Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2639/2024 14.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş:
1. 29 dekabr 1999-cu il tarixli, JN 227, KOD 30313088 nörməli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə 0,50 ha torpaq sahəsi X12 ayrılmışdır.
2. 30 dekabr 2005-ci il tarixli, 4Ə/1040 reyestr nömrəli “Torpaq alqı-satqı müqaviləsi”ndən görünür ki, X6 rayonu Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə verilmiş JN 227, KOD 30313088 nörməli dövlət aktına əsasən Quba rayonu, Hacıyaqub kəndində yerləşən 20 kv.m torpaq sahəsini İddiaçı satmışdır.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı göndərilmiş 9 oktyabr 2023-cü il tarixli, 3-21-3-34/2-M-0658-8/2023 nömrəli məktubundan görünür ki, Quba rayonu, Hacıqayıb kəndində yerləşən 0,20 ha torpaq sahəsi Quba rayonu notariat kontorunun 30 dekabr 2005-ci il tarixli 4Ə-2041, 4Ə- 1674, 4Ə-1354, 4Ə-1675 reyestr nömrəli alqı-satqı müqavilələri əsasında əldə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət notariat arxivinin 17 fevral 2023-cü il tarixli 3- 16-5/6-13-M-196/23 nömrəli arxiv arayışında Quba rayonu notariat kontorunda 30 dekabr 2005-ci il tarixli, 4Ə-2041, 4Ə-1674, 4Ə-1354, 4Ə-1675 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilələrin və onların qeydə alındığı reyestr kitablarının arxivə təhvil verilmədiyi göstərilmişdir. Bildirilir ki, müqavilənin qüvvədə olub-olmaması qeyri-müəyyən olduğu üçün ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı göndərilmiş 9 oktyabr 2023-cü il tarixli, 3-21-3-34/2-M-0659-8/2023 nömrəli məktubundan görünür ki, Quba rayonu, Hacıqayıb kəndində yerləşən 0,20 ha torpaq sahəsi Quba rayonu notariat kontorunun 30 dekabr 2005-ci il tarixli 4Ə-1040 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Bildirilir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ərizəyə əlavə edilmiş Quba rayonu notariat kontorunun 30 dekabr 2005-ci il tarixli 4Ə-1040 reyestr nömrəli alqı-satqı müqaviləsinin qüvvədə olması barədə Dövlət Notariat Arxivindən məlumat və müqavilələrin təsdiq olunmuş surəti ərizəyə əlavə olunmamışdır. Qeyd olunan səbəblərdən ərizəsinin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. Müraciətinə cavab olaraq bildirilmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş qaydada hüquqların dövlət qeydiyyatına əsas olan, ərizənyə əlavə olunmuş alqısatqı müqaviləsinin qüvvədə olması barədə Dövlət Notariat Arxivindən məlumat, müqavilənin təsdiq olunmuş surəti, dövlət rüsumu və xidmət haqqının ödənilməsi haqqında sənədi rəsmi olaraq ərazi idarəsinə müraciət edərək təqdim edəcəyi təqdirdə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
5. Xaçmaz Rayon Dövlət Arxivinin 30 yanvar 2024-cü il tarixli, 3-48-1810/2-xx-xx/2024 nömrəli arxiv arayışından görünür ki, Quba rayon Notariat Kontorunun sənədləri mühafizə olunması üçün Xaçmaz rayon dövlət arxivinə təhvil verilməmişdir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 8 fevral 3-16- 5/6-11-227/2024 nömrəli məktubundan görünür ki, X14 ilə İddiaçı Abil oğlu arasında Quba rayon dövlət notariat ofisində 30 dekabr 2005-ci il tarixdə 4Ə-1040 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin surətinin istənilməsinə dair sorğuya cavab olaraq bildirilmişdir ki, arxivə təhvil verilmiş 4Ə-1040 reyestr nömrəli müqavilənin 27 oktyabr 2005-ci il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 1 iyun 2024cü cil tarixli, 3-16-5/6-11-725/24 nömrəli məktubu ilə Quba rayon dövlət notariat ofisində 27 oktyabr 2005-ci il tarixdə 4Ə/1040 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti göndərilmişdir. Qeyd olunmuş sənəddən görünür ki, X3, X13, X2 rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il tarixli, 16 saylı qərarı ilə verilmiş JN 0080, KOD 30317018 dövlət aktına əsasən 0,51 ha torpaq sahəsini X1.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 5 avqust 2024-cü il tarixli, 3-21-3-34/2-8346/2024 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən aşağıdakilar müəyyən olunur: - iddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-182 nömrəli Dövlət Aktına əsəsən X4 və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə tam olaraq üst-üstə düşür; - JN-227 KOD 30313088 saylı Dövlət Aktında 0,50 ha torpaq sahəsi iki planşetdə göstərilmişdir (227Z planşeti üzrə 0,20 ha və 227 planşeti üzrə 0,30 ha). Qeyd edilir ki, DWJ xəritələrinə əsasən həmin torpaq sahələrinin yerləşmə mövqeyləri ilə mübahisəli torpaq sahəsinin yerləşmə mövqeyi kəskin fərqlidir. Belə ki, həmin planşetlər üzrə torpaq sahələri mübahisəli torpaq sahəsi yerləşən massivdə deyil başqa ərazidə yerləşir. Lakin baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-227 KOD 30313088 saylı Dövlət Aktında göstərilən 227Z planşeti üzrə 0,20 ha torpaq sahəsi mübahisəli torpaq sahəsinin şimal-qərb qonşuluğunda yerləşir; - Mübahisəli torpaq sahəsi baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir; - Sözügedən mübahisəli torpaq sahəsi baza məlumatlarına əsasən xüsusi mülkiyyət olaraq göstərilmişdir; - Mübahisəli torpaq sahəsi üzərindən heç bir yüksək gərginlikli elektrik və digər kommunikasya xətləri keçmir; - Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:
İddia ərizəsinin dəlilləri
9. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş 30 dekabr 2005-ci il tarixli, 4-Ə-1040 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən, X7 JN-227 KOD 30313088 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda qeyd edilmiş 0,50 ha torpağın satın aldığı 0,20 ha hissəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı bildirmişdir ki, Quba rayonu Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 30 dekabr 2005-ci il tarixli, 4-Ə-1040 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, Quba rayonu Hacıqayıb kənd sakini X7 JN-227 KOD 30313088 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” na əsasən ona məxsus 0,50 ha torpağın 0,20 ha hissəsini satın almış və həmin vaxtdan indiyə kimi torpağa sahiblik edərək istifadə edir. Bir-iki hüquqmüəyyənedici sənəd toplayaraq öz adına çıxarış almaq üçün cavabdeh təşkilata təqdim etmişdir. 30 dekabr 2005-ci il tarixli, 4-Ə-1040 reyestr nömrəli alqı-satqı müqaviləsindən aşkar olunur ki, qeyd edilən alqı-satqı müqaviləsinə əsasən, o, X7 JN-227 № li Dövlət Aktına əsasən onun mülkiyyətində olan 0,50 ha torpağın 0,20 ha hissəsini satın almışdır. İddia ərizəmə əlavə etdiyi JN-227 KOD 30313088 saylı Dövlət Aktından aşkar olunur ki, X9 mülkiyyətində 0,50 ha torpaq mövcuddur.
11. İddia tələbinin maddi hüquqi əsası kimi heç bir normaya istinad olunmamış, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 33.1,33.2, 73-75-ci maddələrinə istinad olunmuşdur.
12. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
14. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
15. Etirazda 9 oktyabr 2023-cü il tarixli, 3-21-3-34/2-M-0659-8/2023 nömrəli məktubuna (§4) istinad edilərək qeyd edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sərədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
16. Məhkəmə iclasında izahat verən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır. 18.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “...42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
19. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
20. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
21. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
22. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
23. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
24. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
25. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
26. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
27. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
29. İş materialında olan sənədlərin tədqiqi ilə müəyyən olunur ki, Quba rayon Notariat Kontorunun sənədləri mühafizə olunması üçün Xaçmaz rayon dövlət arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 8 fevral 3-16-5/6-11-227/2024 nömrəli məktubundan görünür ki, X14 ilə iddiaçı arasında Quba rayon dövlət notariat ofisində 30 dekabr 2005-ci il tarixdə 4Ə-1040 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin surətinin istənilməsinə dair sorğuya cavab olaraq bildirilmişdir ki, arxivə təhvil verilmiş 4Ə-1040 reyestr nömrəli müqavilənin 27 oktyabr 2005-ci il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir.
30. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 1 iyun 2024cü cil tarixli, 3-16-5/6-11-725/24 nömrəli məktubu ilə Quba rayon dövlət notariat ofisində 27 oktyabr 2005-ci il tarixdə 4Ə/1040 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti göndərilmişdir. Qeyd olunmuş sənəddən görünür ki, X3, X13, X2 rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il tarixli, 16 saylı qərarı ilə verilmiş JN 0080, KOD 30317018 dövlət aktına əsasən 0,51 ha torpaq sahəsini X1.
31. Beləliklə, müəyyən olunur ki, iddiaçının istinad etdiyi 30 dekabr 2005-ci il tarixli, 4Ə/1040 reyestr nömrəli alqı-satqı müqaviləsi dövlət arxivinə təhvil verilməmişdir.
32. Məhkəmə tərəfindən göndərilmiş sorğulara əsasən təqdim edilmiş cavab məktublarındakı məlumarlar iddiaçı ilə müzakirə olunmuşdur.İddiaçı məhkəmə prosesində izahatı zamanı bu haldan xəbərdar olduğunu, hazırki vəziyyətin “Mehriban” adlı notariusun öz vəzifəsini düzgün icra etməməsi ilə əlaqələndirmiş, həmin ərazidə belə halların çox olduğunu, demək olar ki, Quba zonasının 70 faizinin bu vəziyyətdə olduğunu bildirmişdir.
33. Eyni zamanda, müəyyən olunur ki, Quba rayon dövlət notariat ofisində 27 oktyabr 2005-ci il tarixdə 4Ə/1040 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə digər şəxslər arasında bağlanılmışdır.
34. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə bildirir ki, iddiaçı tələb üzrə subyektiv hüququnun olması müəyyən edilmir.
35. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: - öz hərəkətlərinə hüquqi ixtiyar; - başqa (borclu) şəxslərdən tələb etmək hüququ; - müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 225/2024 saylı qərarında qeyd olunmuşdur ki, “31. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. 32. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.”
37. Məhkəmə yuxarıda qeyd edilən normaların tələblərinə istinad edərək bildirir ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddia iddiaçının subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamalıdır.
38. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
39. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş 30 dekabr 2005-ci il tarixli, 4-Ə-1040 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 JN-227 KOD 30313088 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda qeyd edilmiş 0,50 ha torpağın satın aldığı 0,20 ha hissəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova