Məhkəmə qərarları › İş №2-1(118)-2689/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2689/2023

09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2689/2023 09.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Quba-Xaçmaz Filialına qarşı “cavabdehin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, iddiaçıya 2022-ci ilin aprel ayından işsizliyə görə hər aya əmək haqqının 70 faizi məbləğində sığortanın və maddi mənəvi ziyana görə 6 min manat ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Quba-Xaçmaz Filialına qarşı “cavabdehin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, iddiaçıya 2022-ci ilin aprel ayından işsizliyə görə hər aya əmək haqqının 70 faizi məbləğində sığortanın və maddi mənəvi ziyana görə 6 min manat ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardımın edilməsi məqsədilə o, məhkəmə iclasına dəvət edilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, inzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı bundan əvvəl Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X3 filialına və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması və ona 2022-ci ilin aprel ayından işsizliyə görə sığortanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2400/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X3 filialına və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması və ona 2022-ci ilin aprel ayından işsizliyə görə sığortanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası “iddiaçının daha əvvəlki əmək fəaliyyətinin əmək münasibəti hesab edilməməklə “İşsizlikdən sığorta haqqında” Qanunun təsir dairəsinə düşməməsi, belə olduğu halda iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsinin mümkün olmaması, iddiaçının daha əvvəlki fəaliyyətinin əmək münasibəti olaraq qanunvericilik tərəfindən tanınmadığı üçün onun bu əsaslara görə şəxsin işsizlikdən sığrota ödənişi almaq üçün subyektiv hüququ olmaması” əsasları ilə mümkün sayılmamışdır. Qeyd edilən məhkəmə qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-674/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2400/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-674/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəməsinin 2-1(102)- 654/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-674/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırki mübahisəyə dair hər bir instansiya məhkəməsinin mövqeyi müəyyəndir və Ali Məhkəməsinin 2-1(102)-654/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2400/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı öz qanuni qüvvəsini almışdır. Nəzərə almaq lazımdır ki, iddianın əsasını iddiaçının öz tələbini əsaslandırdığı hüquqi faktlar təşkil edir. İddianın predmetini təşkil edən maddi hüquq münasibətlərinin meydana gəlməsi, dəyişməsi və xitamı hüquqi faktlara bağlıdır. İddiaçının əvvəl əsaslandığı hüquqi faktların məzmun baxımından dəqiqləşdirilməsi və ya konkretləşdirilməsi iddianın əsasının dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. İddiaçının cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələb konkret iddianın predmetini təşkil edir. İddianın predmetinin dəyişdirilməsi maddi hüquqi tələbin dəyişdirilməsini ifadə edir. Bu baxımdan iddianın həcminin dəyişdirilməsi iddia predmetinin dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, bu zaman iddia ilə müdafiə olunan maraq dəyişmir. Hazırkı mübahisəyə münasibətdə eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə inzibati mübahisəyə dair qanuni qüvvəyə minmiş və həmin tərəflər üçün məcburi xarakter daşıyan məhkəmə qərarı mövcuddur. Mübahisə predmeti barədə əvvəlki məhkəmə qərarının hüquqi qüvvəsi həmin mübahisəyə yenidən baxılmasını istisna edir. Bu baxımdan iddiaçı hazırkı məzmunda hüququnun cavabdeh tərəfindən pozulduğunu iddia etməkdə haqlı sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 prel 2015-ci il tarixli 05 saylı qərarında qedy olunmuşdur ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPMin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Quba- Xaçmaz Filialına qarşı “cavabdehin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, iddiaçıya 2022-ci ilin aprel ayından işsizliyə görə hər aya əmək haqqının 70 faizi məbləğində sığortanın və maddi mənəvi ziyana görə 6 min manat ödənilməsi öhdəliyinin qoyulması”na dair tələbi, həmin tələblə bağlı məhkəmənin mövcud mövqeyi olduğundan və iddiaçının daha əvvəlki əmək fəaliyyətinin əmək münasibəti hesab edilməməklə “İşsizlikdən sığorta haqqında” Qanunun təsir dairəsinə düşməməsi, belə olduğu halda iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsinin mümkün olmaması, iddiaçının daha əvvəlki fəaliyyətinin əmək münasibəti olaraq qanunvericilik tərəfindən tanınmadığı üçün onun bu əsaslara görə işsizlikdən sığrota ödənişi almaq üçün subyektiv hüququnun olmaması əsasları ilə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Quba-X1rşı “cavabdehin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, iddiaçıya 2022-ci ilin aprel ayından işsizliyə görə hər aya əmək haqqının 70 faizi məbləğində sığortanın və maddi mənəvi ziyana görə 6 min manat ödənilməsi öhdəliyinin qoyulması”na dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar