Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-273/2025 12.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi, əlillik səbəbinin dəyişdirilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının pozulmasına görə əlilliyin təyin olunması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının pozulmasına görə əlilliyin təyin olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçıya 2001-ci ildən 1 illik mütəmadi olaraq əlillik təyin olunub. 2010-cu ildən isə ömürlük əlillik təyin olunmuşdur. Əlillik statusu İİ qurp əlillikdir və Azərbaycan Respublikasının müdafiəsi zamanı sağlamlığının pozulmasına görə verilmişdir. Prezidentin xx.xx.2014-cü il tarixli, 569 saylı sərəncamı ilə vətənin müdafiəsi zamanı əlil olduğu üçün Xaçmaz şəhərində 3 otaqlı mənzil verilmişdir. Lakin 2020-ci ilin iyul ayından uyğunsuz sayılmaq bəhanəsi ilə əlillik statusu əsassız olaraq dayandırılmışdır. Hazırki pandemiya və işsizlik şəraitində isə əlillik pensiyası olmadan yaşamağı qeyri-mümkündür. Hesab edir ki, bu qərar qanunsuzdur və ləğv edilərək yenidən əillik təyin edilməlidir. Ümumiləşdirsək, əlillik statusu düşür. Əmək qabiliyyəti yalnız məhdud imkanlar hesabına realizə oluna bilər. Odur ki, əlillik statusunun bərpasına ehtiyacı vardır və buna hüquqi və tibbi əsaslar mövcuddur. Əlillik pensiyanın bərpa edilməsi üçün cavabdeh inzibati orqana xx.xx.2023-cü ildə ərizə ilə müraciət etsə də, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində cavab verilməmişdir. Əlilliyin qiymətləndirilməsi qaydası haqqında Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarına görə, şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ümumi səbəblərdən: ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çemobıl AESdə qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar. Xüsusi səbəblərdən: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçının əlillik vəziyyətinə Xaçmaz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2001-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: “Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar" “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: keçirilmiş qapalı KBT nəticəsində kəskin astenonevrit vəziyyət fasiləsiz gedişli; Meyar 2.2. İkinci dərəcə əlillik DİGƏR: keçirilmiş qapalı KBT nəticəsində kəskin astenonevrit vəziyyət fasiləsiz gedişli” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Xaçmaz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2001-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar: Diaqnozun mətni: keçirilmiş qapalı KBT nəticəsində kəskin astenonevrit vəziyyət fasiləsiz gedişli; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina edilmişdir. X2 Mərkəzinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi sayıqlama [şizofreniyayabənzər] pozuntusu, müharibə ilə əlaqədar travma,Üzvi sayıqlama (şizofrenəbənzər) pozğunluq; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əlillik təyininə əsas verən xəstəliyin səbəb əlaqəsi düzgün seçilməmişdir" səbəbi ilə geri göndərilmişdir.. X2 Mərkəzinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Emosional davamsız tip şəxsiyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əlillik təyininə əsas verən xəstəliyin səbəb əlaqəsi düzgün seçilməmişdir. Səbəb: Xüsusi səbəbdən-Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür" səbəbi ilə geri göndərilmişdir. Bundan əlavə İddiaçı 20 sentyabr 2022-ci il tarixdə əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən 20 oktyabr 2022-ci il tarixli, **********0 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Xaçmaz rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Tam reabilitasiya olması barədə qərarı verilmişdir. (ESDAS **********8) Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması apaniaraq müəyyən olundu ki, İddiaçıa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2002-ci il tarixli 24 nömrəli Qərar verilmişdir. Həmin qərarda ‘'Keçirilmiş qapalı kəllə-beyin travması nəticəsində meydana çıxan nevrozabənzər sindromlar fasiləsiz gedişli)" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən şikayətlənmişdir. Anamnezində vətəndaşın 2021-ci il tarixində DTSERA-da əyani müayinədə hərbi səbəbdən tam reabilitasiya olması qərarı verildikdən sonra komissiya üzvləri ilə konflikt yaşadığı, həmçinin, boğazını və qolunu kəsməsi məlum olmuşdur. Baxış zamanı boğazında və qolunda özünəxəsarət yetirməyə məxsus çapıqlar aşkarlanmışdır. Hal-hazırda yeni epikrizlərlə müraciət etmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022 tarixli 3635/22 nömrəli Çıxarışda diaqnoz “Üzvi sayıqlama (şizofreniyaya bənzər) pozğunluğu. Uzunsürən depressiya. Hərbi travma, kəllə-beyin travmasından sonraki emosional- davamsız pozğunluq, özünü kəsmələrlə4 kimi qeyd edilsə də, təqdim olunmuş Oki Hospitalın 2.8.07.2022-ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Serebral önəmli patologiya izlənilmədi” kimi qeyd olunmuş, üzvi dəyişikliklər inkar edilmişdir. Psixi statusu həkim mütəxəssis tərəfindən dəyərləndirilmiş, Şizofrenəbənzər psixoproduktiv əlamətlər təsdiqlənməmiş, hazırkı vəziyyəti “Emosional davamsız tip şəxsiyyət” kimi qeyd olunmuşdur. Xəstənin əlillik təyinatına əsas verən hazırkı vəziyyətinin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Hərbi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi səbəbdən 2 (iki) i! müddətinə orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, vətəndaşın əyani müayinəsi zamanı hərbi səbəbdən diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmiş, ümumi səbəbdən isə vətəndaşda xəstəlik aşkarlandığından yeni göndəriş əsasında ümumi səbəb-əlaqəsi ilə müraciət edəcəyi təqdirdə əlillik dərəcəsinin qiymətləndiriləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi QaydasTnın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi QaydasTnın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci İl 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistern tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistern üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-ın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçı adına tərtib edilmiş 86\2001 saylı xx.xx.2001-ci tarixli “Xəstəlik haqqında şəhadətnamə” də qeyd edilmişdir ki, o, “keçirilmiş kəllə-beyin travması nəticəsində meydana çıxan nevrozabənzər sindromlar (fasiləsiz gedişli) diaqnozu ilə “Xəstəliklər cədvəlinin 14 “B” maddəsinin İİİ qrafasına əsasən “C” Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə məhdud yararlıdır. Xəstəliyi-hərbi xidmət müddətində alınmışdır kimi qiymətləndirilmişdir.” Qərarı verilmişdir. X2 Mərkəzi tərəfindən onun adına tərtib edilmiş xx.xx.2022-cü il tarixli C00046402RAD saylı Forma 088 göndərişində qeyd edilmişdir... “Xəstəliyin başlanma tarixi: xx.xx.1992-ci il traixdəndir, xronikidir. XBT 10 kodu ilə: Əsas xəstəlik: F06.0- Üzvi hallyusinoz.Üzvi hallyusinoz Ağırlaşmalar: F06.6- Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi mənşəli emosional labil pozuntu. F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntuları və nəzərəçarpan yaddaş funksiyalarının enməsi ilə”; Qiymətləndirmə nəticələrində qeyd edilmişdir... “Müayinə tarixi: xx.xx.2022-ci il. Akt № xxxxxxx0004. Müvəqqəti əmək qabiliyyətinin itirilməsi: Xeyr; Diaqnozun mətni: Emosional davamsız tip şəxsiyyət. Mərkəzə göndərilmənin\İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması. - Səbəb: Əlillik təyininə əsas verən xəstəliyin səbəb əlaqəsi düzgün seçilməmişdir. Səbəb: Xüsusi səbəbdən- Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə vətəndaş İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı psixi statusu həkim mütəxəssis tərəfindən dəyərləndirilmiş, şizofrenəbənzər psixoproduktiv əlamətlər təsdiqlənməmiş, hazırkı vəziyyəti “Emosional davamsız tip şəxsiyyət” kimi qeyd olunmuşdur. Xəstənin əlillik təyinatına əsas verən hazırkı vəziyyətinin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13.05. 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Xüsusi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir və ümumi səbəbdən 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 60% pozulması barədə qərar qəbul edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ 20 iyun 2024-cü il tarixli T375/2024 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Rəydə qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X7” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı qoyulsa da əyani müayinədə psixi statusu həkim mütəxəssis tərəfindən dəyərləndirilmiş, Şizofrenəbənzər psixoproduktiv əlamətlər təsdiqlənməmiş, hazırkı vəziyyəti “Emosional davamsız tip şəxsiyyət” kimi qeyd olunmuş və xəstənin əlillik təyinatına əsas verən hazırkı vəziyyətinin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Buna görə də ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na uyğun olaraq Xüsusi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir və ümumi səbəbdən 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 60% pozulması barədə qəbul edilmiş qərar düzgün olmuşdur. Kəllə-beyin travması baş-bein MRT müayinəsində öz təsdiqini tapmamışdır. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxx0005 saylı qərarı ilə İddiaçı orqanizm funksiyalarının pozulma faizi 60 % olmaqla ümumi xəstəlik səbəbilə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 2 il müddətinə əlillik təyin edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 05 iyun 2025-ci il tarixli 3-17-4/2-14564/2025 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Sonuncu dəfə İddiaçı dair Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli, c00046402rad nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında vətəndaş xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Vətəndaşa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2002-ci il tarixli 24 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Keçirilmiş qapalı kəllə-beyin travması nəticəsində meydana çıxan nevrozabənzər sindromlar (fasiləsiz gedişli)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2002-ci il tarixli 24 nömrəli Qərarda göstərilən xəstəliklər əlillik səviyyəsində olmadığından, İddiaçı xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi, ümumi xəstəlik səbəbilə isə xx.xx.2022-ci il tarixindən 2 il müddətinə (xx.xx.2024-cü il tarixinədək) orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2024-cü il tarixindən sonra vətəndaşa dair Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə yeni göndəriş daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ 31 oktyabr 2025ci il tarixli T824/2025 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Rəydə qeyd edilmişdir ki, Vətəndaş İddiaçı tərəfimizdən “Respublika Psixiatriya Xəstəxanası” phş-nə göndərilərkən ona “F07.0-Üzvi (İ Qarabağ müharibəsi zamanı keçirilmiş qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv əlamətlərlə, intihar cəhdi, özünü kəsmələrlə, dekompensasiya dövrü” diaqnozu təyin olunmuşdur. 2. Xəstəliklərin səbəb əlaqəsinin təyini məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 №li Qərarı ilə təstiq edilmiş “Hərbi Həkim Ekspertizası haqqında Əsasnamə”-nin 7.1-ci bəndinə əsasən keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə bağlı səbəb əlaqəsinin təyini Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə aiddir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın xx.xx.2026-cı il tarixli məktubu ilə müavinət ödənişinə dair sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2026-cı il tarixli məktubu ilə İddiaçı hərbi xidmət dövründə xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası DİN DQ HHK-nın 168№li xx.xx.2001-ci il tarixli qərarının və əlaqəli mövcud sənədlərin təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli iddia ərizəsinə etirazından görünür ki, iddianın əsassız olduğu üçün təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müraciəti mahiyyəti üzrə cavablandırılmış və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının pozulmasına görə əlilliyin təyin olunmasını istəyir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində qismən əsaslı olmuşdur. Belə ki, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxx0005 saylı qərarı ilə İddiaçı orqanizm funksiyalarının pozulma faizi 60 % olmaqla ümumi xəstəlik səbəbilə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 2 il müddətinə əlillik təyin edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əlilliyinin ümumi xəstəlik əsası ilə təyin edilməsi əsaslı olmamışdır. Belə ki, İddiaçı adına tərtib edilmiş 86\2001 saylı xx.xx.2001-ci tarixli “Xəstəlik haqqında şəhadətnamə” də qeyd edilmişdir ki, o, “keçirilmiş kəllə-beyin travması nəticəsində meydana çıxan nevrozabənzər sindromlar (fasiləsiz gedişli) diaqnozu ilə “Xəstəliklər cədvəlinin 14 “B” maddəsinin İİİ qrafasına əsasən “C” Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə məhdud yararlıdır. Xəstəliyi-hərbi xidmət müddətində alınmışdır kimi qiymətləndirilmişdir.” Qərarı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ 31 oktyabr 2025-ci il tarixli T824/2025 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Rəydə qeyd edilmişdir ki, Vətəndaş İddiaçı tərəfimizdən “Respublika Psixiatriya Xəstəxanası” phş-nə göndərilərkən ona “F07.0-Üzvi (İ Qarabağ müharibəsi zamanı keçirilmiş qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv əlamətlərlə, intihar cəhdi, özünü kəsmələrlə, dekompensasiya dövrü” diaqnozu təyin olunmuşdur Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2026-cı il tarixli məktubu ilə İddiaçı hərbi xidmət dövründə xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası DİN DQ HHK-nın 168№li xx.xx.2001-ci il tarixli qərarının və əlaqəli mövcud sənədlərin təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, xx.xx.2002-ci il tarixli, 24 saylı protokola əsasən İddiaçı Azərbaycan Respublikası suverenliyi uğrunda gedən döyüşlər zamanı Ağdam rayonu ərazisində yaralanmışdır. Diaqnoz: keçirilmiş qapalı kəllə-beyin travması nəticəsində meydana çıxan nevrozabənzər sindromlar, HHK qərarı: Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə əsasən: 1.2. Hərbi-həkim ekspertizası dinc və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. Aydın həkim-ekspert nəticəsi dedikdə, şəhadətləndirilən şəxsin elə sağlamlıq vəziyyəti başa düşülür ki, müayinə və müalicənin nəticələri hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyası haqqında qərar çıxarmağa əsas versin və müalicənin davam etdirilməsi bu yararlılıq kateqoriyasını dəyişməsin. Bu Əsasnamədə nəzərdə tutulmuş hallardan başqa, qiyabi (sənədlər üzrə) şəhadətləndirilmə qadağandır. Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; b) “Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”; e) “Ümumi xəstəlikdir”. Təqdim edilmiş sənədlər və məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbli-əlaqəsi ilə əlaqədar olmuşdur. İddiaçı tərəfindən cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli qərarı tam şəkildə mübahisələndirildiyindən məhkəmə tərəfindən təyin edilmiş əlilliyin müddəti və orqanizmin funksiyalarının pozulması faizinin müəyyənləşdirilməsi istiqamətində tibbi ekspertiza təyin edilmişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən iddiaçıya təyin edilmiş əlilliyin müddətində və ya orqanizmin funksiyalarının pozulması faizində hər hansı pozuntuya yol verilməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar əlilliyin səbəbi hissəsində dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbli-əlaqəsinin müəyyən olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-273/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-273/2025
12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver