Məhkəmə qərarları › İş №2-1(118)-2682/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2682/2022

05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2682/2022 05.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X4 (ünvan 1 ünvanında yaşayan) və vəkili Vəkil (Quba ASAN vəkil bürosunda vəkil işləyən, Quba rayonu, Timirzayev qəsəbəsindəayaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə-829 nömrəli ilə qeydiyyata alınmış 13 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 tərəfindən iddiaçıya satılmış ünvan 3 ünvanında yerləşən 5 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeyd edilən mənzillə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə-829 nömrəli ilə qeydiyyata alınmış 13 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 tərəfindən iddiaçıya satılmış ünvan 3 ünvanında yerləşən 5 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeyd edilən mənzillə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçı ilə X8 arasında Quba rayon Dövlət notariat kontorunda 13 oktyabr 2005-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 4-Ə-829 nömrə ilə qeyd edilmiş 224482 saylı alqı-satqı müqaviləsinə əsasən X2 rayon DTİ və MHQİ tərəfindən xx.xx.2000-ci il tarixli, 218 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan ünvan 5 ünvanında yerləşən iki mərtəbəli yaşayış binasında yerləşən iki otaqlı, ümumi sahəsi 42,9 kv m, yaşayış sahəsi 31,0 kv m olan mənzili iddiaçıya satmışdır. Müqavilədə iddiaçının soyadı qızlıq soyadı olan “Balayeva” kimi qeyd edilmişdir. Nikah haqqında şəhadətnamədən də göründüydü kimi o, X12 ilə rəsmi nikaha daxil olaraq "Hacıyeva” soyadını qəbul etmişdir. Qeyd edilən alqısatqı müqaviləsinin əsli hal-hazırda da iddiaçıdadır. O, satın aldığı gündən bu günə kimi Quba şəhəri, Ə.Orucov küçəsi 3 ünvanında yerləşən 5 nömrəli mənzildə yaşayır. O, qeyd edilən mənzilə dair hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeyd etdirərək çıxarış alınması üçün cavabdeh təşkilata rəsmi şəkildə müraciət etmişdir. Lakin cavabdeh təşkilat ondan alıq-satqı müqaviləsinin qüvvədə olması barədə Dövlət Notariat Arxivindən məlumat tələb etmişdir. Bundan sonra Quba regional ASAN Xidmət Mərkəzində notariat ofisinin notariusu tərəfindən Dövlət notariat arxivinə sorğu göndərilmiş və həmin sorğuya cavabda Quba rayon Dövlət notariat ofisində 13 oktyabr 2005-ci il tarixdə 4Ə-829 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabının arxivə təhvil verilmədiyi qeyd edilmişdir. Bundan sonra o, aldığı cavabı da əlavə etməklə yenidən satın alıdğı mənzilə çıxarışın verilməsinə dair ərizə ilə cavabdeh təşkilata müraciət etmişdir. Lakin həmin qurumdan ona müqavilənin qüvvədə olub-olmaması qeyri müəyyən olduğu üçün ərizənin icrasının Ərazi idarəsi tərəfindən mümkün olmadığı bildirilmişdir. İddiaçı hesab edirə ki, Quba rayon Dövlət notariat ofisində 13 oktyabr 2005-ci il tarixdə 4Ə-829 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin və onun qeydə alındığı reyestr kitabının arxivə təhvil verilməməsi əsası ilə çıxarışın verilməsindən imtina edilməsi qanunsuzdur. Çünki, o, alıcı kimi satın aldığı mənzilin pulunu əvvəlki mülkiyyətçiyə ödəmiş, həmin vaxtdan da qeyd edilən mənzildə yaşayaraq kommunal xidmətlərə görə haqqı da öz adından ödəyir. Həmin mənzilə sahiblik və istifadə hüquqlarını maneəsiz həyata keçirir. Mülkiyyət hüququnun ayrılmaz hissəsi olan sərəncam vermə hüququmu isə səlahiyyətli şəxslərin məsuliyyətsiz davranışları nəticəsində həyata keçirə bilmir. Belə ki, alqı-satqı müqaviləsinin və onun qeydə alındığı reyestr kitabının arxivə təhvil verilib- verilməməsi onun vəzifəsi deyildir ki, hal-hazırda sırf bu əsasa görə o, mülkiyyət hüququnu təsdiq edən çıxarış ala bilmir. İddiaçının vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, ərizəyə əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət notariat arxivinin xx.xx.2022-ci il tarixli 05/01- 3615/10 nömrəli arxiv arayışında Quba rayonu dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli 4-Ə-829 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin və onun qeydə alındığı reyestr kitabının arxivə təhvil verilmədiyi göstərilmişdir.Müqavilənin qüvvədə olub-olmaması qeyri müəyyən olduğu üçün ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. İş materiallarında olan : - Quba rayonu dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli 4-Ə-829 reyestr nömrəli alqı- satqı müqaviləsindən görünür ki, həmin müqavilə X7 və X9 arasında Quba şəhəri, Əliheydər Orucov küçəsində olan 3 saylı yaşayış binasında yerləşən 5 nömrəli mənzilin alqı-satqısı barədədir. - nikahın bağlanması haqqında İV –ЖГ № 484379 seriyalı şəhadətnamədən görünür ki,X1 Səfər Əhməd oğlu ilə nikaha daxil olaraq ərinin soyadını qəbul etmişdir. -Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 1485 saylı arayışdan görünür ki, Hacıyeva X15 şəhəri, Əliheydər Orucov küçəsi,3/5 ünvanında yaşayır. -Texniki İnvertarlaşdırma bürosu tərəfindən tərtib edilmiş texniki pasportdan görünür ki,həmin sənəd X5 məxsus Quba şəhəri, Əliheydər Orucov küçəsi,3/5 ünvanında yerləşən evə dair tərtib edilmişdir. - Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarilxi məktubundan görünür ki,Quba rayon notariat ofisində xx.xx.2005-ci il tarixdə 4ə-829 reyestr nömrəli ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. - Məhkəmənin sorğusuna Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünürki, 5saylı, Xaçmaz Ərazi idarəsinin reyestr kitablar,na əsasən Quba şəhəri, Ə.Orucov küçəsi, ev 3, 5 saylı mənzilə dair X3 adına 14 07 2000-ci il tarixli, 218 reyestr nömrəli qeydiyyat vəsiqəsi işlənmışdir. Qeydiyyat vəsiqəsi arxiv qovluğunda olmadığına görə həmin mənzilə dair texniki pasportun və orderin təsdıq olunmuş surəti məhkəməyə göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının müraciətinə cavab olaraq DƏDKR-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi müqavilənin qüvvədə olub-olmaması qeyri müəyyən olduğundan imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddia tələbindən görünür ki, İddiaçı Quba rayon X14 tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4-Ə-829 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi mənzil üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiaçı həmin alqı-satqı müqaviləsini cavabdeh inzibati orqana təqdim edərək mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Lakin cavabdeh alqı-satqı müqaviləsinin qüvvədə olması barədə sübutun təqdim edilməməsinə istinad edərək ona imtina cavabı vermişdir. Bununla bağlı məhkəmə alqı-satqı müqaviləsində göstərilən məlumatların mötəbərliyini yoxlamaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə sorğu verilmiş və alınmış cavabdan müəyyən edilmişdir ki, göstərilən tarixli və reyestrli müqavilənin aid olduğu notariat işi və alqı-satqı müqaviləsi üzrə notariat işi arxivə təhvil verilməmişdir. Göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdim edilmiş alqısatqı müqaaviıəsindəki məlumatların həqiqiliyi, yəni qeyd edilən mənzilə dair ilkin mülkiyyətçi ilə İddiaçı (Ə.Balayeva) arasında notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, mənzilə çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı halda iddiaçı mənzilin notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona satılması ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 9.1.2 və 9.1.3 maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar