulluq keçən İddiaçı xidməti vəzifəsinə aid olmadığı halda dəfələrlə sosial şəbəkələr vasitəsi ilə dövlət orqanlarının, onların rəhbərlərinin və digər vəzifəli şəxslərin qanuni fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələr yazmış, onların fəaliyyətinə ictimai qiymət verməkdən çəkinməmişdir. İddiaçı əsassız fikirləri ilə vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol vermiş, cəmiyyətdə dövlət orqanları ilə bağlı mənfi imic yaratmağa çalışmış və bununla da “Dövlət X6 qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı (Loyallıq), 7-ci (İctimai etimad) və 9cu (Mədəni davranış) maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Yuxarıda yazılanlardan göründüyü kimi iddiaçı vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildiyi üçün işdən azad edilmişdir. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi həmin Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edilmə hallarına əsaslanır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: töhmət; bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; ixtisas dərəcəsinin bir pillə aşağı salınması; dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Bununla bağlı iddaçının yazılı izahatı alınması üçün dəvət edilmiş, lakin İddiaçı izahat verməkdən imtina etmişdir.Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin Qanunun 18.0.1-ci maddəsinə əsasən qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirmək, 18.0.4-cü maddəsinə əsasən başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmək, 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək dövlət qulluqçularının əsas vəzifələri sırasına aiddirlər. “Dövlət X6 qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 -ci maddəsinə əsasən dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. 6.1 -ci maddəsinə əsasən dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur. 7.1 -ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. 9-cu maddəsinə əsasən dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. 12.1 -ci maddəsinə əsasən dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. Həmin Qanunun 23.1 -ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. İddiaçının iddia ərizəsində göstərdiyi ezamiyyə məsələsinə dair cavabdeh bildirmişdir ki, xx.xx.2020-ci tarixdə İddiaçı işdən çıxma əmrinin elan edilməsi üçün Nazirliyə dəvət edilmişdir və ezamiyyə olaraq rəsmiləşdirilməmişdir. Həmçinin cavabdeh məhkəmənin nəzərinə çatdırmışdır ki, Nazirliyin xx xxxxxxx 2018-ci il tarixli “Məzuniyyət və ezamiyyət əmrlərinin imzalanması səlahiyyətinin verilməsi barədə” **********3 nömrəl əmrinin 1.1-ci bəndinə əsasən Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələrinin rəislərinin məzuniyyət və respublika daxili ezamiyyət əmrlərinin imzalanması səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən həyata keçirilir (əmrdən çıxarış əlavə olunur). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X8 Komitəsinin rəyi alınmışdır (surəti əlavə olunur). Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X16 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi yazılı izahatında bildirmişdir ki,

1. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərovun xx xxxx 2020-ci il tarixli **********3 nömrəli yazılı məruzəsinə dair; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərovun xx xxxx 2020-ci il tarixli **********3 nömrəli yazılı məruzəsində bildirilir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı qanunsuz hərəkətləri xidmət tərəfindən daxili nəzarət qaydasında araşdırılmışdır. Ona görə ki, daxili nəzarət qaydasında araşdırma aparılması üçün iddiaçının araşdırmada iştirakı təmin edilməli və həmin yazının iddiaçı tərəfindən yazıldığı tam sübuta yetirildikdən sonra müvafiq tədbir görülməsi üçün rəhbərliyə müraciət olunmalıdır. Yazılı məruzədə qeyd olunur ki, iddiaçı feysbuk sosial şəbəkəsindəki səhifəsində xx xxxx 2020-ci il tarixdə etdiyi paylaşımda Nazirliyin sosial sahədə gördüyü işlərin, apardığı islahatların perspektivinin olmadığını bildirmiş və bunun səbəbini Xidmətin vəzifəli şəxslərinin səriştəsizliyi kimi qələmə verməyə çalışmışdır. Xidmətin fəaliyyətini qeyriqənaətbəxş hesab etmiş, xidmətin vəzifəli şəxsləri barəsində böhtan xarakterli ifadələr işlətmişdir. Bununla da, "Dövlət X6 qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərini pozmuşdur. Bununla bağlı iddiaçı qeyd edir ki, onun heç bir dövlət orqanı ilə, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə heç bir fikir ayrılığı olmamışdır. İddiaçı 2003-cü ildən Nazirlik sistemində qulluq keçmişdir. Təhsili, təcrübə və savadı nəzərə alınaraq vəzifədə irəli çəkilmişdir. Nazirlik tərəfindən hüquqları pozulduqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada yuxarı dövlət orqanlarına müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevin fəaliyyətini həmişə yüksək qiymətləndirmişdir. Bununla bağlı X2 hər zaman öz münasibətini bildirmişdir. Hər zaman qulluq keçdiyi dövlət orqanının maraqlarını şəxsi maraqlarından üstün tutmuşdur. Feysbuk sosial şəbəkəsində xx xxxx 2020-ci il tarixdə tərəfindən qulluq keçdiyi dövlət orqanının fəaliyyətini gözdən salan hər hansı bir paylaşım etməmişdir. xx xxxx 2020-ci il tarixdə feysbuk sosial şəbəkələrində iddiaçının adından edilən paylaşım onun qulluq keçdiyi dövlət orqanına olan münasibətini və mövqeyini əks etdirmir. Bu məqsədli şəkildə iddiaçının adına yaradılmış saxta feysbuk hesabından və ya kənar müdaxilələrlə hesabının ələ keçirilməsi ilə mümkün ola bilər. İddiaçı bununla bağlı müvafiq dövlət orqanlarına çoxsaylı müraciətlər ünvanlamışdır. Həmin müraciətlərin surəti və poçt göndəriş qəbzləri etiraz məktubuna əlavə olunur. Məlumat üçün bildirir ki, feysbuk qeyri-rəsmi sosial şəbəkədir. Sosial şəbəkələrin təhlükəsizliyi və məsuliyyəti ilə bağlı ölkəmizdə normativ hüquqi baza mövcud deyil. Bu gün sosial şəbəkələrdə kifayət qədər saxta hesablar var. Bu hesablardan məqsədli şəkildə istifadə olunur və saxta məlumatlar yayılır. Sosial şəbəkə hesablarının ələ keçirilməsi və bundan şəxslərə qarşı istifadə edilməsi halları çoxdur. Sosial şəbəkələrdə yazılan yazıların və paylaşımların kimə məxsus olduğu təsbit olunmadan hər hansı bir şəxsin məsuliyyətə cəlb olunmasının heç bir hüquqi əsası yoxdur. Sosial şəbəkə hesablarının rəsmi qeydiyyatı və məsuliyyəti olmadığına efirə istənilən istifadəçi müxtəlif adlarda qeydiyyatdan keçərək qərəzli paylaşımlar edə bilər. Buna görə də, iddiaçının sosial şəbəkə hesabının ələ keçirilməsi və ya adına saxta profil açılması istisna olunmur. Buna görə iddiaçı heç bir məsuliyyət daşımır. Bir daha bildirir ki, onun qulluq keçdiyi dövlət orqanı ilə heç bir fikir ayrılığı olmayıb. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini hər zaman təbliğ etmişdir. Hər zaman dövlətinin maraqlarını öz şəxsi maraqlarından üstün tutmuşdur. Sosial şəbəkələrdə Azərbaycan xalqının ümummilli lideri Ulu Öndər Heydər Əliyev haqqında müəllifi olduğu çoxsaylı video çarxlar paylaşmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini təbliğ etmiş və sosial şəbəkə paylaşımlarını öz hesablarında paylaşmışdır. Saxta profillərə, feyk xəbərlərə, saxta sənədlərə və yalançı şahidlərə istinad edərək onun hüquqlarını pozmaq qanun pozuntusudur. Sosial şəbəkələrdə müxtəlif dövlət orqanları haqqında, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı çox saylı paylaşımlar edilir. Bir çox halda Nazirliyin vəzifəli şəxsləri korrupsiya və rüşvətxorluqda ittiham olunur. Bir çox halda vəzifəli şəxslərin milli mənsubiyyəti müzakirə olunur. Bu məntiqlə yanaşsaq hüquq mühafizə orqanları həmin vəzifəli şəxslər barəsində təqdimatlar yazmalı və onların məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görməlidir. Amma bunlar baş vermir. Ona görə ki, bunun heç bir hüquqi və məntiqi əsası yoxdur. Bu cür mübahisələrə yalnız məhkəmələr tərəfindən baxıla bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial şəbəkələrdə araşdırma aparması fəaliyyət istiqamətlərindən biri deyil. Buna nə səlahiyyəti çatmır, nədə texniki imkanları. Bu iddiaçıya qarşı məqsədli şəkildə hazırlanmış təxribatdır. İddiaçı bunu onunla izah edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərovun xx xxxx 2020-ci il tarixli **********3 nömrəli yazılı məruzəsi "Dövlət quİİuqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərini pozduğu qeyd olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işə bərpa edilmə ilə bağlı müraciətinə ünvanladığı xx xxxx 2020-ci il tarixli **********9 nömrəli cavab məktubunda "Dövlət X6 qaydalan haqqında" Azərbaycan Respublikası Qanununun 6cı(loyallıq), 7-ci(İctimai etimad) və 9-cu( Mədəni davranış) maddələrinin tələblərini pozduğu qeyd olunur. Həmin cavab məktubunda qeyd olunan ittihamlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt İnzibati Məhkəməsinə təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli **********9 nömrəli etiraz məktubunda öz əksini tapmışdır. Həm dövlət qulluğuma xitam verilməsinə dair əmrdə, həm nazirliyin cavab məktubunda, həm də Nazirliyin etiraz məktubunda iddiaçının işdən çıxarılmağına əsas olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərovun xx xxxx 2020-ci il tarixli, **********3 nömrəli yazılı məruzəsinə istinad olunur. Lakin, həmin yazılı məruzədə nə "Dövlət X6 qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci (İctimai etimad) və 9-cu( Mədəni davranış) maddələrinin tələblərini pozduğu, nədə kobud və mütəmadi pozuntulara yol verdiyi təsbit olunmamışdır. İddiaçı sosial şəbəkə üzərindən iddiaçıya qarşı böhtan atılacağını və ya təxribat olunacağını ehtimal etməmişdir. Nazirlik sistemində son vaxtlar əlillik dərəcəsi olan şəxslərin kütləvi olaraq işdən çıxanlması və ya intizam məsuliyyətinə cəlb olunması, bir çox işçinin rüşvətxorluqla ittiham olunaraq işdən çıxmağa məcbur edilməsi, bir çox işçinin aşağı vəzifələrə keçirilməsi və sair çox saylı neqativ hllar geniş vüsət almışdır. Əsasən əvvəlki rəhbərliklər tərəfindən işə götürülən işçilər kütləvi olaraq Nazirlik sistemindən uzaqlaşdırılır. Bununla bağlı məhkəmə icraatında olan çox sayda məhkəmə çəkişmələri var. Lakin, iddiaçı heç vaxt bu nöqsan və çatışmazlıqları Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev ilə əlaqələndirməmişdir. Xidmət rəisi Fuad Həvdərovun iddiaçıya qarşı münasibəti həmişə yaxşı olub. Onun qulluq keçdiyi dövlət orqanının rəhbərliyi və işçiləri ilə heç vaxt maraqları toqquşmamışdır. Lakin, Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin müdiri Emin İsmayılovun və Mingəçevir şəhər Məşğulluq Mərkəzinin direktoru Elçin Abdullayevin qanunsuz fəaliyyətlərindən məlumatlı olduğu üçün onları himayə edən şəxslərin təşəbbüsü ilə tələsgənliklə vəzifədən götürülmüşdür. Bununla bağlı müvafiq dövlət orqanlarına çoxsaylı müraciətləri olmuşdur. Cavabdeh qanunsuz hərəkətlərini əsaslandırmaq üçün müxtəlif taktiki gedişlər edir. Belə ki, cavabdeh sonradan tərtib etdiyi sənədlərlə, əldə etdiyi rəylə və yazılı məruzədə göstərilməyən əlavə ittihamlarla Sumqayıt İnzibati Məhkəməsində baxılan 2-1(118)- 1166/2020 saylı işi mübahisələndirməyə çalışır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsində qeyd olunur ki, əmrə əsas təşkil edən bütün rəsmi sənədlər əmrdə qeyd olunmalıdır. Həmin maddənin ikinci hissəsində təsbit olunan məlumatlardan hər hansı biri daxil edilməyən əmr məhkəmə tərəfindən ləğv oluna bilər. Yuxarıda qeyd olunarılan nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərovun xx xxxx 2020-ci il tarixli **********3 nömrəli yazılı məruzəsi əsassız hesab edilməlidir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2020-ci il tarixli **********8 nömrəli əmrinə dair; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli **********9 nömrəli etiraz məktubunda bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2020-ci il tarixli **********8 nömrəli əmri ilə xx xxxx 2020-ci il tarixindən iddiaçının əmək müqaviləsinə xitam verilmiş və “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə müvafiq olaraq bu Qanunun 25.2.6-cı maddəsinə nəzərdə tutulan əsaslarla tutduğu vəzifədən azad olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərovun xx xxxx 2020-ci il tarixli **********3 nömrəli yazılı məruzəsi əsas göstərilmişdir. Xidmət rəhbərliyi tərəfindən heç bir araşdırma apanlmadan və rəsmi sübutlar əldə olunmadan intizam məsuliyyətinə cəlb olunmağı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********3 nömrəli yazılı məruzəyə qanunvericiliyə uyğun olaraq baxılmamışdır. Belə ki, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozularaq hər hansı araşdırma aparılmadan və izahatı alınmadan dövlət qulluğuna xitam verilmişdir. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulan intizam tənbehi növlərindən birinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır və dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rsmiləşdirilir və bu intizam tənbehinin tətbiqinə mane olmur. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xidmət rəisinin xx xxxx 2020-ci il tarixli **********3 nömrəli yazılı məruzəsi araşdırılmadan və izahatı alınmadan intizam məsuliyyətinə cəlb olunmuşdur. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.6-cı maddəsində nəzərdə tutulmuş intiza tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunim 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərovun xx xxxx 2020-ci il tarixli **********3 nömrəli yazılı məruzəsində iddiaçının kobud və mütəmadi pozuntulara yol verməsilə bağlı hər hansı bir ittiham irəli sürülməmişdir. İşə bərpa ilə bağlı işəgötürənə müraciətində bütün bu pozuntuları ərizəsində qeyd etmişdir. Buna görə də, cavabdeh həmin pozuntulan aradan qaldırmaq üçün müxtəlif yollarla sənədlər əldə etməyə çalışmış, sonradan sənədlər hazırlamış, məhkəmədə fərqli ittihamlarla iddia ərizəsini mübahisələndirməyə çalışmışdır. Əmrdə və yazılı məruzədə qeyd olunmayan ittihamlar və sənədlər məhkəmə predmeti ola bilməz. Buna görə də, məhkəmə iclaslarında iddiaçıya qarşı irəli sürülən əsasız ittihamlar rədd edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X8 Komitəsinin razılığı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxx 2020-ci il tarixli Aktı və sonradan məhkəməyə təqdim olunan digər sənədlər üçün məhkəmə ekspertizası təyin edilməlidir. Bununla da, Məhkəmə ekspertizası bir sıra sənədlərin sonradan hazırlandığını və qanunsuz yollarla əldə olunduğunu müəyyən edəcək.

3. Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxx 2020-ci il tarixli Aktına dair; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli **********9 nömrəli etiraz məktubunda bildirilir ki, Nazirlik tərəfindən əmək müqaviləmə xitam verilərkən iddiaçı izahat verməktən imtina etmişdir. Buna görə də, Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçiləri bununla bağlı xx xxxx 2020-ci il tarixli akt tərtib etmişdir. Bununla əlaqədar olaraq bildirir ki, bu Akt sonradan tərtib olunub və həqiqəti əks etdirmir. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulan intizam tənbehi növlərindən birinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır və dövlət qulluqçusundan yazılı izahat alınır. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu intizam tənbehinin tətbiqinə mane olmur. Buna görə də, cavabdeh qanunsuz hərəkətlərini hüquqi baxımdan əsaslandırmaq üçün sonradan izahat verməkdən imtina etməsi barədə Akt tərtib etmişdir. Mövcud qanunvericiliyə görə işdən azad olunmağına əsas olan bütün sənədlər əmrdə qeyd olunmalıdır. Lakin, bu barədə akt əmrin müvafiq hissəsində qeyd olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Daxili nəzarət, informasiya və təhlil sektorunun müdiri X17, həmin sektorun baş məsləhətçisi X14 və Xidmətin Kadr məsələləri üzrə baş məsləhətçisi X15 mənim izahat verməktən imtina etdiyimə dair Akt tərtib etmişlər. Aktda iddiaçı haqqında əsassız və böhtan xarakterli ifadələr işlədilərək fərziyyə və təxəyyüllərinə dayanaraq aktı imzalamaqdan yayındığını əsaslandırmağa çalışmışlar. Aktda bildirilir ki, iddiaçı Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsi tərəfindən izahatının alınması üçün Xidmətin Daxili nəzarət, informasiya və təhlil sektoruna göndərilmişdir. İddiaçı cavabdeh tərəfin bununla bağlı rəsmi sübutlarını, göndərişlərini, bildirişlərini və digər təsdiqedici sənədlərini məhkəməyə təqdim etmələrini tələb etmişdir. Aktda qeyd olunur ki, güya izahat verməkdən yayınaraq iddiaçı inzibati binanı tərk etmişdir. Aktı imzalayan şəxslər bu ittihamı məhkəmədə əsaslandırmalı və cavabdeh bununla bağlı rəsmi sübutlar təqdim etməlidir. Buna görə də, xx xxxx 2020-ci il tarixli akt məhkəmə tərəfindən həmin sənədi imzalayan şəxslərin iştirakı ilə araşdırılmalıdır. İddiaçıya atılan şər və böhtana görə həmin şəxslərin əməlinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin icraatında olan işə mövcud qanunvericiliyə uyğun olaraq baxılmalıdır. Bir qayda olaraq sənədləşmə və kargüzarlıq işi bütün dövlət orqanlarında, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat»a uyğun həyata keçirilməlidir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaranda Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərovun xx xxxx 2020-ci il tarixli **********3 nömrəli yazılı məruzəsinə mövcud qanunvericiliyə uyğun olaraq baxılmamışdır. Həmin sənədin araşdırılması üçün müvafiq əmr imzalanmalı və icraçılar təyin olunmalı idi. İlk olaraq qeyd edir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Daxili nəzarət, informasiya və təhlil sektoru icraatında olmayan bir iş üzrə iddiaçıdan izahat tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri N.Bayramova rəsmi müraciət edərək dərkənar müəllifindən izahatının alınmasının Dövlət Əmək Müfəttişliyi Xidmətinə tapşırılmasını xahiş edə bilərdi. İşəgötürənin müvafiq dərkənarına uyğun olaraq Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən dərkanar üzrə tapşırığın yerinə yetirilməsi istiqamətində müvafiq icra tədbirləri həyata keçirilə bilər. Belə ki, Fuad Heydərovun dərkənarı əsasında Xidmətin daxili nəzarət, informasiya və təhlil sektoruna həmin sənədin icrası tapşırıla bilər. Bundan sonra iddiaçı həmin icraçı tərəfindən izahatının alınması üçün Xidmət rəisinin tapşırığına uyğun olaraq rəsmi qaydada Dövlət Əmək Müfəttişliyi Xidmətinə dəvət edilə bilər. Rəsmi əsası olmayan ittihamlar, mülahizələr və sitatlar heç vaxt insanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına, onların işgüzar nüfuzuna və şəxsiyyətini aşağı sala biləcək hərəkətlərə yol verilməsinə əsas vermir. Covid-19 pandemiyası ilə bağlı ölkə üzrə tətbiq olunan karantin rejimi dövründə ona qarşı irəli sürülən bütün ittihamlar əsassızdır. Belə ağır və çətin dönəmdə fərdi qəbullar qadağan olunmuş və sosial məsafələr müəyyən olunmuşdur. Bu qurumun fəaliyyəti əmək qanunvericiliyi sahəsində işəgötürənlərə nümunə olmalıdır. Eyni zamanda Aktda qeyd olunur ki, xx xxxx 2020-ci il tarixdə iddiaçıya məxsus 050 *** ** ** mobil nömrədən saat 10:31 radələrində Elxan Səlimova məxsis 055 *** ** ** mobil nömrəyə zəng olunub və iddiaçı izahat verməktən imtina etmişdir. Bu tamamən yalan və böhtandır. Həmin telefon danışığı 10 dəqiqə 42 saniyə davam edib. İddiaçı həmin telefon danışığı zamanı Bakı şəhərinin Qaradağ rayonu istiqamətində yaradılan nəzarət postunu keçərək təhvil-təslim üçün Mingəçevir şəhəri istiqamətində hərəkətdə olmuşdur. Elxan Səlimov ilə telefon danışıqları iddiaçının işdən çıxarılması ilə bağlı olmuşdur. Onlar Xidmət rəisi Fuad Heydərovun yazılı məruzəsi ətrafında danışmışdırlar. Elxan Səlimov işdən çıxarılmağından xəbərsiz olduğunu bildirmişdir. xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər olan müddətdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Daxili nəzarət, informasiya və təhlil sektorundan ona bu məsələ ilə bağlı heç bir müraciət olunmamışdır. Xidmət rəisi və onun müavinləri ilə həmin ərəfələrdə heç bir telefon əlaqələri olmamışdır. Telefon danışıq tarixçəsinə dair məlumatlar rabitə müəssisələrindən alınaraq qeyd etdiyi xüsusatlar məhkəmə tərəfindən müvafiq qaydada araşdırıla bilər. Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova və ya həmin şöbənin vəzifəli şəxsləri iddiaçını izahat vermək üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinin Daxili nəzarət, informasiya və təhlil sektoruna göndərməmişdir. İddiaçı hesab edir ki, şöbənin vəzifəli şəxsləri mövcud qanunvericiliyi bildikləri üçün belə qanunsuz fəaliyyətə tərəf olmayıblar. Belə olan halda onlar, iddiaçının Dövlət Əmək Müfəttişliyi Xidmətinin Daxili nəzarət, informasiya və təhlil sektoruna göndərilməyi ilə bağlı müvafiq akt tərtib etməli idi. Həmin şöbə iddiaçının yayındığını öz aktında bununla əsaslandıra bilərdi. Ancaq bütün hallarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin Daxili nəzarət, informasiya və təhlil sektoru müdiri və ya vəzifəli şəxsləri icraatlarında olmayan iş üzrə iddiaçıdan izahat ala bilməzlər. Buna görə də, xx xxxx 2020-ci il tarixli aktın heç bir hüquqi əsası yoxdur.

4. Həmkarlar ittifaqının razılığının alınmasına dair; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsində bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular təsbit olunur. Həmin maddənin ikinci hissəsində qeyd olunur ki, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına onlarıın hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndində təsbit olumuşdur ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" və "ç" bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Qeyd olunan maddəni düzgün tətbiq etmək üçün işəgötürən və müəssisənin həmkarlar ittifaqı təşkilatı aşağıda qeyd olunanlara əməl etməlidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" və "ç" bəndlərində göstərilən əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi ləğv edilərkən işəgötürən həmkarlar ittifaqı təşkilatına təqdimat göndərməklə əmək müqaviləsinə xitam verilməsini xahiş etməlidir. işəgötürən işçinin əmək müqaviləsinə xitam verilməsinin əsasını təsdiq və sübut edən sənədləri təqdimata əlavə etməlidir. Təqdim edilmiş materiallar, müəssisənin həmkarkar ittifaqı komitəsinin sədri tərəfinədən əsaslı öyrənilir və baxılması üçün təşkilatın həmkarlar ittifaqı komitəsinin iclasına çıxarılır. İclasa işəgötürənin nümayəndəsi, əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmuş işçi, lazım gəldiyi halda şahidlər, mütəxəssislər əvvəlcədən rəsmi dəvət olunmalıdır. Həmkarlar ittifaqı təşkilatı məsələnin müzakirəsi zamanı əmək qanunvericiliyinin normalannın pozulmasına yol verməməli, işçilərin əmək hüquqlanm və qanuni mənafelərini müdafiə etməlidir. Həmkarlar ittifaqı təşkilatı işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürənin təqdimatına baxmaqla eyni zamanda, əmək qanunvericiliyinə riayət edilməsi sahəsində nəzarət funksiyasını həyata keçirmiş olur. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununda və "Dövlət X6 qaydalan haqqında" Azərbaycan Respublikası Qanununda əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğvi zamanı razılaşdırılması ilə bağlı hüquqlar həmin qanunlarda bütünlüklə əhatə olunmadığından "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.6-maddəsi ilə əmək müqaviləsinə xitam verilən dövlət qulluqçulanna Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsi tətbiq olunur. Belə ki, işəgötürən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X8 Komitəsinin razılığı alınmaqla dövlət qulluğuna xitam verilə bilər. Hesab edir ki, Nazirlik tərəfindən bu razılıq əvvəlcədən alınmamışdır. İddiaçı bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərovun xx xxxx 2020ci il tarixli **********3 nömrəli yazılı məruzəsinin araşdırması üçün işəgötürən tərəfindən müvafiq əmr imzalanmamış və hər hansı araşdırma aparılmamışdır. İddiaçı xx xxxx 2020ci il tarixdə saat 10:00-da Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova tərəfindən qəbul olunmuşdur. İddiaçıya işdən çıxarılmağının səbəbləri izah olunmuş və buna əsas olaraq xidmət rəisinin yazılı məruzəsi səbəb göstərilmişdir. Karantin rejimi dövründə həmkarlar ittifaqlarının fəaliyyəti məhdudlaşdırıldığından bu sənəd sonradan hazırlanmışdır. Buna görə də, həmkarlar ittifaqına ünvanlanan təqdimatın və ona verilən rəyin məhkəmə qaydasında araşdırılmasını iddiaçı məqsədəmüvafiq hesab etmişdir. Həmin sənədlərin qeydiyyatı və uçotu Nazirliyin Elektron Sənəd Dövriyyəsi Alt Sistemində real vaxt rejimində elektron imza ilə imzalanır və vaxt möhürü ilə təsdiqlənir. Həmin sənədlərin qanunamüvafiqliyini araşdırmaq üçün müvafiq dövlət orqanından sənədin saxlanan nümunəsi alınaraq məhkəmə ekspertizası tərəfindən uyğunluğu və qanunamüvafiqliyi yoxlanılmalıdır. Bununla yanaşı üzvü olduğu həmkarlar təşkilatı tərəfindən iddiaçı barəsində verilmiş təqdimata iştirakı ilə baxılmalı və izahatı alınmalı idi. Lakin, bununla bağlı hər hansı bir araşdırma aparılmayıb və iddiaçıya bu haqda müraciət olunmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 19:14-də başlayan işdən çıxarılma əməliyyatı xx xxxx 2020-ci il tarixdə saat 10:30-da başa çatmışdır. Həmin əmrin surəti 2020-ci il tarixdə saat 14:00 radələrində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini M.Bayramov tərəfindən iddiaçıya göndərilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində real vaxt möhürü təsdiq olunmuşdur. Əmrin və Bildirişin yuxarıda qeyd edilmiş qaydada yoxlanılması və və ekspertizası bütün sənədlərin sonradan saxtalaşdırılmasını ortaya çıxaracaq. Nazirlik etiraz məktubunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X8 Komitəsinin razılığının alındığını bildirmişdir. Lakin, həmin razılığın alınmasına dair materiallarla tanış olmamışdır. İddiaçı hesab edir ki, həmin razılıq saxta yollarla ədə olunmuş və heç bir hüquqi əsası yoxdur. Buna görə də, həmin sənədlərin ekspertizasının keçirilməsini və məhkəmə tərəfindən müvafiq araşdırma aparılmasını məqsədəmüvafiq hesab etmişdir. Buna görə də, Sumqayıt inzibati Məhkəsinə təqdim etdiyi vəsatətdə bununla bağlı iddiaçının tələbləri qeyd olunmuşdur.

5. Ezamiyyətdə hesab olmağının rəsmiləşdirilməməsinə dair. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx xxxxxx 2012-ci il tarixli Q-01 saylı Qərarı ilə təsdiq edilmiş "İşçilərin ezamiyyə Qaydaları"nda ezamiyyəti zamanı sənədləşmə qaydaları, respublika ərazisi daxilində və xarici ölkəyə ezamiyyə zamanı ezamiyyə xərclərinin normaları, ezamiyyə müddəti barədə bır sıra məlumatlar öz əksini tapıb. Qaydalara görə müəssisə rəhbərinin əmri ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyə sayılır. Ezamiyyə xərclərini rəsmiləşdirərkən işçinin hansı şəhərə ezam olunması müəyyən edilməlidir. Belə ki, "Ezamiyyə xərclərinin normalan haqqında" Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 14 saylı qərarına əsasən, respublika daxilində ezamiyyə zamanı və yaxud xarici ölkəyə ezamiyyə zamanı 1 günlük ezamiyyə xərclərinin normalan ezam olunan şəhərdən, ölkədən asılı olaraq müxtəlifdir. Məsələn, Bakı şəhərinə ezam olunan zaman 1 günlük ezamiyyə xərclərinin norması 90 manat təşkil edir. Yəni Mingəçevir şəhərindən Bakı şəhərinə 2 guniuk ezamiyyətə gəlmiş işçiyə 180 manat ezamiyyə xərci ödənilməlidir. Respublika daxilində ezamiyyə xərcinin 1 günlük normasının 80 faizini mehmanxana xərci, 20 faizini isə yemək, nəqliyyat, rabitə və digər xərclər təşkil edir. Əgər işçi mehmanxana xərclərini təsdiq edən sənəd təqdim etməzsə, bu zaman ona ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərci üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında pul ödənilir. Ancaq qanunvericilik müəssisəyə işçilərinin ezamiyyə xərclərini yalnız müəyyən olunmuş norma daxilində ödəməyə məcbur etmir. Müəssisə öz işçisinin istər respublika daxilində, istərsə də xarici ölkəyə ezamiyyəti üçün ezamiyyə normalannı öz sərəncammda qalan xalis mənfəət hesabına artıra bilər. Sadəcə, normalar daxilində müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğlərinin müəssisənin gəlirindən çıxılmasına icazə verilir. Müəssisə müəyyən edilmiş normalardan artıq ezamiyyə xərcləri üçün ödəniş edərsə, ödənilən artıq məbləğ müəssisənin xalis mənfəəti hesabına qarşılanır. Hər bir işçi daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün gedərsə bu ezamiyyə sayılır və bu rəhbərinin müvafiq əmri ilə rəsmiləşdirilməlidir. İddiaçı xx xxxx 2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramovanın dəvəti ilə Bakı şəhərinə ezam olunmuşdur. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəis müavini Məmməd Bayramovun xx xxxx 2020-ci il tarixli **********7 nömrəli əmri ezammiyyə rəsmiləşdirilmiş və xidmət rəisi ilə razılaşdırılmışdır. xx xxxx 2020-ci il tarixdə Bakı şəhərinə səfər etmişdir. Ölkədə tüğyan edən COVİD-19 koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin rejimi dövründə işçilərin hərəkətinə ezamiyyə vərəqəsinə əsasən yol verilir. İşəgötürən tərəfindən İcazələrin Alınması və Monitoringi sistemində qeydiyyatdan keçirilmişdir. Mövcud qanunvericiliyə görə ezamiyyə vərəqəsi (hərəkət istiqaməti göstərilməklə) olmadığı təqdirdə ölkə ərazisi üzrə hərəkətə icazə verilmir. Qanunvericiliyə edilən son dəyişikliklərlə həmin portalda ezamiyyə vərəqələrin elektron qeydiyyatı nəzərdə tutulur. Aktiv ezamiyyə vərəqəsi (hərəkət istiqaməti göstərilməklə) olmadığı təqdirdə ölkə ərazisi üzrə hərəkətə icazə verilmir. İddiaçının ezamiyyə əmri Elektron Sənəd Dövriyyəsi Alt Sistemi üzərindən Xidmət rəisi Fuad Heydarov ilə razılaşdırılmışdır. Cavabdehin etiraz məktubunda bildirilmişdir ki, xx xxxx 2020-ci il tarixdə işdən çıxma əmrinin elan edilməsi üçün Nazirliyə dəvət olunmuşdur. “Məzuniyyət və Ezamiyyət əmrinin imzalanması səlahiyyət verilməsi barədə” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirinin xx xxxxxxx 2018-ci il tarixli **********3 nömrəli əmrinin 1.1-ci hissəsini əsasən Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələrinin rəhbərlərinin respublika daxili ezamiyyət və məzuniyyət əmrlərinin imzalama səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiə naziri tərəfindən həyata keçirilir. İddiaçı belə bir əmrlə tanış olmamışdır. Həmin əmri icra və rəhbərlik üçün qəbul etməmişdir. Buna görə də, ezamiyyələr tərəflərindən mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. İddiaçı əmək fəaliyyəti müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmri ilə yerli orqan rəhbərinin respublika daxilində ezamiyyətə göndərilməsinin şahidi olmamışdır. Buna görə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax, Goranboy, Naftalan, Mingəçevir və Xocalı rayon-şəhər şöbələrinin2018, 2019 və 2020-ci üçün respublika daxilində ezamiyyələri ilə bağlı sənədlər məhkəmə tərəfindən cavabdehdən istənsin və məhkəmə tərəfindən araşdırılsın. Bir qayda olaraq mövcud qanunvericiliyə görə işçilərin məzuniyyətə buraxılması işəgötürənin səlahiyyətləri daxilindədir. Lakin, o bu səlahiyyətini müavinlərinə və ya struktur rəhbərlərinə verə bilər. Lakin işçilərin ezamiyyə əmri müəssisə rəhbərinin tərəfindən verilir. Bu ezamiyyə haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx xxxxxx 2012-ci il tarixli Q-01 saylı Qərarı ilə təsbit olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 138-ci maddəsində Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun apanlması müəyyən olunmuşdur. Həmin maddənin 1-ci hissəsində bütün növ məzuniyyətlərin verilməsinin işçinin ərizəsi əsasında və işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi təsbit olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə iddiaçı əməl etmiş və heç bir hüquq pozuntusuna yol verməmişdir. Buna görə də, ezamiyyə haqqında əmri qüvvədədir və əmək müqaviləsinə xitam verildiyi tarixdə ezamiyyədə hesab edilməlidir. Odur ki, Əmək müqaviləsinə xitam verildiyi tarixdə ezamiyyətdə olduğu məhkəmə tərəfindən qanunamüvafiq sayılmalıdır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X20 xx xxxx 2020-ci il tarixli **********8 nömrəli əmri ilə xx xxxx 2020-ci il tarixindən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********3 saylı yazılı məruzəsində qeyd olunur ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı qanunsuz hərəkətləri Xidmət tərəfindən daxili nəzarət qaydasında araşdırılmışdır. Məsələ ilə bağlı aparılan araşdırma zamanı Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı “Facebook” sosial şəbəkəsindəki öz səhifəsində xx xxxx 2020-ci il tarixində etdiyi paylaşımında Nazirliyin sosial sahədə gördüyü işlərin, aparılan islahatların perspektivinin olmadığını və bunun səbəbinin Nazirliyin və Xidmətin vəzifəli şəxslərinin səriştəsizliyi kimi qələmə verməyə çalışmış, Xidmətin fəaliyyətini qeyri-qənaətbəxş hesab etmiş, xidmətin vəzifəli şəxsləri barəsində böhtan xarakterli ifadələr işlətmiş, bununla da “Dövlət X6 qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin və Nazirliyin xx.xx.2019-cu il tarixli **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda qulluq keçən dövlət qulluqçuları üçün etik davranış Qaydaları”nın 2.4-cü bəndinin tələblərində göstərilmiş loyallıq (Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir) qaydalarına əməl etmədiyi aşkar edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı dövlət X6 qaydalarını pozmuş və vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol vermişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü (Dövlət qulluqçusu başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir) və 18.0.12,-ci (Etik davranış qaydalarına əməl etməlidir) maddələrinin tələblərinin pozulduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq İddiaçı barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərdən birinin tətbiq olunmasını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək müfəttişliyi Xidmətin Daxili nəzarət, informasiya və təhlil sektorunun müdiri X17 həmin sektorun baş məsləhətçisi X14 və Xidmətin kadr üzrə baş məsləhətçisi X15 tərəfindən tərtib edilmiş Aktda qeyd edilmişdir ki, Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı dövlət X6 qaydalarını pozması və vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol verməsi ilə əlaqədar barəsində "Dövlət qulluğu haqqında’ Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərdən birinin tətbiq olunması məqsədilə verilmiş təqdimata əsasən Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsi tərəfindən müvafiq izahat alınması üçün Xidmətin Daxılı nəzarət, informasiya və təhlil sektoruna göndərilsə də İddiaçı izahat verməkdən yayınaraq Nazirliyin binasından çıxmışdır. Xidmətin Daxili nəzarət informasiya və təhlil sektorunun müdiri E.Səlimov tərəfindən İddiaçı məxsus 050 ***-**-** nömrəsinə 30.06 2020-eı il saat 10:42-də zəng edilmiş və mobil nömrənin bağlı olduğu müəyyən edilmişdir Daha sonra 30 06.2020-ci il saat 10:45-də Mingəçevir regional ərazi şöbəsinin (02427) 4-41-11 nömrəsinə zəng edilərək şöbənin müavini X3 məsələ ilə əlaqədar məlumat verilmiş və İddiaçı şöbəyə gəldikdə ondan E Səlimovla əlaqə saxlamağı tapşırılmışdır. İddiaçı 30 06.2020-ci il saat 11:31-də E.Səlimova məxsus 055 ***-**-** nömrəsinə zəng edərək izahat verməkdən imtina etdiyini bildirmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, Dövlət Qulluğu haqqında Qanunun 14.1-ci maddəsinə əsasən Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Qanunun 18-ci maddəsi ilə Dövlət Qulluqçularının 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etmək; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermək; 18.0.12. etik davranış qaydalarına əməl etmək kimi vəzifələri müəyyənləşdirilmişdir. Qanunun 25-ci maddəsinə əsasən: 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Dövlət X6 Qaydaları haqqında Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinə əsasən dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Qanunun 6.2-ci maddəsinə əsasən Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Qanunun 7.1-ci maddəsinə əsasən Dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Qanunun 7.2-ci maddəsinə əsasən Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Qanunun 7.3-cü maddəsinə əsasən Dövlət qulluqçusu dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir. Qanunun 23.1-ci maddəsinə əsasən Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Hazırki iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin xx xxxx 2020-ci il tarixli **********8 nömrəli əmri ilə xx xxxx 2020-ci il tarixindən İddiaçı əmək müqaviləsinə xitam verilmiş və “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə müvafiq olaraq bu Qanunun 25.2.6-cı maddəsinə nəzərdə tutulan əsaslarla tutduğu vəzifədən azad olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərovun xx xxxx 2020-ci il tarixli **********3 nömrəli yazılı məruzəsi əsas göstərilmişdir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********3 saylı yazılı məruzəsində qeyd olunur ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı qanunsuz hərəkətləri Xidmət tərəfindən daxili nəzarət qaydasında araşdırılmışdır. Məsələ ilə bağlı aparılan araşdırma zamanı Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı “Facebook” sosial şəbəkəsindəki öz səhifəsində xx xxxx 2020-ci il tarixində etdiyi paylaşımında Nazirliyin sosial sahədə gördüyü işlərin, aparılan islahatların perspektivinin olmadığını və bunun səbəbinin Nazirliyin və Xidmətin vəzifəli şəxslərinin səriştəsizliyi kimi qələmə verməyə çalışmış, Xidmətin fəaliyyətini qeyri-qənaətbəxş hesab etmiş, xidmətin vəzifəli şəxsləri barəsində böhtan xarakterli ifadələr işlətmiş, bununla da “Dövlət X6 qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin və Nazirliyin xx.xx.2019-cu il tarixli **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda qulluq keçən dövlət qulluqçuları üçün etik davranış Qaydaları”nın 2.4-cü bəndinin tələblərində göstərilmiş loyallıq (Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir) qaydalarına əməl etmədiyi aşkar edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı dövlət X6 qaydalarını pozmuş və vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol vermişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü (Dövlət qulluqçusu başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir) və 18.0.12-ci (Etik davranış qaydalarına əməl etməlidir) maddələrinin tələblərinin pozulduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq İddiaçı barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərdən birinin tətbiq olunmasını məqsədəmüvafiq hesab etmişdir. Qeyd edilənlər cavabdeh inzibati orqanın mübahisələndirilən qərarının əsaslı olduğunu göstərir. Məhkəmə hesab edir ki, iddiaçının göstərdiyi dəlillər iddianın təmini üçün əsas təşkil etmir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, onun fikirləri kimi təqdim edilmiş paylaşım iddiaçıya aid deyil. Bu onun işdən çıxarılmağı üçün tərtib olunan qarayaxmadır. Bununla əlaqədar nə iddiaçıdan izahat alınmamış, nə də müvafiq dövlət orqanlarına bununla bağlı araşdırma aparılması üçün müraciət olunmamışdır. Hətta iddiaçının yazdığını iddia etdikləri həmin paylaşım belə bir işçinin intizam məsuliyyətinə cəlb olunmasına və işdən çıxarılmasına əsas ola bilməz. İddiaçı qeyd edir ki, xx xxxx 2020-ci il tarixdə feysbuk sosial şəbəkələrində iddiaçının adından edilən paylaşım onun qulluq keçdiyi dövlət orqanına olan münasibətini və mövqeyini əks etdirmir. Bu məqsədli şəkildə iddiaçının adına yaradılmış saxta feysbuk hesabından və ya kənar müdaxilələrlə hesabının ələ keçirilməsi ilə mümkün ola bilər. Məhkəmə iddiaçının “hətta iddiaçının yazdığını iddia etdikləri həmin paylaşım belə bir işçinin intizam məsuliyyətinə cəlb olunmasına və işdən çıxarılmasına əsas ola bilməz” dəlilini əsaslı hesab etmir. Yuxarıda sadalanan normalar inzibati orqanın belə bir səlahiyyətinin olmasını göstərir. İddiaçı qeyd edir ki, onun fikirləri kimi təqdim edilmiş paylaşım iddiaçıya aid deyil. Bu onun işdən çıxarılmağı üçün tərtib olunan qarayaxmadır. Məhkəmə tərəfindəndə Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq sorğu edilmiş, nazirlik yanında Elektron Təhlükəsizlik Xidmətindən tərfindən bildirilmişdir ki, sosial şəbəklərdə edilən yazışmaların kimlər tərəfindən aparılmasının müəyyən edilməsi əməliyyat-axtarış subyektlərinin səlahiyyətlərinə aiddir. İddiaçı bildirir ki o, müvafiq hüquq mühafizə orqanlarınada müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının sosial şəbəkələrdə bu paylaşımları etmədiyi müvafiq orqanlar tərəfindən müəyyən olunarsa, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş hüquq müdafiyə vasitələrindən istifadə etmək imkanı yaranar. Habelə iddiaçı qeyd edir ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xidmət rəisinin xx xxxx 2020-ci il tarixli **********3 nömrəli yazılı məruzəsi araşdırılmadan və izahatı alınmadan intizam məsuliyyətinə cəlb olunmuşdur. İş materiallarına əlavə edilmiş aktda qeyd olunur ki, Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı dövlət X6 qaydalarını pozması və vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol verməsi ilə əlaqədar barəsində "Dövlət qulluğu haqqında’ Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərdən birinin tətbiq olunması məqsədilə verilmiş təqdimata əsasən Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsi tərəfindən müvafiq izahat alınması üçün Xidmətin Daxılı nəzarət, informasiya və təhlil sektoruna göndərilsə də İddiaçı izahat verməkdən yayınaraq Nazirliyin binasından çıxmış Xidmətin Daxili nəzarət informasiya və təhlil sektorunun müdiri E.Səlimov tərəfindən İddiaçı məxsus 050 ***-**-** nömrəsinə 30.06 2020-eı il saat 10:42-də zəng edilmiş və mobil nömrənin bağlı olduğu müəyyən edilmişdir Daha sonra 30 06.2020-ci il saat 10:45də Mingəçevir regional ərazi şöbəsinin (02427) 4-41-11 nömrəsinə zəng edilərək şöbənin müavini X3 məsələ ilə əlaqədar məlumat verilmiş və İddiaçı şöbəyə gəldikdə ondan E. Səlimovla əlaqə saxlamağı tapşırılmışdır. İddiaçı 30 06.2020-ci il saat 11:31-də E.Səlimova məxsus 055 ***-**-** nömrəsinə zəng edərək izahat verməkdən imtina etdiyini bildirmişdir. İddiaçı eyni zamanda Əmək Məcəlləsinə əsaslanaraq onun hüquqlarının pozulduğunu qeyd edir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət qulluqcusu olduğuna görə, onun işdən azad olunması dövlət qullğu ilə bağlı qanunverciliyin tələbləri baxımından həyata keçirildiyi üçün, iddiaçının Əmək Məcəlləsinə istinad edrək iddiasını əsaslandırması qəbul edilən deyil. Məhkəmə hesab edir ki, iddia əsaslı olmadığına görə ziyan tələbidə təmin oluna blməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı deyil və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar