Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2337/2024 01.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə“ xx.xx.2023-cü il tarixli, **********887600 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X3 cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə“ xx.xx.2023-cü il tarixli, **********887600 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 (VÖEN: **********, AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev) xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixdən isə əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmışdır. Əsas fəaliyyəti boya, lak və buna bənzər örtüklərin, mətbəə boyalarının və mastikalarının istehsalıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə iddiaçının ƏDV depozit hesabına səhvən 35750,0 manat vəsait köçürmüşdür. Belə ki, iddiaçı tərəfindən həmin şirkətə hər hansı bir mal, iş və xidmət təqdim edilməmişdir və qeyd edilən ƏDV məbləği üzrə əsas məbləğ bank hesabına daxil olmamışdır. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında bugünə kimi ümumiyətlə heç bir vergi tutulan əməliyyat aparılmamışdır. Sadəcə olaraq həmin şirkət tərəfindən ƏDV depozit hesabıma səhvən 35750,0 manat vəsait köçürülmüşdür. Nəticədə iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 35750,0 manat borcu yaranmışdır. Sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə iddiaçıya müraciət edərək ƏDV depozit hesabına səhvən köçürdüyü 35750,0 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir. ƏDV depozit hesabına səhv köçürülmüş məbləğ isə vergi orqanı tərəfindən gəlir vergisi üzrə dövlət büdcəsinə yaranmış borcuna silinmişdir. Məsələ ilə bağlı xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya kameral uyğunsuzluq məktubu göndərilmiş və həmin idarənin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********887600 nömrəli qərar ilə iddiaçıya əlavə dəyər vergisi üzrə 35750,0 manat əlavə vergi məbləği hesablanmışdır. Mövcud vəziyyətdə həm dövlət büdcəsinə 35750,0 manat vergi borcu yaranmışdır, həm də bank hesabı və ƏDV depozit hesabı bağlı olduğundan "xxxx" MMC-nin səhvən köçürdüyü ƏDV-ni geri qayatara bilmədiyindən həmin müəssisəyə borcu yaranmışdır. Eyni zamanda mal təqdim etdiyi digər sahibkarların da iddiaçıya yaranmış borc məbləği bank sərəncamlarına görə ödənilmdiyindən sahibkarlıq fəaliyyəti tamamilə iflic olmuşdur. Qeyd edilən hesablama tamamilə qanunsuz və əsassızdır. Belə ki, yuxarıda da qeyd etdiyi kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə iddiaçının ƏDV depozit hesabına səhvən 35750,0 manat vəsait köçürmüşdür. Tərəfindən həmin şirkətə hər hansı bir mal, iş və xidmət təqdim edilməmişdir və qeyd edilən ƏDV məbləği üzrə əsas məbləğ bank hesabına daxil olmamışdır. Bildirir ki, iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında bu günə kimi ümumiyətlə heç bir vergi tutulan əməliyyat aparılmamışdır. Lakin vergi orqanı qanunsuz olaraq yaranmış bu halla bağlı iddiaçıya əlavə dəyər vergisi üzrə 35 750,0 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi orqanı tərəfindən qanunvericiliyin qeyd edilən maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, hər hansı mal (iş, xidmət) təqdim etmədiyi halda vergi orqanı tərəfindən qanunsuz olaraq ƏDV hesablanmışdır. Məsələ ilə bağlı xx.xx.2023-cü il tarixində Dövlət Vergi Xidmətinə **********686600 saylı inzibati şikayət ünvanlamışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********253200 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarı ilə şikayəti təmin edilmədi. Şikayətinin təmin edilməməsinin əsası kimi qeyd olunmuşdur ki, “xx.xx.2023-cü il tarixdə fərdi sahibkarın ƏDV-nin sub-uçot hesabına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən daxil olan 35750,0 manat ƏDV məbləğinin elə həmin tarixdə X6 tərəfindən şəxsi hesab vərəqəsində yaranmış gəlir vergisi bəyannaməsi üzrə borc öhdəliklərinin yerinə yetirilməsi məqsədilə könüllü olaraq dövlət büdcəsinə ödənildiyi müəyyən edilmişdir. Bu da nəticədə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan fiziki şəxsin gəlir vergisi üzrə yaranmış öhdəlikdən yayınma sxeminin yaradılması məqsədi daşıdığını ifadə edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, vergi ödəyicisinin 2023-cü ilin may ayında ƏDV depozit hesabına 51050 manat mədaxil olmasına baxmayaraq əlavə dəyər vergisini boş təqdim etdiyi üçün uyğunsuzluq yaranmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********562000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayına 51050,0 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********666100 nömrəli Qərarı göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü ildə yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim edərək hesablanmış vergi məbləğini azaldılmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə **********637600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayına 51050,0 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********887600 nömrəli Qərarı göndərilmişdir. İş materiallarına əlavə edilmiş -17 avqust 2023-cü il tarixli **********887600 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarından görünür ki, X2 35.750,00 manat əlavə vergi borcu hesablanmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur; ... Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 153.1. Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 166.1.Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamgısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt. 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1,1-ci bəndində vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi qeyd olunmuşdur. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra - alıcı) tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra - satıcı) bank hesabına, ƏDVnin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən alınmış mallara (işlərə, xidmətlərə) görə təqdim edilmiş elektron qaimə-fakturaları üzrə ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisi, o cümlədən ƏDV məqsədləri üçün qeydiyyatda olmayan büdcə təşkilatları, dövlət müəssisələri, səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən ƏDV- nin depozit hesabına ödəniş sənədləri əsasında köçürülür. Lakin vergi orqanı tərəfindən qanunvericiliyin qeyd edilən maddələrinin tələbləri pozulmaqla mübahiəsləndirilən qərar qəbul edilmişdir. Belə ki, iddiaçının hər hansı mal (iş, xidmət) təqdim etmədiyi halda vergi orqanı tərəfindən ona qanunsuz olaraq ƏDV hesablanmışdır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Göstərilən Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı X3 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********887600 saylı qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2337/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2337/2024
01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver